Məhkəmə qərarları › İş №2(125)-7190/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7190/2025

25.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7190/2025 25.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin 6-cı bəndinin təsdiq edilməsinə və onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında nikah olmuş, birgə nikahdan iki uşaqları anadan olmuşdur. Aralarında narazılıq yarandığından nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Nikahlarının pozulması ərəfəsində məcburi mediasiyadan keçmişlər, həmin zaman mediasiyada barışıq sazişi bağlamışlar.O ərə gedərkən ev iki otaqlı olmuş onunla birlikdə Maraqlı şəxs tərəfindən evdə hamamtualet, mətbəx və bir yaşayış otağı tikilmişdir. Lakin uzun müddət həmin evlərdə təmirsiz yaşamışlar.Nikahları pozulmamışdan bir il əvvəl Ülvi onun rəfiqəsindən borc pul götürdü və onlar əllərində olan başqa pulun üzərinə həmin pulu qoyaraq evi təmir etdirməyə başladılar.Mediasiya prosesində Ülvi rəfiqəsinə borclu olduğu pulu məhkəmədən kənar ona qaytarmağa razılıq verdi.Mediasiya prosesi zamanı imzalanmış barışıq sazişinin 2-ci hissəsinin 6-cı bəndində, Maraqlı şəxs 4000 manat pul məbləğini hər ay 200 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürdüyü qeyd edilmişdir. Hazırda Maraqlı şəxs həmin puldan 3000 manat ödəmiş, 1000 manat pulu isə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və sonda ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək, izahatında bildirmişdir ki, ərizəçi ilə aralarında barışıq sazişi bağlandıqdan sonra ərizəçi barışıq sazişinin şərtlərini pozmuş, onun evindən onda qalmalı olan mebel dəstini götürüb, aparmışdır. Bu səbəbdən də barışıq sazişinin 6-cı bəndində nəzərdə tutulan 4000 manatın 1000 manatını ödəməmişdir və hesab edir ki, ödəməli də deyildir. Sonda Maraqlı şəxs ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişinin 6-cı bəndinə əsasən, xx.xx.1980-ci il tarixdə anadan olmuş Maraqlı şəxs birgə nikah dövründə faktiki yaşadıqları evin təmiri üçün çəkilmiş xərcin Ərizəçi payına düşən 4000(dörd min) manat pul məbləğini qəbul edərək, saziş imzalandığı tarixdən etibarən, hər ay 200 (iki yüz) manat pul məbləğini ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Məhkəmədə hər iki tərəfin verdiyi izahatlardan işin faktiki halları kimi müəyyən edilmişdir ki, həmin saziş üzrə 3000 manat ödəmiş, qalan 1000 manatın ödənilməsindən isə imtina etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin imzalandığı xx.xx.2023-cü il tarixdən borcun ödənilməsi hissəsində könüllü şəkildə lazımınca icra etməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar MPMin 355-26-cı maddəsi nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat pul maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediator X1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin (6-cı bəndi), “Tərəf xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs birgə nikah dövründə faktiki yaşadıqları evin təmiri üçün çəkilmiş xərcin Ərizəçi payına düşən 4000(dörd min) manat pul məbləğini qəbul edərək, saziş imzalandığı tarixdən etibarən, hər ay 200(iki yüz) manat pul məbləğini ödəyəcəyinə dair öhdəlik götürdü” hissəsi həmin hissə üzrə ödənilməmiş qalan 1000 (bir min) manat məbləğində pulun məcburi icrası üçün təsdiq edilsin. İş üzrə ərizənin verilməsinə görə ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs alınıb, Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar