Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-93/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanusuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,2714 hektar torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə edərək, bildirdi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,2714 hektar olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş və bunula bağlı iddiaçıya Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda yaşayan Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 100 kvadrat metrdən artıq hissəsini zəbt edərək, torpaq sahəsini zəbt etmiş və orada tikinti işləri aparmışdır. İddiaçı dəfələrlə Cavabdeh ona məxsus olan torpaq sahəsinin boşaldılmasını və inşa etdiyi bir sıra tikintilərin sökülməsini tələb etsə də, cavabdeh və ailəsi müxtəlif bəhanələr gətirərək iddiaçıya məxsus olan torpaq sahəsini boşaltmamış və qanunsuz inşa etdiyi tikililəri sökməkdən imtina etmişdir. Cavabdehin torpaq sahəsini zəbt etməsi və orada qanunsuz tikinti inşa etməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, bildirdi ki, Cavabdeh onun arvadıdır. Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospektində istifadədə olan 0,0347 hektar torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 2 otaqlı 2 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. Çoxmənzilli binaların da həyətyanı sahələri olduğuna və bina bir mərtəbəli olduğuna görə hər bir mənzil sahibi öz həyətyanı sahəsini icazə əsasında hasarlamış, özünə yaşamaq üçün zəruri şəraiti yaratmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi uşaq bağçasına aiddir. Onların həyətyanı sahəsi də uşaq bağçasının deyil, çoxmənzilli binanın həyətyanı sahəsi olmuş və həmin sahəni də onlar hasarlamamışlar. Qeyd olunan ərazini onlar 1984-cü ildə hazırki faktiki vəziyyətinə uyğun almışlar. Bəhs olunan torpaq sahəsində onlar tərəfindən yalnız təmir işləri aparılmış, hər hansı işi aparılmamışdır. İddiaçının 2023-cü ildə qeydiyyata aldırdığı torpaq sahəsi 1984-cü ildən onların istifadəsində, 2008-ci ildən isə mülkiyyətindədir. Uşaq bağçasının da çoxmənzilli binanın yerinə və həyətyanı sahəsinə hər hansı bir aidiyyəti ola bilməz. Lakin iddiaçının çıxarışından görünür ki, uşaq bağçasının tikililəri olduğu halda torpaq sahəsinin alqı-satqısı kimi rəsmiləşdirilmiş və həmin torpaq sahəsinin təyinatı da dəyişdirilərək yaşayış məntəqələrinin torpaqlarına çevrilmişdir. O, məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə razılaşmır və müxtəlif dövlət orqanlarına şikayətlər etməyə başlamışdır. İddiaçı iddiası qanunsuz və əsassızdır. Sonda Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli elektron çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,2714 ha olan yaşayış məntəqələrinin torpağı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 944484 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Sidqi Ruhulla küçəsi, 12 ünvanında yerləşən torpaq sahəsini xx.xx.2023-cü il tarixli, 4Ə-269 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən almışdır. Həmçinin Gəncə şəhəri, Sidqi Ruhulla küçəsi, 12 ünvanında yerləşən **********26 reyestr nömrəli torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli, **********8-05101-093001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospektində istifadədə olan 0,0347 ha torpaq sahəsində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, **********68-05101-093001 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportun surətindən göünür ki, Cavabdeh Gəncə şəhəri, Atatürk prospektində yerləşən 11 nömrəli binanın 2 nömrəli mənzilini xx.xx.2008-ci il tarixli, 4Ə-3-312 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. İşdə olan tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/8741 nömrəli rəyindən görünür ki, **********26 reyestr nömrəli çıxarışa əsasən 0,2714 hektar torpaq sahəsindən 0,01325 hektar (132.5 kv.m) hissənin İddiaçı faktiki olaraq istifadəsində olmadığı müəyyən edilmişdir. Cavabdeh **********68-05101-093001 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi sahədən əlavə, faktiki istifadəsində 77,6 kvadrat metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınımış 0.2714 hektar torpaq sahəsi ilə, Cavabdeh mülkiyyətində ola mənzilin yerləşdiyi torpaq sahəsinin 65,45 kvadrat metr hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi sahədə əlavə, faktiki istifadəsində olan 77,6 kvadrat metr torpaq sahəsinin 67 kvadrat metr hissəsi, həmin 77,6 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 8 kvadrat metr sahədə olan hamam tikilisinin isə 5 kvadrat metr hissəsinin, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********26 reyestr nömrəli 0,2714 hektar ölçüdə torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Sidqi Ruhulla küçəsi, 12 ünvanında yerləşən ümumi sahəsi 0,2714 hektar olan yaşayış məntəqələrinin torpağı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, Gəncə şəhəri, Atatürk prospektində istifadədə olan 0,0347 ha torpaq sahəsində yerləşən 11 nömrəli evin 2 nömrəli mənzili isə tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Həmin hal müvafiq olaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli elektron çıxarış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışla təsdiq olunur. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,2714 hektar torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə tədqiqi zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, tikintitexniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8741 nömrəli rəyində **********26 reyestr nömrəli çıxarışa əsasən 0,2714 hektar torpaq sahəsindən 0,01325 hektar (132.5 kv.m) hissənin İddiaçı faktiki olaraq istifadəsində olmadığı, Cavabdeh **********68- 05101-093001 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi sahədən əlavə, faktiki istifadəsində 77,6 kvadrat metr torpaq sahəsi olduğu, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınımış 0,2714 hektar torpaq sahəsi ilə, Cavabdeh mülkiyyətində ola mənzilin yerləşdiyi torpaq sahəsinin 65,45 kvadrat metr hissəsinin üst-üstə düşdüyü, Cavabdeh mülkiyyətində olan mənzilin yerləşdiyi sahədə əlavə, faktiki istifadəsində olan 77,6 kvadrat metr torpaq sahəsinin 67 kvadrat metr hissəsi, həmin 77,6 kvadrat metr torpaq sahəsi üzərində yerləşən 8 kvadrat metr sahədə olan hamam tikilisinin isə 5 kvadrat metr hissəsi, İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********26 reyestr nömrəli 0,2714 hektar ölçüdə torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir («Marks Belçikaya qarşı», «Mançini İtaliyaya qarşı», «Loizidu Türkiyəyə qarşı», «Akimova Azərbaycana qarşı» və sair). Lakin mülkiyyətin müdafəsi yalnız iddiaçıya münasibətdə deyil, cavabdehə münasibətdə də nəzərdən keçirilməli, hüquqların məhkəmə müdafiəsinin hüdudları bu qaydada təsbit edilməlidir. Hazırki halda mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 0,2714 hektar torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi İddiaçı iddia tələbini təşkil etsə də həmin torpaq sahəsinin 65,45 kvadrat metr hissəsi Cavabdeh mülkiyyətində ola mənzilin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan 65,45 kvadrat metr torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə İddiaçı, xx.xx.2008-ci il tarixdə isə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Həmin hal əlavə olaraq «Elektron məhkəmə» informasiya sistemi məlumatları ilə yoxlanılmışdır. Mülki işin məhkəmə tədqiqi zamanı və eləcə də bundan əvvəl reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürülməmişdir. Buna görə də məhkəmə tərəflərin hazırki qarşılıqlı münasibətinə, habelə daşınmaz əmlakın dövlət reyestrinin hazırki məzmununa uyğun yekun məhkəmə qərarının qəbul olunmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsinə görə reyestrin məzmunun qeyri-dəqiqiliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bur hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan məhkəmə reyestrin məzmunun həqiqliyi və tamlığı prezumpsiyasını nəzərə alaraq hesab edir ki, İddiaçı Gəncə şəhəri, Sidqi Ruhulla küçəsi, 12 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində Cavabdeh tərəfindən tikilmiş sahəsi 8 kvadrat metr olan hamam tikilisinin 5 kvadrat metr hissəsinin sökülməsi, həmin torpaq sahəsinin şimal hissəsində 67 kvadrat metr hissəsinin Cavabdeh tərəfindən boşaldılması tələbinə dair hissədə iddia əsaslı olsa da, digər hissələrdə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli çıxarış əsasında Gəncə şəhəri, Sidqi Ruhulla küçəsi, 12 ünvanında yerləşən ümumi sahəsi 0,2714 hektar torpaq sahəsinin şimal hissəsində Cavabdeh tərəfindən inşa edilmiş ümumi sahəsi 8 kvadrat metr olan hamam tikilisinin 5 kvadrat metr hissəsi sökülməli, Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin şimal hissəsində 67 kvadrat metr torpaq sahəsini boşaltmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı və 50 manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan (xx.xx.2023-cü il tarixldə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) və Gəncə şəhəri, Sidqi Ruhulla küçəsi, 12 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində Cavabdeh tərəfindən tikilmiş, sahəsi 8 kvadrat metr olan, hamam tikilisinin 5 kvadrat metr hissəsi sökülsün. İddiaçı mülkiyyətində olan (xx.xx.2023-cü il tarixldə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) və Gəncə şəhəri, Sidqi Ruhulla küçəsi, 12 ünvanında yerləşən torpaq sahəsinin şimal hissəsində 67 kvadrat metr torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılsın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddiaçı tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində və Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-93/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-93/2024
30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver