Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(1-8)-103/2026 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" X1 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Ko llegiyasının 2025-ci il 25 noyabr tarixli, 2-2(107)-163/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X2 (bundan sonra – iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. MÜƏYYƏN ETDİ: 1.İddiaçı "xxxx" X2 Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 xeyrinə 39412 manat məbləğində pul vəsaitinin cavadeh Cavabdehndən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Şəki Kommersiyа Məhkəməsinin 2025-ci il 23 sentyabr tarixli, e-2-2(117)661/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Elnarə Hüseynova). 3.İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 noyabr tarixli, 2-2(107)-163/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Z.Sadiqov və Ə.Kərimov). 5.Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. 6.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 7.Belə ki, MPM-in 407.1-ci maddəsində müəyyən edilmişdir ki, kassasi ya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 8.Kassasiya şikayətinin formasına dair tələbləri müəyyən edən MPM-in 3 nömrəli Əlavəsində isə müəyyən edilmişdir ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. 9.Həmçinin, MPM-in 407.1.4-ci maddəsinin tələblərinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır.
10. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində isə Mülki Məcəllənin 384, 373375-ci maddələrinə və MPM-in 218.1-ci maddəsinə istinad olunsa da onların qarşısında pozuntunun nədən ibarət olmasına, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edən heç bir izah verilməmişdir.
11. Həmçinin, MPM-in 10-1.7-ci maddəsinin tələbləri ondan ibarətdir ki, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
12. Qanunvericilik dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədə n onun tərkib hissəsi kimi “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə, gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənədləri qəbul edir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmiş, qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.
14. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm kassatorun özü (və ya onun nümayəndəs i), həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.
15. Hazırkı iş üzrə isə EMİS-dən görünür ki, həmin tarixdən sonra, yəni 2026-cı il 22 yanvar tarixində elektron sistemə əlavə edilmiş kassasiya şikayəti iddiaçının nümayəndəsi tərəfindən elektron qaydada imzalanmış, lakin şikayətə orderi əlavə edilmiş Vəkil elektron imzası ilə rəsmiləşdirməmişdir.
16. MPM-in 408.1-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiy a şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (408.1.5). 17.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. 18.Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 noyabr tarixli, 2-2(107)-163/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Şəki Apellyasiya Məh