Məhkəmə qərarları › İş №2(125)-7141/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7141/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7141/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci ildə anadan olmuş X3 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 24 iyun 1981-ci il tarixdə X6 vilayətinin Bolqradiskiy rayon VVADQ şöbəsində X7 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı Ukrayna Respublikasının vətəndaşı olmuşdur. xx.xx.2020-ci il tarixdə xəstə vəziyyətində Ukrayna Respublikasından Azərbaycana gələrkən Rusiya Federasiyasının Dağıstan ərazisində vəfat etmişdir. Onun həmin tarixdə vəfat etməsi xx.xx.2020-ci il tarixli Rusiya DİN Tarumovski rayon İŞ-nin müstəntiqi, ədliyyə leytenantı Akmidxanov Z.A Tarumovski rayon Koçubey Məhkəmə-Tibbi ekspertiza bürosunun cəsədin yoxlama protokolu ilə təsdiq olunur. Lakin Rusiya Federasiyası Tarumovski rayonunda ona ərinin ölməsi barədə tibbi arayış verilməmişdir. Vəfat etmiş həyat yoldaşı X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə, sonradan isə Ucar rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin hər iki qeydiyyat şöbəsi ölümü təsdiq edən tibb müəssəsinin müvafiq arayışı olmadığına görə ölümün qeydə alınmasından imtina etmişdir. Əri X1 rayonunda dəfn edilmişdir. Onun dəfnində 50-dən çox adam iştirak etmişdir və onların hamısı yoldaşının vəfat etməsini təsdiq edə bilərlər. Həyat yoldaşından miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakı vərəsə kimi qəbul etmək istəyir, lakin həyat yoldaşının ölümünü təsdiq edən sənəd olmadığından mirası qəbul edə bilməmişdir. Ölüm barədə sənədi başqa qaydada almaq mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Ərizəçi qayınanasıdır. Qayınatasını Ucarda dəfn etmişdirlər. 2020-ci ilin fevral ayında hərbi xidmətdə olduğu vaxt atası zəng edib xəbər vermişdir ki, qayınatası X8 gələndə yolda maşında rəhmətə getmişdir. Sərhəd məntəqəsindən keçərkən cəsədin yarılmasına icazə vermədikləri üçün tibbi şəhadətnamənin alınması mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi anası, mərhum İsmayılov Musa isə atasıdır. Atası Volqoqradda ölmüş, Ucarda dəfn olunmuşdur. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- İİ-JD 260920 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən surətindən görünür ki, X7 ilə X4 nikahları xx.xx.1981-ci ildə X6 vilayətinin Bolqradiskiy rayon VVADQ şöbəsində 75 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. P UKR FX 470860 seriya nömrəli pasportun tərcümə olunmuş surətindən görünür ki, X11 Respublikasının vətəndaşı olmaqla, xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Rusiya DİN Tarumovski rayon Koçubey Məhkəmə-Tibbi ekspertiza bürosu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cəsədin yoxlama protokolundan görünür ki, 1950-ci il təvəllüdlü X3 cəsədi müayinə edilmiş, meyit üzərində heç bir xəsarət aşkar edilməmiş, mərhumun qardaşı qəti şəkildə imtina etdiyi üçün meyid yarılmamışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-131577 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ucar Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-374 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X3 2020-ci ildə öldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin X2 14 fevral 2020-ci il tarixdə Rusiya Federasiyası Tarumovski rayonunda ölmüşdür. Göründüyü kimi, ərizəçi X2nun ölməsi faktını təsdiq edən lazımı sənədi əldə edə bilmədiyi üçün ərindən miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin X2nun 14 fevral 2020-ci il tarixdə Rusiya Federasiyası Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1950-ci il tarixdə anadan olmuş X3 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası Tarumovski rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar