Məhkəmə qərarları › İş №2(125)-7167/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7167/2025

29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7167/2025 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.*6.1951-ci il təvəllüdlü X3 *2 iyul 2*25-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mahiyyəti: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X6 təqaüdçü idi. 2*25-ci ilin iyul ayının 2-də, günün birinci yarısında ehtiyatsızlıqdan yaşadığı evin həyətində yerləşən hovuza düşərək boğulub ölmüşdür. Hadisə baş verən zaman evdə kimsə olmadığından onun həyatını xilas etmək mümkün olmamışdır. Bundan sonra hadisə ilə bağlı X12 Xidmətinin “1*3” qaynar xəttinə zəng edilib hadisə yerinə çağırmışdır. X12 Xidmətinin həkimi Sevil Hüseynova hadisə yerinə gəldikdə, Vaqif Rzayevin artıq öldüyünü bildirmişdir. Vaqif Rzayevin ölümü ilə bağlı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X4“ Mərkəzi Gəncə TTTYS-nin böyük həkimi M.Həsənova tərəfindən *2.*7.2*25-ci il tarixli 1474 saylı məlumat vermişdir. Eyni zamanda hadisə yerinə hüquq mühafizə orqanları gəlmişlər. Hadisə yerinə gələn Gəncə şəhər BPİ-nin 2-ci X7çısı tərəfindən protokol tərtib edilmişdir, HK-1/2574/25 saylı material baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Prokurorluğuna göndərilmişdir. Gəncə şəhər prokuroru Rauf Gözəlov tərəfindən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-də toplanmış HK-1/2574/25 saylı material üzrə “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” *8.*7.2*25-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək yenidən icra olunması olunması üçün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə göndərilmişdir. Bundan sonra Gəncə şəhər BPİnin 2-ci X7çısı Kənan Mehdiyev tərəfindən tərəfindən 26.*8.2*25-ci il tarixli, 2/1-23187/2*25 saylı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar verilmişdir. Bundan sonra Vaqif Rzayevin ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Gəncə şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, oradan Vaqif Rzayevin ölümü haqqında tibbi şəhadətnaməni təqdim etmədiyi üçün ölüm haqqında akt qeydinin tərtib edilməsinin mümkünsüz olduğunu bildirmişlər. Bundan sonra tibbi şəhadətnamə alınması üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə şəhər Birləşmiş Xəstəxanası“ PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Lakin, orada Vaqif Rzayev barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 X11 “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmiş, oradan da X6 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olduğu bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, özü həkimdir. X14 yay vaxtı həmişə evlərinin həyətində oturardı. İyul ayının ikisi 2*25-ci ildə işdən gələn zaman yoldaşının həyətdə olmadığını və qapının isə açıq olduğunu görərək, ərinin qapını açıq qoyub harasa getdiyinə ehtimal vermədiyi üçün qonşudan ərinin orada olub-olmasını soruşmuş, lakin, Vaqif Rzayevin orda olmadığı bildirilmişdir. Evə və həyətə baxıb ərinin oralarda olmadığını müəyyən etdikdən sonra həyətdəki hovuza baxmaq ağlına gəlmişdir. Elə həmin vaxt Vaqif Rzayevin həmin hovuza düşdüyünün şahidi olmuşdur. X13 ürək və başqa müxtəlif əməliyyatlar keçirmişdi, çox güman ki, müvazinətini itirərək, hovuza yıxılmışdı. Həmin vaxt qonşuları da çağıraraq Vaqif Rzayevi oradan çıxarmış və X12 çağırmışdır. X12 Vaqif Rzayevin ölümünü təsdiq etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda da Vaqif Rzayevin hovuza düşərək ölməsi qeyd edilmiş və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Vaqif Rzayevi “Səbiskar” adlanan qəbiristanlığda dəfn etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi və mərhum əri X3 *2.*7.2*25-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndə Ağca Hüseynova məhkəməyə məktub göndərərək, iş yükünün çoxluğuna görə məhkəmə iclasında iştirakının imkan xaricində olduğunu və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər maraqlı şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - İV-JQ seriyalı, 45836* nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi arasında nikah 26 noyabr 1989-cu il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 noyabr 1989-cu il tarixdə 623 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rzayev”, arvada “Məmmədova” soyadı verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 3-16-5/8-11-2*91 nömrəli, 26 noyabr 2*25-ci il tarixli məktubunda Ərizəçi X3 ölüm haqqında tibbi şəhadətnaməsini təqdim edə bilmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin imkan xaricində olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Respublika Təcili və X4 Mərkəzi Gəncə TTTYS tərəfindən verilmiş *2 iyul 2*25-ci il tarixli, 1474 nömrəli məlumatda *2 iyul 2*25-ci il tarixdə saat 13:4* radələrində ünvan 1 ünvanına X3 adına çağırış olduğu, Hüseynova Sevilin meyiti müayinə etdiyi, üzərində xəsarət və zorakılıq əlamətlərinin aşkar edilmədiyi və həkimə qədər ölüm diaqnozunun qoyulduğu qeyd edilmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Gəncə şəhər BPİ-nin 2-ci X7 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 26 avqust 2*25-ci il tarixli qərardan görünür ki, ünvan 1-də yaşamış X3 *2.*7.2*25-ci il tarixdə saat 14 radələrində ehtiyatsızlıqdan yaşadığı evin həyətində yerləşən su hovuzuna düşərək suda boğularaq ölüm faktında Azərbaycan Respublikası Cinayət Məcəlləsində təsbit edilmiş adam öldürmə və insan ölümü ilə nəticələnən digər cinayətlərin tərkib əlamətlərinin olmasına dəlalət edən hər hansı bir hal aşkar edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2*25-ci il tarixli 137 nömrəli arayışda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31.*1.2*18-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə *5 saylı Qərarın 4.3-cü bəndinə əsasən “ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildiyi bildirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, 15.*6.1951-ci il təvəllüdlü X5 *2 iyul 2*25-ci il tarixdə vəfat etmişdir. Bu hal tədqiq edilən sübutlarla tamamilə təsdiq edilir. Lakin, müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X3 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 3*7.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, 15.*6.1951-ci il təvəllüdlü X3 *2 iyul 2*25-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X3 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*5, 3*7, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 15.*6.1951-ci il təvəllüdlü X3 *2.*7.2*25-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar