Məhkəmə qərarları › İş №2(125)-7624/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7624/2023

01.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7624/2023 01.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə arasında olan nikahın pozulmasına, alimentdən imtina, uşaqlardan birinin (oğlu X3) onun himayəsində, birinin isə (qızı X1) Cavabdeh himayəsində saxlanılmasına dair bağlanmış MŞG/MT033/2023-03756 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmənin hazırlıq iclasında baxılarkən ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin nəzərə alınmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar