Məhkəmə qərarları › İş №2(125)-961/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-961/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-961/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1960-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə Krım Respublikasında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X6 ilə işləmək üçün Krım Respublikasına getdi. Orada bir neçə il yaşadıqdan sonra xx.xx.2021-ci ildə orada vəfat etdi. O, 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikasına gətirildi və 11 iyul 2021-ci il tarixdə Göygöl şəhərində yerləşən qəbirstanlıqda dəfn olundu. O, X4 ölməsini təstiq edən ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, oradan imtina məktubu verdmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi atası X6, anası X2r. İş materiallarında olan AZE 15883804 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X1 şəhəri, Nizami rayonu, Gülüstün qəsəbəsi, ev 3, mənzil 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «xx.xx.2021-ci ildə vəfat etmiş X4 ölüm haqqında şəhadətnaməsinin istənilməsi barədə» ərizəyə baxılmışdır. Ərizə ilə əlaqədar avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X4 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu Göygöl bələdiyyəsi tərəfindən verilmiş 539 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmiş X6 xx.xx.2021-ci il tarixdə Göygöl şəhər 2 saylı qəbirstanlıqda dəfn edilmişdir. Dəfnin aparılması haqqında məlumat Göygöl bələdiyyəsinin mühasibatlığında 148 sıra sayı ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Elmar onun oğludur, Günel isə qızı idi. Günel xəstə idi, xx.xx.2024-cü ildə Gəncə şəhərində evdə vəfat edib. Güneli Tərtər rayonunda dəfn edilib. Qızı xx.xx.1995-ci il təvəllüdlü idi. Dəfndə iştirak etmişdir. Yas mərasimi Gəncə şəhərində təşkil olunmuşdur, orada da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Cəlil qardaşının oğludur, münasibətləri yaxşıdı. Qardaşının adı Məhərrəm idi, o, vəfat edib. Onu 17 iyulda dəfn ediblər. 2-3 il əvvəl vəfat edib. Məhərrəmi Göygöl rayonunda dəfn ediblər, dəfndə o da iştirak etmişdir. Mərhum qardaşı Rusiya Federasiyasında yaşayırdı, o, orada xəstəxanada vəfat etmişdir. Məhərrəm xəstə idi. Vəfatının səhəri günü gətirildi və onlar onu dəfn etdilər. Məhərrəm 1960-cı ildə doğulmuşdu, amma ay və günü xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Cəlil qardaşının oğludur, münasibətləri yaxşıdı. Qardaşının adı Məhərrəm idi, Krımda xx.xx.2021-ci ildə vəfat edib. xx.xx.2021-ci ildə də Göygöl rayonunda dəfn ediblər. O, dəfndə iştirak etmişdi. Meyid yuyularkən qardaşı olduğunu görmüşdür. Məhərrəm 1960-cı ildə doğulmuşdu, amma ay və günü dəqiq xatırlamır. Məhərrəm qəflətən soyuqlayıb vəfat edib. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə Krım Muxtar Respublikasında ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum atası xx.xx.1960-cı il təvəllüdlü X5 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə Krım Muxtar Respublikasında ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPMin 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə Krım Muxtar Respublikasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar