Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6945/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüququnun müdafiəsi və paylı mülkiyyət hüququ üzrə torpaq sahəsində yerləşən tikilinin sökülərək fərdi yaşayış evi üzrə çıxarışın-dövlət qeydiyyatının paya münasibət hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasından kənar baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüququnun müdafiəsi və paylı mülkiyyət hüququ üzrə torpaq sahəsində yerləşən tikilinin sökülərək fərdi yaşayış evi üzrə çıxarışın-dövlət qeydiyyatının paya münasibət hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyət hüququ üzrə (bölgü planına əsasən 136 kvadratmetr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi və həmin torpaq sahəsində inşa edilmiş tikilinin həmin torpaq sahəsinə aid hissədə cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə dair DƏDRX-nin ********** qeydiyyat nömrəsi üzrə qeydiyyatın-çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş aidiyyət qaydalarına dair zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(125)–58/2023 nömrəli qərardadı ilə, Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan İddiaçı cavabdeh X1 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı çıxarılıb, qanuni qüvvəsini alanadək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 qarşı «tikilinin sökülməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə icrааtın dаyаndırılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış və sözügedən mülki işin icraatı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4 və 256.0.3-cü maddələrində göstərilən hallar mövcud olduğundan iş üzrə icraat dayandırılmışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.4-cü maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüququnun müdafiəsi və paylı mülkiyyət hüququ üzrə torpaq sahəsində yerləşən tikilinin sökülərək fərdi yaşayış evi üzrə çıxarışındövlət qeydiyyatının paya münasibət hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüququnun müdafiəsi və paylı mülkiyyət hüququ üzrə torpaq sahəsində yerləşən tikilinin sökülərək fərdi yaşayış evi üzrə çıxarışın-dövlət qeydiyyatının paya münasibət hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6945/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6945/2024
28.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver