Məhkəmə qərarları › İş №2(125)-695/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-695/2023

16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-695/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, 14 noyabr 1969-cu il təvəllüdlü X6 1*.*2.2*22-ci ildə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 14 noyabr 1969-cu il təvəllüdlü oğlu X2 şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 63 mənzil 8-də qeydiyyatda olmuş və ölənə kimi orada yaşamışdır. 1* fevral 2*22-ci ildə saat 18 radələrində əmisi oğlu Cəmaləddinə zənq edib oğlunun öz evində çimərkən qaz dəmindən zəhərlənib ölməsini bildirmişdir. Onlar dərhal qardaşının evinə qetmiş və orada qohumlarının, Ceyhunun iş yoldaşlarının və hüquq mühafizə orqanlarının nümayəndələrinin gəlmələrini qörmüşdür. Orada oğlunun iş yoldaşları həmin gün birlikdə toya qedəcələrini bildirmişlər. Onlar ceyhuna zəng etmişlər lakin Ceyhun cavab verməyib, evinə qəlib qapını döysələr də qapını açan olmayıb. Onlar şübhələnib 1*2 xidmətinə zənq edib və qonşularla birlikdə qohumları ilə əlaqə saxlamışlar. Polis əməkdaşları və FHN-nin əməkdaşları qapını sındırıb içəriyə daxil olduqda Ceyhunun hamamda çimərkən ölməsini qörmüşlər. Ceyhunun ölümünə səbəbin onun dəm qazındən zəhərlənməsini həkimlər təsdiq etmişdir. Gəncə şəhər prokurorluğu müvafiq araşdırma aparmış və həkimlərin qoyduğu diaqnozla ölməsini müəyyən etmişlər. O, 1993-cü ildən Şəhid anasıdır. Oğlunun ölümünün sənədləşdirilməsi ilə oğlu Cəmaləddin məşğul olmuşdur. Gəncə şəhər Səhiyyə idarəsinin Təcili və X1 1 nömrəli şəhər poliklinikasının 1* fevral 2*22-ci il tarixli 329 saylı arayışında qeyd edilmişdir ki,1* fevral 2*22-ci il tarixdə saat 17:33-də 14 noyabr 1969-cu il təvəllüdlü X8 yaşadığı evdə dəm qazından zəhərlənmədən ölmüşdür. Faktla bağlı Gəncə şəhər prokurorluğunda müvafiq araşdırma aparılmış və 18 fevral 2*22-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sənədlərlə birlikdə Ceyhunun ölüm haqqında tibbi şəhadətnamə forma 1*6 ala bilmədiyi üçün Maraqlı şəxs qardaşının ölməsi barədə tibbi şəhadətnamə olmadığından onun ölümünü qeyd edib, ölməsi barədə Şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, X4 miras əmlakın qəbul edilməsiylə bağlı rəsmiləşdirmə aparılması üçün ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25.11.2*22-ci il tarixli məktubundan görünür ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.*2.2*22-ci il tarixli qərardan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X8 yaşadığı ünvan 1 ünvanında yerləşənyaşayış evinin hamam otağında duş qəbul edən zmana həmin otaqda quraşdırılmış qaz ilə işləyən su qızıdırıcısının dəm qazından zəhərlənərək ölmüşdür. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X16 X3 PHŞ TTTYS tərəfindən verilmiş 1*.*2.2*22-ci il tarixli məlumata əsasən, 1*.*2.2*22-ci il tarixdə saat 17:33-də Gəncə şəhəri, Eminbəyli küçəsi, 2-ci dalan, ev *7 ünvanına 19.*3.1963-cü il təvəllüdlü X11 adına çağırış olmuşdur. Xəstəyə dəm qazından zəhərlənmə səbəbindən təcili yardıma qədər ölüm diaqnozu qoymuşdur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR ƏN 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.12.2*22-ci il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X8 xx.xx.1949-cu il təvəllüdlü Ərizəçi oğludur. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, 14 noyabr 1969-cu il təvəllüdlü X8 1* fevral 2*22-ci ildə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Əliyev Ceyhun onun qardaşıdır. 1969-cu ildə Gəncə şəhəri, Təbriz küçəsində anadan olub, 1*.*2.2*22-ci il tarixdə dəm qazından vəfat etmişdir. Yeni Səbiskar qəbirsanlığında dəfn olunmuşdur, o, qardaşının dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Ceyhun onun böyük qardaşıdır. 1969-cu ildə Gəncə şəhərində anadan olub və 1*.*2.2*22-ci il tarixdə dəm qazından zəhərlənərək vəfat edib. X14 qəbirsanlığında dəfn olunmuşdur, o, qardaşının dəfnində iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1969-cu il təvəllüdlü X6 1*.*2.2*22-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu X4 miras qalan əmlakı qəbul edə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, X6 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 1*.*2.2*22-ci ildə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 3*8ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22*, 3*7 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 noyabr 1969-cu il təvəllüdlü X6 1* fevral 2*22-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar