Məhkəmə qərarları › İş №e-2-2(3-6)-513/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-513/2026

10.06.2026 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-513/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi, sübutetmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə iddiaçı X5 cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. Texniki şərtin sorğu blankına əsasən iddiaçının istifadəsində olan obyektdə aşağıdakı işlədicilərin quraşdırılması nəzərdə tutulmuşdur: Kombi 34 kw-1 ədəd, Qaz piltəsi PQ-4 məişət tipli-1 ədəd.

2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən X5 məxsus obyektdə keçirilən ##.##.2024-cü il tarixli yoxlama AR Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydiyyata alınmışdır.

3. ##.##.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktda X5 məxsus obyektə baxış keçirilən zaman obyektə quraşdırılan qaz cihazının gücü sayğacın maksimal qaz sərfindən çox olduğu müəyyən edilmişdir. 22,6 m3 qoşma mövcuddur (restoran tipli: PQ-6, kombi 28 kv, kombi 24 kv).

4. ## ###### 2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcminin hesablanması: Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə Müqavilənin 2.1.6-ci bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3 /saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 28.6 m3 /saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılır: 28,6-6=22,6x12x90=24408 m3 .

5. X5 məxsus abonent saldosuna əsasən aktlar üzrə borc 6102 manat hesablanmışdır.

Birinci instansiya məhkəməsində başlanmış hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı

6. Iddiaçı X5 cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyi tərəfindən tərtib edilmiş ## ####### 2024-cü il tarixli, ******* nömrəli akt əsasında tərtib edilmiş 6580,20 (altı min beş yüz səksən manat iyirmi qəpik) manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 Quba rayonu, Üçkün kəndində ona məxsus fərdi obyektə Azəriqaz IB-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Azəriqaz IBnin Xaçmaz rayon şöbəsinin əməkdaşları tərəfindən ## ####### 2024-cü il tarixli, ******* nömrəli akta əsasən obyektdə quraşdırılan qaz cihazlarının gücü sayğacın maksimal qaz sərfindən çox olduğu, 22, 6 kub metr aşma mövcud olduğu, dəymiş ziyanın hesablanması və sərfiyyata uyğun sayğac quraşdırılması aktlaşdırılmışdır. ## ###### 2024-cü il tarixli tələbnaməyə əsasən dəymiş ziyanın hesablanması zamanı 24408 kub metr ziyan müəyyən edilmiş və 6580, 20 (altı min beş yüz səksən manat iyirmi qəpik) manat cərimə hesablanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, akt tərtib edilmiş ünvanda yerləşən fərdi obyektə Cavabdeh Istehsalat Birliyi tərəfindən qaz sayğacı quraşdırılmış və həmin sayğac əsasında *************** saylı abunə kodu verilmişdir. Bildirmək istərdim ki, tərtib edilmiş akt əsassızdır. Belə ki, Azəriqaz IB-nin əməkdaşları tərəfindən sayğac quraşdırılan zaman həmin obyektin təyinatını nəzərə almalı və uyğun sayğac quraşdırılmalı idi. Bundan sonra istehlakçının səhvi olmadan özləri tərəfindən quraşdırılan sayğacın düzgün olmamasını və 6580,20 manat cərimənin hesablanması əsassızdır. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhəddini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edir. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə təminat verilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” AR Qanunun 8-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim edilməlidir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylacısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yeni ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq həyata keçirilir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, akt üzrə qaz borcu 6102 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq: Cavabdeh Istehsalat Birliyi tərəfindən tərtib edilmiş ## ####### 2024-cü il tarixli, ******* nömrəli akt əsasında tərtib edilmiş 6102 (altı min yüz iki) manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, X5 iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Azəriqaz“ X6 RQII-nin Quba xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan Hotel-restoranın sahibi X5 Quba rayonunun Üçgün kəndində yerləşən qeyri-yaşayış sahəsini işlədir. Həmin obyektdə əhaliyə ictimai iaişə xidməti göstərmək üçün “Qazpaylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi” əsasında təbii qazdan sənaye məqsədləri üçün istifadə edir. Istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Beləki, ##.##.2024-cü il tarixdə tarixdə “Azəriqaz“ Istehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQIQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsüində olan quşçuluq sexində quraşdırılmış G-4T markalı, ******** №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3/saat olduğu halda həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfi 28,6 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 22,6 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə ##.##.2024-cü il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 24408 m3 və ya 6102 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarının 1.3 bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı Istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin” 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. X5 obyektinin qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur.Yəni həmin obyekt qazlaşdırılan zaman cəmi 1 ədəd Kombi, 1 ədəd PQ4 peçindən istifadə olunması nəzərdə tutulmuşdur. Lakin sonradan restoranın həyətində tikilən hotel otaqlarının hər birində bir Kombi olmaqla cəmi 8 ədəd Kombi əlavə quraşdırılmışdır.PQ-4 peçi isə PQ-6 peçi ilə əvəzlənmişdir. Bu qazişlədici cihazların saatlıq qaz sərfiyyatı, obyektdəki mövcud qaz sayğacının keçən qazı qeydəalma qabiliyyəti ilə uyğun gəlmir. Həmin Qərarın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Iddiaçı X5 iddiasının əsasını ona məxsus obyekt yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun və AR Prezidentinin 2011-ci il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə Cavabdeh IB-nin Xaçmaz RQII-nin və Quba xidmət sahəsinin işçiləri tərəfindən əməl edilməməsi təşkil edir. Lakin onun bu dəlilləri tamamilə əsassızdır. Belə ki, həmin yoxlamalar ##.##.2024-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə salınıb və KY********* saylı çıxarışı alınmışdır. Bu çıxarış yoxlamadan əvvəl obyekt sahibinə təqdim edilmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, obyektdə layihədən kənar heç bir qurğu olmamışdır, həmçinin obyekt hələ təmir mərhələsindədir, tam fəaliyyətə başlamamışdır. Videogörüntüdən də görünür ki, obyektdə hələ təmir işləri gedir, kombilər orda olsa da, fəaliyyət başlamadığına görə işləmir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, videogörüntüdə olan kombilər hamısı işlək vəziyyətdədir. Kombi xəttə qoşulubsa o işlək vəziyyətdə hesab olunur.

12. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən X5 hesablanmış 4068 manat borc məbləği *************** saylı abonent kodundan silinməsi, dövlət rüsumunun əvəzi olaraq 61 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh Istehsalat Birliyindən tutularaq iddiaçı X5 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:  Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh IB tərəfindən iddiaçıya yoxlama aktına əsasən 6102 manat borc hesablanmışdır. Işdə olan sənədlərdən görünür ki, bu yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyata alınmışdır.  Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ##.##.2024-cü il tarixində Cavabdeh IB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan obyektdə yoxlama keçirilmiş və yoxlama nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən obyektə məxsus texniki şərtdə göstərilən avadanlıqlardan (Kombi 34 kw- 1 ədəd, Qaz piltəsi PQ-4 məişət tipli-1 ədəd) əlavə avadanlıqlar - qaz cihazları quraşdırılmış (restoran tipli: PQ-6, kombi 28 kv, kombi 24 kv) və həmin qaz cihazlarının gücü sayğacın maksimal qaz sərfindən çoxdur. Lakin abonentçi nə texniki şərti, nə də ki, sayğacı həmin qaz cihazlarının sayına və gücünə mütənasib dəyişdirməmişdir, nəticədə sayğacdan kənar (mövcüd sayğac keçən faktiki qaz sarfiyyatını qeydiyyata alma qücundə deyil) qazdan istifadə faktı qeydə alınaraq cavabdeh tərəfindən dəymiş ziyan məbləği (6102 manat) hesablanmışdır. Iddiaçı həmin 6102 manat borcun silinməsini tələb edir.  Məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, cavabdehin təqdim etdiyi bütün sübutlardan, həmçinin yoxlama zamanı çəkilmiş video görüntüdən müəyyən edilir ki, iddiaçıya məxsus restoran tipli obyektdə bir neçə kotec-tipli tikililər tikilmiş və hər kotecin daxilində kombi sistemi quraşdırılmışdır. Yəni, həmin obyektə məxsus texniki şərtdə göstərilən qaz cihazlarından daha çox və fərqli qaz cihazları quraşdırılaraq işlədilir. Obyektdə mövcüd olan sayğac isə faktiki istifadə olunan bütün qaz cihazlarının sərfiyyatını qeydiyyata almaq gücündə deyil. Belə olan halda, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən, cavabdeh tərəfindən dəymiş ziyanın hesablanması qanuni və əsaslı hesab edilməlidir. Lakin, dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cavabdeh tərəf dəymiş ziyanı 90 gün müddətinə hesablamışdır, lakin həqiqətən də həmin yeni qaz cihazlarının artıq üç ay müddətində iddiaçının obyektində olmasına dair cavabdehin mötəbər və təkzibedilməz sübutları olmadığı üçün məhkəmə hesab edir ki, əlavə sərfiyyat 3 ay deyil, 1 ay müddətinə hesablanaraq əsaslı hesab edilməli, qalan məbləğdə borc silinməlidir (28.6-6 = 22.6x12x30 =8136 m3 x 0.25 manat = 2034 manat).  Beləliklə, bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən akta əsasən hesablanmış 6102 manatdan yalnız 2034 manat hissəsi əsaslı hesab edilərək iddiaçıya aid edilməli, qalan 4068 manat borc məbləği iddiaçıya aid abunə hesabından silinməlidir.  Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 87 manat dövlət rüsumu ödənilmişdir.  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün 61 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-2, 4.2, 4.9, 5.2, 5.5, 6.5, 6.5-2-ci bəndlərinə, “Qaz təchizatı haqqında” AR Qanununun 3.5, 5-2-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

Apellyasiya şikayətinin dəlilləri

15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilib, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Istehlakçılara aşağıdakılar qadağandır: özbaşına qaz qurğularının quraşdırılması. Iddiaçı X5paylayıcısına müraciət etmədən obyektində xəttindəki sayğacın saatlıq qaz sərfini 22,6 m aşan qaz qurğuları quraşdırmışdır. Bununla da qazpaylayıcıya 24408 m və ya 6102 manat ziyan vurmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Yoxlama zamanı obyektdə istifadə olunan avadanlıqların video çəkilişinə, tərtib olunmuş inventar aktına, quraşdırılmış qazişlədici qurğuların smeta sənədlərinə və texniki şərtə uyğun olmadığı halda buna lazımı qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi isə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı:

21. Bənd 2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

22. Bənd 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

23. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

24. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

25. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün ENə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

26. Bənd 6.5-2. Istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10- cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının həddi

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).

41. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus obyektdə texniki şərtdə göstəriləndən artıq sayda və fərqli gücdə qaz cihazlarının quraşdırıldığı, mövcud sayğacın isə həmin qaz cihazlarının faktiki sərf etdiyi qaz həcmini tam qeydiyyata almaq imkanında olmadığı öz təsdiqini tapmışdır. Bu səbəbdən cavabdeh tərəfindən əlavə qaz sərfiyyatının və nəticə etibarilə dəymiş ziyanın hesablanması üçün hüquqi əsasın mövcud olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur.

42. Lakin cavabdeh tərəfindən tərtib edilmiş hesablamada əlavə sərfiyyatın 90 gün müddəti üçün müəyyən edilməsinə baxmayaraq, iş materiallarında həmin qaz cihazlarının məhz üç ay müddətində istifadə olunmasını təsdiq edən mötəbər, kifayət qədər və təkzibedilməz sübutlar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşdüyündən, əlavə sərfiyyatın üç aylıq dövr üzrə hesablanmasının əsaslı olduğunu sübut etmək yükü də cavabdehin üzərinə düşmüşdür.

43. Apellyatorun şikayətində qeyd etdiyi dəlillər isə hesablamanın aparıldığı 90 günlük müddətin hansı sübutlarla müəyyən edilməsini əsaslandırmır, yalnız texniki şərtdən artıq qaz cihazlarının quraşdırılması faktına istinad etməklə kifayətlənir. Halbuki həmin halın mövcudluğu özlüyündə əlavə sərfiyyatın məhz 90 gün müddətinə hesablanmasını təsdiq etmir.

44. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi pozuntunun mövcudluğunu və əlavə sərfiyyatın hesablanmasının hüquqi əsasını qəbul etsə də, hesablamanın müddət hissəsini sübut olunmuş həddə qədər qiymətləndirmiş, sübutlarla təsdiq olunmayan hissədə isə cavabdehin hesablamasına istinad etməmişdir. Bu yanaşma sübutların sərbəst qiymətləndirilməsi prinsipinə uyğun olmaqla iş üzrə müəyyən edilmiş hallarla ziddiyyət təşkil etmir.

45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

47. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

48. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI:

Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar