Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7322/2025 17.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə və Gəncə Şəhər Birləşmiş X1rşı ərizə ilə məhkəməyə müraciət edərək, 3*.*7.1941-ci il təvəllüdlü X3 3*.*7.2*25-ci ildə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Ərizəçi məhkəməyə ərizə təqdim edərək, Gəncə Şəhər Birləşmiş X7 Şəxsin maraqlı şəxs qismindən çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X8 28 aprel 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdərə rayonunda şəhid olmuşdur. Onun vərəsələri kimi o və ərinin anası X6 olmuş və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər ikisinə bölünərək verilmişdir. 3*.*7.1941-ci il təvəllüdlü X6 3*.*7.2*25-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bütöv alınması üçün ƏƏSMN-nin DSMF-yə müraciət etdikdə ona X3 ölüm haqqında şəhadətnaməsinin təqdim olunmasını bildirmişdirlər. Lakin baldızı Mətanət Cəfərovaya müraciət etdikdə bildirmişdir ki, ölüm haqqında şəhadətnamə alınmamışdır. Bundan sonra müvafiq olaraq dövlət orqanlarına müraciət etsə də imtina olunmuşdur. Qeyd olunan faktla bağlı sənədi başqa yolla əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda "Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin tabeliyində olan X11 tərəfindən vəfat etmiş qayınanası üçün ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Halbuki, onun ölüm səbəbi məlumdur, belə ki, bu barədə "xxxx" MMC tərəfindən arayış da verilmişdir. Buna görə o, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" X16 ərizə ilə müraciət edərək, 3*.*7.1941-ci il təvəllüdlü X4 aid "ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsini xahiş etmişdir. Bundan sonra həmin publik hüquqi şəxs məktubla cavab olaraq "ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsindən imtina etmişdir. Eyni zamanda o, 2 saylı Gəncə regional "ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət edərək, ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi cavab olaraq, ölüm haqqında şəhadətnamənin ona verilməsindən imtina etmişdir. Hazırda vəfat etmiş qayınanasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün ona aid təqaüdü tam ala bilmir və gələcəkdə onun digər hüquqlarının pozulmasına səbəb ola biləcəkdir. Buna görə də məhkəmə qaydası ilə 3*.*7.1941-ci il təvəllüdlü X3 3*.*7.2*25-cı ildə ölməsi faktı təsdiq edilməlidir. Həmin faktı məhkəmədənkənar qaydada təsdiq etdirmək mümkün deyildir. Mərhum qaynanası 3*.*7.1941-ci il təvəllüdlü X3 ölüm sənədini başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəməə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan:- Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.1*.2*18-ci il tarixli, *4*854 nömrəli arayışdan görünür ki, 27.*6.1971-ci ildə anadan olmuş X5 ata qrafasında X9, ana qrafasında X2 qeyd olunmuşdur. V-JQ 48*473 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə Ərizəçi nikahları xx.xx.1991-ci ildə Gəncə şəhəri Nikah Evində 765 nömrə ilə qeydə alınmışdır. İİ-JQ 485949 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 28.*4.1994-cü ildə ölmüşdür. 1*.1*.2*24-cü il tarixli, *14252 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi şəhid ailəsi üzvüdür. Gəncə şəhəri "xxxx" MMC tərəfindən verilmiş 3*.*9.2*25-ci il tarixli, 36 nömrəli arayışdan görünür ki, X6 3*.*7.2*25-ci il tarixdə 4 nömrəli qəbiristanlıqda dəfn olunmuşdur. Gəncə Şəhər Birləşmiş X7 Şəxsi tərəfindən verilmiş 17.11.2*25-ci il tarixli, 18-1-37/3- 3845/2*25 nömrəli məktubdan görünür ki, 3*.*7.1941-ci il təvəllüdlü X4 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.11.2*25-ci il tarixli, 3-16-5/8-11-2*22 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, X3 doğum və ölüm tarixi 3*.*7.1941- 3*.*7.2*25 olaraq göstərilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin qayınanası 3*.*7.2*25-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Ərizəçinin qayınanası X3 ölümü ilə bağlı tibbi şəhadətnamə olmadığı üçün ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçi həmin sənədi əldə edə bilmədiyi üçün sosial məsələlərin həllinə nail ola bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.3*7.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin qayınanası 3*.*7.1941-ci il təvəllüdlü X6 3*.*7.2*25-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 3*.*7.1941-ci il təvəllüdlü X3 3*.*7.2*25-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 3*.*7.1941-ci il təvəllüdlü X3 3*.*7.2*25-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-7322/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7322/2025
17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver