Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-107/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: cavabdeh tərəfindən əsassız hesablanmış məbləğin abonentin şəxsi hesabına bərpa edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi kollegiyasının e-2-2(103)-726/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında x xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, E.E.İ.Q-na uyğun olaraq yoxlama aparılan zaman məlum olmuşdur ki, abonentə məxsus sayğacın “B” və “C” fazalarında sayğac tablosunda gərginlik göstərmir. Belə ki, sayğacı qidalandırması nəzərdə tutulan “B” və “C” kommutasiya naqillərində gərginlik yoxdur. Sayğac axan yükü düzgün qeyd etmir. Bununla bağlı xx xxxxxx 2018-ci il tarixli akt yazılmış, aktda qoyulan tələbə əsasən xx.xx.2018-ci il tarixli aktla sayğac sxemi bərpa edilmişdir. Akt komi ssiyasının xx.xx.2018-ci il tarixli icra vərəqinə əsasən, istehlakçı ilə 473 gün müddətinə yenidən hesablaşma aparılaraq, (79,2 kvt - 22 kvt) x 16 saat x 473 gün = 432890 kvts əlavə sərfiyyat (38.960,10 manat əlavə ödəniş) hesablanmışdır. 06/17-278 saylı abunə kodu üzrə abunə haqqında arayışdan görünür ki, akt üzrə abonentə xx.xx.2018-ci il tarixdə 38.960,10 manat borc yazılmış və bu pul abonent tərəfindən ödənildiyindən, xx.xx.2018-ci il tarixə iddiaçının cavabdehə borcu olmamışdır. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək əsassız hesablanmış 43690,11 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, NİQ seriyalı, 000033 saylı akt əsasında cavabdeh tə rəfindən əsassız hesablanmış 38.960,10 manatın abonentin şəxsi hesabına bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, akt tərtib edilərkən iddiaçıya məlumat verilməmiş, iddiaçı tərəfin xəbəri və iştirakı olmamışdır. Cavabdeh orqan aktda qeyd edilənləri aydınlaşdırmadan və heç bir əsas olmadan akt tərtib etmişdir. Odur ki, hesablanmış cərimə ilə razı deyillər və hesab edirlər ki, cərimə məbləği qanunsuz və əsassız hesablanmış olduğu üçün silinməsi zərurət təşkil edir. Belə ki, sayğacın yerləşdiyi yerdə yüksək gərginliyin olması, habelə sayğacın xüsusi binada yerləşməsini nəzərə aldıqda, iddiaçı tərəfindən sayğacın olduğu yerə daxil olmaq, həmçinin sayğaca hər hansı müdaxilə etmək mümkünsüzdür. Sayğac tamamilə ayrı qapalı binada yerləşməklə yanaşı, binanın qapısı cavabdehin əməkdaşları tərəfindən xüsusi möhürlə möhürlənmişdir. Bundan başqa tərtib edilmiş aktın mötəbərliyi də şübhə altındadır. Belə ki, akt tərtib olunan zaman nə iddiaçının nümayəndəsinin, nə də ki, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Belə olan halda tərtib edilmiş akt sübut qismində qəbul edilə bilməz. Eyni zamanda cavabdeh qurum tərəfindən aparılmış yoxlama qeyri-rəsmi yoxlamadır. Yoxlamanın aparılmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində heç bir qeydiyyat aparılmamışdır 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, e-2-2(81)-658/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehin ə məkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş NİQ N 000033 saylı akt əsasında hesablanmış 38.960,10 manat borc iddiaçının 06/17-278 saylı abunə hesabından silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X10 və X8, e-2-2(103)-726/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, cavabdehin tərtib etdiyi NİQ seriyalı 000033 saylı xx xxxxxx 2018-ci il tarixli aktın əsasında hesablanmış 38.960,10 manat məbləğində pul iddiaçının 06/17-278 saylı abunə hesabına bərpa edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qe yd edir ki, dəqiqləşdirilmiş tələb üzrə araşdırma aparılmasına baxmayaraq birinci instansiya məhkəməsi dəqiqləşdirilmiş sonuncu tələb üzrə deyil, əvvəlki tələb üzrə 38.960,10 manat borcun iddiaçının 06/17-278 saylı abunə hesabından silinməsini qət etmişdir. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi borcun silinməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, aktın tərtib olunmasına səbəb olan yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun aparılmamış və yoxlamal arın vahid məlumat reyestrində qeydə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşmışdır. Məhkəmələrin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil və məhkəmə tərəfindən bu nəticəyə gəlinərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Akta əsasən iddiaçı ilə yenidən hesablaşmanın aparılması “X2 Qaydaları”nın 8.15 və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır. Aktda göstərilən hal EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından uçot cihazlarının qoşulma sxemlərinin pozulması halını ifadə etmişdir. Məhkəmə mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun müddəalarını tətbiq etmişdir. İddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırıcı hissə: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Cavabdeh bildirir ki, əməkdaşları tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən elektrik enerjisi uçotu və “X2 Qaydaları"na riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, sayğacın “B” və “C” fazalarında sayğac tablosunda gərginlik göstərmir, sayğacın qidalandırması nəzərdə tutulan “B” və “C” kommutasiya naqillərində gərginlik yoxdur, sayğac axan yükü düzgün qeyd etmir. Aktda qoyulan tələbə əsasən xx.xx.2018-ci il tarixli aktla sayğac sxem bərpa edilmişdir. Akt komissiyasının xx.xx.2018-ci il tarixli icra vərəqinə əsasən, istehlakçı ilə 473 gün müddətinə yenidən hesablaşma aparılaraq, (79,2 kvt - 22 kvt) x 16 saat x 473 gün = 432890 kvts əlavə sərfiyyat (38.960,10 manat əlavə ödəniş) hesablanmışdır. Cavabdehin tərtib etdiyi xx xxxxxx 2018-ci il tarixli akt ksero surət olmaqla çətinliklə oxunur. Aktın əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. “X2 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün h esablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Qaydaların 8.15-ci bəndində qeyd edilir ki,...Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və X6 Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Cavabdeh Qaydaları n yuxarıda qeyd edilən tələblərinə əməl etməmişdir. İşin 179-cu səhifəsində olan iddiaçı barəsində abunə haqqında məlumatlara əsasən 2018-ci ilin yanvar-noyabr aylarında cavabdeh tərəfindən hər ay üzrə konkret günlər üçün enerji sərfiyyatı və alınmalı məbləğ qeyd edilərək iddiaçıya təqdim edilmiş, iddiaçı da təqdim edilən məlumatlar əsasında enerji haqqını ödəmişdir. Lakin cavabdeh kassasiya şikayətində qeyd etdiyi kimi 38.960,10 manat borcu iddiaçı barəsində 473 gün üçün hesablamışdır. Bu da yuxarıda bəhs edilən Qaydaların tələbinə uyğun olmamış, həmçinin iddiaçının təqsiri ucbatından sayğac göstəricilərində xəta baş verməsi cavabdeh tərəfindən sübuta yetməmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sayğac cavabdehin balansında olan qapalı binada yerləşməklə yanaşı, bi nanın qapısı cavabdehin əməkdaşları tərəfindən xüsusi möhürlə möhürlənməklə mühafizə olunur və sayğacda sərfıyyatın düzgün olmaması, gərginliyin sayğaca düzgün daxil olmaması və ya sayğacın göstəricisinin düzgün göstərməməsi iddiaçıdan asılı olmayan səbəblərdən yaranmış problemdir. Məhkəmə kollegiyası həmçinin mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun preambulasında qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onl arın vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir (2.1-ci maddə). Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir (2.3-cü maddə ). Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimi yyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və v əzifələri haqqında məlumat verir (20.1-ci maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Reyestr sahibkarlıq sahəsində yoxla maların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir (Əsasnamənin 1.3-cü bəndi). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin et məlidirlər (Əsasnamənin 1.4-cü bəndi). Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər (1.5-ci bənd). Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır (Əsasnamənin 1.7-ci bəndi) İşdən görünür ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan cavabdehin nümayəndələrinin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə apardığı yoxlamanın yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə uyğun olaraq onun aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın iddiaçıya təqd im etməsi barədə məhkəmələrə hər hansı məlumat verilməmişdir. Cavabdeh belə sənədlərin olmasını da şikayətlərində bildirməmişdir. Adı çəkilən Qanun və Əsasnamənin tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə verilən elektrik enerjisinin sərfiyyatını hesablayan sayğaca baxış keçirərkən qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədiyindən də tərtib edilmiş aktın hüquqi nəticəsi olma mışdır. Cavabdehin şikayətinin dəlilinə görə o, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama aparmamış, obyektdən kənarda yerləşən sayğaca baxış keçirərkən qeyd edilən faktı aşkarlayıb akt tərtib etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edildiyindən, cavabdeh iddiaçı sahibkarın fəaliyyət göstərdiyi yerə gələrək orada özünün bildirdiyi kimi baxış keçirdiyindən, Azərbaycan Respubl ikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamənin 1.4-cü bəndinə əsasən sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar, o cümlədən müayinələr, müşahidələr və baxışlar bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı olduğundan şikayətin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kol legiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-726/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-107/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-107/2020
03.06.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver