Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6854/2025 30.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X9 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı X16 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı X16 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü qızı X1 9 aylığında yəni 1986-cı ilin sentyabr ayında, ölməsi faktının təsdiq edilməsi və ona qızının ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizənin mahiyyəti: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı X2 xx.xx.1985-ci ildə Gəncə şəhər Doğum evində anadan olmuşdur. 9 aylıq olanda qızı dizinteriya xəstəliyinə tutulmuşdur. Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya aparmışlar, lakin orada müalicə edə bilməmişlər və onları Bakı şəhər Semaşka xəstəxanasına göndərmişlər. Lakin, orada da müalicə edə bilməmişlər, yəni qızını sağalda bilməmişlər. Qızı vəfat etmişdir. Onlar Gəncəyə qayıtmış, o, çox pis stress keçirmişdir. Özünü bilmirdi. Həmin vaxt qızını anası və bacıları dəfn etmişlər, lakin hara dəfn etdikləri də məlum deyildir. Onlar Semaşka xəstəxanasından çıxanda sənədləri götürməmişlər, çünki o, özündə deyildi, çox ağır stress yaşayırdı, sənədləri götürmək ağlına gəlməmiş, sonralar ölüm haqqında şəhadətnamə almaq üçün Semaşka xəstəxanasına müraciət etmiş, amma ona məlumat vermişlər ki, arxivə göndərilmişdir, Arxiv İdarəsindən demişlər ki, üstündən 20 il keçdikdən sonra sənədlər yandırılır. Vaxt çox keçdiyinə görə onlar qızının ölüm barədə sənədləri ala bilməmişlər, çünki dediklərinə görə artıq sənədləri arxivdə yandırmışdılar. Qeyd edir ki, o, ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə də müraciət etmişdir, ona cavab olaraq bildirmişlər ki, məhkəməyə müraciət etsin. Odur ki, qızı Lalənin ölüm haqqında şəhadətnaməsini almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qızı Lalə Allahverdiyeva 19 noyabr 1985-ci ildə doğulmuşdur. Lalənin mədə sistemində problem yaranmış və 1986-cı ilin sentyabr ayında vəfat etmişdir. Atası və qardaşı Laləni dəfn etmişdir. X7 24 avqust 2025-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakı bölmək istəyirlər. Lakin, qohumluq məlumatlarında qızı Lalənin adı var və vərəsəlik işi üçün Lalənin ölüm şəhadətnaməsi tələb olunur. Odur ki, ərizəsinin təmin edilməsi və mərhum qızı Lalə Allahverdiyevanın 1986-cı ilin sentyabr ayında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı X16 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, nümayəndə Ağca Hüseynova məhkəməyə məktub göndərərək, məhkəmə iclasında iş yükünün çoxluğuna görə iştirakının imkan xaricində olduğunu və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şahid İfadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ərizəçi Fəridə onun bacısıdır. X6 ilə birlikdə dörd övladı dünyaya gəlmişdir. Lakin, Lalə adlı uşağın səhhətində problem olduğu üçün xəstəxanaya aparmışlar və 1986-cı ilin sentyabr ayında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi Fəridənin bacısıdır. Fəridənin 1985-ci ilin noyabr ayının 11-də Lalə adlı uşağı dünyaya gəlmişdir. Lakin, Lalənin mədəsinə virus düşmüş, mədə-bağırsaq problemi yaranmış və 1986-cı ilin sentyabr ayında vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - X-JQ seriyalı, 481823 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X2 xx.xx.1985-ci il tarixdə doğulmuşdur. Atası – X3, anası – Ərizəçidır. - AZ-İİ seriyalı, 497877 nömrəli, 01 sentyabr 2025-ci il tarixli, Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 avqust 2025-ci il tarixdə 899 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi – beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı X16 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 10 noyabr 2025-ci il tarixli, 3-16-5/8-15-399/2025 nömrəli məktubunda Ərizəçi övladının ölüm haqqında tibbi şəhadətnaməsini təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olduğu bildirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1985-ci il təvəllüdlü X2 1986-cı ilin sentyabr ayında vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X1 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1985-ci il təvəllüdlü X1 1986-cı ilin sentyabr ayında Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X1 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X1 1986-cı ilin sentyabr ayında Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6854/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6854/2025
30.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver