Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-898/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 193*-cu ildə Şəmkir rayonunda anadan olmuş X9 *8 iyul 1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək bildirmişdir ki, mərhum X17 onun dogma atasıdır. Mərhum X5 193*-cu ildə Şəmkir rayonunda anadan olmuşdur. X4 ilə 22 yanvar 1959-cu ildə ailə qurmuşdurlar. Mərhum X5 *8 iyul 1993-cü ildə Gəncə şəhərində vəfat etmiş və Şəmkir rayonu Mehrili Bələdiyyəsinin ərazisində yerləşən Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X27 şəhər X8 hüquqi X3* Sağlamlıq Mərkəzinə müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin mərhum X5nun ölümünə dair sənəd almaq üçün Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, oradan ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1* verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. X5 *8 iyul 1993-cü il tarixdə qardaşı X12 məxsus evdə ölmüş və Şəmkir rayonu Mehrili Bələdiyyəsinin ərazisində yerləşən Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. X5 *8 iyul 1993-cü il tarixdə ona məxsus Gəncə şəhəri, 3-mik., ev 7, 45 nömrəli mənzildə ölmüş və Şəmkir rayonu Mehrili Bələdiyyəsinin ərazisində yerləşən Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X27 şəhər X8 hüquqi X3* Sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, 25.*7.2*22-ci il tarixli, 17 nömrəli Şəmkir rayonu “MEHRİLİ” Bələdiyyəsinin arayışı ilə X9 *8 iyul 1993-cü ildə Şəmkir rayonun Mehrili Bələdiyyəsinin ərazisində yerləşən, Çaylı kəndinin qəbirstanlığında dəfn edilməsi məlum olmuşdur. Lakin 193*-cu ildə Şəmkir rayon, Seyfəli kəndində anadan olan X9 ölüm səbəbi barədə məlumat yoxdur. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2*18-ci il tarixli *5 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatolofi istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patololi-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında “ölüm haqqında tibbi şəhadətnamə” patolofi-anatomik və ya məhkəmətibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmçinin həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Odur ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.*1.2*18-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə *5 saylı Qərarının 4.3 və 5.3-cü bəndinə əsasən” ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə imtina edilir. İşdə olan Şəmkir rayonu Mehrili Bələdiyyəsinin 25.*7.2*22-ci il tarixli arayışından görünür ki, X17 *8 iyul 1993-cü ildə Şəmkir rayonunun Mehrili Bələdiyyəsinin ərazisində yerləşən, Çaylı kəndinin qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan hərbi biletdən görünür ki, 193*-cu il təvəllüdlü X17 15 yanvar 1952-ci ildə hərbi xidmətdə olmuşdur. İşdə olan səkkizillik təhsil haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 193*-cu ildə anadan olmuş X1 təhsil haqqında şəhadətnamə verilmişdir. İşdə olan İ-İE № 214*19 saylı evlənmə haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 ilə X14 22.*1.1959-cu ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. İşdə olan İİİ-JQ №3*9223 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə doğulmuşdur, X5, X4dır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 27.*7.2*22-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.1*.2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı tibb müəssisəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 2*.*7.2*22-ci il tarixli arayışdan görünür ki, 193*-cu ildə Şəmkir rayon Seyfəli kəndində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 2*.*7.2*22-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçi X3 16.*5.1953-cü ildə anadan olmuş qardaşı X15 1955-ci il tarixdə ölmüşdür. Hazırda müəyyən sənədləşmələr aparılması üçün X6 ölüm şəhadətnaməsi tələb olunur. Lakin, X6 ölümü haqqında akt qeydi aşkar olunmadığından dövlət qeydiyyatını aparan orqan şəxsin vəfat etməsi qeydinin bərpa edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 3*7.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 3*8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 31*-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, atasının vəfat etməsi faktının təsdiq edilməsi ərizəçiyə mirasın qəbulu ilə bağlı müvafiq sənədləşmə aparmaq üçün lazımdır. X9 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından Maraqlı şəxs ərizəçinin mərhum atasına şəxsin vəfat etməsinə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–22*, 233, 312–316 və 36*–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 193*-cu ildə anadan olmuş X9 *8 iyul 1993-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-898/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-898/2023
11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver