Məhkəmə qərarları › İş №2-2(3-10)-47/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-47/2026

30.04.2026 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-47/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, iddiaçı İddiaçı (VÖEN 3501515942) cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları Iddiaçı İddiaçı (VÖEN 3501515942) ## ######## 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən Ağsu rayonu ərazisində yerləşən və abonent kodu 24160********** olan sahibkarlıq obyektinə (çayxanaya) təbii qazdan istifadə ilə əlaqədar əsassız olaraq hesablanmış 2289,98 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2024-cü il tarixdə onunla cavabdeh Cavabdeh Istehsalat Birliyi arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçiləri arasında qazın alqı-satqısı” barədə AMX- ****/** saylı müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq, razılaşma qaydasında 2013-cü ildən (əvvəlcə ailə üzvləri fiziki şəxs qismində sahibkar statusunda olmuşlar) hal-hazıradək abonenti olduğu ünvan üzrə iaşə obyektində ## ###### 2024-cü ildə istismara yararlı olan bir ədəd radiator qaz qurğusu quraşdırılmışdır. Iaşə obyektində (çayxanada) ZENNER G4T tipli, abonent kodu 24160********** olan mexaniki qaz sayğacı quraşdırılmış (iaşə obyektində qaz yanacağı ilə işləyən axımlı su qızdırıcısı, PQ3, 4 gözlü qaz peçi, dəmir peç və kombi olmuşdur) və həmin cihazların istehlakı üzrə sərfiyyata uyğun ödənişlər olunmuş, lakin cavabdeh tərəfindən borc məbləğləri düzgün müəyyən edilmədiyindən, əsassız borc yaranmışdır. ## ###### 2025-ci il tarixdə ******** nömrəli “Təbii X9 pozulması haqqında” cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən tərtib olunmuş akta əsasən təbii qazla təmin olunması üçün quraşdırılmış mövcud G-4 markalı, zavod nömrəsi 211110559555 olan qaz sayğacının maksimal ölçmə həddi 6 kub.metr/saat olduğu təqdirdə, faktiki qaz işlədicilərinin maksimal sərfiyyatına uyğun 1800 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bundan sonra belə nəticəyə gəlinmişdir ki, həmin Akta əsasən İddiaçı tərəfindən qaz cihazlarında istifadə olunmuş təbii qazın dəyərinin ödənişi tam təmin olunmadığından 2289,98 (iki min iki yüz səksən doqquz manat 98 qəpik) manat debitor borc hesablanmışdır. O, buna etiraz olaraq Cavabdeh IByə müraciət etmişdir. ## ### 2025-ci ildə Cavabdeh IB tərəfindən müraciətinə baxılaraq, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş akta əsaslanaraq ona belə bir cavab verilmişdir ki, ##.##.2025-ci il tarixdə cavabdehin nümayəndələri tərəfindən iaşə obyektində qaz sərfiyyatının dəqiqləşdirilməsi üzrə yoxlama aparılmış və müvafiq akt tərtib edilmişdir. Onun bu müraciəti əsasında əsassız hesablanmış borcun silinməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş X9 6.1.4-cü bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə və 6.1.5-ci bəndə əsasən qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanmadıqda, abonentin qaz təminatı dayandırılır. Qaz işlədicisi kimi onunla müqavilə bağlanmışdır və yaranmış debitor borc abonent tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən istehlakçı olaraq ondan müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 2289,98 manat məbləğində qaz istehlakına görə gecikdirilmiş və yaranmış debitor pul vəsaitinin ödənilməsi tələb edilir. O, fərdi sahibkar kimi hesab edir ki, ictimai iaşə müəssisəsində quraşdırılmış qaz sayğacı üzrə faktiki qaz işlədicilərinin maksimal sərfiyyatı düzgün hesablanmamış və nəticədə əsassız borc hesablanmışdır. Buna baxmayaraq, müqavilə şərtlərinə uyğun olaraq, mübahisənin qarşılıqlı razılıq əsasında həlli baxımından faktiki qaz istehlakına görə hesablanmış debitor borcun hazırkı günə neçə manat olduğu müəyyən edilməklə, yaranmış borcun hissə-hissə, iki il müddətinə qarşılıqlı razılıq qaydasında ödənilməsi təklifinə dair elektron qaydada pretenziya göndərilmiş, pretenziyanın cavabdehə çatdığı andan 10 gün müddətində münasibət bildirmək xahiş olunsa da, həmin təklifə dair heç bir münasibət bildirilməmişdir. O, cavabdehə əsassız hesablanmış borcun silinməsini təklif etsə də, mübahisəsiz şəkildə məsələnin həlli mümkün olmamışdır. O, cavabdehə yazılı şəkildə pretenziya (xəbərdarlıq) göndərsə də, cavabdeh mübahisəyə münasibət bildirməmişdir. Məcbur olub bu mübahisənin məhkəmə qaydasında həlli baxımından hazırkı iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət etmişdir. Çünki, cavabdehin hərəkətləri nəticəsində onun sahibkarlıq fəaliyyətinə zərər vurulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borcun silinməsi barədə məhkəmə qərarı qəbul edilməlidir. Iş üzrə Şəki Kommersiya Məhkəməsində aparılan məhkəmə icraatında cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən ## ####### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin iddia ərizəsinə qarşı yazılı Etirazla məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmamasını xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Şəki Kommersiya Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 2289,98 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. Iddiaçı İddiaçı iddia ərizəsində ##.##.2025ci il tarixdə cavabdeh Orqanın əməkdaşlarının müəssisəyə baxış keçirdiklərini, baxış zamanı Akt tərtib edərək müəssisənin abonent koduna 2289,98 manat məbləğində cərimə hesabladıqlarını bildirmiş, həmin məbləğin əsassız olduğunu qeyd edərək, hesablanmış həmin məbləğin silinməsini xahiş etmişdir. Cavabdeh tərəf hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, ## ###### 2025-ci il tarixində Cavabdeh X6 RQII-nin ISQNŞ-nin əməkdaşları Ağsu şəhərinin M.Ə. Rəsulzadə küçəsində yerləşən İddiaçı məxsus “xxxx”yə baxış keçirərkən, müəssisədə istifadə edilən qaz cihazlarının sərfiyyatının quraşdırılmış qaz sayğacının saatlıq sərfiyyatından çox olduğunu, sayğacın keçən qazı düzgün qeydə almadığını müəyyən etmişlər və bu səbəbdən sərfiyyataşma ilə əlaqədar ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt tərtib edilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt itirilmiş qazın dəyərinin hesablanması məqsədilə Cavabdeh Istehsalat Birliyinə göndərilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akta əsasən ##.##.2025-ci il tarixdə Cavabdeh IB-nin Istehlakçılara satılan qaza nəzarət Şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı məxsus “xxxx”nin Ağsu XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 6803 m³ – 1800 (min səkkiz yüz) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq onun abonent hesabına vurulmuşdur. Iddiaçı İddiaçı məxsus “xxxx”nin abonent koduna hesablanaraq vurulmuş 1800 (min səkkiz yüz manat) məbləğ həmin müəssisədə quraşdırılmış qaz sayğacının saatlıq sərfiyyatından artıq qanunsuz quraşdırılmış qaz cihazlarında təbii qazdan istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunur ki, həmin müəssisəyə baxış keçirilməsi üçün X11 X7 Reyestrindən çıxarış alınmış və həmin Çıxarışda yoxlama tarixi ##.##.2025–##.##.2025-ci il tarixləri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı “Təbii qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərinə əsasən maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir və Qaydaların 4.1-ci bəndinə əsasən layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılır. Bu səbəbdən Qaydaların 3.4.1-ci yarımbəndi ilə özbaşına qaz qurğularının quraşdırılması istehlakçıya qadağan edilmiş və qazın alqı-satqısı müqaviləsinin 4.2-ci bəndi ilə qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılması və istismar edilməsi tələbi qoyulmuşdur. Qaydaların 1.3-cü bəndinə uyğun olaraq “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqısatqısı müqaviləsi”nin 2.2.6-cı yarımbəndinə əsasən Qaz paylayıcısının Istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Hazırkı iş üzrə də hesabat bu qaydalara əsasən aparılmışdır. Iddiaçı İddiaçı ilə Cavabdeh IB arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.1.10-cu bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. “Təbii qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilərək, həmin Qətnamədə qət olunmuşdur ki: - “Iddia təmin edilsin. Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus olan *************** saylı abonent koduna hesablanmış 2289,98 manat borc silinsin. Ödənilmiş dövlət rüsumununa görə 45 manat məbləğdə pul cavabdeh Cavabdeh Istehsalat Birliyindən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(117)-1232/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Istehsalat Birliyi arasında bağlanan ##.##.2024-cü tarixli, AMX-****/** nömrəli "qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçiləri arasında qazın alqı-satqısı" barədə müqavildən görünür ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi iddiaçı İddiaçı məxsus qeyriyaşayış sahəsini keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə öz növbəsində istehlak etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Iş materiallarında olan ##.##.2025-ci il tarixli Yoxlama Aktından görünür ki, İddiaçı məxsus Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsində yerləşən qaz sayğacına Cavabdeh IB-nin əməkdaşları tərəfindən baxış keçrilimişdir. Cavabdeh IB tərəfindən verilmiş ##.##.2023-cü il tarixli “Təbii X9 pozulması” haqqında ******* nömrəli Aktdan görünür ki, X2 məxsus Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsində (xxxx) quraşdırılmış 2110559555 zavod nömrəli qaz sayğacına Cavabdeh IBnin əməkdaşları Ə.Həsənov, A.Musayev, O.Şahbazov, E.Şəfiyev, M.Abdullayev tərəfindən baxış keçirilmiş və baxış nəticəsində faktiki istifadə edilən qaz qurğularının maksimal qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması aşkar edilmişdir. Itirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması və müəssiəsə tərəfindən ödənilməsi qərara alınmışdır. Akt Cavabdeh IB-nin həmin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının nümayəndəsi tərəfindən isə imzalanmasından imtina edilmişdir. Cavabdeh IB tərəfindən verilmiş ##.##.2025-ci il tarixli “Təbii X9 pozulması” haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (xxxx) 2110559555 zavod nömrəli qaz sayğacına Cavabdeh IB-nin əməkdaşları Rəsulov Pərviz, Əliyev Rövşən, Qəhrəmanov Vüqar, Namazov Eltun, Eminov Rəmşid tərəfindən baxış keçirilmiş və baxış nəticəsində müəssisəyə quraşdırılmış G4 markalı qaz sayğacının qaz keçirmə həcmi 6 m3/saat olduğu halda, faktiki baxış keçirilən zaman müəssisədəki cihazların qaz həcmi 12,3 m3/saat olduğu müəyyən edilmiş və nəticədə 12,3 - 6 = 6,3 m3/saat sərfiyat aşma aşkar edilmişdir. Itirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması və müəssisə tərəfindən ödənilməsi qərara alınmışdır. Akt Cavabdeh IB-nin həmin əməkdaşları və iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. ##.##.2025-ci il tarixli Cavabdeh IB tərəfindən tərtib edilmiş inventar aktında İddiaçı məxsus Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsində olan təbii qazdan istifadə olunan qurğuların adları qeyd edilmişdir. Iş materiallarında olan ##.##.2023-cü il tarixli KY232037090 yoxlama kodlu X11 yoxlamaların vahid reyestrindən çıxarışa əsasən görünür ki, X2 məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, KY252278124 yoxlama kodlu X11 yoxlamaların vahid reyestrindən çıxarışa əsasən görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona məxsus *************** nömrəli abonent koduna aktlar üzrə 2023-cü ilin oktyabr ayında 1512 manat, 2025-ci ilin fevral ayında isə 1800 manat borc daxil edilmişdir. Iş materiallarında olan ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, X2 məxsus abonent koduna Cavabdeh IB tərəfindən ******* nömrəli akt üzrə borc hesablanmış və həmin borcun ödənilməsi tələb edilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli Tələbnamədən görünür ki, İddiaçı məxsus abonent koduna Cavabdeh IB tərəfindən ******* nömrəli akt üzrə borc hesablanmış və həmin borcun ödənilməsi tələb edilmişdir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, X2 tərəfindən istehlak etdiyi qazın dəyərinə uyğun cəmi 1773,8 manat pul ödənilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı əsasında verilən Azərbaycan Respublikası Energetika Nazirliyi və X12 Agentliyinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (xxxx) qazlaşdırılması üçün Cavabdeh IB tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ***** nömrəli texniki şərtə əsasən *-***-** nömrəli layihə sənədləri hazırlanmışdır. Qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən, həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlama aparıla bilər. Lakin qaz paylayıcısı nümayəndələri tərəfindən obyektə baxış keççirilmiş və yoxlamanın nəticəsi olaraq, obyektə quraşdırılmış G4-T markalı, 21110559555 zavod nömrəli qaz sayğacının maksimal ölçmə həddini aşması səbəbilə “təbbi X9 pozulması” ##.##.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 6048 m3 əlavə qaz həcmi, yəni 1512 manat və ##.##.2025-ci il tarixli, ******* nömrəli akta əsasən 6803 m3 əlavə qaz həcmi, yəni 1800 manat dəymiş ziyan hesablanaraq istehlakçının abonent koduna əlavə edilmişdir. Qaz sayğacının maksimal ölçmə həddindən artıq istifadə edilmiş qaz sərfinə əsasən itirilmiş qazın bərpası məqsədi ilə hesabatın aparılması Azərbaycan Respublikası müvafiq qanunvericiliyində nəzərdə tutulmamışdır. Qaz paylayıcısı tərəfindən İddiaçı məxsus qeyriyaşayış sahəsində müxtəlif tarixlərdə aparılmış yoxlamalara əsasən itirilmiş qazın bərpası məqsədi ilə tərtib edilmiş aktlar üzrə əsassız hesabat aparılaraq istehlakçının abonent hesabına 2023-cü ilin oktyabr ayında 1512 manat və 2025-ci ilin mart ayında 1800 manat əlavə edilmişdir. Beləliklə, aparılan araşdırma zamanı həmin yoxlamaların hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçı və cavabdeh arasında hazırkı mübahisə iddiaçıya cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz borcunun silinməsindən irəli gəlir. Işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı məxsus Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsində (xxxx) olan qaz sayğacına Cavabdeh IB-nin əməkdaşları tərəfindən ##.##.2023-cü il və ##.##.2025-ci il tarixdə baxış keçrilmiş və bununla bağlı aktlar tərtib edilmişdir. Hər iki baxış nəticəsində faktiki istifadə edilən qaz qurğularının maksimal qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması aşkar edilmişdir. Itirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması və müəssiəsə tərəfindən ödənilməsi qərara alınmışdır. Iddiaçıya göndərilən tələbnamələr əsasında itirilmiş qazın dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə cavabdeh tərəfindən aparılan yoxlamalar nəticəsində iddiaçıya itirilmiş qaz sərfiyyatı kimi borcun hesablanması ilk növbədə “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmamışdır. Belə ki, həmin qanunun tələblərinə əsasən düzgün hesablanmamış qaz sərfinin istehlakçıdan tələb edilməsi qanunsuz hal kimi müəyyən edilir. Belə ki, qaz paylayıcısı cavabdehə hesablanmış borcun təbii qazın sərfiyyat aşmaqla istifadəsi nəticəsində yarandığını iddia etsə də, bununla bağlı məhkəməyə təqdim etdiyi sənədlər abonentin təqsirliliyini sübuta yetirməmişdir. Nəticədə məhkəmə hesab edir ki, qaz paylayıcısı tərəfindən iddiaçıya məxsus obyektdə aparılan yoxlama nəticəsində ona borc hesablanması qanunsuz olmuşdur. Bu hal iş materiallarına olan Azərbaycan Respublikası Energetika Nazirliyi və X12 Agentliyinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə də təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh Istehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus olan abonent koduna hesablanmış 2289,98 manat borc silinməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iddia tələbinə uyğun olaraq ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus olan *************** saylı abonent koduna hesablanmış 2289,98 manat borc silinməli, ödənilmiş dövlət rüsumununa görə 45 manat məbləğdə pul cavabdeh Cavabdeh Istahsalat Birliyindən tutulub iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.3, 560.1, 560.2, 560.3, 560.3.5.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 3.5, 3.5-1, 3.5-2, 6-4, 13.8 və 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-2, 3.1.10, 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 5.5, 6.1 və 6.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh Cavabdeh Istehsalat Birliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh Istehsalat Birliyinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Şəki Kommersiya Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 2289,98 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəf hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, ## ###### 2025-ci il tarixində Cavabdeh X6 RQII-nin ISQNŞ-nin əməkdaşları Ağsu şəhəri M.Ə. Rəsulzadə küçəsində yerləşən İddiaçı məxsus “xxxx”yə baxış keçirərkən həmin müəssisədə istifadə edilən qaz cihazlarının sərfiyyatının quraşdırılmış qaz sayğacının saatlıq sərfiyyatından çox olduğunu, sayğacın keçən qazı düzgün qeydə almadığını müəyyən etmişlər və bu səbəbdən sərfiyyataşma ilə əlaqədar ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt tərtib edilmişdir. ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Istehsalat Birliyinə göndərilmişdir. Həmin Akta əsasən ##.##.2025-ci il tarixdə Cavabdeh IB-nin Istehlakçılara satılan qaza nəzarət şöbəsində “itirilmiş qazın bərpası üzrə” akt tərtib edilərək, İddiaçı məxsus “xxxx”nin Ağsu XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 6803 m³ – 1800 (min səkkiz yüz) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq onun hesabına vurulmuşdur. Yəni, İddiaçı məxsus “xxxx”nin abonent koduna hesablanaraq vurulmuş 1800 (min səkkiz yüz) manat məbləğ müəssisədə quraşdırılmış qaz sayğacının saatlıq sərfiyyatından artıq qanunsuz quraşdırılmış qaz cihazlarında təbii qazdan istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və həmin məbləğ də abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunur ki, müəssisəyə baxış keçirilməsi üçün X11 X7 Reyestrindən çıxarış alınmış və həmin Çıxarışda yoxlama tarixi ##.##.2025–##.##.2025-ci il tarixləri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı “Təbii qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərinə əsasən maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir və Qaydaların 4.1-ci bəndinə əsasən layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılır. Bu səbəbdən Qaydaların 3.4.1-ci yarımbəndi ilə özbaşına qaz qurğularının quraşdırılması istehlakçıya qadağan edilmiş və qazın alqı-satqısı müqaviləsinin 4.2-ci bəndi ilə qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılması və istismar edilməsi tələbi qoyulmuşdur. Qaydaların 1.3-cü bəndinə uyğun olaraq “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı müqaviləsi”nin 2.2.6-cı yarımbəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Hazırkı iş üzrə də hesabat bu qaydalara əsasən aparılmışdır. Iddiaçı İddiaçı ilə Cavabdeh IB arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.1.10-cu bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Təbii qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Tərəflə bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən Istehlakçı tərəfindən istifadə edilmiş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək Paylayıcının hüquqlarına daxildir. Göründüyü kimi, qətnamə çıxarılarkən cavabdeh tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Istehlakçı hazırkı vəziyyətdə istifadə etdiyi təbii qazın dəyərini ödəməməklə, tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Hazırkı vəziyyətdə istehlakçıya hesablanmış məbləğ Tarif Şurasının ## ####### 2021-ci il tarixli, ** nömrəli qərarına əsasən hesablanmışdır. Təqdim edilmiş sənədlər, saldo və digər sübutlar düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız iddiaçıya məxsus sahibkarlıq obyektində istifadə edilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yarandığı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilə bilərdi. Lakin, məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda, iddianın təmin edilməsi barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutları əlaqəli şəkildə araşdırmamış, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və nəticədə MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sənədlər araşdırılmamışdır. Cavabdeh tərəf iddiaya etirazının əsasını təsdiq edən sənədləri, yəni etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair kifayət qədər sübutları birinci instansiya məhkəməsinə təqdim etmişdir. Xüsusilə qeyd olunur ki, yuxarıda göstərilən ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt iddiaçının abonent hesabına 6803 m³ təbii qazın dəyəri olan cəmi 1800 (min səkkiz yüz) manat məbləğ borc yazılmasına baxmayaraq, məhkəmə iddia tələbini tam təmin edərək, heç bir əsas olmadan iddiaçının real qaz istifadəsinə görə olan borcunu da silmiş, bununla da kobud pozuntuya yol vermişdir.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı və apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəblərə görə hazırkı məhkəmə iclasında iştirak edə bilmədikləri üçün məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh Istehsalat Birliyinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 13.6. Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “HYPERLINK "http://eqanun.az/framework/26449" \o "Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanunu"X11 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 13.7. Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar müvafiq qaz şəbəkəsinə qanunsuz qoşulma (qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun razılığı olmadan müvafiq qaz şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “HYPERLINK "http://eqanun.az/framework/26449" \o "Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanunu"X11 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Tikinti obyektinin qoşulduğu qazın nəqli və ya qazpaylayıcı şəbəkədən asılı olaraq məişət qaz qurğularını istifadə edən məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

“X11 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2ci və 34.1-ci maddələri şamil edilir. 3.1. Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X7 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X7 reyestri aparılır.

13.2. X11 X7 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.5. X7 reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X7 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ##### 2010-cu il tarixli Fərmanının tələblərinə görə X11 hər bir yoxlama “X7 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “X11 X7 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə X11 hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri: 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 1.4. Istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4. Istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, cavabdeh Cavabdeh Istehsalat Birliyinin apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə, tərəflərin iddia tələbi üzrə mövqelərinə, işdə olan sübutlara və mübahisənin konkret hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(117)-1232/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilib, iddiaçı İddiaçı (VÖEN 3501515942) cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh Istehsalat Birliyi ilə ## ###### 2024-cü ildə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN 3501515942) məxsus Ağsu rayonu ərazisində yerləşən sahibkarlıq obyekti (“çayxana”) təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı *************** nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “Zenner G-4T” markalı sayğac quraşdırılmışdır. Həmin Müqavilədə təbii qazdan istifadə olunan cihaz qismində istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində bir ədəd “qızdırıcı radiator peçi” olduğu qeyd edilmişdir. Həmin sahibkarlıq obyektinə aid Abonentin Saldosunda da iddiaçının sahibkarlıq obyektində (çayxanada) bir ədəd “qızdırıcı radiator peçi” cihazı vasitəsilə təbii qazdan istifadə edildiyi qeyd olunmuşdur. Lakin, müvafiq qaydada X7 Reyestrində qeydə alınmaqla, cavabdeh Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixində Ağsu şəhərinin M.Ə. Rəsulzadə küçəsində yerləşən iddiaçı İddiaçı məxsus sahibkarlıq obyektinə (abonent kodu: 24160**********) baxış keçirilərkən həmin müəssisədə istifadə edilən qaz cihazlarının faktiki sərfiyyatının mövcud “Zenner G-4T” markalı qaz sayğacının saatlıq sərfiyyatından çox olması və həmin sayğacın istehlak olunan qazın sərfiyyatını düzgün qeydə almaması müəyyən edilərək, bununla bağlı ## ###### 2025-ci il tarixli, ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt tərtib edilmişdir. Həmin Aktdan görünür ki, tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə görə obyektdə yalnız bir ədəd “qızdırıcı radiator peçi” növündə qaz cihazından istifadə edilməli olduğu halda, baxış zamanı istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində bir ədəd “axımlı su qızdırıcı 32L”, bir ədəd “PQ-3”, bir ədəd “q/standart 4 gözlü”, bir ədəd “dəmir peç” və bir ədəd “kombi 32lik” olmaqla, cəmi beş ədəd qaz cihazı aşkar olunmuş və bununla bağlı həmin Aktın “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd” qrafasında göstərilmişdir ki, “Müəssəyə qurlaşdırılmış qaz sayğacı G4 markalı, qaz keçirmə həcmi 6 m3/saat olduğu halda, faktiki baxış keçirilən zaman Müəssədəki cihazların qaz həcmi 12,3 m3/saat olduğu aşkar olunmuşdu: 12,3 - 6 = 6,3 m3/saat sərfiyyat aşma aşkarlandı”. Bundan sonra isə həmin ## ###### 2025-ci il tarixli, ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt əsasında Cavabdeh X13 satılan qaza nəzarət Şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş ## ###### 2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə Istehlakçı: “F/Ş İddiaçı”, Fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi”, “abonent kodu: 24160**********”, “Aşkar edilmiş nöqsan: Mövcud qaz sayğacının saatlıq maksimum ölçmə həddi 6 m3/saat olduğu təqdirdə, qaz işlədicilərinin maksimal sərfiyyatı 12,3 m3/saat-dır” qeyd edilməklə göstərilir ki, “G-4” markalı, zavod nömrəsi 211110559555 olan mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu təqdirdə, aşkar edilmiş qaz işlədicilərinin maksimal sərfiyyatı 12,3 m3/saat olduğuna görə - “G-4” markalı qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6803 m3 həcmində müəyyən edilmişdir: 12,3 m3/saat - 6 m3/saat = 6,3 m3/saat x 12 saat x 90 gün = 6803 m3 . Iş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu: 24160**********) ilə müəyyən olunur ki, ## ###### 2025-ci il tarixli, ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Ağsu rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına 2025-ci ilin mart ayında bir dəfəyə 1800 (min səkkiz yüz) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2025-ci ilin yanvar, fevral və mart aylarında obyektin “G- 4” markalı qaz sayğacı vasitəsi ilə hər bir ay üzrə istehlak edilən qaza görə sərfiyyatın həcmi də hesablanaraq Istehlakçının hesabına mədaxil olunmuşdur. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN 3501515942) istifadəsində olan Ağsu rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu: 24160**********) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılan və nominal qaz sərfi 6 m3/saat olan “G-4” markalı sayğacdan keçən təbii qaz - tərəflər arasında bağlanmış Müqavilədə nəzərdə tutulan bir ədəd qaz cihazından əlavə, daha dörd qaz cihazı vasitəsi ilə istehlak olunması ilə əlaqədar ## ###### 2025-ci il tarixli, ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilən ## ###### 2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə Aktda qeyd olunan qüsura, yəni “Mövcud qaz sayğacının saatlıq maksimum ölçmə həddi 6 m3/saat olduğu təqdirdə, qaz işlədicilərinin maksimal sərfiyyatı 12,3 m3/saat-dır” qüsuruna görə “G-4” markalı qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın miqdarı 6803 m3 həcmində müəyyən edilərək, 1800 (min səkkiz yüz) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh Istehsalat Birliyinin ## ###### 2025-ci il tarixli, ******* nömrəli Aktı əsasında hesablanmış həmin 1800 (min səkkiz yüz) manat miqdarında borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ümumilikdə 2289,98 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Ilk növbədə, məhkəmə kollegiyası, hazırkı iddia tələbində silinməsi tələb olunan “2289,98 manat” məbləğində borcla əlaqədar qeyd etməyi lazım bilir ki, bu borcun 1800 manat hissəsi məlum ## ###### 2025-ci il tarixli, ******* nömrəli Akt əsasında hesablanmış əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan dəymiş zərər olsa da, qalan 489,98 manat hissəsi isə istifadə olunmuş təbii qazın sayğac vasitəsi ilə aparılmış hesabat əsasında müəyyən edilmiş debitor borcun iddia ərizəsinin verildiyi vaxt ödənilməmiş hissəsidir. Lakin, yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarının tələbləri baxımından həmin 489,98 manat məbləğində debitor borcun silinməsinin tələb olunması tamamilə əsassızdır və buna görə də, iddia həmin hissədə təmin oluna bilməz. Eyni zamanda, məhkəmə kollegiyası, işin konkret hallarına əsasən hesab edir ki, iddiaçının sahibkarlıq obyektində “G-4” markalı qaz sayğacının texniki imkanlarına uyğun olmayan əlavə cihazlar vasitəsi ilə qaz istehlakının müəyyən hissəsi sayğac hesabatından kənarda qaldığından, həmin əlavə cihazların istehlak gücünə uyğun olan, lakin mövcud sayğac tərəfindən hesabatı aparılmamış qazın dəyəri - dəymiş zərər olaraq Istehlakçıdan alınmalıdır. Lakin, bu dəymiş zərərin miqdarı işin halları, o cümlədən də tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqavilənin ## ###### 2024-cü ildə bağlanması, məlum qanunsuzluğun isə ## ###### 2025-ci ildə keçirilmiş yoxlama nəticəsində aşkar olunması və ayda bir dəfə cavabdehin müvafiq əməkdaşları tərəfindən sayğac göstəricilərinin götürülərək istehlak olunmuş qazın hesabatının qeydə alınması kimi xüsusatlar nəzərə alınaraq, Istehlakçıdan tələb olunan dəymiş zərər 90 gün müddətinə deyil, 30 gün müddətinə hesablanmalıdır. Bu halda isə həmin dəymiş zərərin məbləği 1800 manat miqdarında deyil, cəmi 600 manat məbləğindədir: 1800 manat : 90 gün = 20 manat x 30 gün = 600 manat. Yəni, Cavabdeh Istehsalat Birliyinin ## ###### 2025-ci il tarixli, ******* nömrəli Aktı əsasında dəymiş zərər kimi hesablanmış həmin 1800 (min səkkiz yüz) manat miqdarında borcun yalnız 600 manat hissəsi işin hallarına uyğun olmaqla əsaslı olsa da, 1200 manat hissəsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(117)-1232/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbi qismən təmin edilərək, ## ###### 2025-ci il tarixli ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt əsasında cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı İddiaçı (VÖEN 3501515942) məxsus Ağsu rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (“çayxanaya”) (abonent kodu: 24160**********) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1800 (min səkkiz yüz) manat məbləğində borcun 1200 (min iki yüz) manat hissəsinin silinməsi barədə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi qalan hissədə təmin edilməməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan (maddə 119.1), iddia tələbinin hazırkı təmin olunan hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(117)-1232/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. ## ###### 2025-ci il tarixli ******* nömrəli “Təbii X9 pozulması haqqında” Akt əsasında cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı İddiaçı (VÖEN 3501515942) məxsus Ağsu rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (“çayxanaya”) (abonent kodu: 24160**********) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1800 (min səkkiz yüz) manat məbləğində borcun 1200 (min iki yüz) manat hissəsi silinsin. Iddia qalan hissədə təmin edilməsin. Iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manatı cavabdeh Cavabdeh Istehsalat Birliyindən tutularaq iddiaçı İddiaçı (VÖEN 3501515942) ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar