Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-761/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə Gəncə şəhərində anadan olmuş X3 vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bildirmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü anası X2 şəhərində anadan olmuş və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə 4 ünvanında yaşamışdır. Anası ağciyər xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri X9 Xəstəlikləri İnstitutunda PHŞ-də müalicə olunmuşdur. Anası “Adqeziv iki tərəfli pnevmomya T.C İİ dərəcə boğulma tutmaları ilə” müalicə almışdır. O, xx.xx.2023-cü il tarixdə anası, oğlu, Rəvan ilə birlikdə şəxsi avtomobili ilə yaşadıqları Gəncə şəhərinə gələrkən Ələt rayonu ərazisində anasının halı qəflətən pisləşmiş və dünyasını dəyişmişdir. Anası xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri İmamzadə qəbirsanlığında dəfn olunmuş və 961/709 nömrə ilə qeydə alınmışdır. Anasının ölməsi barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbədən 04 dekabr 2023-cü il tarixdə gələn cavabda ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə baxışı zamanı anasının vəfat etməsi faktını oğlu Şahid3, xalası qızı Şahid1 şahid qismində ifadə verərək təsdiq edə bilərlər. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, xx.xx.1957-ci ildə Gəncə şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair məhkəmə iclaslarının onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun xalası oğludur. X1 ağciyər xəstəliyindən əziyyət çəkmişdir. Ərizəçi avtomobili ilə Bakı şəhərindən Gəncə şəhərinə gələrkən Ələt rayonu ərazisində xalasının halı qəflətən pisləşmiş və dünyasını dəyişmişdir. Gəncə şəhərində İmamzadə qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X4 onun nənəsi olmuşdur. O, ağciyər xəstəliyindən əziyyət çəkmişdir. Bakı şəhəri X9 Xəstəlikləri İnstitutunda PHŞ-də müalicə olunmuşdur. Nənəsi, atası və o, Gəncə şəhərinə gələrkən Ələt rayonu ərazisində yolda minik avtomobilində nənəsinin halı qəflətən pisləşmiş və vəfat etmiş, Gəncə şəhərinə gətirilərək İmamzadə qəbirsanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Mərhum anası X4 xəstəlikdən vəfat etmiş, Gəncə şəhərində İmamzadə qəbirsanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-2430 saylı məktubundan görünür ki, X3 ölüm haqqında haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs X10 Sağlamlıq Mərkəzinin 22 noyabr 2023-cü il tarixli arayışından görünür ki, mərhum xx.xx.1957-ci il təvəllüdlü X4 Bakı şəhəri X9 Xəstəlikləri İnstitutunda PHŞ-də müalicə olunmuş xx.xx.2023-xx.xx.2023-cü il tarixədək “Adqeziv iki tərəfli pnevmoniya T.C İİ dərəcə boğulma tutmaları ilə” müalicə almış, lakin xx.xx.2023-cü il tarixdə xəstənin vəziyyəti pisləşdiyi üçün övladlarının təkidi ilə xəstəxanadan çıxardılmışdır. Ancaq xəstə yolda (şəxsi minik avtomobildə Ələt rayonuna çatdıqda) dünyasını dəyişmişdir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasında insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda"nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında “ölüm haqqında tibbi şəhadətnamə” patoloji-anatomik və ya məhkəmə tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmçinin həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Odur ki, ölüm hadisəsi yaşadığı ünvanda deyil, Ələt rayonu ərazisində yolda minik avtomobilində olduğu üçün GBX-nın PHŞ X10 Sağlamlıq Mərkəzi ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilir. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 Xəstəlikləri İnstitutunda publik hüquqi şəxsin xəstəlik tarixindən epikrizindən görünür ki, X4 Bakı şəhəri X9 Xəstəlikləri İnstitutunda PHŞ-də müalicə olunmuş xx.xx.2023-xx.xx.2023-cü il tarixədək “Adqeziv iki tərəfli pnevmoniya T.C İİ dərəcə boğulma tutmaları ilə” müalicə almışdır. İşdə olan Gəncə şəhəri İmamzadə Dəfn Xidmətləri MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 nəşi xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri İmamzadə qəbirsanlığında dəfn olunmuş və dəfn 961/709 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, iş materialları ilə təsdiq olundu ki, ərizəçinin anası X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin anası X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-761/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-761/2024
08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver