Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-108/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi, müqavilə tələbləri üzrə iddia müddət, iddia müddətinin axımının başlanması, mənfəətin bölüşdürülməsi ilə bağlı mübahisələr, hüquqi şəxsin təsisçiləri (iştirakçıları, üzvləri) arasında olan mübahisələr, hüquqi şəxsin təsisçiləri (iştirakçıları, üzvləri) ilə hüquqi şəxs arasında mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov Abiddin Qabil oğlundan i barət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2-2(105)-101/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh1 MMC 2010-cu il 6 oktyabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 MMC-nin əvvəlki təsisçiləri – hər biri “1 manat olmaqla 30 paydan ibarət” ümumilikdə 30 manat məbləğində nizamnamə kapitalında 10 payı olan Cavabdeh3, 10 payı olan İddiaçı və 10 payı olan X5 olmuşlar. Bundan sonra və i şə baxılarkən isə MMC-nin təsisçiləri 10 payı olan Cavabdeh3, 10 payı olan İddiaçı və 10 payı olan Cavabdeh2 olmuşlar. Kommersiya hüquqi şəxslərin dövlət reyestrində olan rəsmi qeydiyyat məlumatlarına əsasən, həmin MMC-nin qanuni təmsilçisi (direktoru) Cavabdeh4 olmuşdur.
2. Cavabdeh1 MMC-nin nizamnaməsinin müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulmuşdur: - 4.1-ci bəndinə əsasən, cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan ümumi yığıncağıdır; - 4.3-cü bəndinə əsasən, Cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək cəmiyyətin təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir; - 4.6-cı bəndinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni t əmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir; - 4.7-ci bəndinə əsasən, direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər verir. 3. "xxxx" ASC tərəfindən təsdiq edilərək verilmiş Cavabdeh1 MMC-yə aid 2010-cu il 1 yanvar tarixindən 2016-cı il 31 dekabr tarixinədək dövrü əks etdirən və “ABŞ dolları” i lə olan bank hesabının 2019-cu il 13 sentyabr tarixində verilmiş çıxarışında “2012-ci il 29 iyun tarixində İddiaçı tərəfindən 71.000 ABŞ dolları məbləğində” və “2012-ci il 6 iyul tarixində İddiaçı tərəfindən 381.436 ABŞ dolları məbləğində” ödənişlərin edildiyi göstərilmiş və həmin ödənişlərin “Təyinatı” qrafasında "xxxx" qeydləri aparılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdehlər "xxxx" MMC-yə (bundan sonra“MMC”), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra müvafiq olaraq “Cavabdeh2”, “Cavabdeh3” və “Cavabdeh4”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2010-2019-cu illər üzrə MMC-nin mənfəət kimi əldə etdiyi 22.152.995 manat məbləğdən 33 faiz təsis payına münasib olaraq 7.310.488 manat dividend, iddiaçı tərəfindən 2012-ci ildə MMC-nin krediti üçün ödənilmiş 452.436 ABŞ dolları pul və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, MMC-nin üç təsisçisindən biri olsa da, MMC-nin fəaliyyəti dövründə qanunvericiliyin tələblərinə zidd olaraq ona təsisçi kimi MMC-nin maliyyə göstəricilərini əks etdirən maliyyə hesabatları, gəlir, xərc, əsas vəsaitlər, debitor və kreditor borcları barədə hər hansı məlumat təqdim edilməmiş, nəticədə onun MMC-nin maliyyə vəziyyətindən məlumatı olmamışdır. MMC-nin təsis edilməsi zamanı iddiaçı tərəfindən pul vəsaiti qoyulduğu və məqsədinin mənfəət əldə etmək olduğu nəzərə alı narsa, MMC-nin maliyyə vəziyyətindən məlumatsızlığı onun dividend formasında əldə edə biləcəyi gəlirdən xəbərsiz olmasına səbəb olmuşdur. İndiyədək MMC-nin paylarında 33,3 faiz iştirak payı ona məxsus olaraq qalır və onun bu iştirak payına görə MMC-dən mənfəət almaq hüququ olmasına baxmayaraq, MMC bu günədək ona mənfəətin ödənilməsi təmin etməmişdir. Sərbəst auditor X2 tərəfindən aparılmış audit araşdırmasının nəticəsinə əsasən müəyyən edilənlərə görə, 2010-2019-cu illər üzrə MMC-nin mənfəəti 22.152.995 manat olmuş və həmin mənfəətdən 33 faiz təsis payı olan iddiaçıya 7.310.488 manat dividend ödənilməli idi. 213 nömrəli marşrut və nəqliyyat vasitələrinin əsassız satışı aparılmasaydı, MMC-nin əldə edəcəyi mənfəət 2.655.360 manat olardı və buna görə də həmin mənfəətdən 33 faiz təsis payı o lan iddiaçıya 876.268,80 manat dividend hesablanıb ödənilməli idi. Bundan əlavə, iddiaçı tərəfindən 2012-ci ildə MMC-nin krediti üçün ödənilmiş məbləğ 452.436 ABŞ dolları təşkil etmişdir.
6. Cavabdeh MMC iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, MMCyə 452.436 ABŞ dolları vəsait qoyulğu iddia olunmuş, lakin bunu təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı “8.186.756,8 manat dividendin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi” tələbinin də əsasını təşkil edəcək mötəbər sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi audit arayışı isə iddiaçının şifahi məlumatları əsasında hazırlanmışdır. İddiaçının ərizəsində qeyd etdikləri ilə sərbəst auditorun qeyd etdikləri arasında ziddiyyət mövcud olmuşdur. İddiaçı ərizəsində maliyyə hesab atlarının auditinin aparıldığı və dividend tələbinin buna əsaslandığı qeyd olunsa da, sərbəst auditor audit aparılmasının mümkün olmadığını qeyd etmişdir. Bundan başqa, iddiaçı əvvəlki məhkəmə proseslərində 195.000 manat dividend aldığını etiraf etmişdir. İddiaçının nəqliyyat vasitəsinin satışından əldə edilmiş 2.600.500 manat vəsaitin MMC-nin hesablaşma hesabına ödənilməsi ilə bağlı tələbi də əsassız olmuşdur.
7. Cavabdeh MMC 2022-ci il 3 mart tarixində məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçının “452.436 ABŞ dolları vəsaitin cavabdehlərdən tutularaq ona geri qaytarılması” tələbinə müqavilə tələbləri üzrə üç illik iddia müddətini tətbiq edilməklə, bu hissədə iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslan dırılmışdır ki, MMC-yə təsisçi tərəfindən hər hansı vəsait qoyulmamışdır. MMC-yə məxsus mühasibatlıq sənədləri, sərbəst auditor A.M.Musayev tərəfindən tərtib edilmiş 2021-ci il 6 oktyabr tarixli audit aktı, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi və X1 mühasibatlıq rəyi məlumatlarında 2010-2019-cu illər ərzində iddiaçının MMC-yə və yaxud MMC-nin əvəzindən hər hansı bir ödəniş aparılmasını təsdiq edən məlumat mövcud olmamışdır. Təsisçi tərəfindən MMC-yə pul qoyulması üçün iki əsas ola bilər. Birinci əsas təsisçi tərəfindən MMC-yə pul qoyulması əsas təsisçi tərəfindən MMC-nin nizamnamə kapitalının ödənilməsi və ya nizamnamə kapitalının artırılması ilə bağlı ola bilər. MMC-nin nizamnamə kapitalının 30 manat və iddiaçıya münasibətdə nizamnamə kapitalının 10 manatdan ibarət olması nəzərə alı ndıqda müəyyən olur ki, iddiaçının qoyduğunu iddia etdiyi vəsait MMC-yə bu əsasla qoyulmamışdır. İkinci əsas təsisçi tərəfindən MMC-yə borc müqaviləsi ilə borcun verilməsi ola bilər. Məhkəmə proseslərinin gedişində iddiaçı onda yazılı borc müqaviləsinin olmadığını bildirmiş, məhkəməyə hər hansı müqavilə təqdim etməmişdir. Fərz edilsə ki, tərəflər arasındakı borc müqaviləsi şifahi formada olmuşdur. Bu halda isə həmin vəsaitin ona geri qaytarılmasına münasibətdə iddia müddəti ötürülmüşdür. Çünki, iddiaçı məhkəmə proseslərinin gedişində bildirmişdir ki, iddia etdiyi vəsaiti 2012-ci ilin iyun və iyul aylarında iki hissədə MMC-nin hesabına qoymuşdur. Həmin vəsaitin qaytarılması ilə bağlı isə 2020-ci ildə, yəni 8 ildən sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçının bu tələbinə mü nasibətdə iddia müddəti ötürülmüşdür.
9. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 28 yanvar tarixli 9/91 nömrəli ekspert rəyində göstərilmişdir ki, sərbəst auditor A.M.Musayev tərəfindən tərtib edilmiş 2021-ci il 6 oktyabr tarixli audit aktı məlumatlarına və ekspertiza tədqiqatına təqdim olunmuş müəssisənin fəaliyyəti üzrə 2010-2019-cu illəri əhatə edən sənədlərə əsasən, MMC-nin 2010-2019-cu illər üzrə cəmi gəlirləri 10.150.138,65 manat, cəmi xərcləri 10.064.959,24 manat, yekun bölüşdürülməmiş mənfəət 85.179,41 manat, təsisçilərə ödəniləcək dividend 85.179,41 manat (hər bir təsisçiyə 28.393,14 manat olmaqla) müəyyən edilmişdir. Rəyə əsasən, 2010-2019-cu illər ərzində iddiaçı tərəfindən MMC-yə və yaxud MMC-nin əvəzindən hər hansı bir ödəniş aparıldığı müəyyən edilməmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 25 iyul tarixli 9/4533 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - MMC-nin 2010-2019-cu illər üzrə gəlirləri, xərcləri, bölüşdürülməmiş mənfəəti və elan edilməli olan dividendləri aşağıdakı qədər müəyyən olunmuşdur: cəmi gəlirlər 10.150.138,65 manat; cəmi xərclər - 10.064.959,24 manat; yekun bölüşdürülməmiş mənfəət - 85.179,41 manat; təsisçilərə ödəniləcək dividend - 85.179,41 manat. O cümlədən, təsisçilər üzrə dividendin bölüşdürülməsi:
1. Cavabdeh3 (33,33 faiz pay) – 28.393,14 m anat; 2. iddiaçı (33,33 faiz pay) – 28.393,14 manat;
3. Cavabdeh2 (33,33 faiz pay) – 28.393,14 manat. MMC-nin Nizamnaməsinə əsasən, 33,33333 faiz paya malik iddiaçının payına uyğun ümumi dividend 28.393,14 (85.179,41 manat * 33,33333 faiz) manat təşkil etmişdir. Həmin məbləğ Vergi Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə əsasən, 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edildikdən sonra iddiaçının payına uyğun dividend məbləği 25.553,83 manat təşkil etmişdir. - İş materiallarının 1-ci cildinin 132-ci səhifəsində öz əksini tapmış MMC-nin hesabdan çıxarış məlumatlarında iddiaçı tərəfindən 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları, 2012-ci il 6 iyul tarixində isə 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları pulun kredit ödənişi üçün MMC-nin "xxxx" ASC-də olan hesa bına ödənildiyi, həmçinin həmin ödənişlərin hesabdan çıxarış məlumatlarının “ödənişin təyinatı” hissəsində göstərilənlərə əsasən "xxxx" olduğu göstərilmişdir. Lakin iş materiallarında 2010-2019-cu illər ərzində iddiaçı tərəfindən MMC-yə və yaxud MMC-nin əvəzindən hər hansı bir ödəniş aparıldığını təsdiq edən ilkin mühasibat sənədi (ödəniş qəbzi, ödəniş tapşırığı, mədaxil sənədi), həmçinin MMC-nin mühasibatlıq sənədlərində (balans, kreditor borcları və s.) bununla bağlı məlumat mövcud deyil. Bundan əlavə, iş materiallarında təsisçi iddiaçı tərəfindən MMC-yə və yaxud MMC-nin əvəzindən ödəniş aparılmasına dair təsisçilərin qərarı və MMC ilə iddiaçı arasında bağlanmış hər hansı müqavilə mövcud deyil. - İş materiallarında MMC-nin 2010-2019-cu illər ərzində mülkiyyətində olan avtobusların satışı ilə bağlı alqı-satqı müqavilələri, həmçinin həmin avtobuslar satılmışdırsa belə, əldə olunan vəsaitin MMC-nin hesabına mədaxil edilməsinə dair hər hansı bir məlumat mövcud deyil. - MMC-nin sifarişi əsasında sərbəst auditor X3 tərəfindən tərtib edilmiş 2021-ci il 6 oktyabr tarixli audit aktı və “X4” MMC tərəfindən tərtib olunmuş 2021-ci il 19 noyabr tarixli Mühasibatlıq rəyində müəyyən olunmuş yekun nəticələr MMC-nin fəaliyyətini əks etdirən sənədlərlə (maliyyə-mühasibatlıq və s. sənədlər) təsdiq olunmuşdur.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 26 avqust tarixli 2-2(119)41/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh MMC-dən 25.553,83 manat dividend, ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452.436 ABŞ dolları pul vəsaiti və 30 manat ödənilmiş dövlət r üsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – Z.Sadiqov).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2010-2019cu illər üzrə MMC-nin təsisçilərindən biri olan iddiaçının payına uyğun dividend məbləğinin 25.553,83 manat təşkil etməsi ekspert rəyi ilə təsdiq olunmuş, eyni zamanda, iddiaçının 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları və 2012-ci il 6 iyul tarixində isə 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları pulu kredit alan MMC-nin kreditinin ödənişi olaraq sonuncunun "xxxx" ASC-də olan bank hesabı vasitəsilə ödəmiş olması iş materiallarında olan bank hesabından çıxarış, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarla təsdiq o lunmuşdur. Lakin iddiaçının 2010-2019-cu illər üzrə ona çatası dividendin "xxxx", eləcə də MMC-nin nümayəndəsinin məlum bank hesab çıxarışında “digər şəxslərin də MMC-nin əvəzindən kredit ödənişləri aparması” barədə qeydlərin olması kimi dəlilləri, “iddiaçının payına uyğun dividend məbləğinin 25.553,83 manat təşkil etməsi” və “iddiaçının 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları, 2012-ci il 6 iyul tarixində isə 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları pul vəsaitini kredit alan MMC-nin kreditinin ödənişi olaraq sonuncunun "xxxx" ASC-də olan bank hesabı vasitəsi ilə ödəmiş olması” xüsusatlarının əsaslılığını şübhə altına almamışdır.
13. İddiaçı tərəfin 2010-2019-cu illər üzrə ona çatası dividendin “7.310.488 manat məbləğində olması” xüsusatı isə rəsmi maliyyə-mühas ibatlıq sənədləri ilə deyil, iddiaçı tərəfin öz təxmini hesablaması əsasında tələb olunmuşdur. Bundan əlavə, iddiaçı tərəfin məhkəmə iclaslarında vermiş olduğu izahatlarında “2016-cı ilin sentyabr ayından 2020-ci ilin yanvar ayı daxil Cavabdeh3 sürücüsü vasitəsi ilə ona ümumilikdə təxminən 195.000200.000 manat pul verməsi” xüsusatı da MMC-nin mənfəətindən qanunvericiliklə və hüquqi şəxsin Nizamnaməsi ilə müəyyən olunmuş qaydada dividendin hesablanaraq alınması kimi qiymətləndirilə və qəbul edilə bilməz. Çünki, hər hansı bir dividend məbləği MMC tərəfindən qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanaraq, rəsmi qaydada ona təqdim olunmamışdır.
14. Cavabdehlərdən müştərək qaydada 2010-2019-cu illər üzrə MMC-nin mənfəət kimi əldə etdiyi 22.152.995 manat məbləğin 33 faiz təsis payına münas ib olaraq 7.310.488 manat dividendin tutulması hissəsində iddia tələbi qismən əsaslı olmuş və həmin tələb üzrə MMC-dən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 25 iyul tarixli 9/4533 nömrəli rəyi ilə müəyyən olunmuş 25.553,83 manat dividend iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, “iddiaçı tərəfindən 2012-ci ildə MMC-nin krediti üçün ödənilmiş 452.436 ABŞ dollarının cavabdehlərdən tutulması” tələbi MMC-yə yönələn hissədə əsaslı olaraq təmin olunmalıdır. Lakin hər iki iddia tələbi digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı yönələn hissələrdə əsaslılığı müəyyən edilmədiyi üçün təmin olunmamalıdır.
15. Məhkəmə MMC-nin iddia müddətinin tətbiq edilməsi haqqında ərizəsi ilə bağlı qeyd etmişdir ki, həmin ərizə əsassız olduğu və ərizədə qeyd edilən xüsusatlar işin konkret halları ilə təsdiq olunmadığı üçün təmin edilməməlidir. Çünki, kredit alan MMC-nin əvəzindən məlum kredit ödənişlərinin təsisçilərindən biri olan iddiaçı tərəfindən 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları və 2012-ci il 6 iyul tarixində 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları pulun bank hesabı vasitəsi ilə ödənilməsi, mahiyyəti etibarilə özgə işini tapşırıqsız aparmadır və bu münasibətlərə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti şamil edilə bilməz. Ümumi iddia müddəti isə on il təşkil edir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 87.1, 90-1.1, 90-1.2, 386.1, 431.1, 439.1, 439.2, 1087.1, 1090.1 və 1090.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76, 77.1, 78.1, 88, 106.1 və 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin rədd edilmiş hissəsində ləğv olunması və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
18. Cavabdeh MMC tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnaməninr ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 yanvar tarixli 2-2(105)-4/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi MMC-dən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452.436 ABŞ dolları pulun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunaraq iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər F.Məmmədov və İ.Dəmirov).
20. Apellyasiya instansiyası məhkəməsi 452.436 ABŞ dolları məbləğinə dair iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və göstərmişdir ki, 2022-ci il 28 yanvar tarixli ilkin ekspert rəyinin nəticə hissəsində qeyd olunanlara görə, ekspertiza zamanı 2010-2019-cu illər ərzində iddiaçı tərəfindən MMC-yə və yaxud MMCnin əvəzindən hər hansı ödənişin aparıldığı müəyyən edilməmişdir. Bundan başqa, 2022ci il 25 iyul tarixli təkrar ekspertiza rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, işin materiallarında 2010-2019-cu illər ərzində iddiaçı tərəfindən MMC-yə və yaxud MMC-nin əvəzindən hər hansı ödənişin aparıldığını təsdiq edən ilkin mühasibat sənədi, həmçinin MMC-nin mühasibatlıq sənədlərində bununla bağlı məlumat mövcud olmamışdır. Bundan əlavə, işin materiallarında təsisçi iddiaçı tərəfindən MMC-yə və yaxud MMC-nin əvəzindən ödəniş aparılmasına dair təsisçilərin qərarı və MMC ilə iddiaçı arasında bağlanmış hər hansı müqavilə mövcud olmamışdır.
21. Birinci instansiya məhkəməsinin istinad etdiyi hesabdan çıxarış məlumatlarında MMC-nin əmək müqaviləsi üzrə işləmiş əməkdaşı Ramil Xəlilov tərəfindən edilmiş ödənişlərdə ödənişin təyinatı "xxxx" k imi qeyd olunsa da, həmin ödənişlər də MMC-nin öz vəsaiti hesabına kreditin ödənilməsi məqsədilə edilmiş və Ramil Xəlilovun MMC-nin təsisçisi olduğu müəyyən olunmamışdır.
22. Apellyasiya məhkəməsinin iclasında iddiaçının vəkili bildirmişdir ki, həmin kredit ödənişinin edilməsi ilə bağlı cavabdeh MMC ilə aralarında müqavilə və razılıq olmamış, heç bir maliyyə-mühasibat sənədində həmin ödənişin iddiaçı tərəfindən edilməsi barədə qeyd mövcud deyil, iddiaçı, MMC-nin çətin maliyyə vəziyyəti ilə əlaqədar həmin ödənişləri özü etmişdir.
23. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin izahatlarında “2016-cı ilin sentyabr ayından 2020-ci ilin yanvar ayı daxil Cavabdeh3 sürücüsü vasitəsi ilə ona ümumilikdə təxminən 195.000-200.000 manat pul verilməsi” kimi dəlilini cavabdeh MMC-nin mənfəətindən qanu nvericiliklə və hüquqi şəxsin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada dividendin hesablanaraq alınması kimi qiymətləndirilə və qəbul edilə bilməməsi kimi qeyd etmiş və hesab etmişdir ki, hər hansı bir dividend məbləği MMC tərəfindən qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanaraq, rəsmi qaydada iddiaçıya təqdim olunmamışdır. Bu baxımdan, məhkəmənin cavabdeh MMC üçün edilmiş 452.436 ABŞ dolları məbləğində ödənişi yalnız bank hesabından çıxarış sənədində edilmiş qeydə əsasən iddiaçının vəsaiti hesabına edilmiş ödəniş kimi qəbul etməsi də ziddiyyətli olmuşdur.
24. Məhkəmə iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, "xxxx" kimi qeydi, iddianın həmin hissədə təmin olunması üçün əsas ola bilməz. Cavabdeh MMC-nin öz fəaliyyəti üçün kredit göt ürməsi və həmin kreditləri tam ödəməsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçı, MMC-nin 5.000.000 manat kreditinin olduğu, cavabdehin vəkili isə MMC-nin 10.000.000 manat kreditinin olduğunu bildirmişlər. Bu baxımdan, MMCnin mənfəətinin az olması və yaxud mənfəətlə fəaliyyət göstərməməsi səbəbindən onun əvəzindən üçüncü şəxslər tərəfindən kredit ödənişlərinin aparılmasının mümkünlüyünə dair məhkəmənin mövqeyi əsassız olmuşdur.
25. İddiaçı ilə MMC arasında borc müqaviləsi və MMC-nin ümumi yığıncağının qərarı olmamışdır. İddiaçı qoyduğu kapitala müvafiq olaraq ona məxsus payının artması da işin materialları ilə təsdiqlənməmişdir. İddiaçının vəkili məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəfindən həmin vəsait MMC-nin inkişafı üçü n ödənilmiş pul vəsaitidir. Bundan başqa, iddiaçı hazırda da MMC-nin təsisçisi olmaqla 33,33 faiz pay hüququna malikdir.
26. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin “ekspertin rəyinin əsassızlığı, ekspert rəyində apellyasiya şikayətində qeyd olunmuş hallara qiymət verilməməsi, məhkəmənin isə bu hallara qiymət verməməsi” barədə dəlillərini əsassız hesab edərək göstərmişdir ki, iddiaçının vəsatətləri ilə bir neçə dəfə ekspertiza təyin olunmuşdur. Ekspert rəylərindən görünür ki, müəssisənin maliyyə-mühasibat sənədləri ekspert rəyi verilməsi üçün kifayət etmiş, ekspert qarşısında qoyulmuş suallar maliyyəmühasibat sənədlərinə istinad olunmaqla tərtib olunmuşdur.
27. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təm in olunması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 may tarixli 2-2(102)-270/2023 nömrəli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən-iddianın iddiaçı tərəfindən 2012-ci ildə MMC-nin krediti üçün ödənildiyi bildirilən 452.436 ABŞ dollarının tutulması hissəsində ləğv olunmuş, işin həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim-B.Məmmədli, hakimlər -B.Qəribov və Ə.Əhmədov).
29. Kassasiya instansiyası məhkəməsi iddianın iddiaçı tərəfindən 2012-ci ild ə MMCnin krediti üçün ödənilmiş 452.436 ABŞ dollarının tutulması hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, MMC-nin apellyasiya şikayətinin dəlilinə görə, iddiaçı məhz MMC-yə məxsus pul vəsaiti ilə kredit ödənişi etmişdir. Bu o anlama gəlmişdir ki, MMC özünün apellyasiya şikayətində mübahisəli ödənişin ödənilməsini heç də inkar etməmiş, sadəcə olaraq bu ödənişin MMC-nin pulu ilə həyata keçirildiyini bildirmişdir. Bundan başqa, iddiaçı kredit ödənişi ilə bağlı mövqeyini bank hesabından çıxarışla əsaslandırmışdır.
30. Bank hesabından çıxarışda hər hansı əməliyyatın əks etdirilməsi həmin əməliyyatın mövcudluğuna dəlalət edir (həmin əməliyyatın konkret olaraq kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq) və mötəbər sübutlar olmadan bu əməl iyyatın şübhə altına alınması əsaslı hesab edilə bilməz.
31. İddiaçı tərəfindən MMC-nin krediti üçün ödənildiyi bildirilən 452.436 ABŞ dolları iddiaçıya məxsus deyildirsə, həmin vəsaitin MMC-nin özünə və ya ən azından, digər təsisçilərinə məxsus olması lazımdır. Lakin həmin vəsaitin məhz MMC-nin özünə və ya digər təsisçilərinə məxsus olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. İddiaçı sözügedən vəsaitin ona məxsus olduğu, MMC isə özünə məxsus olduğunu bildirsələr də, bununla bağlı hər hansı ilkin uçot sənədləri, mədaxil-məxaric sənədləri, ödəniş qəbzi, ödəniş tapşırıqları və s. işin materiallarında mövcud olmamışdır.
32. Bundan başqa, iddiaçının istinad etdiyi bank hesabından çıxarışdan (İ cild, i/v 132-136) görünür ki, fiziki şəxs olaraq iddiaçı yalnız iki halda "xxxx" tə yinatı ilə ödənişlər etmişdir. Qalan hallarda isə eyni təyinatla, yaxud “kredit ödənişi” və “kredit və faiz ödənişi” təyinatı ilə ödənişləri Xəlilov Ramil (cəmi 10 halda), bir halda isə Fuad İslamlı həyata keçirmişdir. Belə olan halda bank hesabından çıxarışda mübahisə predmeti olan ödənişlərin hansı səbəblərdən bu dəfə də Xəlilov Ramil deyil, məhz iddiaçı tərəfindən yerinə yetirilməsinin qeyd olunması anlaşılan olmamışdır.
33. İşin materiallarından Ramil Xəlilovun direktor müavini vəzifəsini tutduğu məlum olmuşdur. Belə olan halda MMC-nin krediti üçün ödənilmiş 452.436 ABŞ dollarının nəyə görə MMC-nin vəsaiti və tapşırığı ilə Ramil Xəlilov deyil (digər hallarda olduğu kimi), təsisçi kimi iddiaçı tərəfindən həyata keçirilməsinin səbəbləri məlum olmamışdır.
34. Mübahisəli kredit ödənişinin ümumiyyətlə müvafiq dövrdə mövcud olan məhz hansı kredit müqaviləsi üzrə həyata keçirildiyi, ödənilən vəsaitin kreditor bank tərəfindən nəzərə alınıb-alınmaması da işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Halbuki, bu xüsusatlar ödənişin həqiqətən də həyata keçirilib-keçirilməməsinin düzgün müəyyən edilməsi baxımından heç də az əhəmiyyət kəsb etmir. Apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunan məsələlərin heç birinə aydınlıq gətirilməmişdir.
35. Cavabdeh MMC-nin uzun illər ərzində onun hesabına sözügedən həcmdə böyük ödənişin həyata keçirilməsindən məlumatsız qalması ağlabatan olmamışdır (əgər ödəniş iddiaçının vəsaiti hesabına həyata keçirilmişdirsə). Bu o anlama gəlmişdir ki, cavabdeh MMC, ən azından, həmin ödənişin nəticələrini bəyənmişdir (qəbul etmiş) ki, bu da fakt iki olaraq iddiaçının məhz cavabdeh MMC-nin tapşırığı ilə hərəkət etdiyinə dəlalət etmişdir. İddiaçı ilə cavabdeh MMC arasında borc müqaviləsinin, sonuncunun ümumi yığıncağının qərarının olmadığını, iddiaçının payının artmadığını bildirən apellyasiya məhkəməsi hüquqi qiymətləndirmə apararkən bu amili də diqqətdən qaçırmışdır.
36. Əgər ödəniş iddiaçının vəsaiti hesabına həyata keçirilmişdirsə, o zaman iddiaçının öz hüququnun pozulduğunu bildiyi anın dəqiq müəyyən edilməsi də işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Mübahisələndirilən qətnamədən məlum olmuşdur ki, cavabdeh MMC məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
37. Apellyasiya məhkəməsi iddianın iddiaçı tərəfindən 2012-ci ildə MMC-nin krediti üçün ödənildiyi iddia olunan 452.436 ABŞ dollarının tutul ması hissəsində işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə həmin hissədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən mötəbər sübutlar əsasında MMCnin krediti üçün ödənildiyi bildirilən 452.436 ABŞ dollarının MMC-nin özünə və ya digər təsisçilərinə məxsus olub-olmamasını; əgər ödəniş MMC-nin vəsaiti hesabına həyata keçirilmişdirsə, hansı səbəblərdən bank hesabından çıxarışda ödənişin digər hallarda olduğu kimi, Xəlilov Ramil deyil, məhz iddiaçı tərəfindən yerinə yetirilməsinin qeyd olunmasını; mübahisəli kredit ödənişinin müvafiq dövrdə mövcud olan hansı kredit müqaviləsi üzrə həyata ke çirilməsini, ödənilən vəsaitin kreditor bank tərəfindən nəzərə alınıb-alınmamasını müəyyən etməli; əgər ödəniş iddiaçının vəsaiti hesabına həyata keçirilmişdirsə, MMC-nin bundan məlumatlı olmasını, faktiki olaraq həmin ödənişin nəticələrini bəyənməsini (qəbul etməsini) hüquqi qiymətləndirmə zamanı nəzərə almalı; əgər ödəniş iddiaçının vəsaiti hesabına həyata keçirilmişdirsə, MMC-nin iddia müddətinin tətbiqi barədə ərizəsinə düzgün qiymət verilməsi məqsədilə iddiaçının öz hüququnun pozulduğunu bildiyi anı dəqiqləşdirməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
39. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 49.2, 49.3, 52.1, 87.1, 90-1.1 və 90-1.2-ci maddələrinə, MPM-in 14.2, 76.1, 76.2, 76.3, 77.1, 97.1 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Ape llyasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2-2(105)-101/2023 nömrəli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən«cavabdeh MMC-dən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452.436 ABŞ dolları vəsaitin iddiaçının xeyrinə tutulması” hissəsində ləğv olunmaqla, həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdeh MMC-dən sonuncuya 2010-2019-cu illər üzrə iddiaçı tərəfindən qoyulmuş 452.436 ABŞ dolları vəsaitin tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Süleymanova, hakimlər S.Qafari və A.Mahmudov).
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə ba ğlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iddianı mübahisələndirilən hissədə əsassız olaraq təmin etmişdir.
42. Belə ki, məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki, 2012-ci il 29 iyun tarixində 71.000 ABŞ dolları və 2012-ci il 6 iyul tarixində isə 381.436 ABŞ dolları olmaqla, ümumilikdə 452.436 ABŞ dolları məbləğində pul vəsaiti kredit alan MMC-nin kredit inin ödənişi olaraq sonuncunun "xxxx" ASC-də olan bank hesabı vasitəsilə ödənilmişdir. Həmin ödənişin olması Bank Hesabından çıxarışla, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarla təsdiq olunur. Həmin məbləğdə pul vəsaitinin MMC-nin kreditinin ödənişi olaraq "xxxx" ASC-də olan bank hesabı vasitəsilə ödənilməsi işin mübahisəsiz halıdır.
43. İddiaçı qeyd olunan ümumilikdə 452.436 ABŞ dolları məbləğində pulun onun tərəfindən və məhz onun özünün şəxsi vəsaiti hesabına ödənildiyini iddia edir. Tələbinin əsası olaraq Bank Hesabından çıxarışda göstərilmiş «Təyinat» qrafasında "xxxx", Ödəyən qrafasında «İddiaçı» göstərilməsinə dair qeydə əsaslanır.
44. Cavabbdeh şikayətində MMC qeyd olunan ödənişin ödənilməsini mübahisələndirməmiş, yalnız bu öd ənişin iddiaçının deyil, MMC-nin vəsaiti hesabına ödənildiyinə dair etirazını bildirmişdir.
45. Ona görə də, məhkəmə hesab etmişdir ki, araşdırılan tələb üzrə mübahisə doğuran hal 452.436 ABŞ dolları pul məbləğinin tərəflərdən kimə məxsus olmasının müəyyən edilməsi ilə bağlıdır.
46. Apellyasiya instansiyası məhkəməsi ilk əvvəl baxılan iş üzrə kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş 2023-cü il 24 may tarixli qərarının 79-cu bəndinin göstərişinə əsaslanaraq müvafiq qərardadına əsasən, Cavabdeh1 bank hesabı üzrə İddiaçı tərəfindən “29 iyun 2012-ci il tarixdə 71.000 ABŞ dolları məbləğində” və “06 iyul 2012-ci il tarixdə 381.436 ABŞ dolları məbləğində” ödənilmiş ödənişin təyinatı, hansı kredit müqaviləsi üzrə həyata keçirilməsi, ödənilən vəsaitin Bank tərəfindən nəzərə alınıb-alınmaması barədə məhkəməyə məlumat verilməsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. 47. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 19 sentyabr 2023-cü il tarixli məktubla verilmiş məlumatlar əsasında aparılmış araşdırma zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olduğu, mübahisə predmeti olan məbləğin həmin kredit müqavilələri üzrə ödənildiyi müəyyən edilmişdir.
48. Məhkəmə kassasiya insansiya məhkəməsinin 2023-cü il 24 may tarixli qərarının 86-cı bəndində müəyyən edilən göstərişlərini nəzərə alaraq hesab etmişdir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericili yin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
49. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişləri baxımından (74, 75-ci bəndlər) araşdırma apararaq, nə qədər ki, mübahisə tərəflərindən hər biri sözügedən pul vəsaitinin ona məxsus olduğunu iddia edir, tərəflərə qeyd olunan faktın təsdiqi ilə bağlı sübutların təqdim edilməsi təklif olunmuş, lakin tərəflər heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə mülki prosessual qanunvericiliyin «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir» göstərişinə uyğun olaraq hüquqi qiymətləndirmənin aparılmasını qanuni hesab etmişdir.
50. İddiaçı iddia tələbinin əsası olaraq Bank hesabından çıxar ışa və orada əks olunan məlumatlara istinad edir və iddia tələbinin əsaslı olduğunu iddia edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Bank hesabından çıxarış mühasibat sənədi olmasa da, istənilən müəssisənin bank əməliyyatlarını göstərən, nəticələri, bank hesabındakı pul vəsaitlərinin hərəkətinin xülasəsini və hesabın cari vəziyyətini əks etdirən uçot sənədidir. Bank hesabından çıxarışda hər hansı əməliyyatın əks etdirilməsi həmin əməliyyatın mövcudluğuna dəlalət edir (həmin əməliyyatın konkret olaraq kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq) və mötəbər sübutlar olmadan bu əməliyyatın şübhə altına alınması əsaslı hesab edilə bilməz.
51. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, ödəniş tapşırığının, ödəniş qəbzi, kassa mədaxil-məxaric sənədlərinin iddiaçı tərəfindən təqdim edil məməsi həmin əməliyyatı şübhə altına hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edildiyi kimi Bank hesabından çıxarış bank əməliyyatları üzrə üçot sənədi olmaqla məhz ödəniş qəbzi, mədaxil-məxaric sənədlərindəki məlumatlar orada əks olunur.
52. Nəzərə alınmalıdır ki, iddianı sübuta yetirmək vəzifəsi iddia edənin üzərinə düşür prinsipi ilə yanaşı cavabdeh tərəf də etirazın əsaslarını sübuta yetirmək vəzifəsi daşıyır. Bu konteksdən yanaşaraq məhkəmə, cavabdeh MMC-nin nümayəndəsinə mübahisə predmeti olan pul məbləğinin MMC-nin kassasından məxaric olunmasını təsdiq edən mühasibatlıq sənədlərinin təqdim olunmasını təklif etsə də, heç bir sənəd təqdim edilməmişdir.
53. Ali Məhkəmənin digər göstərişinə (76-cı bənd) uyğun olaraq aparılmış araşdırma zamanı dindirilmiş MMC-nin direktor müavini R amil Xəlilov bildirmişdir ki, kredit ödənişləri əks hallarda onun tərəfindən icra edilmişdir. Cəmi 452.436 ABŞ dolları pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsinə səbəb isə həmin vaxt MMC-yə rəhbərliyin faktiki olaraq iddiaçı A.İsmaylıov tərəfindən edildiyini və qeyd olunan məbləğin miqdarı çox olduğundan iddiaçının özü tərəfindən MMC-nin kassasından məxaric edilərək Banka ödənildiyini bildirdi.
54. Məhkəmə tərəfindən MMC-nin üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrası ilə bağlı ödənişlərin aparılmasına səlahiyyətlərin həvalə edilməsi ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi, mübahisələndirilən vəsaitin MMC-nın kassasında iddiaçıya verilməsini təsdiq edən sənədlərin təqdim edilməsi təklif olunmuş, lakin cavabdeh tərəf heç bir sənəd təqdim etməmişdir.
55. Məhkəmə qeyd etmişd ir ki, cavabdeh tərəfin 2012-ci ildə MMC-nin balansında xeyli vəsaitin olduğu, maliyyə çətinliyinin olmadığı halda iddiaçının vəsaiti hesabına ödənişin aparılmasına zərurət olmaması barədə etirazının dəlillərinin araşdırılması məqsədə ilə, MMC-nin maliyyə vəziyyətinin öyrənilməsi ilə bağlı 2012-ci il hesabat dövrü üzrə məlumatların əldə edilməsi ilə bağlı Ərazi Vergi İdarəsinə sorğu verilmiş, sorğuya verilmiş cavabla vergi ödəyicisi Cavabdeh1 xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 2012-ci ilin mənfəət vergisi bəyannaməsinin məlumatlarına əsasən gəlirləri və xərclərinin mövcud olmadığı müəyyən edilmişdir.
56. Ali Məhkəmənin digər göstərişi (81-ci bənd) uzrə aparılmış araşdırma zamanı müəyyən edildi ki, cavabdeh mübahisələndirilən məbləğin ödənildiyini və MMC-nin vəsaiti hesabına ödənişin a parıldığına dair etirazını bildirməklə, həmin ödəniş barədə məlumatlı olduğunu qəbul edir. Eyni zamanda iddiaçı tərəf də bu barədə cavabdehin məlumatlı olduğunu təsdiq edir (iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən 2012-ci ildə ödəniş aparlarkən digər təsisçilərə bu barədə deyildiyini göstərmişdir).
57. Məhkəmə bütun bu şərh olunanları ümumiləşdirərək, toplanmış və tədqiq edilmiş sübutlara istinadən iddianın əsaslığını qiymətləndirərək hesab etmişdir ki, cavabdeh tərəfindən etirazın əsaslandığı hallara dair-mübahisələndirilən məbləğin MMCyə məxsus olması, MMC-nin kassasından iddiaçı tərəfindən məxaric olunması, Bank hesabından çıxarışa əsasən ödənilmiş 452.436 ABŞ dollarının iddiaçının vəsaiti hesabına ödənilməsini şübhə altına alan heç bir sübutun təq dim edilməməsi, iddiaçının iddia tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.
58. Sübutetmə vəzifəsinin bölgüsü baxımından məhkəmə hesab etmişdir ki, cavabdeh etirazını əsaslandığı halları sübut etmə vəzifəsi daşımaqla, istinad etdiyi halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədi.
59. Cavabdeh apellyasiya şikayətinin dəlillərində 2010-2019-cu illər ərzində İddiaçı tərəfindən Cavabdeh1nə və yaxud həmin Cəmiyyətin əvəzindən hər hansı bir ödənişin aparıldığını təsdiq edən ilkin mühasibat sənədi (ödəniş qəbzi, ödəniş tapşırığı, mədaxil sənədi) mövcud olmadığını mübahisələndirsə də, məhz həmin məbləğin MMC-nin kasassından məxaric olmasına dair mühasibat sənədlərini cavabdeh tərəf özü də təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında MMC-nin kassasında 2012 -ci ildə 999.377 manat pul oluduğunu və bununla bağı kassa mədaxil qəbzlərinin təqdim edildiyini bildirsə də məhkəmə hesab edir ki, həmin mədaxil qəbzlər digər mühasibat sənədləri ilə təsdiq olunmadığından, eləcə də Vergilər İdarəsinin məhkəmə sorğusuna cavabına əsasən MMC-nin 2012-ci il hesab dövründə gəlirinin olmaması barədə məlumatına əsasən əsaslı şübhədən kənar sübut kimi qəbul edilə bilməz.
60. Məhkəmə şikayətin-təsisçi İddiaçı İsalam oğlu tərəfindən Cavabdeh1 MMC-yə və yaxud Cəmiyyətin əvəzindən ödəniş aparılmasına dair təsisçilərin qərarı və Cəmiyyətlə İsmayılov İslam oğlu arasında bağlanmış hər hansı müqavilə olmaması barədə dəlilini də əsaslı hesab etməmiş, möəqeyini onunla əsaslandırmışdır ki, qeyd olunan məsələlərin həllinin MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olması, MMC-nin Nizamnaməsində belə bir səlahiyyətlərin olması, bu məsələlərin həlli qaydası, aidiyyəti şəxslərlə borc müqaviləsinin bağlanması nəzərdə tutulmamışdır. Həmçinin 2012-ildə qüvvədə olan mülki qanunvericilik normalarında aidiyyəti şəxslərlə borc müqaviləsinin bağlanması, ümumi yığıncağının qərarının olması nəzərdə tutulmamışdır.
61. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi X6 və orada əks olunan məlumatların mötəbərliyini şübhə altına alan heç bir sübut olmadığından, mübahisə predmeti olan pul məbləğinin iddiaçıya məxsus olmasının əksi məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından iddiaçının iddia tələbi əsaslı, cavabdehin şikayətinin pul vəsaitinin MMC-yə məxsus olması barədə dəlili isə əsassızdır.
62. Cavabdehin şikayətinin d igər dəlili-iddia müddətinin buraxılması ilə bağlı olmuşdur. Məhkəmə şikayətin bu dəlilini əsaslı hesab etmiş və gəldiyini nəticəni əsaslandıraraq göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müdd ətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
63. Məhkəmə qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində iddia tələbinin əsaslı olduğu müəyyən edildi və müəyyən edilmiş bu nəticə iddiaçının iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olması qənaətinə gəlməyə əsas verir.
64. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı 2012-ci ildə kredit ödənişi olaraq MMC-nin Bank hesabı vasitəsi ilə 452.436 ABŞ dolları ödəniş etmişdir. İddiaçı cavabdeh Cəmiyyətin maliyyə vəziyyətini yaxşılaşdırmaq niyyəti ilə bu ödənişi etdiyini göstərmişdir. Qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehin tapşırığı olmadan, öz təşəbüsü ilə həmin kredit ödənişi etmişdir. Bu isə tərəflər arasında özgə işlərini tapşırıqsız aparılması ilə bağlı münasibətlərin yarandığını göstərir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, tərəflər arasında münasibətlərə Mülki Məcəllənin 57- ci fəslinin (Özgə işlərini tapşırıqsız aparma) müddəaları tətbiq edilməlidir.
65. Məhkəmə birinci istansiya məhkəməsinin iddia müddəti ilə bağlı qiymətləndirilməsini əsassız hesab etmiş və Ali Məhkəmənin Qərarının 81-ci maddəsinin göstərişi üzrə araşdırma apararaq qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı tərəf ödənişin həyata keçirildiyi vaxtdan həmin ödəniş barədə cavabdeh Cəmiyyətin (digər təsisçilərin) məlumatlı olduğunu bildirdi. Həmçinin cavabdeh tərəf (bu ödənişin öz vəsaitləri hesabına olduğuna dair etirazlarını bildirsə də) ödəniş barədə məlumatlı olduğunu göstərdi. Bu hallar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh ödənişin həyata keçirilməsi barədə məlumatlı olmaqla həmin ödənişin nəticələrini bəyənmişdir. Bu hal isə tərəflər arasında yaranmış münasibətlərin xarakterini dəyişmiş olur.. Belə ki, Mülki Məcəllənin Maddə 1087.2-ci maddəsinin göstərişinə görə işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.. Bu qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında yaranmış münasibətlərə tapşırıq müqaviləsindən irəli gələn müddəalar tətbiq olunmalıdır. Bu isə onu göstərir ki, iddia müddətinin tətbiqi barədə əri zəyə məhz tərəflər arasında müqavilə münasibətləri ilə bağlı qanunvericiliyin tələbi baxımından qiymət verilməlidir.
66. Qanunvericilikdə müqavilə münasibətləri üzrə tələblərin ayrı-ayrı növləri üçün qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Məhz həmin hallarda xüsusi müddətlərin tətbiqi önə keçir. Bu baxımdan tapşırıq müqaviləsi üzrə iddia müddəti məsələsinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, bu müqavilə münasibətləri üzrə xüsusi iddia müddəti nəzərdə tutulmamışdır. Bu isə araşdırılan münasibətlərə Mülki Məcəllənin 373.2-ci maddəsinin tətbiqi məsələsinin müzakirəsinə əsas verir. Mülki Məcəllənin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
67. Məhkəmə qeyd etmişdir ki, qanunverici iddia müddətinin axımının başlamas ını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, şəxsin hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlinməlidir. Baxılan işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmetini təşkil edən pul məbləği 2012-ci ilin iyun-iyul aylarında iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı bu ödənişi cavabdehin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə etdiyini göstərmişdir.
68. Göründüyü kimi iddiaçı cavabdehin maliyyə vəziyyətində çətinliklərin olduğunu bilmişdir. İddiaçı MMC-nin təsçiçlərindən biridir. Tətsisçi kimi MMC-nin fəaliyyəti, maliyyəti vəziyyəti barədə birbaşa məlumatlı şəxslərdən olmaqla MMC-nin maliyyə vəziyyətinin yaxşı olmaması barədə iddiaçının xəbərsiz olması mümkü n deyildir. Belə olan halda iddiaçı özünə məxsus xeyli miqdarda (452.436 ABŞ dolları) vəsaiti MMC-nin borcuna görə ödəməklə həmin vəsaitin MMC-nin mənfəəti olmadığı halda geri qaytarılmasının mümkün olmayacağı ehtimalını görməli idi və görürdü. Bu isə iddiaçının maddi zərərə uğraması ehtimalının real olmasını düşünməyə, hüquqlarının pozulacağını bilməyə əsas verirdi. Lakin göründüyü kimi iddiaçı bütün bu halları görməsinə və bilməsinə baxmayaraq, hüquqlarının qorunması üçün məhkəməyə araşdırılan iddia üzrə ilk dəfə 06 fevral 2020-ci ildə, “iddia tələbinin dəqiqləşdirilməsi və yeni cavabdehlərin cəlb edilməsi” barədə ərizə ilə isə 23 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir.
69. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanması anının 2012-ci ilin hesabat dövründən götürülməsini işin faktiki hallarına uyğun hesab etmiş və belə qənaətə gəlmişdir ki, iddiaçı hüququnun pozulduğunu 2012-ci ilin hesabat dövründən bilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, araşdırılan mübahisə üzrə 3 illik iddia müddəti tətbiq olunmalıdır.
70. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin «Magna Trans” Məhdud Məsuliyyətli Cəmiyyətindən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452436 (dörd yüz əlli iki min dörd yüz otuz altı) ABŞ dolları məbləğində pulun tutulması hissədə iddianın təmin edilməsi və iddia müddətinin tətbiq edilməməsinə dair gəldiyi nəticə ilə razılaşmamış və belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtə rəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddia həmin hissədə təmin edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 49.2, 49.3, 52.1, 87.1, 372.1, 372.2, 373.2, 373.4, 375.1, 375.2, 377.1, 386.1, 777.2, 1087.1 və 1087.2-ci maddələrinə, eləcə də MPM-in 14.2, 77.1, 88 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
72. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi, MMC-dən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452.436 ABŞ dolları pulun iddiaçının xeyrinə tutulması iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
73. MM-in 377.1-ci maddəsinin tələbi pozulmuşdur-apellyasiya məhkəməsi iddiaçının hüququnun pozulduğunu 2012-ci ilin hesabat dövründən bilməsi barədə səhv qənaətə gəlmişdir. Halbuki, iddiaçı hüququnun pozulduğunu 2020-ci ilin əvvəllərindən bilmiş və mübahisə üzrə 3 illik iddia müddətini ötürmədən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 26 avqust tarixli e-22(119)-41/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən də apellyasiya şikayət verilməsinə baxmayaraq, apellyasiya məhkəməsi qətnamənin nəticə hissəsində şikayətə münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir.
74. Apellyasiya məhkəməsinin mübahisə üzrə 3 illik iddia müddətinin tətbiqi qənaətinə gələrkən o halı nəzərə alm amışdır ki, iddiaçı, cavabdeh MMC-nin 3 təsisçisindən biri olsa da, MMC-nin təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların ona verilməsi barədə cavabdeh MMC-nin digər təsisçiləri və direktoruna dəfələrlə etdiyi yazılı müraciətlərinə cavab verilməmişdir. Hətta iddiaçının müqavilə bağladığı sərbəst auditor Eldəniz Çələbiyevin audit aparılması üçün cavabdeh MMC-dən onun təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların ona verilməsi barədə dəfələrlə etdiyi yazılı müraciətlərə belə cavab verilməmişdir.
75. Digər tərəfdən, MM-in 91.1-2-ci maddəsinin tələblərinə zidd olaraq təsis edildiyi vaxtdan etibarən MMC-nin nə təsisçilərinin ümumi yığıncağı çağırılmamış, nə hesabatmaliyyə ilinin yekunları müzakirə olunmamış, nə də bu barədə iddiaçıya hər hansı məlum at verilməmişdir. Odur ki, məhkəməyə edilmiş müraciət nəticəsində Abşeron rayon Məhkəməsinin 2021-ci il 19 fevral tarixli 2(012)-435/2021 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçının iddiası təmin olunmuş, cavabdeh MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçıya verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər MMC, onun direktoru Cavabdeh4, iştirakçıları Cavabdeh3 və Cavabdeh2 üzərinə qoyulmuşdur.
76. Buna baxmayaraq, indiyədək həmin sənədlərin iddiaçıya verilməsini cavabdehlər təmin etmir. Belə olan halda iddiaçının MMC-nin maliyyə vəziyyəti, müvafiq maliyyə-mühasibatlıq sənəd dövriyyəsi barəsində hər hansı məlumatı o la bilməzdi.
77. Apellyasiya məhkəməsinin “MMC-nin mənfəəti olmadığı halda geri qaytarılmasının mümkün olmayacağı ehtimalının görülməli olması”na dair qənaətindən fərqli olaraq, iddiaçı 2020-ci ilin mart ayınadək az miqdarda da olsa aylıq dividendlər aldığından, o, belə ehtimalı görə bilməzdi. Yalnız 2020-ci ilin əvvəlində MMC tərəfindən 21 avtobusun satılmasından və əvəzinə nəinki yeni, heç işlənmiş avtobusların alınmamasından xəbər tutduqdan sonra, iddiaçı digər təsisçilərin MMC-nin fəaliyyətini iflic etmək istiqamətində fəaliyyətini görmüş, eləcə də digər təsisçi Cavabdeh3 qeyri-qanuni yolla MMC-yə məxsus avtobusların və avtobus marşrutlarının öz oğlunun təsisçisi və direktoru olduğu şirkətinin adına keçirdiyini bilmişdir. Bununla bağlı Bakı rayonu Sabunçu rayon prokurorluğunun icraatın da ********* nömrəli cinayət işi vardır. Bundan sonra müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir.
78. Apellyasiya məhkəməsi tərəfindən MMC-nin maliyyə vəziyyətinin öyrənilməsi ilə əlaqədar 2012-ci il hesabat dövrü üzrə məlumatların əldə edilməsi ilə bağlı Ərazi Vergi İdarəsinə sorğu verilmişdir. Sorğuya verilmiş cavabla MMC-nin 2012-ci il 16 dekabr tarixində tərtib olunmuş 2012-ci ilin mənfəət vergi bəyannaməsinin məlumatlarına əsasən gəlirləri və xərclərinin mövcud olmadığı müəyyən edilmişdir. Bu isə, digər məsələlərlə yanaşı, həm də MMC tərəfindən onun maliyyə fəaliyyətinin qeydə alınması üzrə hər hansı bir mühasibatlıq işin görülmədiyini sübut edir. Belə olan halda, iddiaçının MMC-nin mənfəəti barədə 2012-ci ildə hər hansı bir məlumata malik olması istisna edilir. Odur ki, sözügedə n iş üzrə iddia müddətinin axımının başlanması anının 2020-ci ilin əvvəlindən götürülməsi işin faktiki halları ilə sübut edilir. Beləliklə, apellyasiya məhkəməsi öz qərarını ətraflı, tam və obyektiv araşdırmadan və lazımi qaydada əsaslandırmadan qəbul etmişdir.
79. MPM-in 14.2, 76.1, 77, 88 və 384.0.1-ci maddələrinin tələbləri pozulmuş, Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı”, “Kraska İsveçrəyə qarşı” və “Qavazov Bolqarıstana qarşı” qarşı işləri üzrə qərarlarında müəyyən edilənlərə riayət olunmamışdır- ppellyasiya məhkəməsi cavabdehin iş rejimi barədə iddiaçının təqdim etdiyi arayışda göstərilən məlumatları öz mövqeyini əsaslandırmaq baxımdan yanlış şərh etmiş, iddiaçının əksər dəlillərinə münasibət bildirməmişdir. Bununla da sübutların tam, hərtərəfli və obyektiv araşd ırılması təmin edilməmiş, qətnamə lazımi qaydada əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
81. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
82. Kassasiya məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
83. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.... 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
777. Tapşırıq müqaviləsi... 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etm əsindən sonra qüvvəyə minir....”
84. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəy yən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
85. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır ( MPM-in 416.1- ci maddəsi). 86. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci m addəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
87. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə al ınmaqla qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
88. Kassasiya şikayətlərinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
89. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, k assasiya şikayəti isə təmin edilməməlidir.
90. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 sentyabr tarixli, 2-2(105)-101/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov A.Q.Hüseynov