Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7213/2025 26.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatında MŞB/01808-2025 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək, xüsusi icraat qaydasında müraciət etdiyi ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan ona geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kimi, ərizəçinin iradəsi ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Ərizəçi (Maraqlı şəxs) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-7213/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7213/2025
26.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver