Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-795/2022 14.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və digər əmlakın qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 1 ədəd dəyəri 1.700 manat məbləğində olan kolyedən, 1 ədəd dəyəri 1.500 manat olan badam formalı sırğa-üzük dəstindən, 1 ədəd dəyəri 1.000 manat məbləğində olan brilyant qaşlı bilərzikdən, 1 ədəd dəyəri 800 manat məbləğində olan brilyant qaşlı 750 əyarlı nişan üzüyündən, 1 ədəd dəyəri 350 manat olan üzərində Nuray yazılmış klonla birlikdə boyunbağıdan, 1 ədəd dəyəri 150 manat olan uşaq sırğasından ibarət, cəmi dəyəri 5.500 manat məbləğində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin iddiaçının himayəsində olan X6 və X4 məxsus dəyəri 210 manat məbləğində olan velosipedlərin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 78 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 ədəd dəyəri 1.700 manat məbləğində olan kolyedən, 1 ədəd dəyəri 1.500 manat olan badam formalı sırğaüzük dəstindən, 1 ədəd dəyəri 800 manat məbləğində olan brilyant qaşlı 750 əyarlı nişan üzüyündən ibarət qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin iddiaçının himayəsində olan X6 və X4 məxsus dəyəri 210 manat məbləğində olan velosipedlərin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 78 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, o, Cavabdeh ilə 2010-cu ilin iyun ayında el adəti üzrə toy edib, nikaha girmiş və onlar nikahlarını 17 aprel 2012-ci ildə qeydə aldırmışlar. Onların birgə nikahlarından 27 mart 2012-ci ildə X8 və 04 avqust 2013-cü ildə X7 adlı 2 uşaq anadan olmuşdur. Lakin cavabdehlə birlikdə yaşamaq mümkün olmadığına görə aralarında olan nikah 21 dekabr 2020-ci ildə başa çatmış, o, birgə nikahdan doğulmuş uşaqlarla birlikdə yaşamaq üçün öz valideynlərinə məxsus ünvana getmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(044)-780/2021 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş uşaqların onun yanında qalması müəyyən edilmiş və həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin cavabdeh ona və qızı Nuraya məxsus qızıl-zinət əşyalarını ələ keçirmiş və ona geri qaytarmamışdır. Belə ki, 2020-ci ilin yay aylarında cavabdehin atası özünə məxsus «Volqa» markalı avtomobili idarə edərkən, vurub zədələmiş və cavabdeh ona avtomobilin təmiri üçün lombarddan pul əldə etmək üçün qızıl-zinət əşyalarını girov qoymağı xahiş etmişdir. Buna görə də o, özünə məxsus 1 ədəd bilərziyi, qızı Nurayın sırğasını, kulonlasepini girov qoyub, pul götürmək üçün Cavabdeh vermişdir. Bundan sonra təxminən 2020ci ilin oktyabr-noyabr ayında cavabdeh avtomobil almaq üçün ondan digər qızıllarını da istəmişdir. O, həmin qızılları vermək istəmədikdə isə onunla cavabdeh arasında mübahisə yaranmış və qalan digər qızıl-zinət əşyalarını da cavabdehə vermişdir. Bundan başqa, pandemiya dövründə dövlət tərəfindən təyin edilmiş 210 manat məbləğində pul vəsaiti hesabına o, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlara 2 ədəd velosiped alsa da, cavabdeh həmin velosipedləri özündə saxlayaraq, ona verməmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, əvvəllər iddiaçı ilə birgə nikahda olmuşdur və onların birgə nikahlarından 2 uşaqları vardır. Lakin 2020-ci ilin sentyabr ayının sonlarında onlar arasında olan nikah münasibətləri faktiki olaraq başa çatmış və İddiaçı öz valideynlərinin yaşadığı ünvana köçmüşdür. Beləliklə, 2020-ci ilin sentyabr ayından onunla İddiaçı arasında heç bir münasibət olmamış, hətta İddiaçı 2020-ci ilin dekabr ayında aralarında olan nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də istər iddia ərizəsində, istərsə də məhkəmə iclasındakı izahatında İddiaçı qızıl-zinət əşyalarının 2020ci ilin oktyabr-noyabr aylarında avtomobil almaq üçün ona verilməsinə dair göstərdiyi hallar həqiqətə uyğun deyildir. Birgə nikah dövründə qızıl-zinət əşyalarının yalnız bir hissəsi girov qoyulmuşdur və o, həmin qızıl-zinət əşyalarını məhkəmə iclasında könüllü olaraq iddiaçıya təqdim etmişdir. O, iddiaçının özünə qızıl-zinət əşyalarının verilməsindən sonra həmin qızıl-zinət əşyalarının almasını təkzib edəcəyindən ehtiyat etdiyinə görə qızılzinət əşyalarını yalnız məhkəmə iclasında təqdim etmişdir. Qeyd olunan səbəbdən də iddiaçı iddia tələbinin həcmini azaltmışdır. Digər qızıl-zinət əşyaları isə daim iddiaçının özündə, ya da iddiaçının anasında olmuş və iddiaçı həmin qızıl-zinət əşyalarını heç vaxt ona verməmişdir. Həmçinin iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqlara məxsus velosipedlər əvvəllər birgə yaşadıqları evdə qalmışdır və o, həmin velosipedləri, onlar olmadıqda isə dəyərini iddiaçıya verməyə razıdır. Sonda E.E.Abasov iddia tələbinin qismən, yəni qızıl-zinət əşyaları tələbinə dair hissədə rədd, velosipedlərin ondan alınıb iddiaçıya verilməsinə dair hissədə isə təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(044)-780/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Elmirdar oğlu ilə İddiaçı arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2013cü il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X5 X1 himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq, X3 verilməsi qət edilmişdir. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd brilyant qaşlı 750 əyarlı qızıldan kolyenin dəyəri 1.700 manat, 1 dəst badam formalı 750 əyarlı, brilyant qaşlı sırğa-üzük dəstinin dəyəri 1.500 manat, 1 ədəd brilyant qaşlı bilərziyin dəyəri 1.000 manat, 1 ədəd brilyant qaşlı 750 əyarlı nişan üzüyünün dəyəri 800 manat, 1 ədəd boyunbağı üzərində Nuray yazılmış kulonun dəyəri 350 manat, 1 ədəd uşaq sırğasının dəyəri 150 manatdır. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 18 avqust 2022-ci il tarixli ərizədən görünür ki, mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı 1 ədəd 1.000 manat dəyərində brilyant qaşlı bilərzik, 1 ədəd 350 manat dəyərində üzərində Nuray yazılmış klonla birlikdə boyunbağı və 1 ədəd dəyəri 150 manat olan uşaq sırğası Cavabdeh tərəfindən X3 qaytarılmışdır. İş materiallarında olan 29 aprel 2020-ci il tarixli girov müqaviləsinin və 25 may 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 1 ədəd boyunbağı, 1 ədəd qolbağı və 1 ədəd sırğa BOKT "xxxx" MMC-nin «Gəncə» filialına girov qoyulmuş və 25 may 2021-ci il tarixdə təhvil alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh və X9 2010-cu ilin iyun ayında el adəti üzrə toy edib, nikaha girmiş və onlar nikahlarını 17 aprel 2012-ci ildə qeydə aldırmışlar. Sonradan tərəflər arasında münasibətlər pisləşmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(044)-780/2021 nömrəli qətnaməsi ilə nikah pozulmuşdur. Birgə nikah dövründə iddiaçının razılığı əsasında 1 ədəd boyunbağı, 1 ədəd qolbağı və 1 ədəd sırğa BOKT "xxxx" MMC-nin «Gəncə» filialına girov qoyulmuşdur. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı cavabdeh tərəfindən həmin qızıl-zinət əşyaları iddiaçıya təqdim olunmuş, iddiaçı öz iddia tələbinin həcmini həmin hissədə azaltmış, digər hissədə isə müdafiə etmişdir. Lakin iddiaçı 1 ədəd dəyəri 1.700 manat məbləğində olan kolyedən, 1 ədəd dəyəri 1.500 manat olan badam formalı sırğa-üzük dəstindən, 1 ədəd dəyəri 800 manat məbləğində olan brilyant qaşlı 750 əyarlı nişan üzüyündən ibarət qızıl-zinət əşyalarının cavabdehdə qalmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin izahatında bildirməsinə görə tərəflər arasında faktiki ər-arvad münasibətləri 2020-ci ilin sentyabr ayında, iddiaçının bildirməsinə görə isə 21 dekabr 2020-ci ildə başa çatmış və iddiaçı yaşamaq üçün öz valideynlərinin evinə köçmüşdür. Göründüyü kimi istənilən halda tərəflər arasında münasibətlər artıq 2020-ci ilin oktyabrnoyabr aylarında pisləşmişdir. Buna baxmayaraq, iddiaçı öz iddia tələbinin əsası kimi qızılzinət əşyalarının həmin tarixdə verildiyinə istinad etmişdir. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi yazışmalarla qızıl-zinət əşyalarının cavabdehlərdə olması qənaətinə gəlmək mümkün deyildir. Belə ki, həmin yazışmalarda iddiaçının israrla cavabdehdən qızıllarını qaytarmasını tələb etməsinə baxmayaraq, hansı qızılların cavabdehdə olması göstərilməmiş, cavabdeh isə nikah pozularkən qızılları İddiaçı verəcəyini bildirmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı isə 1 ədəd 1.000 manat dəyərində brilyant qaşlı bilərzik, 1 ədəd 350 manat dəyərində üzərində Nuray yazılmış klonla birlikdə boyunbağı və 1 ədəd dəyəri 150 manat olan uşaq sırğası Cavabdeh tərəfindən X3 qaytarılmış, Cavabdeh yalnız həmin qızıl-zinət əşyalarının lombarda girov qoyulması ilə əlaqədar onda qaldığını, lakin digər qızıl-zinət əşyalarının iddiaçıda olduğunu bildirmişdir. Həmçinin iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi audio yazı məlumatlarında Aygün adlı şəxslə Qəmər adlı şəxsin danışığı zamanı hazırki iddia tələbini təşkil edən qızıl-zinət əşyalarının məhz cavabdehdə olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə, iddiaçı iddia tələbini təşkil edən qızıl-zinət əşyalarının hazırda cavabdehdə olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbinin qızıl-zinət əşyalarına dair hissədə təmin edilməməsi, 2 ədəd velosipedin, həmin velosipedlər olmadıqda isə onların dəyəri qismində 210 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 18 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh dəyəri 210 (iki yüz on) manat məbləğində olan 2 (iki) ədəd velosiped, həmin əşyalar olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 18 (on səkkiz) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-795/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-795/2022
14.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver