Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-107/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(104)-185/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin hall arı
1. İcraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 2017-ci il 15 iyul tarixli T/SM-01 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi ilə sifarişçi bu müqavilənin 1 nömrəli əlavəsində göstərilmiş malların, avadanlığın və servislərin təchiz edilməsinə dair icraçının təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında sifarişçiyə satılan malların təchiz olunması və servislərin sifarişçiyə çatdırılması, sifarişçi malların, işlərin və ya xidmətlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 2. 2022-ci ildə "xxxx" QSC-nin adı dəyişdirilərək İddiaçı QSC adlandırılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2024-cü il 30 yanvar tarix ində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43.978 manat borc, həmçinin dövlət rüsumu və mediasiya xərcinə görə 410 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 15 iyul tarixli T/SM-01 nömrəli müqaviləyə əsasən, iddiaçı müqavilənin 1 nömrəli əlavəsində göstərilmiş malları, avadanlığı və servisləri təchiz edib cavabdehə təhvil vermişdir. Göndərilmiş malların dəyər 39.997,28 manat təşkil etmişdir. Müqavilə üzrə öhdəliyin icra olunmaması ilə bağlı iddiaçı tərəfindən cavabdehə 2020-ci il 3 avqust tarixli 143857 nömrəli elektron qaimə də göndərilmişdir. Həmin qaiməyə əsasən göndərilmiş m al və avadanlıqların dəyəri olan 39.997,28 manat pulun ödənilməsi cavabdehdən xahiş olunmuş, lakin cavabdeh hələ də öhdəliyini icra etməmişdir. Həmçinin tərəflər arasında qeyd olunan müqavilə müddətsiz bağlanmışdır. Müqavilə tərəflərin öz öhdəliklərini icra etdiyi vaxta qədər qüvvədədir. Həmin müqavilənin 9-cu bəndinə əsasən, icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) müqavilədə müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan cərimə sanksiyaları (qarşısı alınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra sifarişçi müqaviləni ləğv edə bilər. Sifari şçi müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, icraçı cərimə sanksiyaları tətbiq edə bilər. Tətbiq olunan gündəlik cərimə məbləği: müqavilə qiymətinin 0,1%, tətbiq olunan cərimələrin yuxarı həddi müqavilə qiymətinin 10%-dir. İcra edilməyən öhdəliyin ümumi məbləği olan 39.997,28 manat pula 10% cərimə də tətbiq olunmalıdır. Beləliklə, cavabdeh tərəfindən ödəniləcək ümumi məbləğ 43.978 manat təşkil etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 39.997,28 manat əsas borc və öhdəliyin icra edilməməsi ilə bağlı cərimə olaraq 3.999,728 manat olmaqla, cəmi 43.997,008 manat, həmçinin dövlət rüsumu və mediasiya xərcinə görə 410 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh ərizə ilə məhkəməyə müraciət etməklə, iddia etiraz etdiyini bildirərək qeyd etmişdir ki, iddia tələbi müqavilələrdən irəli gələn öhdəliklərdən ibarətdir, yəni həmin müqavilənin şərtlərinə görə cavabdeh ödənişi əvvəlcədən ödədikdən sonra iddiaçı hər hansı malı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin məhsulların cavabdehin anbarına təhvil verilməsi barədə hər hansı təhvil-təslim aktı mövcud olmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tələblərinə görə iddia müddəti tətbiq edilməlidir. Belə ki, müqavilədən gələn mübahisələr üzrə iddia müddəti 3 ildir. Tərəflər arasında müqavilə isə 2017-ci ildə bağlanmış və 3 illik müddət ötürülmüşdür.
7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 21 iyun tarixli 2-2(115)-391/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – G.Quliyeva).
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı bağlanmış müqaviləyə əsasən 2017-ci il 15 iyul tarixindən 2020-ci il 3 avqust tarixinədək alqı-satqı münasibətləri olmuşdur. İcraçı sifarişçiyə müxtəlif adda mallar göndərilməsi ilə bağlı elektron qaimələr göndərmiş, sifarişçi tərəfindən icraçının bank hesabına müəyyən məbləğlər köçürülmüşdür. Tərəflər arasında axırıncı elektron qaimə 2020-ci il 3 avqust tarixinə 39.997,28 manat dəyərində mallara görə ötürülmüşdür. Qaimədə qeyd edilən malların təhvil verilməsi ilə bağlı ayrıca təhvil-təslim aktı imzalanmasa da, göndərilən həmin elektron qaimə sifarişçi tərəfindən təsdiq olunmuşdur. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi digər elektron qaimələrdən, bank hesablarından çıxarışdan və şahid ifa dəsindən görünür ki, tərəflər arasında müqavilə üzrə malların təhvil verilməsi və dəyərinin ödənilməsi yalnız elektron qaimələrlə həyata keçirilmişdir. Ona görə də iddiaçı 2020-ci il 3 avqust tarixli qaimə üzrə borcunu tələb etməkdə haqlı olmuşdur.
9. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında müqavilə 2017-ci il 15 iyul tarixində bağlanmış, mübahisələndirilən borc məbləğinə dair elektron qaimə isə cavabdehə 2020-ci il 3 avqust tarixində göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə ödəmələr Azərbaycan manatı ilə aparılır və 100% təşkil edən məbləğ qabaqcadan ödənilməlidir. Müqavilə şərtlərinə əsasən, icraçı malların dəyəri tam ödə nildikdən sonra malları verməli idi, lakin hazırkı halda elektron qaimə ötürüldükdən sonra malların dəyəri ödənilmədiyi üçün iddia müddətinin axımı elektron qaimənin tarixdən başlamışdır. Həmin qaimənin sifarişçi tərəfindən icra edilməsi müddəti 2020-ci il 3 avqust tarixidir. Çünki ödəmə olmadığına görə icraçı öz hüququnun pozulduğunu bilirdi və həmin tarixdən 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Halbuki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
10. Bundan başqa, 2020-ci il 3 avqust tarixindən sonra icraçı tərəfindən sifarişçiyə mal verilməsi, qaimə göndərilməsi və yaxud sifarişçi tərəfindən hər hansı ödəniş edilməsi müəyyən olun mamışdır. Müqavilədə isə müqavilənin bitmə müddətinin göstərilməməsi iddia müddətinin keçməməsi anlamına gəlmir. Çünki qanunvericilik iddia müddətinin axımının icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə icra müddəti bitdikdə başlanmasını ehtiva etmişdir, müqavilənin bitmə müddətini deyil. 143857 nömrəli elektron qaimə üzrə ödəmələrlə bağlı icra müddəti 2020-ci il 3 avqust tarixi olmuşdur. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
11. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 373.2, 376, 377.2, 379.4, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2 və 567-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslan dırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(104)-185/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – İ.Həsənov və L.Süleymanov).
14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya satınalma müqaviləsi üzrə ödənilməmiş borcları mövcud olmuşdur. Müqavilə şərtlərinə əsasən, icraçı malların dəyəri tam ödənildikdən sonra sifarişçiyə malları verməli idi, hazırkı halda isə elektron qaimə ötürüldükdən sonra malların də yəri ödənilməmişdir. Sifarişçi sonuncu dəfə elektron qaiməni 2020-ci il 3 avqust tarixində göndərmiş və bundan sonra tərəflər arasında borcla bağlı hər hansı hərəkət edilməmişdir. Həmin tarixdən sonra icraçı tərəfindən sifarişçiyə mal verilməsi, qaimə göndərilməsi və yaxud sifarişçi tərəfindən hər hansı ödəniş edilməsi müəyyən olunmadığından, iddia müddətinin başlanğıcı həmin tarixdən hesablanmalı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir.
15. Apellyasiya şikayətinin “tərəflər arasında bağlanmış müqavilənin müddətsiz olması, ona görə də məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsinin qanunsuz olması” ilə bağlı dəlillərinə gəldikdə kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfi ndən cavabdehə elektron qaimə 2020-ci il 3 avqust tarixində ötürüldüyündən və cavabdeh tərəfindən həmin qaimə üzrə ödəniş edilmədiyinə görə iddiaçı üçün müddət axımı həmin vaxtdan hesablanır. Çünki iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 372, 373, 376, 377.1, 377.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2 və 567-ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 377.1, 377.2, 377.3, 385.1, 386.1, 442 və 560.2-ci maddələri üzrə - iddia müddətinin başlanması anı MM-in 377.1-ci maddəsi ilə müəyyən edilmişdir. Məhkəmə isə iddia müddətinin axımını tələbetmə anı olaraq, elektron qaimənin göndərildiyi vaxtdan hesablamaqla yanlış nəticəyə gəlmişdir. Məhkəmədə dindirilmiş şahid ifadəsində göstərmişdir ki, cavabdeh öhdəliyin icra ediləcəyinə və əlavə xidmətlər göstərilməsinə dair mütəmadi olaraq müxtəlif vədlər vermişdir. Bununla yanaşı, iddia müddətinin axımı iddiaçı tərəfindən cavabdehə öhdəliyin icra edilməsi ilə bağlı xəbərdarlığın (pretenziya) göndərildiyi vaxtdan hesablanmalıdır. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən normalarını düzgün tətbiq etməmişdir. MM-də öhdəliyin əmələ gəlmə əsaslarını müəyyənləşdirmişdir. Öhdəliyin əmələ gəlmə əsaslarından biri də tər əflərin arasında müqavilənin mövcudluğudur. Hazırki işdə də tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilə qeyri-müəyyən müddətə bağlandığından, müqavilə hazırda da qüvvədədir. MM-də öhdəliyin icra edilməməsinin anlayışı verilmişdir. İşin hallarından da görünür ki, cavabdeh öhdəliyi qəsdən icra etməmişdir. Ona görə də cavabdeh müqavilə ilə müəyyən edilmiş öhdəliyə əməl etməli və ödənilməyən məbləğlərin hamısını ödəməlidir. Cavabdeh iddiaçı ilə münasibətdə mülki hüquqların həyata keçirilməsində sui-istifadəyə yol vermişdir.
19. MPM-in 217.1, 217.3, 217.4, 386-cı maddələri üzrə - mübahisələndirilən qətnamə qanuni və əsaslı olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslanmamışdır. Apellyasiya məhkəməsi qanunvericiliyin verdiyi səlahiyyətləri yerinə yetirməmiş və birinci insta nsiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmasını müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh yazılı etiraz təqdim edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə- fakturaların tətbiqi uçotu və istifadəsi qaydaları”na əsasən iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi elektron qaimə-fakturanın məcburi ödəniş sənədi kimi qəbul edilməsi düzgün deyil. Çünki elektron qaimə-fakturalara görə alıcı və ya xidmətləri qəbul edən tərəf beş gün ərzində öz etirazını bildirmədikdə sənəddə yazılanlarla razılaşması kimi hesab olunması q əbul edilməzdir. “Elektron qaimə-fakturaların tətbiqi uçotu və istifadəsi qaydaları”nın beş gündən bəhs edən 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparmadıqda təqdim olunmuş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Burada qayda belə müəyyən olunur ki, proqram təminatı elektron qaimə-faktura təqdim edən vergi ödəyicisini beş gün gözləyir ki, o, elektron qaimə-fakturada nə düzəliş (dəqiqləşdirmə) edəcəksə, bu müddət ərzində etsin (qaydaların 3.7-ci bəndində dəqiqləşməyə əsas verən hallar da müəyyən olunmuşdur, əməliyyat tam və ya qismən ləğv edildikdə mal geri qaytarıldıqda qiymətlər aşağı düşdükdə və s.), etməsə proqram təminatı elektron qaimə-fakturanı tərtib edən vergi ödəyicisinə ödəməli olduğu məbləğ üzrə avtomatik hesab-faktura göndərəcək. Məqsəd ondan ibarətdir ki, vergi ödəyicisi beş gündən sonra istənilən vaxt elektron qaiməfakturada yazılan məbləği azaltmasın. Digər tərəfdən, yuxarıda qeyd olunan qaydaların 3.7-ci bəndində dəqiqləşdirilmə aparılmış, elektron qaimə-fakturanın alıcı tərəfindən nə zaman təsdiqləməli olduğu açıq şəkildə yazılmışdır. Qaydalarda bu müddət dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu günü olaraq müəyyən olunmuşdur (bu müddət yalnız dəqiqləşdirilmiş, yəni üzərində düzəliş edilmiş elektron qaimə-fakturalara şamil olunur, digər elekt ron qaimə-fakturanın alıcı tərəfindən təsdiqlənməsinə lüzum yoxdur). Bu bəndə həm də əlavə olunmuşdur ki, bu müddətə riayət edilmədikdə proqram təminatı həmin elektron qaimə-fakturanı sistemdən silir. Silinmiş sənədi qətnamə qəbul edərkən sübut kimi qəbul etmək olmaz. Qaydalara əsasən (3.4, 3.5 və 3.8-ci bəndlər) elektron qaimə-fakturalar kağız daşıyıcılarda ştrix kodla o halda çap oluna bilər ki, alıcının və ya sifarişçinin elektron qutusu olmasın. Ştrix kodla məhkəməyə təqdim olunan elektron qaimə-fakturalar etibarsız sayılmalıdır. Çünki qarşı tərəfin elektron qutusu var, eləcə də bu sənədin alıcıya təqdim olunduğu blankda təsdiqlənməmişdir. Ştrix kodlu elektron qaimə-fakturalar adətən, sənədin qarşı tərəfə çatdırıldığı təsdiqlənmədən bunun üçün nəzərdə tutulmuş yer boş saxlanılmaqla dol durulmadan məhkəməyə təqdim olunur. Elektron qaimə-fakturalar həm də ona görə ödəniş üçün əsas sayıla bilməz ki, onun özü hər hansı sənədə əsaslanmalıdır və qaimə tərtib edilərkən əsas görülən sənədin adı qaydaların 2.2.4 və 2.6-cı bəndinə uyğun olaraq “Əsas” rekvizitində öz əksini tapmalıdır. 2.2.4-cü bənddə elektron qaimə-fakturanın əsaslanmalı olduğu sənədlərin sırasında ödəniş sənədinin də olduğunu nəzərə alındıqda, belə nəticəyə gəlmək olar ki, elektron qaimə-faktura qarşı tərəf üçün məcburi ödəniş sənədi ola bilməz. Çünki onun özü elə ödəniş sənədinə və digər sənədlərə əsasən tərtib edilə bilər. Cavabdeh tərəfindən hər hansı elektron malların sifarişi ilə bağlı sənəd, həmçinin tərəflər arasında təhvil-təslim aktı mövcud deyil. Elektron qaimənin tələblərinə əsasən həmin qaimədə məsul şəxslərin imzası, malların çatdırılması ilə bağlı elektron yol vərəqəsi də mövcud olmamışdır. İddiaçı tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, MM-in tələblərinə görə iddia müddəti tətbiq edilməlidir. Belə ki, bu kimi mübahisələr üzrə iddia müddəti 3 ildir. İddiaçı 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. İcraçı tərəfindən sifarişçiyə mal verilməsi müəyyən olunmur. İddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən, iddia tələbi təmin edilməyərək məhkəmə düzgün nəticəyə gəlmişdir. Kassasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.” “Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdiri lmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.”
24. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instan siya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
27. Kassasiya şikayətində istinad edilən MM-in 377.1, 377.2, 377.3, 385.1, 386.1, 442 və 560.2-ci maddələrinin tələblərinin pozulması da müəyyən edilmir.
28. Belə ki, iddia müddətinin axımının başlanması ilə bağlı məsələlər MM-in 377-ci maddəsi ilə tənzimlənir.
29. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası, 377.2-ci maddəsində icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə, 377.3-cü maddəsində icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə, 377.4-cü maddəsində isə reqres öhdəliklər üzrə iddia müddətinin axımının başlanması qaydası müəyyən edilmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir... MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə idd ia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərar).
31. Bu baxımdan kollegiya qeyd edir ki, tərəflər arasında olan müqavilənin müddətsiz bağlanması və hazırda qüvvədə olması ilə bağlı cavabdehin dəlilləri əsassızdır.
32. Eyni zamanda, məhkəmənin hüqu qi dəyərləndirməsi MM-in 377.2-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə tam uyğun olmuşdur.
33. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə 2017-ci il 15 iyul tarixində bağlanmış, mübahisələndirilən borc məbləğinə dair elektron qaimə isə cavabdehə 2020-ci il 3 avqust tarixində göndərilmişdir. Müqavilə şərtlərinə əsasən, icraçı malların dəyəri tam ödənildikdən sonra malları verməli idi, lakin hazırkı halda elektron qaimə ötürüldükdən sonra malların dəyəri ödənilmədiyi üçün iddia müddətinin axımı elektron qaimənin tarixdən başlamışdır. Həmin tarixdən sonra icraçı tərəfindən sifarişçiyə mal verilməsi, qaimə göndərilməsi və yaxud sifarişçi tərəfindən hər hansı ödə niş edilməsi müəyyən olunmadığından, apellyasiya məhkəməsi haqlı olaraq iddia müddətinin başlanğıcının həmin tarixdən hesablanması qənaətinə gəlmişdir.
34. Bu baxımdan MPM-in 217.1, 217.3, 217.4, 386-cı maddələrinin pozulması ilə bağlı dəlillər də əsaslı hesab edilə bilməz.
35. Cavabdehin öz öhdəliklərinin pozması və hüquqdan sui-istifadə etməsi, habelə iddiaçı tərəfindən iddianın əsaslığına dair sübutların təqdim edilməsinə dair qeyd edilir ki, iddia müddətinin ötürülüb-ötürülməməsi yalnız iddia əsaslı olduğu halda yoxlanılır və iddia əsassız olduğu halda iddia müddətinin ötürülüb-ötürülməməsi yoxlanılmır. Çünki belə hallarda iddia əsassız olduğuna görə rədd olunur. İddia əsaslı olmaqla yanaşı iddia müddətinin keçməsinin onun rədd edilməsi üçün əsas olması isə Mülki Məcəllənin 375.2-ci ma ddəsində aydın şəkildə müəyyən olunub və iddia müddəti keçdiyi, habelə mübahisə tərəfi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi halda iddia təmin edilə bilməz. Eyni zamanda, mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququna malik olması qanunla müəyyən edildiyinə görə belə hərəkətlər MM-in 560-cı maddəsində müəyyən edilmiş hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma iddia müddəti institunun mahiyyətini əhəmiyyətsiz edər və onu heçə endirmiş olar.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərar, Azərbaycan Respub likası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərar).
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(104)-185/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.