Məhkəmə qərarları › İş №2(125)-742/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-742/2022

18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-742/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi X6 və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ona məxsus 1500 manat dəyərində Yataq mebeli, 1500 manat dəyərində Qonaq otaq üçün mebel dəsti, 380 manat dəyərində iki ədəd çarpayı, 600 manat dəyərində televizor, 110 manat dəyərində ət maşını, 750 manat dəyərində paltaryuyan, 30 manat dəyərində şirə çəkən, 50 manat dəyərində ütü, 25 manat dəyərində ütü masası, 80 manat dəyərində qaşıq dəsti, 180 manat dəyərində çilçıraq, 700 manat dəyərində pərdələr, 40 manat dəyərində 2 ədəd uşaq odeyalı (örtüyü), 160 manat dəyərində iki nəfərlik 1ədəd döşək, 80 manat dəyərində 1 ədəd iki nəfərlik yorğan, 60 manat dəyərində 1 ədəd dəvə yunlu yorğan, 40 manat dəyərində 1 ədəd tək yorğan, 2 ədəd yay yorğanı 40 manat dəyərində 6 ədəd balınc, 1 ədəd pokrıval “bulmari” 65 manat dəyərində, 1 ədəd diana pokrıval 100 manat dəyərində, 1 ədəd divan üçün örtük 20 manat dəyərində, 2 ədəd tüklü adyal 40 manat dəyərində, l ədəd tüklü odeyal 50 manat dəyərində, 12 dəst yataq dəsti 500 manat dəyərində, 8 ədəd süfrə 300 manat dəyərində, 2 ədəd jurnalnı masa üçün süfrə 20 manat dəyərində, 20 ədəd çay dəsmalı 100 manat dəyərində, 30 ədəd məhraba 300 manat dəyərində, 1 ədəd İran xalçası 3*4 ölçüdə 800 manat dəyərində, 4 ədəd daroşka 200 manat dəyərində, 6 ədəd qətifə 100 manat dəyərində, 2 dəst uşaq pasteli 50 manat dəyərində, 12 nəfərlik qaşıq dəsti 30 manat dəyərində (çamadan qabında), 2 ədəd farfor konfet qabı 30 manat dəyərində, 12 ədəd araq rumkası 50 manat dəyərində, 1 ədəd gül qabı ( çexiya) 250 manat dəyərində, 2 ədəd meyvə qabı (çexiya) 500 manat dəyərində, 2 ədəd konfet qabı (çexiya) 150 manat dəyərində, 1 dəst kompot qabı (çexiya) 280 manat dəyərində, 12 ədəd rumka (çexiya) 220 manat dəyərində, 2 dəst kompot qabı ( çəxiya) 120 manat dəyərində, 1 dəst xrustal kompotniça 20 manat dəyərində, 12 ədəd xrustal stəkan 90 manat dəyərində, 6 ədəd armudu stəkan və nəlbəkisi 30 manat dəyərində, 4 ədəd bənəvşə qabı (bogema) 60 manat dəyərində, 6 ədəd duz qabı xrustal 30 manat dəyərində,4 dəst boşqab dəsti 180 manat dəyərində, 48 ədəd nəlbəki 80 manat dəyərində,12 ədəd kəsa 40 manat dəyərində, 6 ədəd bulud yekə 40 manat dəyərində, 6 ədəd dərin bulud 15 manat dəyərində, 6 ədəd dayaz bulud 15 manat dəyərində, 12 ədəd böyük qaşıq 30 manat dəyərində, 24 ədəd çay qaşığı 25 manat dəyərində, 24 ədəd çəngəl 30 manat dəyərində, 12 ədəd çömçə 40 manat dəyərində, 1 ədəd taxta qaşıq 10 manat dəyərində, 1 dəst qaşıq nerjaveyka 18 manat dəyərində, 1 dəst ədviyyat qabı 35 manat dəyərində, 1 dəst ərzaq qabları 20 manat dəyərində, 6 ədəd salat kəsası 25 manat dəyərində, 2 ədəd kanfet qabı rəngli 30 manat dəyərində, Gül qabı 2 dənə rəngli 60 manat dəyərində, 6 ədəd rəngli bakallar 80 manat dəyərində, 1 dəst çiçəkli qazan dəsti 160 manat dəyərində, 2 dəst balaca qazan dəsti 30 manat dəyərində, 1 dəst soyuducu qazanları 30 manat dəyərində, 1 ədəd yağ bidonu 25 manat dəyərində, 1 dəst nikkel qazan 100 manat dəyərində, 1 ədəd şirəli vədrə 20 manat dəyərində,1 ədəd şirəli kruşka 10 manat dəyərində, 1 ədəd şirəli ləyən 20 manat dəyərində, 1 ədəd kartoşka setkası 15 dəyərində, 1 dəst hamam səbədi 12 manat dəyərində, 3 ədəd padnos 50 manat dəyərində, 1 ədəd podnos 10 manat dəyərində, 1 ədəd həsr qab 80 manat dəyərində, 2 ədəd şirniyyat qabı 40 manat dəyərində, 1 ədəd konfet qabı 30 manat dəyərində, 1 ədəd ləpə qabı 25 manat dəyərində, 1 dənə Tom çıraq 85 manat dəyərində, 2 ədəd Allah Məhəmməd yazılı suvenir 80 manat dəyərində, dəmir vedrə və kruşka 20 manat dəyərində, 2 dənə bənövşə qabı 20 manat dəyərində,1 dəst çaynı serviz 100 manat dəyərində, 1 ədəd divar saatı 30 manat dəyərində, 1 ədəd gül qabı xrustal 30 manat dəyərində, 2 ədəd xrustal konfet qabı 30 manat dəyərində, 1 ədəd konfet qabı (bagema) 40 manat dəyərində, 1 ədəd tort qabı 20 manat dəyərində, 6 ədəd ləpə qabı 30 manat dəyərində, 6 limon qabı 30 manat dəyərində, 4 ədəd limon qabı 60 manat dəyərində, 6 ədəd aşsüzən 60 manat dəyərində, 1 ədəd toz soran 180 manat dəyərində, 1 dənə yayqı və oxlov 30 manat dəyərində, 1 ədəd lepkalı meyvə qabı 30 manat dəyərində, 3 ədəd tort qabı 50 manat dəyərində 12 ədəd meyvə bıçağı 10 manat dəyərində, 1 dəst bıçaq naboru 10 manat dəyərində, 1 ədəd konfet qabı şüşədən 5 manat dəyərində, mətbəx ləyənləri 30 manat dəyərində, 6 ədəd mürəbbə qabı 23 manat dəyərində, 12 ədəd razetka 12 manat dəyərində, cəmi 13473 manat dəyərində cehiz əşyalarının və ya onların dəyəri, həmçinin ödədiyi 135 manat dövlət rüsumunu və 51 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-ci ilin avqust ayında evlənmişlər, lakin nikahları rəsmiləşdirilməmişdir. Birqə vətandaş nikahlarından 16 avqust 2017-ci il təvəllüdlü Mələkxanım, 26 yanvar 2019-cu il təvəllüdlü əkizlər Mirağa və Məhəmmədəziz adlı üç uşaqları anadan olmuşlar. Cavabdeh könüllü olaraq uşaqların doğumu qeydə alınarkən, onların atası olmasını etiraf etmişdir. Ailədə yaranmış ziddiyətlərlə əlaqədər 2019-cu ilin dekabr ayından faktiki olaraq ayrı yaşayırlar. O, uşaqları ilə birlrkdə ata evində yaşayır. Ailənin bərpası mümkün deyil. Cavabdehdə qalmış ona məxsus cehiz əşyalarının qötürülməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə hazirki iddia ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Məhkəmə iclasında iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin təmsilçiləri cehiz əşyalarının tərəflərindən təqdim edilmiş yazılı izahatda göstərilən hissəsi cavabdehdədir və iddianın etiraf olunan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirdi ki, o, Tellinin əmisi qızıdır və Tellinin cehizinin Cavabdeh evinə yığılmasında iştirak etmişdir. Qızın cehizinə yataq dəsti, mələfə, məhrabalar, skaterlər, şkaf və şifanerlər, pərdələr, xalçalar, hamam ləvazimatları, qonaq otağı üçün gəvə, paltaryuyan maşın, ət maşını, blender, sokçəkən, termos, Komod, çılçıraq, televizor altlığı, pərdələr, habelə qonaq otağının və yataq otağının çılçıraqları və başqa əşyalar daxil olmuşdur. Mətbəx mebeli, qonaq otağındakı stol stul, divan kreslo cavabdehə məxsus idi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, Tellinin anasının xalasıdır və Tellinin cehizinin Cavabdeh evinə yığılmasında iştirak etmişdir. Telinin cehizinə mebel, yataq dəsti, tumbalar, şifonerlər, 2 ədəd servant, 2 ədəd tumba və televizor, iran xalçaları, çılçıraq və pərdələr, paltaryuyan, dəst çamadan, qonaq və yataq otağındakı, habelə dəhlizdəki xalçalar və digər əşyalar daxil idi. Soyuducu və mətbəx mebeli, habelə qonaq otağındakı divan və 6 stul-stol cavabdehə məxsus idi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, Tellinin dayısı arvadıdır və Tellinin cehizinin Cavabdeh evinə yığılmasında iştirak etmişdir. Telinin cehizinə paltaryuyan, mətbəx ləvazimatı, qonaq otağındakı və koridordakı xalça, yorğan döşək dəsti, qonaq otağındakı qablar, çilçıraqlar daxil olmuşdur. Qonaq otağındakı divan və yemək stolu stullarıyla birlikdə cavabdehə məxsus idi. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. İşdə olan sənədlərlə, tərəflərin izahatları, şahid ifadələri və fotoşəkillərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2016-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Birgə nikahdan 2016-cı il tarixdə el adəti ilə ailə qurmuş, ailə qurduqdan sonra iddiaçı cehiz əşyaları ilə ünvan 1 ünvanına köçmüş və orada yaşamışlar. Tərəflərin birgə nikahlarından 16 avqust 2017-ci il təvəllüdlü X3, 26 yanvar 2019-cu il təvəllüdlü X10 və X2 uşaqları anadan olmuşdur. Daha sonra ailə münasibətləri baş tutmadığından tərəflər ayrılmışlar. İddiaçı iddia edir ki, cehiz əşyaları cavabdehdə qalmışdır. Cavabdehdən əmlaklarını tələb etsə də, cavabdeh ona məxsus əmlakları qaytarmaqdan imtina etmişdir. Cavabdeh tərəf isə məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Hazırda 1 ədəd “Galaksı Electronics” firmasına aid “AQUA VAC” model tünd göy rəngdə tozsoran – dəyəri 60 manat (tap.az saytında satışa çıxarılmış istifadədə olmuş eyni tozsoranların orta dəyərinə uyğun olaraq); 1 ədəd “Regular” firmasına aid ekranının diaqonalı 81 sm (32 düym) olan qara rəngdə televizor – dəyəri 200 manat (tap.az saytında satışa çıxarılmış istifadədə olmuş eyni televizorların orta dəyərinə uyğun olaraq); 1 ədəd “LG” firmasına aid “Direct Drive” texnologiyalı, paltar yükləmə həcmi 6 kq olan paltaryuyan – dəyəri 350 manat (tap.az saytında satışa çıxarılmış istifadədə olmuş eyni paltaryuyanların orta dəyərinə uyğun olaraq); 1 ədəd aşağıda sadalanan hissələrdən ibarət olan qonaq otağı üçün mebel dəsti: 2 ədəd ağ rəngdə, ön tərəfinin aşağı künc hissələrində oyma üsulu ilə naxışları olan güzgülü servant; 1 ədəd ağ rəngdə güzgülü komod; 1 ədəd ağ rəngdə televizor altlığı. Qeyd olunan mebel dəstinin cəmi dəyəri 500 manat təşkil edir (tap.az saytında satışa çıxarılmış istifadədə olmuş oxşar mebel dəstlərinin orta dəyərinə uyğun olaraq); 1 ədəd aşağıda sadalanan hissələrdən ibarət olan yataq otağı üçün mebel dəsti: 1 ədəd 2 nəfərlik tünd ağ (süd) rəngdə, baş hissəsi dəri əvəzedicisindən hazırlanmış sınıq vəziyyətdə olan çarpayı (yataq); 1 ədəd ağ rəngdə kiçik ölçülü şkaf (tumba); 1 ədəd ağ rəngdə, ön tərəfinin yuxarı və aşağı hissələrində oyma üsulu ilə naxışları, habelə orta hissəsində gümüşü rəngdə zolağı olan şkaf; 1 ədəd ağ rəngdə kiçik ölçülü güzgülü komod (başqa adla “termo”); 1 ədəd ağ rəngdə üst hissəsi dəri əvəzedicisindən hazırlanmış sandıqlı oturacaq. Qeyd olunan mebel dəstinin cəmi dəyəri 600 manat təşkil edir (tap.az saytında satışa çıxarılmış istifadədə olmuş oxşar mebel dəstlərinin orta dəyərinə uyğun olaraq); 2 ədəd şəffaf-göyümtül rənglərdə pərdə - cəmi dəyəri 250 manat; 1 ədəd qırmızı-ağ rənglərdə çalarları olan köhnə xalça – dəyəri 100 manat (tap.az saytında satışa çıxarılmış istifadədə olmuş oxşar xalçaların orta dəyərinə uyğun); 1 ədəd 2 nəfərlik döşək – dəyəri 60 manat; 2 ədəd dini xarakterli suvenir – cəmi dəyəri 30 manat; 1 ədəd sınıq vəziyyyətdə çilçıraq (lüstr) – dəyəri 60 manat; Kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə 1 ədəd qrafin və 6 ədəd qədəh dəsti – cəmi dəyəri 35 manat; Üzərlərində ağ-qızılı rənglərdə çiçək naxışı olan qırmızı rəngdə 1 ədəd güldan və 6 ədəd qədəh dəsti – cəmi dəyəri 20 manat; 1 ədəd yaşılı-qızılı rənglərdə güldan – dəyəri 20 manat; 2 ədəd yaşıl rəngdə konfet qabı – cəmi dəyəri 10 manat; 6 ədəd üzərlərində qızılı rəngdə naxışları olan yaşıl rəngdə su qədəhi - cəmi dəyəri 6 manat; 6 ədəd ortasında sarı rəngdə zolağı olan şəffaf rəngdə araq stəkanı – cəmi dəyəri 10 manat; 1 ədəd “Mega” firmasına aid ətçəkən – dəyəri 40 manat (tap.az saytında satışa çıxarılmış istifadədə olmuş oxşar ətçəkənlərin orta dəyərinə uyğun); 2 ədəd kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə güldan – cəmi dəyəri 25 manat; 1 ədəd üzərində ağ rəngdə çiçək naxışı olan tünd göy rəngdə qapaqlı şüşə qab və 4 ədəd üzərində ağ-qızılı rənglərdə naxışları olan tünd göy rəngdə qədəhə bənzər şüşə qab – cəmi dəyəri 20 manat; 2 ədəd kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə meyvə qabı – cəmi dəyəri 100 manat; 1 ədəd körpə uşaq çarpayısı (beşik) – dəyəri 100 manat; 1 ədəd kustar üsulla (sexdə) hazırlanmış körpə uşaq çarpayısı (beşik) – dəyəri 30 manat; 1 ədəd ütü masası – dəyəri 10 manat; 2 ədəd uşaq adyalı – cəmi dəyəri 30 manat; 6 ədəd armudu stəkan (qutuda) – cəmi dəyəri 15 manat; 6 ədəd çay stəkanı (qutuda) – cəmi dəyəri 15 manat; 1 ədəd üzərində qızılı rəngdə naxışları olan yaşıl rəngdə meyvə qabı – dəyəri 20 manat; 5 ədəd xörək qaşığı və 5 ədəd çəngəl – cəmi dəyəri 10 manat; 1 ədəd kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə ləpə qabı – dəyəri 10 manat; 2 ədəd istifadədə olmuş biri yaşıl, digəri tünd narıncı rəngə adyal – cəmi dəyəri 30 manat; Üzərlərində qızılı rəngdə çiçək naxışı olan tünd boz rəngdə 1 ədəd su qrafini və 6 ədəd stəkan dəsti – cəmi dəyəri 10 manat; 2 ədəd mürəbbə-konfet qabı – cəmi dəyəri 15 manat; 12 ədəd kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə müxtəlif ölçülü qədəh – cəmi dəyəri 50 manat; 5 ədəd istifadədə olmuş əl-üz üçün məhrəba – cəmi dəyəri 5 manat; 5 ədəd istifadədə olmuş çimmək üçün məhrəba – cəmi dəyəri 5 manat; 1 ədəd çıraq (lampa) – dəyəri 25 manat; 24 hissədən ibarət 1ədəd çay dəsti – cəmi dəyəri 50 manat; 1 ədəd doax (və ya duyax) (xəmir yaymaq üçün xüsusi dairəvi taxta) – dəyəri 10 manat; 2 ədəd oxlov – cəmi dəyəri 5 manat; 3 ədəd qutuda cəmi 18 ədəd nəlbəki – cəmi dəyəri 20 manat; 1 ədəd qutuda cəmi 18 ədəd boşbaq dəsti – cəmi dəyəri 60 manat; 1 ədəd “Sonashi” firmasına aid ütü – dəyəri 20 manat; 6 ədəd orta ölçülü boşbaq – cəmi dəyəri 8 manat; 8 ədəd yeni vəziyyətdə məhraba – cəmi dəyəri 18 manat; 4 ədəd 2 nəfərlik yataq örtüyü dəsti – cəmi dəyəri 160 manat; 2 ədəd kiçik ölçülü stol örtüyü – cəmi dəyəri 10 manat; 1 ədəd çamadanda qaşıq-bıçaq dəsti – cəmi dəyəri 30 manat; 3 ədəd podnos – cəmi dəyəri 15 manat; 6 ədəd sadə stəkan – cəmi dəyəri 10 manat olan cehiz əşyalarının iddiaçı ilə birgə yaşadıqları evdə olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən qismən etirafı qəbul edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsində tələb etdiyi cehiz əmlaklarının cavabdehdə olan qismi məhkəmə iclasında iddiaçının izahatı, cavabdehin qismən etirafedici ifadəsi, şahid ifadələri və məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunduğundan, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı ərizəsində cehiz əmlakın göstərdiyi qiymətlərinə dair hər hansı sübut təqdim etməmişdir, lakin cavabdeh tərəf təqdim etdiyi yazılı izahatda cehiz əmlakın onda olan hissəsinin qiymətini də etiraf etmişdir. Buna görə də iddia qismən təmin edilərək, yalnız cavabdehin etiraf etdiyi hissədə göstərilən cehiz əşyaları, bu mümkün olmadıqda cavabdehin etiraf etdiyi dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən cehiz əmlakları nikaha daxil olanadək iddiaçıya məxsus olduğundan, habelə ona hədiyyə şəklində verildiyindən, həmin cehiz əmlakları yalnız iddiaçının əmlakıdır. Buna görə də iddiaçı göstərilən əmlakların mülkiyyətçisi olduğundan həmin əmlakları tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd “Galaksı Electronics” firmasına aid “AQUA VAC” model tünd göy rəngdə tozsoran – dəyəri 60 manat; 1 ədəd “Regular” firmasına aid ekranının diaqonalı 81 sm (32 düym) olan qara rəngdə televizor – dəyəri 200 manat; 1 ədəd “LG” firmasına aid “Direct Drive” texnologiyalı, paltar yükləmə həcmi 6 kq olan paltaryuyan – dəyəri 350 manat; 1 ədəd aşağıda sadalanan hissələrdən ibarət olan qonaq otağı üçün mebel dəsti: 2 ədəd ağ rəngdə, ön tərəfinin aşağı künc hissələrində oyma üsulu ilə naxışları olan güzgülü servant; 1 ədəd ağ rəngdə güzgülü komod; 1 ədəd ağ rəngdə televizor altlığı-mebel dəstinin cəmi dəyəri 500 manat təşkil edir; 1 ədəd aşağıda sadalanan hissələrdən ibarət olan yataq otağı üçün mebel dəsti: 1 ədəd 2 nəfərlik tünd ağ (süd) rəngdə, baş hissəsi dəri əvəzedicisindən hazırlanmış sınıq vəziyyətdə olan çarpayı (yataq); 1 ədəd ağ rəngdə kiçik ölçülü şkaf (tumba); 1 ədəd ağ rəngdə, ön tərəfinin yuxarı və aşağı hissələrində oyma üsulu ilə naxışları, habelə orta hissəsində gümüşü rəngdə zolağı olan şkaf; 1 ədəd ağ rəngdə kiçik ölçülü güzgülü komod (başqa adla “termo”); 1 ədəd ağ rəngdə üst hissəsi dəri əvəzedicisindən hazırlanmış sandıqlı oturacaq - mebel dəstinin cəmi dəyəri 600 manat təşkil edir; 2 ədəd şəffaf-göyümtül rənglərdə pərdə - cəmi dəyəri 250 manat; 1 ədəd qırmızı-ağ rənglərdə çalarları olan köhnə xalça – dəyəri 100 manat; 1 ədəd 2 nəfərlik döşək – dəyəri 60 manat; 2 ədəd dini xarakterli suvenir – cəmi dəyəri 30 manat; 1 ədəd sınıq vəziyyyətdə çilçıraq (lüstr) – dəyəri 60 manat; kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə 1 ədəd qrafin və 6 ədəd qədəh dəsti – cəmi dəyəri 35 manat; üzərlərində ağ-qızılı rənglərdə çiçək naxışı olan qırmızı rəngdə 1 ədəd güldan və 6 ədəd qədəh dəsti – cəmi dəyəri 20 manat; 1 ədəd yaşılı-qızılı rənglərdə güldan – dəyəri 20 manat; 2 ədəd yaşıl rəngdə konfet qabı – cəmi dəyəri 10 manat; 6 ədəd üzərlərində qızılı rəngdə naxışları olan yaşıl rəngdə su qədəhi - cəmi dəyəri 6 manat; 6 ədəd ortasında sarı rəngdə zolağı olan şəffaf rəngdə araq stəkanı – cəmi dəyəri 10 manat; 1 ədəd “Mega” firmasına aid ətçəkən – dəyəri 40 manat; 2 ədəd kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə güldan – cəmi dəyəri 25 manat; 1 ədəd üzərində ağ rəngdə çiçək naxışı olan tünd göy rəngdə qapaqlı şüşə qab və 4 ədəd üzərində ağ-qızılı rənglərdə naxışları olan tünd göy rəngdə qədəhə bənzər şüşə qab – cəmi dəyəri 20 manat; 2 ədəd kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə meyvə qabı – cəmi dəyəri 100 manat; 1 ədəd körpə uşaq çarpayısı (beşik) – dəyəri 100 manat; 1 ədəd kustar üsulla (sexdə) hazırlanmış körpə uşaq çarpayısı (beşik) – dəyəri 30 manat; 1 ədəd ütü masası – dəyəri 10 manat; 2 ədəd uşaq adyalı – cəmi dəyəri 30 manat; 6 ədəd armudu stəkan (qutuda) – cəmi dəyəri 15 manat; 6 ədəd çay stəkanı (qutuda) – cəmi dəyəri 15 manat; 1 ədəd üzərində qızılı rəngdə naxışları olan yaşıl rəngdə meyvə qabı – dəyəri 20 manat; 5 ədəd xörək qaşığı və 5 ədəd çəngəl – cəmi dəyəri 10 manat; 1 ədəd kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə ləpə qabı – dəyəri 10 manat; 2 ədəd istifadədə olmuş biri yaşıl, digəri tünd narıncı rəngə adyal – cəmi dəyəri 30 manat; üzərlərində qızılı rəngdə çiçək naxışı olan tünd boz rəngdə 1 ədəd su qrafini və 6 ədəd stəkan dəsti – cəmi dəyəri 10 manat; 2 ədəd mürəbbə-konfet qabı – cəmi dəyəri 15 manat; 12 ədəd kristal şüşəyə bənzər materialdan hazırlanmış şəffaf rəngdə müxtəlif ölçülü qədəh – cəmi dəyəri 50 manat; 5 ədəd istifadədə olmuş əl-üz üçün məhrəba – cəmi dəyəri 5 manat; 5 ədəd istifadədə olmuş çimmək üçün məhrəba – cəmi dəyəri 5 manat; 1 ədəd çıraq (lampa) – dəyəri 25 manat; 24 hissədən ibarət 1ədəd çay dəsti – cəmi dəyəri 50 manat; 1 ədəd doax (və ya duyax) (xəmir yaymaq üçün xüsusi dairəvi taxta) – dəyəri 10 manat; 2 ədəd oxlov – cəmi dəyəri 5 manat; 3 ədəd qutuda cəmi 18 ədəd nəlbəki – cəmi dəyəri 20 manat; 1 ədəd qutuda cəmi 18 ədəd boşbaq dəsti – cəmi dəyəri 60 manat; 1 ədəd “Sonashi” firmasına aid ütü – dəyəri 20 manat; 6 ədəd orta ölçülü boşbaq – cəmi dəyəri 8 manat; 8 ədəd yeni vəziyyətdə məhraba – cəmi dəyəri 18 manat; 4 ədəd 2 nəfərlik yataq örtüyü dəsti – cəmi dəyəri 160 manat; 2 ədəd kiçik ölçülü stol örtüyü – cəmi dəyəri 10 manat; 1 ədəd çamadanda qaşıq-bıçaq dəsti – cəmi dəyəri 30 manat; 3 ədəd podnos – cəmi dəyəri 15 manat; 6 ədəd sadə stəkan – cəmi dəyəri 10 manat olan cehiz əşyaları, bu mümkün olmadıqda dəyəri alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar