Məhkəmə qərarları › İş №2(125)-90/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-90/2024

31.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-90/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 0,06 ha torpağın zəbt edilmiş 0,04 ha hissəsindən məcburi qaydada çıxarılıb tərəfindən tikilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda tərəflər məhkəməyə ərizələrlə müraciət edərək, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi isə barışıq sazişinin bağlanmasına dair etirazı olmadığını bildirərək, öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirdilər, həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər:

1. Barışıq sazişi üzrə 2-ci tərəf yəni Cavabdeh 1-ci tərəf X2 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi Qəmərli küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin 0,02 hektarına görə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə kimi 15.000 (on beş min) manat verməyi öhdəsinə götürür;

2. İş üzrə iddiaçı X4 barışıq sazişini məhkəmə tərəfindən təsdiq ediləndən sonra iddia tələbindən imtina edəcək, iş üzrə icraata xitam veriləcək, 0,02 hektar torpaq sahəsi ilə bağlı Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlayacaqdır;

3. Cavabdeh 0,02 hektar torpaq sahəsinə görə pulu xx.xx.2024-cü il tarixə kimi ödəməsə iddia tələbinin icraya yönəldilməsi ilə razılaşır;

4. Barışıq sazişi iddiaçı X4 və Cavabdeh tərəfindən imzalandıqda və bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.5 maddələrinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 122.3-cü maddəsinə görə məhkəmə hesab edir ki, tərəflər arasında əldə olunmuş razılığa uyğun olaraq, iddiaçının çəkdikləri məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu iddiaçının özünə, ödənilməmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri isə cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Aşağıda göstərilən məzmunda İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Barışıq sazişi üzrə 2-ci tərəf yəni Cavabdeh 1-ci tərəf X2 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi Qəmərli küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin 0,02 hektarına görə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə kimi 15.000 (on beş min) manat verməyi öhdəsinə götürür;

2. İş üzrə iddiaçı X4 barışıq sazişini məhkəmə tərəfindən təsdiq ediləndən sonra iddia tələbindən imtina edəcək, iş üzrə icraata xitam veriləcək, 0,02 hektar torpaq sahəsi ilə bağlı Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlayacaqdır;

3. Cavabdeh 0,02 hektar torpaq sahəsinə görə pulu xx.xx.2024-cü il tarixə kimi ödəməsə iddia tələbinin icraya yönəldilməsi ilə razılaşır;

4. Barışıq sazişi iddiaçı X4 və Cavabdeh tərəfindən imzalandıqda və bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı «torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə iddiaçının çəkdiyi məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar