Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-8090/2023 22.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı X5 Xidmət Mərkəzində Notariat Ofisi, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh2 qarşı mirasin qəbul edilməsi, miras əmlaka payların müəyyən edilməsi və miras əmlakın mülkiyyət hüququ əsasında mülkiyyətə verilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı X5 Xidmət Mərkəzində Notariat Ofisi, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh2 qarşı mirasin qəbul edilməsi, miras əmlaka payların müəyyən edilməsi və miras əmlakın mülkiyyət hüququ əsasında mülkiyyətə verilməsi tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mərhum anası X2 adına olan və ondan miras qalan mülkün, evin onun tərəfindən qanun üzrə vərəsə kimi qəbul edilməsi və cavabdehlə onun arasında paylarının müəyyən edilməsi və müəyyən edilmiş paylara mülkiyyət hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının anası xx.xx.2011-ci il tarixdə vəfat etmiş X1 qalmış evin onun tərəfindən qanun üzrə vərəsə kimi qəbul edilməsi və cavabdehlə onun arasında paylarının müəyyən edilməsi və müəyyən edilmiş paylara mülkiyyət hüququnun verilməsi barədə iddia qaldırmışdır. İş materiallarında olan iddiaçının anasından miras qaldığını iddia etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evnə dair məumun adına mülkiyyət sənədinin verilməsindən imtina edilmiş, imtinanın səbəblərindən biri kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilməsi qeyd edilmişdir. Həmçinin miras əmlakı kimi qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının miras əmlak kimi qeyd etdiyi daşınmaz əçlaka dair mülkiyyət sənədləri yoxdur və iddiaçı həmin sənədlərin əldə edilməsi üçün məhkəməyəqədər həll variantına riayət etməmişdir. Bu baxımdan iddiaçı ilk növbədə mərhumun adına mülkiyyət sənədlərinin əldə edilməsi üçün Daşınmaz əmlakın dövlət reyestrinə müraciət etməli, həmin orqan imtina verdikdə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı X5 Xidmət Mərkəzində Notariat Ofisi, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi, miras əmlaka payların müəyyən edilməsi və miras əmlakın mülkiyyət hüququ əsasında mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev İş № 2(125)-8090/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Gəncə Şəhər Məhkəməsi 22 dekabr 2023-cü il Gəncə şəhəri X3 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı X5 Xidmət Mərkəzində Notariat Ofisi, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh2 qarşı mirasin qəbul edilməsi, miras əmlaka payların müəyyən edilməsi və miras əmlakın mülkiyyət hüququ əsasında mülkiyyətə verilməsi tələbinə dair mülki işə baxılır. Sədrlik edən məhkəmə iclasını saat 17:50-da açıq elan edir. İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı X5 Xidmət Mərkəzində Notariat Ofisi, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh2 qarşı mirasin qəbul edilməsi, miras əmlaka payların müəyyən edilməsi və miras əmlakın mülkiyyət hüququ əsasında mülkiyyətə verilməsi tələbinə dair mülki işi və əlavə edilmiş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıtdıqdan sonra qərardadı elan edir. Sədrlik edən məhkəmə iclasını saat 10:00-da bağlı elan edilir. Protokol 22 deabr 2023-cü il tarixdə tərtib edildi. Sədrlik edən: Mustafa Mustafayev Məhkəmə iclas katibi: Sərxan Əsgərov
Məhkəmə qərarları › İş №2(125)-8090/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-8090/2023
22.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver