Məhkəmə qərarları › İş №2(125)-690/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-690/2023

06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-690/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 16 oktyabr 1989-cu il tarixdə anadan olmuş X5 23 sentyabr 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 16 oktyabr 2*22-ci il təvəllüdlü X5 23 sentyabr 2*22-ci il tarixdə Gəncə şəhəri, M.Müşfiq küçəsi, 5-ci dalan, ev 9-da essens içib ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və 16 oktyabr 1989-cu il tarixdə anadan olmuş X5 23 sentyabr 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. O və X6 12 avqust 1986-cı il tarixdə nikaha girmiş, onların birgə nikahlarından 1987-ci il təvəllüdlü Orxan İsmayılov, 1988-ci il təvəllüdlü Ceyhun İsmayılov və 1989-cu il təvəllüdlü Məsmə İsmayılova adlı övladları anadan olmuşdur. X8 27 aprel 2*22-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığından vəfat etmişdir. X13 anasının vəfat etməsinə sonra psixoloji travma yaşamışdır. O, 23 sentyabr 2*22-ci il tarixdə təxminən saat 1* radələrində Məsmənin otağının qarşısından keçərkən Məsmənin qapını açdığını və bundan sonra huşsuz vəziyyətdə yerə yıxıldığını görmüşdür. O, dərhal evdə olan oğlu Ceyhunu səsləmiş və Ceyhun onların yanına gəldikdə Məsmənin yerdə olduğunu görmüşdür. Həmin vaxt o, Məsmənin ağzından esens turşusunun iyinin gəldiyini hiss etmişdir. O, dərhal Ceyhunla birlikdə Məsmənin otağına daxil olmuş və Ceyhun orada esens turşsunun boş qabını tapmışdır. O, həmin vaxt anlamışdır ki, Məsmə anasının yoxluğuna dözə bilmədiyi üçün intihar etmişdir. Ceyhun dərhal təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardım əməkdaşları onların yaşadıqları evə gəldikdə, Məsməyə ilkin tibbi müdaxilələr etmələrinə baxmayaraq Məsməni həyata qaytarmaq mümkün olmamışdır. O və ailəsi Məsimə İsmayılovanı «Şəhidlər xiyabanı» adlanan qəbirstanlığında dəfn etmişlər. Bu faktla bağlı Gəncə şəhər prokurorluğunun müstəntiq vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X9 tərəfindən araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən, yəni cinayət hadisəsi olmadığına görə 29 sentyabr 2*22-ci il tarixli qərarla cinayət işinin başlanılmasını rədd edilmişdir. O, X5 «ölüm haqqında tibbi şəhadətnaməsini» almaq üçün Azərbaycan Respublikası «Tibbi ərazi X4»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» publik hüquqi şəxsinin X15 Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Oradan ona verilmiş 16 noyabr 2*22ci il tarixli 89 nömrəli arayışda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Hazırda qızı M.S.İsmayılovanın ölməsi faktının başqa qaydada müəyyənləşdirilməsi mümkün olmadığına görə o, vərəsəlik işlərinin tamamlanmaya, eləcə də digər sənədləşmə işlərini apara bilmir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan XİV-ЖГ seriyalı, 298319 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 oktyabr 1989-cu il tarixdə Kirovabad şəhərində anadan olmuşdur. M.Ərizəçinın atası Ərizəçi, anası X3r. İşdə olan İİİ-ЖГ seriyalı, 454382 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə müqayisəli tədqiq edilmiş surətindən görünür ki, Ərizəçi və X6 arasında 12 avqust 1986-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi ərazi X4»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» publik hüquqi şəxsinin Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının 14 noyabr 2*22-ci il tarixli, 1953 nömrəli məlumatından görünür ki, 16 oktyabr 1989-cu il təvəllüdlü X7 adına 23 sentyabr 2*22-ci il tarixdə saat 11:2*-də çağırış olmuşdur. Xəstəyə çağırışa qədər ölüm, sirkə turşusu ilə zəhərlənməsi diaqnozu qoyulmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 sentyabr 2*22-ci il tarixli qərarın surətindən görünür ki, X5 intihar etməsi barədə toplanmış material üzrə cinayət işinin başlanılması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında Azərbaycan Respublikası «Tibbi ərazi X4»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» publik hüquqi şəxsinin X15 Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 16 noyabr 2*22-ci il tarixli, 89 nömrəli arayışdan görünür ki, Gəncə şəhər Birləşmiş xəstəxanası» publik hüquqi şəxsinin Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimi N.B.Nəbiyevin 14 noyabr 2*22-ci il tarixli, 1953 nömrəli məlumatı əsasında 16 oktyabr 1989-cu il təvəllüdlü ünvan 2 ünvanında yaşayan X2 turşusu ilə zəhərlənməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının «İnsan ölüm anının müəyyən edilməsi barədə» *5 saylı Qərarının 4.3-cü bəninə əsasən ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21 noyabr 2*22-ci il tarixli, *5/Q/-2692 nömrəli məktubdan görünür ki, 23 sentyabr 2*22-ci il tarixdə vəfat etmiş X5 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin 16 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuş X5 23 sentyabr 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, 16 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuş X5 23 sentyabr 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 16 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuş X5 23 sentyabr 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X5 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar