Məhkəmə qərarları › İş №2(125)-687/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-687/2023

06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-687/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, yoldaşı X5 3*.*9.2*22-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun həyat yoldaşıdır. Onlar *9.*7.2**9-cu il tarixdə nikahlarını rəsmiləşdirərək evlənmişlər. Onların birgə nikahlarından övladları doğulmuşdur. Yoldaşı ilə Gəncə Şəhəri, X13, bina 41, mənzil 33-də yaşamışlar. Yoldaşı 3* sentyabr 2*22-ci il tarixdə Gəncə şəhəri X13 ərazisində yerləşən “Əminə” market adlanan ticarət mərkəzinin yaxınlığında qəflətən vəfat etmişdir. Həmin əraziyə təcili yardım çağırılmış və Rövşənin ölüm səbəbinin dəqiqləşdirilməsi ilə bağlı müayinə aparılmışdır. Bundan sonra Rövşənin ölüm faktı üzrə Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı Rövşən Əsədovun ölməsi faktında cinayət hadisəsi aşkar olunmamışdır. Rövşən Əsədov vəfat edərkən təcili yardım çağırılsa da həkim gəldikdə o, artıq vəfat etmişdir. Bununla bağlı arayış verilsə də, ölüm haqqında həkim arayışı verilmədiyi üçün Maraqlı şəxs ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hazırda o, ölüm haqqında şəhadətnamə almaq istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum yoldaşı X5 ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi-şöbə rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, X1 onun oğludur. Ərizəçi ilə oğlu X7 *9.*7.2**9-cu il tarixdə evlənmişlər. Mərhum oğlu X7 3* sentyabr 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etmiş və Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, X1nun qaynanası, Ərizəçi isə anasıdır. X1 ilə ərizəçi qızı - Ərizəçi ailə həyatı qurmuş, onların birgə nikahlarından övladları doğulmuşdur. X7 3* sentyabr 2*22-ci il tarixdə qəflətən vəfat etmiş və *1 oktyabr 2*22-ci ildə Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Maraqlı şəxs 11.11.2*22-ci il tarixli, *5/Q-2571 nömrəli məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.1*.2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı tibb müəssisəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İİ-JQ seriyalı, 312149 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 19 aprel 1973-cü ildə Gəncə şəhərində doğulmuşdur. AZ-İ seriyalı, 492136 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Ərizəçi arasında *9.*7.2**9-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsində 5*2 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə - “Əsədov”, arvada – “Tanırverdiyeva” soyadı verilmişdir. Gəncə şəhər prokurorluğunun *4 oktyabr 2*22-ci il tarixli, 6*8-C-22 nömrəli arayışında göstərilmişdir ki, 19.*4.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, X13, ev 41, mənzil 33 ünvanında yaşamış X5 3* sentyabr 2*22-ci il tarixdə ölməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma zamanı Rövşən Əsədovun ölməsi faktında cinayət hadisəsi aşkar olunmamışdır. Məzar daşını əks etdirən fotoşəkillərdən görünür ki, 19.*4.1973-cü il təvəllüdlü X7 vəfat etmişdir. “Gəncə şəhər X2 Hüquqi Şəxsi TTTYS-nin 11.1*.2*22-ci il tarixli, 1338 nömrəli arayışından görünür ki, 3*.*9.2*22-ci il tarixdə *7:5* saatlarında X13, “Əminə” market ünvanına 19.*4.1973-cü il təvəllüdlü X5 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nin çağırışçı həkimi xəstəyə təcili yardıma qədər ölüm “qəfləti koronar ölüm” diaqnozu qoymuşdur. İş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, 19.*4.1973-cü il təvəllüdlü X7 3* sentyabr 2*22-ci il tarixdə Gəncə şəhərində X13 ərazisində yerləşən “Əminə” market adlanan ticarət mərkəzinin yaxınlığında “qəfləti koronar ölüm” səbəbindən vəfat etmiş, lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X5 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, 19.*4.1973-cü il təvəllüdlü X5 3* sentyabr 2*22-ci ildə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X5 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*5, 3*7, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 19.*4.1973-cü il təvəllüdlü X5 3* sentyabr 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar