Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6878/2025 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2* Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, *8.*5.1979-cu ildə anadan olmuş qızı X2 198*-ci ilin yanvar ayında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nikahlarını 12.*6.1973-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu Qayabaşı kənd İcra Nümayəndəliyində rəsmiləşdirməklə X9 ərə getmişdir. Həmin nikahdan 4 uşaqları anadan olmuşdur. 1. X12- *8.1*.1974-cü il, 2. X13- 1*.12.1976-cı il, 3. X1*- *8.*5.1979-cu il, 4. X1*- *2.*4.1982-ci il. Həmin uşaqlardan X1* 198*-ci ilin yanvar ayında vəfat etmiş və Ermənistan Respublikasının Basarkeçər rayonunun Qayabaşı kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölməsinə dair Qayabaşı kənd İcra Nümayəndəliyində qeydiyyat aparılmamışdır. *2.*4.1982-ci ildə anadan olmuş qızlarına ölən qızları Elnarənin adını vermişdirlər. X6 12.*5.2*25-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Onun ölümündən sonra Göygöl rayonu, Mixaylovka kəndində miras ev və avtomaşın qalmışdır. Həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, *8.*5.1979-cu ildə anadan olmuş qızı X2 ölməsinə dair qeydiyyat aparılmadığından onun ölüm haqqında şəhadətnaməsi yoxdur. Odur ki, vərəsələr dairəsinə onun da adı qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi dayısı qızı, həm də rəhmətlik qardaşı Sabirin yoldaşıdır. Onlar 1971-ci ildə ailə qurmuş, qardaşı əsgərliyə getmiş, qayıtdıqdan sonra universitetə daxil olmuş və 1979-cu ildə Gəncə şəhərinə təyinat alıb orada işləmiş, yoldaşı ilə birlikdə köçüb Gəncədə yaşamışdırlar. O vaxta kimi Basarkeçər rayonunun Qayabaşıkəndində birlikdə yaşamışdırlar. Onların 1974-cü ildə Seymur, 1976-cı ildə Teymur və 1979-cu ilin may ayında Elnarə adlı uşaqları anadan olmuşdur. Qardaşı isə 1979-cu ilin payız ayında Gəncə şəhərinə təyinat almış, ailəsi ilə birlikdə Gəncəyə köçmüşdür. 3-4 ay qaldılar. 198*ci ilin yanvar ayının axırlarında dəhşətli çovğun var idi. Qardaşıgil körpə uşağı gətirib Basarkeçər rayonunun Qayabaşıkəndində dəfn etmişdirlər. Şaxta olduğundan torpaq da donmuş, çox çətinliklə təkər yandırıb torpağı yumşaltdıqdan sonra məzarı qaza bilmişdirlər. Həmin vaxt özünün 16 yaşı olmuşdur. Həmin vaxtdan sonra da qardaşı Gəncədən ev almış, elə Gəncədə yaşamışdırlar. 1982-ci ildə isə bir qızları olmuş, onun adını da Elnarə qoymuşdurlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, ərizəçi ilə uzaq qohumluğu vardır, həm də yaxın qonşu olmuşdur. Ərizəçinin yoldaşı Sabir Xəlilovla sinif yoldaşı olmuş, ali məktəbdə də bir oxumuşdurlar. Xəlilov Sabir metallurgiya fakültəsini bitirmiş, Gəncədə zavodda işləmişdir. Buna görə 1979-cu ildən öz ailəsi ilə birlikdə Gəncəyə köçmüşdür. 198*-ci ilin qış ayında eşitmişlər ki, körpə qızı vəfat edib, dəfn etməyə gətirmişdir. Şaxta çox olmuş, məzarını da çətinliklə qazmışdırlar. Dəfndə özü də iştirak etmişdir. Həmn vaxtdan sonra da Sabirgil elə Gəncədə yaşamış, Ermənistana qayıtmamışdırlar. Göyçə camaatında ölüm kağızının alınması məsələsində ümumiyyətlə səhlənkarlıq olmuşdur. Bəzən kənd soveti özü gətirib vermiş, alıb əhəmiyyətsiz sənəd kimi kənara atmışdırlar. Özünün atası da vəfat etmişdir, ancaq indiyədək onun ölüm kağızını görməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan:- AZ-İ 68744* nömrəli, İİ-SL 182476 nömrəli, İİ-SL 447314 nömrəli və Vİİİ-JQ 373*73 nömrəli doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, *8.1*.1974-cü ildə anadan olmuş X3, 1*.12.1976cı ildə anadan olmuş X4, *8.*5.1979-cu ildə anadan olmuş X2 və *2.*4.1982-ci ildə anadan olmuş X2 ata qrafalarında X14, ana qrafalarında isə Ərizəçi kimi qeyd olunmuşdur. AB 87997* nömrəli, 23.*7.2*13-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notaria qaydada təsdiq olunmuş surətindən görünür ki, “Toyota Prado” minik markalı, 2*-CA-9**i/o dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi X11r. AZ-İİ 4975*9 nömrəli ölüm haqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 12.*5.2*25-ci ildə ölmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin *8.*5.1979-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Qayabaşı kəndində anadan olmuş qızı X1 vaxtı 198*-ci ilin yanvar ayında Kirovabad (Gəncə) şəhərində vəfat etmişdir. Ərizəçi həmin faktı əldə edə bilmədiyi üçün mərhum əri X5 qalmış mirasla bağlı vərəsəlik işlərini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.3*7.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin qızı *8.*5.1979-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Qayabaşı kəndində anadan olmuş X1* 198*-ci ilin yanvar ayında Kirovabad (Gəncə) şəhərində vəfat etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, *8.*5.1979-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Qayabaşı kəndində anadan olmuş X2 198*-ci ilin yanvar ayında Kirovabad (Gəncə) şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. *8.*5.1979-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Qayabaşı kəndində anadan olmuş X2 198*-ci ilin yanvar ayında Kirovabad (Gəncə) şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6878/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6878/2025
29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver