Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6887/2025 06.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş əri X1 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, mərhum X7 həyat yoldaşıdır. xx.xx.2010-cu il tarixdə ailə qurmuşlar. Mərhum həyat yoldaşı X7 valideynləri və uşaqları ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Mərhum həyat yoldaşı X7 3 ay idi ki, Gəncə şəhəri Dubay bazarı adlanan yerdə fərdi sahibkar kimi fəaliyyət göstərir, kartof-soğan satırdı. X9 rayonunda icarəyə torpaq götürərək kartof əkmişdir. Lakin məhsul tamamilə yararsız olmuş və o, təxminən 15000 manata yaxın ziyana düşmüşdür. xx.xx.2025-ci il tarixdə Ayxan xəstə olduğunu bildirərək işə getməyəcəyini bildirmiş, həmin günün çox hissəsini yatmaqla keçirmişdir. Axşam saat 17:30 radələrində işdən evə gəldikdən sonra yataq otağına keçmək istəmiş, Ayxan heç vaxt qapını bağlamadığı üçün şübhələnərək Ayxanı səsləməyə başlamışdır. Ayxanın qapını açmadığını görüb qapını qırdıqda onun özünü asdığını görmüşlər. Ayxan təsərrüfat təyinatlı ipi pəncərənin çöl tərəfindən barmaqlığına bərkitməklə digər tərəfini boynuna dolamış vəziyyətdə olmuşdur. Dərhal ipi kəsərək Ayxanı yerə endirmişlər, lakin Ayxan artıq vəfat etmişdir. Gəncə şəhər prokurorluğunun köməkçisi İİİ dərəcəli hüquqşünas X2 xx.xx.2025-ci il tarixli qərarı ilə mərhum həyat yoldaşı X1 intihar etməsində hər hansı şəxsin əməlində cinayət tərkibi oimadığından cinayət işinin başlanması rədd edilmişdir. Mərhum həyat yoldaşı X7 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində İmamzadə qəbiristanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşı X1 ölümünə dair sənəd almaq üçün Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş və oradan ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X16 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X16 TTTYS mərkəzinə müraciət etsə də, oradan da ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Məhkəmədə Ərizəçi iştirak etmiş, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 ifadə verərək, göstərmişdir ki, o, X1 xalası oğludur. xx.xx.2025-ci il tarixdə ona telefonla demişlər ki, X7 ölmüşdür. O, bununla bağlı onların yaşadığı evə getdikdə X1 özünü asaraq öldürdüyünü eşitmişdir. Məhkəmədə şahid X8 ifadə verərək, göstərmişdir ki, o, X7 ilə dost olmuşdur. xx.xx.2025-ci il tarixdə X1 özünü asaraq öldürdüyünü eşitmiş və həmin vaxt onların evinə gedəndə X3 üstündə ağ örtüklə yerdə uzanmış vəziyyətdə görmüşdür. Məhkəmə Ərizəçi izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarından müəyyən edilir ki, X7 xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlamışlar və arvada Hüseynova soyadı verilmişdir. Qeyd edilən sübutdan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X1 arvadıdır və hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Mülki işin materiallarında olan, Gəncə şəhəri TTTYS-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə həkimə qədər ölüm, qeyri-müəyyən məqsədlərlə asma, boğulma və ilgəklə boğma diaqnozu qoyulmuşdur. İşdə olan Gəncə şəhər Prokurorluğunun müsəntiqinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölmüş X1 ölümü ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığından rədd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-1- 5/8-12-2048 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X16 "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" X16 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə" mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sarator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında “ölüm haqqında tibbi şəhadətnamə” patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmçinin həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3 və 5.3-cü bəndinə əsasən” ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən xx.xx.1986-cı il təvəllüdlü X4 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilmişdir. İşdə olan Tatlı Dəfn Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, X7 xx.xx.2025-ci il tarixdə Tatlı kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, ifadə vermiş şahidlərin ifadəsini və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi əri xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Maraqlı şəxs tərəfindən mərhum X1 ölümü haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilən qanun normalarına görə ərizənin təmin olunması üçün əsaslar vardır. Ona görə də məhkəmə belə qərara gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 03 aprel 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X1 04 noyabr 2025-ci il tarixdə Gəncə şəhərində ölməsi fakt kimi müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-6887/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6887/2025
06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver