Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-698/2023 13.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1* Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 17.*4.2*1*-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X3nun 18 oktyabr 2*22-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum X6 onun doğma oğludur və 17 fevral 2*1*-cu ildə anadan olmuşdur. X3 18 oktyabr 2*22-ci il tarixdə səhər yuxudan durub məktəbə getmək istəyərkən yerə yıxılmış, həmin vaxt onu X2 aparmışlar. Orada ona göstərilən yardımlara baxmayaraq oğlu vəfat etmişdir. Mərhum X3 15 oktyabr 2*22-ci tarixdə dəfn edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” Publik “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X12 Kəpəz Ailə Sağlamlıq Mərkəzinə müraciət etsə də, oradan da ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmçinin mərhum X3nun ölümünə dair sənəd almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, oradan da məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 424167 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 17.*2.2*1*-cu il tarixdə anadan olmuş X5 atasıdır. X4 tərəfindən verilmiş ekiprizdən görünür ki, 17.*2.2*1*-cu ildə anadan olmuş X6 göstərilən yardımlara baxmayaraq bioloji ölmü təsdiqlənmişdir. İmamzadə Dəfn Xidmətləri MMC tərəfindən verilmiş 22.11.2*22-ci il tarixli, *3 saylı arayışdan görünür ki, X1 şəhər İmamzadə qəbiristanlığında 19.1*.2*22-ci il tarixdə dəfn olunmuşdur. Maraqlı şəxs *1.11.2*22-ci il tarixli, *5/Q-2487/15 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X5 ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X12 “Gəncə səhər Birləşmiş Xəstəxanası” X12 Kəpəz Ailə sağlamlıq mərkəzi tərəfindən verilmiş 16.11.2*22ci il tarixli arayışdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin X3 18 oktyabr 2*22-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçi X3nun ölməsi faktını təstiq edən lazımı sənədi əldə edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin X3nun 18 oktyabr 2*22-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. 17 fevral 2*1*-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X5 18 oktyabr 2*22-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(125)-698/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-698/2023
13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver