Məhkəmə qərarları › İş №2-2(102)-101/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-101/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-101/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair ilk iddia və Cavabdeh İddiaçınə qarşı aktın etibarsız hesab edilməsi və pulun tutulması tələbinə dair qarşılıqlı iddiadan ibarət iş üzrə QƏRAR Açar sözlər: Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair ilk iddia və Cavabdeh İddiaçınə qarşı aktın etibarsız hesab edilməsi və pulun tutulması tələbinə dair qarşılıq lı iddiadan ibarət iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(106)-206/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 2020-ci il 6 mart tarixli, 6619 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləni imzalamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: - (i) Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları (bundan sonra “Mallar”) vaxtaşırı Satıcıdan sifariş edəcək, - (ii) X2 sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və (iii) Alıcı sifarişə uyğun çatd ırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir. - 3.5-ci bəndinə əsasən, Satıcı malları Alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Malların Təhvil-Qəbul Aktını (bundan sonra “Akt”) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş hissəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla birlikdə Satıcı Malları təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də (bundan sonra “Digər Sənədlər”) Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. - 7.10-c u bəndinə əsasən, Alıcı Satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcının tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. - 8.5-ci bəndinə əsasən, Satıcı qiymətə (Satıcıya Müqavilə üzrə ödənilməli olan digər ödənişlərə) dair aşağıdakı sənədləri Alıcıya təqdim edəcək (“Ödəniş Sənədləri”): - (ı) Müqavilədə göstərilən qaydada hər Tərəfin imzaladığı və təsdiq etdiyi Akt, - (ıı) Elektron vergi hesab fakturası, - (ııı) Elektron qaimə, - (ıv) Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədlər. - 8.8-ci bəndinə əsasən, Alıcı Satıcıya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı Satıcıya ödəməli olduğu nəğd və saiti Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin Satıcının bank hesabına daxil olduğu zaman, ödəniş icra olunmuş sayılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təhvil aldığı mallara görə əsas borc olaraq 53733 manat və əsas borca hesablanmış 2417 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 56150 manat məbləğində vəsaitin, o cümlədən ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğində haqqın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandır ılmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 6 mart tarixli, 6619 saylı alqı-satqı müqaviləsinin icrası müddətində bir sıra malların təhviltəslimi müvafiq aktlar əsasında həyata keçirilmiş, lakin cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini iddiaçıya ödəməmişdir. Dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 53733 manat məbləğində ödənilməmiş borc öhdəliyi vardır. Bundan əlavə olaraq, müqavilənin 7.10-cu bəndinə əsasən alıcı satıcıya olan borc ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. Qeyd olunan müddəaya uyğun olaraq qalıq borc öhdəliyi cavabdeh tərəfindən tam icra edilmədiy indən cavabdehin 2417 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır.

5. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia və iddia tələbinin həcminin artırılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 23 noyabr 2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və 52624,16 manat borcun, ödənilmiş 247 manat dövlət rüsumunun iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk hazırlıq iclasında məhkəməyə təqdim etdiyi arayışlarda vergi xidməti həqiqətən tərəflərin elektron qaydada ticarətlərinin həcmi barədə məlumat vermişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdə göstərilmiş borcun qaytarılması satılmamış əmlakın geri qay tarılması əks olunur. Əslində ilk iddiaçının ona 14942 manat borcu vardır. Belə ki, iddiaçı ona ******* manat dəyərində mal vermiş, cavabdeh isə bank vasitəsilə iddiaçıya ******* manat pul ödəmişdir. Sənədlərdə olan üzləşmə akı deyilən sənəddən xəbəri belə olmamışdır. Bundan başqa həmin sənəddə olan birinci sətirdə adı göstərilmiş Malik adlı şəxs heç həmin vaxt həmin şöbədə işləməmişdir. O, həmin şirkətlə sıx əlaqədə olduğu üçün Malik adlı şəxsin başqa əlaqəsiz sahədə işlədiyini bilirdi. Çünki həmin akt saxta yolla imzalar oxşadılmaqla tərtib edilmişdir. İlk dəfə qarşılıqlı iddia verilərkən konkret iddiaçının borclu olduğuna əmin olmuş, lakin bunun üçün xüsusi hesablama lazım olduğundan borcun miqdarını dəqiqləşdirə bilməmişdir. İddiaçı ilə 700.000 manatdan çox dövriyyə olduğundan, malları n alınması ilə bağlı iddiaçıdan asılı olduğundan bir zaman ətraflı hesablamalar aparılmamışdır. Yəni iddiaçının ona mal göndərməsi xatirinə malları götürdükcə dəyərindən asılı olmayaraq iddiaçının bank hesabına müəyyən məbləğlər ödəmişdir. İddiaçı da onun ödədiyi məbləğlərin çox olmasını bilə-bilə onu guya təhvil təslim edilməsi barədə akta imza etdirməyə çalışmışdır. Cavabdeh heç bir üzləşmədə iştirak etməmişdir. Ümumiyyətlə elə bir üzləşmə də olmamışdır. Bundan başqa daxil olmuş mühasibatlıq ekspertizasının və audit mütəxəssis rəyində də görüldüyü kimi iddiaçı onu aldatmış, üzləşdirmə aktı ilə bu yanılmanı pərdələməyə çalışmışdır.

7. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 2 oktyabr tarixli, e-2-2(121)-20/2024 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehdən 47430,83 ma nat məbləğində borc, 200 manat məbləğində cərimə və 400 manat məbləğində ödənilmiş mediasiya xərci olmaqla, cəmi 48030,83 məbləğində pul tutularaq iddiaçıya ödənilməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim – Z.Abbasov).

8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına köçürülmüş pul vəsaitlərinə dair bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlara əsasən, "xxxx" QSC - 2018-ci il 1 yanvar – 2022-ci il 31 dekabr hesabat dövrü ərzində ******* manat; "xxxx" ASC - 2019-cu il 9 yanvar – 2023-cü il 24 may hesabat dövrü ərzində 71659,04 manat; "xxxx" QSC - 2020-ci il 6 mart – 2023-cü il 24 noyabr hesabat dövrü ərzində 710920,59 manat; "xxxx" ASC - 2020-ci il 11 mart – 2022-ci il 2 avqust hesabat dövrü ərzində 53167,97 manat ödənilmişdir. 9. 8 sa ylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 2023-cü il 9 fevral tarixli arayışa əsasən, vergi orqanlarında olan uçot-baza məlumatlarına görə Cavabdeh 2018-ci il 1 yanvar tarixindən 2022-ci il 31 dekabr tarixinədək "xxxx" MMC tərəfindən ümumi halda ƏDV ilə birlikdə 50024,25 manat, İddiaçı MMC tərəfindən ümumi halda ƏDV ilə birlikdə 1108975,19 manat dəyərində e-qaimə faktura təqdim edildiyi müəyyən olunmuşdur. 10. 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 2023-cü il 27 noyabr tarixli arayışa əsasən, vergi orqanlarında olan uçot-baza məlumatlarına görə 2020-ci il 6 mart tarixindən 2023-cü il 27 noyabr tarixinədək olan dövrdə İddiaçı MMC tərəfindən Cavabdeh ümumi halda ƏDV ilə birlikdə 743445,43 manat dəyərində eqaimə faktura təqdim edildiyi müəyyən olunmuşdur. İddiaçı MMC tərəfi ndən təqdim edilən e-qaimə fakturaların siyahısı məktuba əlavə edimişdir.

11. İddiaçı MMC-nin nümayəndələri ilə Cavabdeh tərəfindən imzalanmış 2021-ci il 23 noyabr tarixli 456060 nömrəli “Üzləşmə aktı”na əsasən, həmin aktı imzalamaqla tərəflər Cavabdeh 2021-ci il 23 noyabr tarixinə olan borc qalığının 62507,05 manat məbləğində olduğunu təsdiq etmişlər.

12. Maliyyə arayışına əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh ilə 2021-ci il 31 sentyabr tarixində borc qalıqlarının yoxlanılmasına dair Üzləşmə aktı tərtib olunmuş, yoxlama nəticəsinə görə tərəflər arasında 55395.24 manat dəyərində borc qalığı təsdiqlənmişdir. Qeyd olunan tarixdən sonra Cəmiyyət tərəfindən 162079 manat dəyərində məhsul satılmış, 11864.45 manat dəyərində məhsul cəmiyyətə geri qaytarılmış, cəmiyyətin hesabına 151875,96 (ƏDV da xil) ödəniş edilmiş, hazırda "xxxx" MMC-nə 2024-cü il 30 sentyabr tarixinə olan qalıq borcu 53733,83 (ƏDV daxil) manat və odənilməyən günlərə görə 2417 manat dəbbə pulu təşkil edir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 18 sentyabr tarixli 4/1446 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 67-ci vərəqəsində cavabdehin adına olan 2021-ci il 23 noyabr tarixli 456060 nömrəli üzləşmə aktında “3. Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm” qrafasındakı imza və “Cavabdeh” yazıları - cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 18 dekabr tarixli, 9/6634 nömrəli, 2024-cü il 1 mart tarixli, 9/898 nömrəli, 2024cü i l 17 iyul tarixli, 9/3560 nömrəli rəylərinə əsasən, 2020-ci il 6 mart tarixindən 2022-ci il 21 iyun tarixinədək olan dövr ərzində təqdim edilmiş elektron qaimələrə əsasən cavabdehə iddiaçı tərəfindən 743445,43 manat məbləğində mal satıldığı, cavabdeh tərəfindən iddiaçının bank və ƏDV depozit hesabına ümumilkdə 769069,63 manat məbləğində pul vəsaitinin ödənildiyi, nəticədə 52624,16 manat məbləğində iddiaçının fiziki şəxs cavabdehə borcu olduğu müəyyən edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında imzalanmış üzləşmə aktının hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd etmişdir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir. Üzləşmə aktı mahiyyət etibarı ilə əqddir və mülki qanunvericilikdə əqdlər üçün nəzərdə t utulmuş bütün məcburi göstərişlər və normativ tələblər üzləşmə aktına da şamil edilir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər üzləşmə aktının da etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Qeyd edilən xüsusiyyətlərindən çıxış edərək söyləmək olar ki, üzləşmə aktının etibarlı hesab edilməsi üçün bütün əqdlər üçün zəruri ola n etibarlılıq şərtləri ilə yanaşı, həmin aktın tərtib edilməsinə səbəb olan həqiqi münasibətlərin müəyyən edilməsi, onların xarakterinin aydınlaşdırılması vacibdir.

16. Məhkəmə qeyd etmişdir ki, mübahisə tərəflərinin bağladıqları alqı-satqı müqaviləsinin şərtlərinə görə tərəflər arasında mütəmadi olaraq qarşılıqlı öhdəliklərə dair üzləşmənin aparılması və bu barədə üzləşmə aktının tərtib edilərək imzalanması razılaşdırılmışdır. İşdə olan 2021-ci il 23 noyabr tarixli üzləşmə aktı qarşılıqlı iddiaçı tərəfindən o əsasla mübahisələndirilir ki, həmin aktın tərtib olunmasından ümumiyyətlə məlumatı olmamışdır, akt onun tərəfindən imzalanmamışdır. Qeyd olunan xüsusatın aydınlaşdırılması məqsədi ilə təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsinə dair rəylə qarşılıqlı iddiaçının həmin iddiası təsdiqini tapmamış, sözügedən aktda olan imzanın və ad, soyaddan ibarət ifadənin qarşılıqlı iddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bununla da, adı çəkilən üzləşmə aktının etibarsızlığına dair qarşılıqlı iddiaçının tələbinin əsassız olduğu aşkar edilir.

17. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, 2021-ci il 23 noyabr tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir və cavabdeh 2021-ci il 23 noyabr tarixinə iddiaçıya 62507,05 manat məbləğində borcunun olmasını 2021-ci il 23 noyabr tarixli Üzləşmə aktı ilə etiraf etmişdir.

18. Məhkəmə hesab etmişdir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən imzalanması sübut olunan Üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Cavabdeh isə üzləşmə aktını onun tərəfindən imzalanmaması əsası ilə mübahisələndirsə də, həmin xüsusat öz təsdiqini tapmamışdır.

19. Məhkəmə qeyd etmişdir ki, 2021-ci il 23 noyabr tarixindən sonrakı (həmin tarix daxil olmaqla) dövrdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyəri, həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitinin məbləği işdə olan vergi orqanı tərəfindən verilmiş arayışlara və arayışa əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə təqdim edilən e-qaimə fakturaların siyahısına, həmçinin "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlara əsasən müəyyən edilməlidir. Belə ki, əvvəla adı çəkilən təşkilatların baxılan işin nəticəsində hər hansı bir maraqlarının olması müəyyən edi lməmiş və sübutların qiymətləndirilməsi baxımından da həmin təşkilatların təqdim etdikləri sənədlərin mötəbərliliyi şübhə doğurmur. Digər tərəfdən adı çəkilən sənədlərin məzmunları iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir və hər iki tərəf öz tələb və etirazlarının əsası kimi həmin sənədlərə istinad etmişlər.

20. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, Alıcı müqavilə üzrə öhdəliklərini pozduğu halda Satıcıya cərimə ödəmək öhdəliyini üzərinə götürmüşdür. İşin halları ilə cavabdehin müqavilə üzrə ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.

21. Lakin məhkəmə, cərimə məbləğinin əsas borca nisbətini, habelə də bbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 2417 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

22. Məhkəmə, qarşılıqlı iddia tələbinin üzləşmə aktının etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, artıq hüquqi qiymətləndirmə aparılmışdır və həmin hissədə cavabdehin tələbinin əsassız olduğu, mübahisələndirilən üzləşmə aktının etibarsız hesab edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir.

23. Məhkəmə, qarşılıqlı iddia tələbinin iddiaçıdan 52624,1 6 manat məbləğində borcun tutulmasına dair hissəsini də əsassız hesab edərək bildirmişdir ki, cavabdeh həmin tələbinin faktiki əsası kimi iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizalarının nəticələrinə dair rəylərə, həmçinin audit rəyinə istinad edir.

24. Məhkəmə, istinad olunan rəylərə işin müəyyən edilmiş mübahisəsiz halları nəzərə alınmaqla hüquqi qiymət verərək qeyd etmişdir ki, əvvəla adı çəkilən rəylər tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsinin bağlandığı 2020-ci il 6 mart tarixindən 2022-ci il 21 iyun tarixinədək olan dövr ərzində təqdim edilmiş elektron qaimələrə əsasən aparılmışdır. Halbuki, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında qərardadlarda ekspertlərə hesablamaların işdə olan malların təhvil-qəbul aktları, elektron qaimələr, hesabda n çıxarışlar, satış qaytarma sənədləri və üzləşmə aktı nəzərə alınmaqla aparılması tapşırılsa da, hesablama qeyd olunduğu kimi yalnız elektron qaimələrə əsasən və müqavilə bağlandığı tarixdən etibarən aparılmışdır.

25. Bununla yanaşı, təkrar ekspertiza təyin olunması haqqında qərardadda ekspert rəyində istinad olunan audit hesabatında, auditin öz səlahiyyətlərindən kənara çıxaraq tərəflər arasında imzalanmış üzləşmə aktına hüquqi qiymət verərək, həmin aktı faktiki olaraq etibarsız sənəd kimi xarakterizə etməsinin qeyd olunmasına, bununla da audit rəyinin mötəbərliyi ilə əlaqədar mövqe bildirilməsinə baxmayaraq, təkrar ekspert rəyində yenə də əsas olaraq auditin hesabatına istinad edilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, ekspertlər tərəfindən hesablama aparılarkən iş materiallarında olan sübutların qiymətləndirilməsinin aparılması yol verilməzdir. Belə ki, həmin fəaliyyət, yəni sübutları qiymətləndirilməsi müstəsna olaraq məhkəməyə məxsusdur. Ekspert qərardadda qoyulmuş sualları iş materiallarında olan sənədlər, elektron qaimə-fakturalarla yanaşı o cümlədən təhvil-qəbul aktları, tərəflər arasında imzalanmış üzləşmə aktı nəzərə alınmaqla cavablandırmalıdır. Lakin iş üzrə bir neçə dəfə eyni suallar üzrə ekspertiza təyin edilməsinə baxmayaraq ekspertlər məhkəmə tərəfindən onların qarşısında qoyulmuş suallara tam cavab verməmişlər. Buna görə də, məhkəmə həmin rəyləri işin müəyyən edilməsi zəruri olan hallarını əhatə etmədikləri üçün mötəbər sübut kimi qəbul etməmişdir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.1, 445.7, 449.1, 462.1, 465.2, 467, 567, 597.1, 598.1, 600.1, 600.4, 882.1, 882.2, 882.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 88, 97.1, 97.4, 101.6, 101.7, 103.1, 103.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyas iya instansiya məhkəməsindəki icraat

29. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(106)-206/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Kərimov, hakimlər – C.İmanov, P.Əhmədov).

30. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılarında qoyulmuş sualların cavablandırılması üçün ekspertlərə hesablamaların işdə olan malların təhvil-qəbul aktları, elektron qaimələr, hesabdan çıxarışlar, satış qaytarma sənədləri və üzləşmə aktı nəzərə alınmaqla aparılması tapşırılsa da, hesablama yalnız elektron qaimələrə əsasən və müqavilə bağlandığı tarixdən etibarən aparılmışdır. Bundan başq a işin müəyyən olunan hallarına əsasən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar praktika belə olmuşdur ki, tərəflər mütəmadi olaraq qarşılıqlı borcların üzləşməsini aparmış, bununla bağlı “Üzləşmə Aktı” adlanan sənədləri tərtib edərək, öz aralarında təsdiq etmişlər. Bu qəbildən sonuncu üzləşmə aktı xx.xx.2021-ci il tarixində tərtib olunmuş, tərəflər onu öz imzaları ilə təsdiq etmişlər. Hazırki halda ilk iddia üzrə iddiaçı pul tələbinə dair iddiasını həmin üzləşmə aktı ilə müəyyən olunan borc məbləği, sonradan verilmiş malların dəyəri və edilən ödənişin məbləği ilə əsaslandırmışdır.

31. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi yalnız elektron qaimələr əsasında verilən ekspert rəyləri ilə razılaşmayaraq, tərəflər arasında artıq formalaşmış işgüzar praktikadan çı xış edərək xx.xx.2021-ci il tarixinədək yaranmış borcu, tərəflərin öz imzaları ilə təsdiq etdiyi həmin tarixli “Üzləşmə Aktı” əsasında müəyyən etməkdə tam haqlı olmuşdur. Belə ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin təsbiti xarakterində olmasıdır. xx.xx.2021-ci il tarixindən sonra ilk iddia üzrə iddiaçı tərəfindən cəmisi 109044.01 manat dəyərində malın cavabdehə verilməsi, cavabdeh tərəfindən alınan mallara görə bank hesabları üzərindən 99320.21 manat + 24800.02 manat məbləğlərində pulların ödənilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi təhvil verilmiş malların dəyəri ilə həyat a keçirilmiş ödənişlər hesablandıqda müəyyən edilir ki, Cavabdeh tərəfindən təhvil aldığı mallara görə 15076.22 manat məbləğində artıq ödəniş həyata keçirilmişdir (99320.21 + 24800.02 – 109044.01 = 15076.22). Cavabdeh tərəfindən artıq ödənilmiş məbləğ, borclu olduğu məbləğdən çıxıldıqda (625xx.xx15076.22=47430.83), onun İddiaçı MMC-nə 47430.83 manat məbləğində borcunun olduğu müəyyən edilir.

32. İlk iddia üzrə iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə də haqlı olmuşdur. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı müqavilə, o cümlədən nisyə alqı-satqı müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil.

33. Məhkəmə öz mövqeyini MM-in 445.1, 445.7, 449.1, 462.1, 465.2, 467, 567, 597.1, 598.1, 600.1, 600.4, 882.1, 882.2, 882.5-ci maddələrinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri: 35. “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2ci maddəsi və “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü maddəsi üzrə - müqavilənin 3.5-ci maddəsinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq malların təhvil-qəbul Aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər 2 imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təhvil verməlidir. Aktla birlikdə satıcı malların təhvil-təslimini təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri i mzalamaqdan imtina edə bilməz. Məhkəmə-mühasibatlıq ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. Satıcı tərəfindən alıcıya təqdim edilmiş vergilər xidmətinin elektron informasiya sistemində qeydiyyata alınmaqla mallara görə tərtib edilmiş qaimələr, təhvil-təslim aktları, hesabfakturalar mütləq elektron qaimə-fakturalarda əks olunmalıdır. İddiaçı tərəfindən tələbini əsaslandırdığı həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş “satış qaytarma sənədləri” rəsmi elektron qaimə şəklində sistemə işlənilmədiyindən həmin geri qaytarma sənədləri sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərin tərəflər arasında aparılmış debitor və kreditora aid etmək olmaz. Məhkəmə gəldiyi nəticəni maddi hüquq normalarını pozmaqla əsaslandırmışdır.

36. MM-in 6.2, 13, 14.1, 14.2.1, 386.1, 389.1 və 390-cı maddələri üzrə - tərəflər arasında 2020-ci il 6 mart tarixində 6619 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin müqavilənin etibarsızlığı mübahisələndirilməmişdir. Tərəflər arasında mülki hüquqlar və vəzifələr həmin müqavilədən əmələ gəlir. Üzləşmə aktı müqavilə hesab oluna bilməz. Məhkəmə üzləşmə aktını müqavilə kimi təfsir etməklə maddi hüquq normalarını pozmuşdur.

37. MPM-nin 76, 80, 81 və 89-cu - apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni qanunvericiliklə müəyyən edilmiş sübutlarla deyil, qanunu pozmaqla əldə edilmiş sübutlarla əsaslandırmışdır. Tərəflər arasındakı münasibətlər ciddi hesabat sənədlərində əks olunmuş məlumatlarla və ekspert rəyləri ilə təsdiq olun malıdır. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan tərəflərin təqdim etdikləri və məhkəmənin əldə etdiyi elektron qaimə-fakturaları, bank köçürmələrini və ekspert rərylərini sübut kimi qəbul etməməkdə haqlı olmamışdır.

38. MPM-nin 88-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi kommersiya işi üzrə obyektiv, hərtərəfli araşdırma aparılmasını təmin etməmişdir, cavabdehin tələbinin əsaslandırdığı dəlillərin qanunvericiliyin tələblərinə uyğun olmasını yoxlamamışdır, obyektiv həqiqəti özündə əks etdirən cavabdehin dəlillərinə istinad etməməklə və öz qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərə istinad etməklə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

39. MPM-nin 63, 97.1, 99, 100-103-cü maddələri üzrə - apellyasiya instansiya məhkəməsi məhkəmə qərardadları əsasında t əyin edilmiş və qərardadda qoyulmuş sualları ətraflı və müfəssəl cavablandırılmış ekspert rəylərini mötəbər sübut kimi qəbul etməməklə prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Tərəflər sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərdirlər. Onlar arasında yaranmış münasibətlər iqtisadi sahədədir. Bu sahədə xüsusi biliyi olan şəxslər maliyyə-mühasibat sahəsində fəaliyyət göstərən səlahiyyətli xüsusi biliyə malik olan şəxslərdir. Ekspert rəyləri ilə razılaşmayan apellyasiya instansiya məhkəməsinin həmin ekspertlər barəsində hər hansı tədbir görməməsi də, məhkəmənin qanunsuz qərar qəbul etməsini bir daha təsdiq edir. Məhkəmə qanunvericiliklə təsbit edilmiş sübut vasitəsini özü müəyyən etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

40. MPM-nin 217 və 2 18.3-cü maddələri üzrə - iddiaçı tərəfindən cavabdehdən əsas borca görə 53.733 manat məbləğində pul ödənilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbinin artırılması barədə ərizə təqdim olunmamışdır. Lakin işə baxan məhkəmə iddiaçının verdiyi tələblərdən kənara çıxaraq üzləşmə aktında qeyd edilmiş 62.507,05 manat məbləği tələb edilən məbləğ kimi götürmüş, həmin məbləğdən cavabdehin ödədiyi 15.076.22 manatı çıxdıqdan sonra 47.430,83 manat məbləğində pul ödənilməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin səhvlərini təkrar etmişdir. Məhkəmə tərəfindən işdəki sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. d) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər han sı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.” “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş mü qavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarını n azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıb sa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” K assasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinin əsaslı hesab edilməsi və şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyil.

46. Belə ki, kassasiya şikayətində istinad edilən “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci maddəsi və “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü maddəsinin tələblərinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, hazırkı mübahisənin predmetini iddiaçı və ya cavabdehin fəaliyyətinin mühasibat uçotu haqqında qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının yoxlanılması deyil, tərəflər arasında bağlanmış alqı-satqı müqa viləsindən irəli gələn mübahisə təşkil edir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

48. Kassasiya şikayətində qeyd edilən növbəti dəlillər, yəni məhkəmə tərəfindən üzləşmə aktının müqa vilə kimi təfsir edilməsi barədə dəlillər də əsaslı hesab edilmir.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında imzalanmış üzləşmə aktını MM-in 6.2, 13, 14.1, 14.2.1, 386.1, 389.1 və 390-cı maddələrinin tələbləri baxımından müstəqil müqavilə kimi deyil, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin təsbiti kimi qiymətləndirmişdir.

50. MPM-nin 63, 76, 80, 81, 88, 89, 97.1, 99, 100-103-cü maddələrinin tələblərinin pozulması barədə dəlillər isə sübutlara və işin hallarına düzgün qiymət verilməməsi ilə bağlı olduğu üçün əsassızdır.

51. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassa siya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

52. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğ un olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

53. MPM-nin 217 və 218.3-cü maddələrinin tələblərinin pozulması barədə dəlillər də əsaslı hesab edilmir.

54. Belə ki, mülki prosesdə iddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb, yəni tərəflər arasında olan mübahisəli hüquq münasibətindən irəli gələn iddiaçının cavabdehə yönəltdiyi konkret tələb təşkil edir.

55. İddianın əsasını isə iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki hallar, yəni tərəflər arasındakı maddi hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı olduğu faktlar (hüquqi faktlar) təşkil edir.

56. Hazırki iddianın əsasını da tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə cavabdehin öz öhdəliklərinin pozması, iddianın predmetini isə həmin müqavilə üzrə 53.733 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması təşkil edir.

57. Məhkəmə tərəfindən də müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən sonra iddiaçı tərəfindən cəmi 109044,01 manat dəyərində mal cavabdehə verilmiş, cavabdeh tərəfindən alınan mallara görə bank hesabları üzərindən 99320,21 mana t və 24800,02 manat məbləğlərində pullar iddiaçıya ödənilmiş, bununla da cavabdeh 15076,22 manat məbləğində artıq ödəniş həyata keçirmiş və cavabdeh tərəfindən artıq ödənilmiş məbləğ, onun borclu olduğu məbləğdən çıxılmaqla ödəməli olduğu borc müəyyən edilmişdir (62507,05-15076,22=47430,83).

58. Göründüyü kimi, məhkəmə tərəfindən nə iddianın əsası, nə də predmetindən kənara çıxılmamışdır.

59. Bununla yanaşı, kollegiya hesab edir ki, qarşılıqlı iddiada irəli sürülmüş üzləşmə aktının etibarsız hesab edilməsinə dair hissədə iş üzrə icraata xitam verilməlidir.

60. Belə ki, MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

61. Tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktı isə bu əlamətlərə malik deyildir. Çünki həmin üzləşmə aktında borcun ödənilməsi tarixi və üsulları, habelə tərəflərin digər hüquq və vəzifələri müəyyən edilməmişdir. Bu isə o anlama gəlir ki, üzləşmə aktı mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsi deyil, tərəflər arasında artıq baş tutmuş əqd üzrə müəyyən faktın (hazırki halda aktın imzalandığı tarixə cavabdehin borcunun məbləğinin) təsdiq edilməsinə yönəldilmiş iradə ifadəsidir. Ona görə də, həmin üzləşmə aktı müstəqil əqd deyil, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı təqdim etdiyi yazılı sübutdur.

62. Apellyasiya instansiyası məhkəməsi də üzləşmə aktını həmin aktı imzalayanlar arasın da artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin təsbiti kimi, yəni sübut kimi qiymətləndirmişdir.

63. Bununla yanaşı, nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn mübahisə üzrə təqdim edilən hər hansı sübutun ayrıca müstəqil şəklində mübahisələndirilməsi yolverilməzdir.

64. Çünki mülki iş və ya kommersiya mübahisəsi üzrə təqdim edilmiş sübutun mübahisələndirilməsi ayrıca iddia tələbi irəli sürülməsi yolu ilə deyil, həmin sübuta etiraz edilməsi və bunula bağlı mövqe bildirilməsi yolu ilə həyata keçirilir.

65. Hazırki işdə də cavabdehin üzləşmə aktı ilə bağlı irəli sürdüyü dəlillər yoxlanılmış və məhkəmə tərəfindən qiymətləndirilmişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının predmetini yalnız tərəflər arasında olan mad di hüquq münasibətlərindən irəli gələn tələblər təşkil edə bilər. Mülki proses zamanı təqdim edilmiş konkret bir sübutun mübahisələndirilməsi isə prosessual hüquq münasibətlərinə aid olmaqla sübutların qiymətləndirilməsi ilə bağlı məsələdir və bu məsələ ayrıca iddia irəli sürülməklə həyata keçirilə bilməz.

67. MPM-in 261.0.1-ci maddəsində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

68. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyil, bununla yanaşı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

69. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(106)-206/2024 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddiada irəli sürülmüş üzləşmə aktının etibarsız hesab edilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar