Məhkəmə qərarları › İş №2-2(102)-108/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-108/2021

17.03.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-108/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi və maddi zərər tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 17.03.2021 hakimlər Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), hakimlər Əliyev Ələsğər Əliabbas oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili Nümayəndə1, cavabdehin vəkili Vəkil3 oğlunun iştirakları ilə, iddiaçı X2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi, dəymiş maddi zərərin cavabdehdən tutulması barədə iddiası üzrə Bakı A pelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2(103)-582/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. xx xxxxxx 2020-ci il tarixli NDQ seriyalı 006732 saylı akta əsasən, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus XXXyerləşən iddiaçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “X3 qaydaları”na riayət olunması vəziyyətinə baxış zamanı elektrik sayğacının dövrənin 6 kv-luq tərəfində quraşdırılması və sayğacın quraşdırılma sxeminin səhv olması aşkar edilmişdir.

2. Akt əsasında tərtib edilmiş icra vərəqi ilə, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 190487 kvts əlavə sərfiyyat (17.143,83 manat məbləğində borc) hesablanmışdır. 3. xx xxxxxx 2020-ci il tari xli ********* saylı hesab ödəniş vərəqinə əsasən cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 006732 saylı akta əsasən hesablanmış 17.143,83 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X4 (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 69578748 nömrəli hesab ödəniş vərəqi ilə hesablanmış 17.143,83 borcun silinməsi, iddiaçıya məxsus XXX6.937 ha torpaq sahəsində inşa edilmiş istixanaya verilən elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində dəymiş 25.000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onun la əsaslandırılmışdır ki, XXX6.937 ha torpaq sahəsi icarə hüququ ilə iddiaçıya məxsusdur və iddiaçı tərəfindən torpaq sahəsində istixana quraşdırılmışdır. 6. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları XXXZirə elektrik şəbəkənin aparıcı mühəndisi XXX iştirakları ilə iddiaçıya məxsus obyektə baxış keçirilməsinə dair AKT NDQ №006732 akt tərtib edilmişdir. Sayğacın texniki parametləri. Sayğacın seriya nömrəsi 69206443, Sayğacın tipi-Luna, Gərginlik(voltu)-3x5 cərəyan (amper)-3x3A, G/T və G/T görə əmsal Kc/txKg/t-5=1200, dövlət möhrü-yuva, alt torpaq möhrü 829094, sayğac göstəricisi 321,750 qeyd edilmişdir.

7. Yoxlama zamanı aktda aşkar edilmiş pozuntular qrafasında sayğacın dövlət möhrünün pozulmadığı, alt qapaq möhürünün pozulmadığı, sayğacdan kənar xətt istifad əçilərin olmadığı, xüsusi açar, aparat və s. vasitəsi ilə sayğacın dövrdən kənarlaşdırılmadığı, G/t-nun yükü hiss etmə və ya yanılma olmadığı, sayğac ilişmədiyi müəyyənləşdirilmişdir. Sayğacın göstəricisində pozuntu aşkar edildiyi qeyd olunmuşdur.

8. Tərtib edilmiş aktın pozuntunun qısa məzmunu və cərəyan qəbulediciləri (və ya ölçülən güc, kvt) qrafasında qeyd edilmişdir ki, EESQ-na uyğun sayğaca baxış zamanı məlum oldu ki, sayğac dövrənin 6 kv-luq tərəfində quraşdırılmışdır və sayğacın quraşdırılma sxemi səhvdir. Bu səbəbdən dövrədən axan yüklə, sayğacın qeyd etdiyi yük tərəfimizdən ölçüldü. Pfak=220 kv,(iki yüz iyirmi). Psay=146kvt (yüz qırx altı), Dp=33%.Aktla sayğac sxeminin bərpa edilməsi tələb edilmişdir.

9. Akta qeyd edilərək: sayğac sxeminin yoxlanması üçün abonent tərəfindən əla və aktiv yük verildiyi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin sayğacın quraşdırılması və uçota nəzarət idarəsinin əməkdaşı XXXun iştirakları ilə sayğac sxemlərinin yoxlanması, quraşdırlması və dəyişdirilməsi üzrə 19479 kv akt tərtib edilmişdir.

10. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdən obyektə elektrik enerjisinin verilməsi dayandırılmış, ASC tərəfindən isə xx xxxxxx 2020-ci il tarixdə 69578748 №-li hesab ödəniş vərəqi göndərilərək NDQ №006732 EİQ pozulması tipli akta əsasən xx.xx.2020-ci il tarixinədək 17.143,83 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. XXX6.937 ha. torpaq sahəsindəki istixana qeyri-yaşayış obyektimə avadanlıqlar cavabdeh tərəfindən quraşdırılan xətlər ASC-nin əməkdaşları tərəfindən şəbəkəyə qoşulmuşdur. Elekt rik enerjisinə qoşulma xətləri əməkdaşları tərəfindən istismara qəbul aktında qoşulmuş və əməkdaşları tərəfindən təhvil-təslim aktı ilə təhvil verilmiş, tərəfinizdən həmin əraziyə hər hansı bir müdaxilə olunmamışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 avqust tarixli, e-2-2(113)-1623/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli 69578748 saylı hesab ödəniş vərəqi ilə hesablanmış 17.143,83 manat borcun silinməsi, 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 10 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin nəfinə cavabdehdən tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı barəsi ndə yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Beləliklə, cavabdeh tərəfindən aprılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

12. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilsə də, həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir

13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə istinad etməklə əsasl andırmışdır.

14. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam şəkildə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 220-ci il 18 noyabr tarixli, 2-2(103)-582/2020 saylı qətnaməsi ilə (hakimlər (V.Ə.Baxışova - sədrlik edən), C.A.Yusifov və R.Ə.Qurbanov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il e-2-2(113)-1623/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçının elektrik enerjisi uçotuna baxış keçirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərba ycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyi üçün yoxlamanın hüquqi nəticəsi olmadığından yoxlama nəticəsi olaraq tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli NDQ seriyalı 006732 saylı akta əsasən iddiaçıdan tələb edilən 17.143,83 manat borcun silinməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

17. Apelyasiya instansiya məhkəməsi öz qətnaməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə istinad etməklə əsaslandırmış və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın borcun silinməsi hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsassız olaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarını tətbiq etmişdir. Belə ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüf at və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və "X3 Qaydaları"na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, qeyd edilən normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi.

20. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDQ seriyalı 006732 saylı akta əsasən iddiaçıya məxsus istixanada elektrik enerjisi uçotu və "X3 Qaydaları"na riayət olunması vəziyyətinin yoxlanılması zamanı sayğacın quraşdırılma sxeminin səhv olması, nəticədə dövrədən axan yüklə (Pfaktiki = 220 kvt) sayğacam qeyd etdiyi yük (Psayğac = 146 kvt) arasında fərq əmələ gəlməsi müəyyən edilmişdir. Aktda qoyulan tələbə əsasən xx.xx.2020-ci il tarixli aktla qüsur aradan qaldırılmı şdır. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin Akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən istehlakçı ilə yenidən hesablaşma aparılaraq, itirilmiş elektrik enerjisini bərpa etmək üçün 322,288 göstərici x 1200 əmsal x 33 %: 67 % = 190487 kvts əlavə sərfiyyat (17.143,83 manat əlavə ödəniş) hesablanmışdır. Aktda göstərilən hal EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından qoşulma sxemlərinin pozulması halını ifadə etmişdir. Sözügedən pozuntu halı abunə haqqında invoysa əsasən pozuntu aradan qaldırıldıqdan sonra əvvəlki dövrlərlə müqayisədə elektrik enerjisi sərfiyyatında artıma doğru fərqin müşahidə olunması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə mübahisəyə EEİQnin 8.15 və 8.17-ci bəndlərini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

21. Kassasiya şikayəti “X1 qaydalarının”nın 8.15, 8.17-ci bəndlərinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Kassasiya şikayətinə qarşı iş üzrə iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı 23.Cavabdehin vəkili Vəkil3 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 24.İddiaçının vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yən i apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarını iddianın təmin edilmiş hissəsindən şikayət versə də, faktiki olaraq apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgü n qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavil ədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” 29. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə

3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edi lmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” Maddə

31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi... 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. Yoxlamaların vahid məlumat reyestrindən verilən kod; İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2(103)-582/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə elektrik uçotu sisteminə baxış keçirilməsi məqsədilə aparılan yoxlama dövlət reyestrində qeydə alınmamışdır.

32. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı o lmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və "X3 Qaydaları"na riayət olunması vəziyyətini yoxlamışdır.

33. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətində iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə məhz onun elektrik enerjisinin uçotu və "X1 Qaydaları"na riayət olunması vəziyyətini yoxlamaq məqsədi ilə getdiyini inkar etmir və buna görə də bu yoxlama qanunverilcilyin istinad olunan tələblərinə əsasən yalnız rəsmi reyestrdə qeydiyyatdan keçdikən sonra həyata keçirilə bilərdi. Digər tərəfdən cavabdeh enerji təchizatı müəssisəsi olaraq iddiaçının maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq səlahiyyətinə malik orqan deyildir və buna görə də kassasiya şikayətində buna dair qeyd edilənlər uğu rlu müqayisə hesab edilə bilməz.

34. Cavabdeh müvafiq sayğacın quraşdırılma sxeminin səhv olduğunu, nəticədə dövrədən axan yüklə (Pfaktiki = 220 kvt) sayğacam qeyd etdiyi yük (Psayğac = 146 kvt) arasında fərqin əmələ gəldiyini qeyd etsə də, buna dair müvafiq və mötəbərliyi şübhə doğurmayan sübutlar təqdim etməmiş, həmçinin apardığı yoxlama tədbirlərinin qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmiş, buna görə də həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Həmçinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.

35. Cavabdeh, iddiaçının sayğaca müdaxilə etməsi faktını mötəbər sübutlarla təsdiq edə bilmədiyindən, kassasiya şikayətində istinad olunan EEİQ-nın 8.17-ci bəndinin (hesablama uçot cihazlarının zədələnməsi və qoşulma sxemlərinin pozulması) iddiaçı tərəfindən pozulması dəlilləri də əsaslı hesab edilə bilməz. Digər tərəfdən cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilsə də, sayğac sxeminin qoşulması ilə bağlı həmin nöqsanların məhz iddiaçının təqsirindən, onun tərəfindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş, həmçinin iş materiallarındakı iddiaç ıya məxsus saldoda sayğac sxemindəki pozuntu aradan qaldırıldıqdan sonra onun sərfiyyatının artması müşahidə olunmamış, cavabdeh isə buna dair müvafiq sübutlar təqdim etməmidir.

36. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin tərəfindən aparılmış yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etmədiyini, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsinin məhz Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamən in 1.4-cü bəndində göstərilən yoxlamalara aid edildiyini, belə yoxlamaların isə hüquqi nəticəsinin olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

37. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2(103)-582/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

39. Bakı Apelyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2(103)-582/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar