Məhkəmə qərarları › İş №2-2(102)-753/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-753/2025

28.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-753/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəriklik münasibətlərindən irəli gələn mübahisələr, kommersiya mübahisələri üzrə sübutetmənin xüsusiyyətləri, sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 14 avqust tarixli 22(106)-135/2025 nömrəli q ətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Tərəflər arasında 2019-cu ildən 2023-cü ilədək birgə Ağcabədi şəhərində market fəaliyyəti ilə əlaqədar şəriklik münasibətləri olmuş, mağazanın işlədilməsi ilə Cavabdeh məşğul olmuşdur. İddiaçı 2023-cü ildə şəriki Cavabdeh mağazadakı malları mənimsəməsini irəli sürərək, polis orqanlarına şikayət etmişdir.

2. Ağcabədi rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru x1in 2023-cü il 20 iyul tarixli qərarı ilə aparılmış araşdırma zamanı Cavabdeh dostu İddiaçı icarəyə götürüb işlətməsi üçün ona verdiyi “X” market işlətdiyi müddət ərzində marketdə olunan alverin pulundan mənimsəməsi xüsusatı sübuta yetmədiyinə görə və toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə c inayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, - İddiaçı izahatında göstərmişdir ki, Ağcabədi rayon sakini Cavabdeh 7-8 il olar ki, tanıyır, aralarında dostluq münasibəti var. 2019-cu ilin noyabr ayında Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “X” marketi icarəyə götürüb işlətmək istəmiş, həmin vaxt mağazaya 239.000 manat dəyərində ərzaq alıb yığmış, mağazanın işlədilməsini və gələcəkdə işin böyüdülməsini ***a tapşırmışdır. ***la aralarında olan ilkin razılığa görə ona hər ay əmək haqqı verəcəyini bildirsə də, mağaza işləyəndən sonra ***a hər ay 800, 1000 və 1200 manat əmək haqqı vermişdir. 2019-cu ildə mağazanı ***a təhvil verəndə hər ikisi 239.000 manat dəyərində malları hesablamış və ***a vermişdir. *** mağazaya 4 nəfər işçi gətirmiş, işçilərə hər ay qazancd an 400-500 manat əmək haqqı verilmişdir. 2022-ci ilin dekabr ayının sonuna kimi mağazanı işlətmişlər. Buna səbəb hər ay ümumi malların hesabın aparan zaman ***ın ona verilən malların əskik olması olmuşdur. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında mağazada ümumi hesablaşma aparanda 135.000 manat pulun əskik gəldiyini müəyyən etmişdir. Mağazanı o, icarəyə götürsə də, bütün sənədləşmə ***ın adından getmişdir. Buna görə də, ***dan mənimsədiyi 135.000 manat pulu tələb etməyə başlamışdır. 2023-cü ilin fevral ayında *** özünə məxsus “Ford Fujin” markalı avtomobili 17.000 manata verib borcdan çıxmasını demişdir. O da razılaşmış və ***dan aldığı avtomobili 15.000 manata satmış, lakin aralarında olan razılığa görə borcdan 17.000 manat çıxmışdır. Bundan sonra *** mənimsədiyi və ona ümumilikdə qalan 11 8.000 manat borcun hissə-hissə qaytaracağına söz versə də, hal-hazıra kimi müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan imtina etmişdir. Hətta son vaxtlarda pulu ondan tələb edəndə ona sözlə hədə-qorxular gəlmişdir. O, “X” marketi hər ay 1.000 manat verməklə icarəyə götürüb ***a versə də, aralarında heç bir müqavilə olmamışdır. Dörd il ərzində “X” marketdən ümumi qazancdan cəmi 27.000 manat, *** isə 33.000 manat pul götürmüş, həmin pulları ayrıca kitabçalarda qeyd etmişlər. O, izahatında daha sonra göstərmişdir ki, marketin istifadəsi konkret olaraq ***a verilmiş, qardaşı Ariz isə marketdə satıcı kimi işləmişdir. Əvvəllər malları özü alıb gətirib mağazaya yığmış, sonradan isə *** özü şirkətlərlə müqavilə bağlayıb malları almışdır. Hazırda ***ın ona 118.000 manat borcu olsa da, o, ***dan 11 0.000 manat tələb etdiyini bildirmişdir. - Cavabdeh araşdırma zamanı izahatında göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində tanışı İddiaçı ilə öz aralarında danışıb razılaşmışlar ki, Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “X” marketi * icarəyə götürüb ona versin. Aralarında rəsmi müqavilə olmadan firmalardan nağd pulla 178.000 manat dəyərində mal alıb mağazaya yığmışlar. Həmin pulun hamısın * özü vermiş, mağazanı isə özü işlətmişdir. Hər ay mağazanın 1000 manat icarə pulun mağazanın gəlirindən götürüb vermişdir. İşlədikləri müddət ərzində mağazanın gəlirindən 26.000 manat *a vermişdir. 2023-cü ilin yanvar ayında isə mağazanı bağlamışlar. 223.000 manat dəyərində ərzaq məhsullarını aralarında rəsmi sənədləşmə olmadan *a təhvil vermiş, borclu qaldığı pulun əvəzində isə özünə məxsus “Ford Fujin” markalı avtomobili *a vermiş, 50.000 manat *a borclu qalmış, hazırda maddi imkanı olmadığına görə pulu *a ödəyə bilməmişdir. O, həmin 50.000 manat borcun gələcəkdə *a ödəyəcəyinə söz vermişdir. Mağazanın alverinə *ın aidiyyəti olmamış, bütün malları şirkətlərdən özü almış, qaimələr onun adına yazılmış, alverdə ziyan etdiyi üçün *a 50.000 manat borcu yaranmışdır. Qərardan eyni zamanda görünür ki, X2 oxşar məzmunlu izahat verərək, qardaşı Cavabdeh izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh 50.000 manat pulun ödənilməsi barədə 2024-cü il 14 may və 2024-cü il 18 avqust tarixli pretenziya məktubları göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh ( bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50.000 manat pulun və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə “X” market ticarət obyektini icarəyə götürüb mağazaya 239.000 manatlıq ərzaq alıb həmin məhsulların satışını həyata keçirmək məqsədilə marketə yerləşdirmişdir. Ərzaq məhsullarını marketə yığdıqdan sonra əvvəllər dostluq münasibəti olan cavabdehlə razılaşmışlar ki, cavabdeh mağazanı işlətsin və gələcəkdə böyüməsini təşkil etsin. Mağazanı iddiaçı icarəyə götürsə də, bütün sənədləşmə işləri cavabdehin adından getmişdir. Cavabdeh işə başladıqdan sonra il yarım ərzində ona hər ay 800, 1000 və 1200 manat əmək h aqqı ödənilmişdir. İddiaçı 2019-cu il tarixdə mağazanı təhvil verəndə 239.000 manat dəyərində malları birlikdə hesablayıb cavabdehə təhvil vermiş və 2022-ci ilin sonuna kimi mağazanı işlətmişdir. Eyni zamanda cavabdeh özü hər ay 450- 500 manat əmək haqqı verməklə mağazada 4 nəfər işçi işlətmişdir. Sonuncu dəfə mağazada 2023-cü ilin yanvar ayında ümumi hesablama aparılanda 135.000 manat ərzaq mallarının əskik gəldiyi müəyyən edilmiş, buna görə də iddiaçı cavabdehdən mənimsənilən 135.000 manat pulu tələb etməyə başlamış, 2023-cü ildə cavabdeh özünə məxsus “Ford” markalı avtomobili 17.000 manatın əvəzi kimi iddiaçıya verərək borcundan çıxmasını bildirmişdir. İddiaçı da bununla razılaşmış və avtomobili adına keçirmişdir. Qalıq qalan 118.000 manat pulu isə cavabdeh geri qaytarmadığından, onun b arəsində tədbir görülməsi üçün Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət edilmişdir. Polis şöbəsində araşdırma aparılaraq ***ın izahatı alınmış, o, iddiaçıya 50.000 manat pul borcu olduğunu bildirərək maddi imkanı olmadığından qaytara bilmədiyini bildirmiş, həmçinin həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin polis şöbəsində ***ın barəsində heç bir tədbir görülməmiş, aralarında olan pul haqq-hesabı mülki məsələ olduğu üçün 2023-cü il 20 iyul tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Cavabdeh həmin vaxtdan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, ödəməli olduğu pulu qaytarmamışdır. İddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq, 50.000 manat ödəməsinə razılaşsa da, cavabdeh həmin pulu da ödəməkdən yayınmışdır.

6. İddiaçı 2025-ci il 27 yanva r və 11 mart tarixli məhkəmə iclaslarında verdiyi izahatlarında cavabdehlə aralarında şəriklik münasibətlərinin olduğunu, 239.000 manatlıq malın onun tərəfindən alındığını, cavabdehin isə mağazanın işlədilməsi ilə məşğul olduğunu və əldə etdikləri gəliri 50%-50% böləcəkləri barədə razılaşdıqlarını bildirmişdir.

7. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı 2025-ci il 11 mart tarixli ərizənin və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı 2025-ci il 4 aprel tarixli şikayətin məzmunundan aydın olur ki, 2019-cu ildə * ona birlikdə mağaza açaraq işlətməyi təklif etmiş, mağazanın öz qoruması altında olacağını, polisdə dostlarının olduğunu, dəyib-dolaşan olmayacağını bildirmişdir. Bir müddət düşündükdən sonra *ın təklifi ona maraqlı gəlmiş və birlikdə mağaza açmağa qərar ve rmişdir. 2019-cu ildən *la aralarında olan razılaşmaya əsasən, birlikdə “X” marketi icarəyə götürərək kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Marketin açılmasında 40.000 manat *ın vəsaiti, 40.000 manat isə onun vəsaiti olmuşdur. Mağaza fəaliyyət göstərdiyi müddət ərzində cəmi 2 dəfə onun iştirakı ilə sayım keçirilmiş, 3-cü sayım isə onun iştirakı olmadan * tərəfindən keçirilmişdir. Birinci sayım 2021-ci ildə keçirilmiş, nəticələri məqbul olmuşdur. İkinci sayım isə 2023-cü il 1 yanvar tarixində olmuş, nəticəsi müsbət olmuşdur. İkinci sayım keçirilməzdən əvvəl * artıq mağazanı bağlamaq istədiyini, sayım nəticəsində müəyyən edilmiş malların yarı hissəsinin ödənişini ona verəcəyini bildirərək, mağazanın açarlarını ondan almış və ona olan borcunu qısa müddətdə ödəyəcəyini bildirmiş dir. *** səhəri gün mağazaya getmiş və mağazanın açarlarının * tərəfindən dəyişdirildiyini görmüşdür. * ilə görüşmüş və qapının açarlarını niyə dəyişdiyini dəqiqləşdirdikdə mağazada olan məhsulların dəyərinin yarı faizini ona ödənişini verəcəyini vəd verərək narahat olmamağını bildirmişdir. *** *a fəaliyyət göstərdikləri müddət ərzində məhsul götürdüyü şirkətlərə və sahibkarlara olan borcları ödəməyi, daha sonra yerdə qalan vəsaitin aralarında bərabər şəkildə bölünməsini tələb etmiş, * onunla razılaşmış və onu əmin etmişdir ki, guya borclar ödəniləcək, sonra yerdə qalan məbləğ ədalətli şəkildə bölünəcəkdir. Daha sonra, * gecə saatlarında mağazadan malları götürmüşdür. 2023-cü ilin yanvar ayının təxminən 7-də *** mağazaya getdikdə, mağazada müxtəlif şəxsləri görmüşdür. Nə baş verirdiyini *d an soruşduqda, şirkətlərdən götürülmüş malları bacardığı qədər geri qaytarmağa çalışdığını, hazırda isə onlara mane olmamağı, iş yekunlaşdıqda ona xəbər edəcəyini bildirərək ***ı yola salmışdır. *** təxminən 2-3 gün keçdikdən sonra *la əlaqə saxlamışdır, * isə mağazada sayım keçirib və mağazada cəmi 110.000 manatlıq məhsulun aşkar edilmədiyini, həmin vəsaiti ona ödəməli olduğunu bildirmişdir. *** buna etiraz edərək birlikdə mağazada sayım keçirdiklərini ona xatırladaraq mağazada heç bir çatışmazlıq olmadığını bildirmiş, lakin buna baxmayaraq onun etirazlarına məhəl qoymayan * ***a hədə-qorxu gəlməyə başlamış və ondan pul tələb etmişdir. * tərəfindən ona edilmiş hədəqorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını müXidə edərək, onun tələbi ilə razılaşmaq mə cburiyyətində qaldığı üçün istifadəsində olan, lizinqə götürülmüş “Ford Fusion” markalı avtomobili onun adına rəsmləşdirərək avtomobili ona təhvil vermişdir. * ona hədə-qorxu gələrkən bildirmişdir ki, onun kəsdiyi başa sorğu-sual yoxdur, polisdə də dostları var, lazım olsa polisin əli ilə təzyiq göstərə, şərləyərək həbs elətdirə bilər. Daha sonra da, onun tapşırığı əsasında ***ı polis idarəsinə çağırmışlar və orada ona sənədlər təqdim edərək, imzalamağı, diktə etdikləri kimi izahat verməyi tələb etmişdirlər. *** onu təhdid edən *a polis şöbəsində yalvarmış, lakin bu yalvarışları nəzərə almayan İddiaçı və onun dostu və qohumu Ağcabədi RPŞ-nin müstəntiqi x1lə birlikdə onu təhqir etməkdə, izahatı diktə olunmuş şəkildə ifadə verməyə məcbur etmişdirlər. *** məcbur qalaraq həmin sənədləri imzala mış, diktə olunmuş şəkildə izahat yazmışdır. Ağcabədi rayon PŞ-nin, TB-nin təhqiqatçısı x1in cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 2023-cü il 20 iyuyl tarixli qərarından görünür ki, guya ***ın *a 50.000 manat borcu var, bununla bağlı izahat vermişdir, həmin izahat həqiqəti əks etdirmir. İşin əsl tərəfi isə ondan ibarətdir ki, faktiki olaraq mağaza açılarkən * da, *** da 40000 manat pul qoyaraq işə başlamışlar. * özü bildirir ki, mağazada 106.000 manatlıq məhsul mövcud olmuşdur. Bununla yanaşı şirkətlərə 79.652 manat ümumilikdə borc yaranmış, həmin borclar isə ***ın adına rəsmiləşdirilmiş, faktiki olaraq həmin borclar ***dan tələb olunur. Lakin şirkətlərə olan borcun yarı hissəsi ilə bağlı öhdəlik məhz *a aiddir, ***dan tələb olunduğu üçün həmin borcun yarı faizini, yəni (79 652:2=39852) 39852 manat * ***a ödəməlidir. Fəaliyyət göstərdikləri müddət ərzində * mağazadan ümumilikdə 57.000 manat pul və mal götürmüşdür. Bununla yanaşı *ın hədə-qorxusu nəticəsində *** *a 20000 manat dəyərində olan 2015-ci il buraxılışı olan “Ford Fusion” markalı minik avtomobilini vermişdir. Belə olan halda aşağıdakı riyazi hesablama nəticəsində tərəflər arasında vəsait bölünməlidir.

1. Mağazada olan mallar *da olduğu üçün həmin vəsaitin yarısı (106000:2=53000), yəni 53000 manat.

2. Mağazanın şirkətlərə olan ümumilikdə 79652 manat borcu məhz ***ın adına rəsmiləşdirildiyi üçün onun şəriki * həmin öhdəliyədə şərik olduğuna görə öhdəliyin yarısını, yəni (79652:2=39852) 39852 manat.

3. Fəaliyyət göstərilmiş müddət ərzində ümumilikdə 57000 manat vəsait * tərəfindən götürüldüyü üçün həm in vəsaitin yarı faizi, yəni (57000:2=28500) 28500 manat.

4. Bununla yanaşı, ***a edilmiş hədə-qorxu nəticəsində *a verdiyi 2015-ci il tarixli buraxılış ili olan “Ford Fusion” markalı avtomobilin dəyəri 20000 manat və hədə-qorxu ilə aldığı 15000 manat, ümumilikdə 35000 manat vəsait. Göründüyü kimi 53000+39852+28500+35000=121352 manat məbləğində *ın ***a borcu var, ***ın isə borcu yoxdur. Lakin *ın yaxın dostu olan, Ağcabədi rayon Polis Şöbəsinin, TB-nin təhqiqatçısı x1 və İddiaçı tərəfindən polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, guya 50000 manat *a borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qalmışdır. Məhkəmə proseslərinə İddiaçı (hədələrə görə *ın onu tapmaması üçün Ağcabədi rayonundan q açmaq, ailəsi və özünün təhlükəsizliyini təmin etmək məcburiyyətində qalmış) qorxduğu, ehtiyat etdiyi üçün gələ bilmədiyini, vəkilinin iştirakı ilə işə baxılaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. 8. * 2025-ci il 18 mart tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarının surətindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar əməliyyat tapşırığı verilmədiyi, həmçinin icarə müqaviləsi olub-olmaması ilə əlaqədar aidiyyəti qurumlara sorğu verilmədiyi, müsbət halda həmin müqavilənin surəti materiala əlavə edilmədiyi, bundan başqa Cavabdeh məxsus “Ford Fusion” markalı avtomobilin mövcud olub-olmaması və həmin avtomobilin həqiqətən də satılıb-satılmaması məsələsi müəyyənləşdirilmədiyi, mağazada olan malların adları və qiymətləri mütəx əssisin iştirakı ilə dəqiqləşdirilmədiyi üçün HK-1/805 nömrəli material üzrə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, x1in cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi 2023-cü il 20 iyul tarixli qərarın ləğv edilməsi qərara alınmışdır.

9. Ağcabədi rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru x2in 2025ci il 30 mart tarixli qərarının surətindən görünür ki, Cavabdeh şəriki İddiaçı icarəyə götürüb işlətməsi üçün ona verdiyi “X” marketi işlətdiyi müddət ərzində marketdə olunan alverin pulundan mənimsəməsi xüsusatı sübuta yetmədiyinə görə və toplanmış materialda cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. 10. * 2025-ci il 22 aprel tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarının surəti ndən görünür ki, ilkin yoxlama zamanı təhqiqatçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması və yuxarıda qeyd edilən xüsusatların hərtərəfli, tam və obyektiv araşdırılması və nəticəsindən asılı olaraq hüquqi qiymət verilməsindən ötrü Ağcabədi rayon X4 bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 HK-1/805 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 2025-ci il 30 mart tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək material üzrə əlavə yoxlama aparılması Ağcabədi rayon X4 bölməsinə həvalə edilməsi qərara alınmışdır.

11. Ağcabədi rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru ** 2025-ci il 4 may tarixli qərarının surətindən görünür ki, Cavabdeh şəriki İddiaçı icarəyə götürüb işlətməsi üçün ona verdiyi “X” marketi işlətdiyi müddət ərzində marketdə olunan alverin pulundan mənimsəməsi xüsusatı sübuta yetmədiyinə görə və toplanmış materialda cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. 12. 2025-ci il 23 aprel tarixində keçirilmiş məhkəmə iclasında Xid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, *** onun xalası oğludur. *** ailəsi ilə birlikdə Bakı şəhərinə onun yanına gələrək, ondan kömək istəmişdir. ***ın Kürdəxanı yolunda təxminən 60.000-70.000 manat dəyərində olan yarımtikili bir obyekti var idi. Həmin obyekti 50.000 manata ona satmışdır. O, 40.000 manat verərək, bir-iki ilə qalan məbləği də verəcəyini bildirmiş və razılaşmışlar. Sonradan qalan 10.000 manatı da ***a vermişdir və hazırda aralarında borc yoxdur. Həmin vaxt *** * adlı şəxslə biznes qurmaq istədiyini bildirərək, 40.000 manatı ona verəcəyini bildirmişdir. Sonradan o, qalan borcu ***a qaytaranda * adlı şəxsin ona hədə-qorxu gəldiyini bildirmişdir. O, ***a polisə şikayət etməsini məsləhət görmüş və ailəsi ilə Bakıya gəlməsini söyləmişdir. *** da ailəsi ilə birlikdə Bakıya, onun yanına köçmüşdür. ***ın şirkətlərə çoxlu borcu var və buna görə ona tez-tez zənglər gəlir.

13. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 24 aprel tarixli e-2-2(121)716/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim N.Misirzadə).

14. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2019-cu ildən tərəflər şərikli (ortaq) fəaliyyət göstərmələrinə dair razılığa gəlmişlər. İddiaçı ilə cavabdeh arasında şərikli (ortaq) fəaliyyət faktiki mövcud olmuş olsa da, şərikli (ortaq) fəaliyyət haqqında onlar arasınd a yazılı razılaşma olmamışdır. Belə ki, iddiaçı 2019-cu ildə Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “X” market ticarət obyektini icarəyə götürüb ərzaq məhsulların satışını həyata keçirmək məqsədilə marketə yerləşdirmişdir. Ərzaq məhsullarını marketə yığdıqdan sonra əvvəllər dostluq münasibəti olan cavabdehlə razılaşmışlar ki, cavabdeh mağazanı işlətsin və gələcəkdə böyüməsini təşkil etsin. Cavabdeh tərəfindən marketin fəaliyyətinə görə hər hansı bir vəsait qoyulmasa da, marketin cari fəaliyyətini həyata keçirdiyindən, o, əldə edilmiş gəlirə (qazanca) şərik olmuşdur. 2023-cü ilin yanvar ayında marketdə ümumi hesablama aparılan zaman ərzaq məhsullarının əskik gəldiyi müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehdən çatışmayan məhsullara görə 135.000 manat pulu tələb etməyə başla mış, cavabdeh özünə məxsus “Ford Fusion” markalı avtomobili 17.000 manatın əvəzi kimi iddiaçıya verərək borcundan çıxmasını bildirmişdir. İddiaçı da bununla razılaşmış və avtomobili adına keçirmişdir. Qalıq qalan 118.000 manat pulu isə cavabdeh geri qaytarmamışdır. Ona görə də iddiaçı cavabdeh barəsində tədbir görülməsi üçün Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət edilmişdir. Polis şöbəsində araşdırma aparılaraq cavabdehin izahatı alınmış, o, iddiaçıya 50.000 manat məbləğində borcunun olduğunu bildirərək maddi imkanı olmadığından qaytara bilmədiyini bildirmiş, həmçinin həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan 2023-cü il 20 iyul tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar çıxarılmış, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Sonradan həmin qərar Ağcabədi rayon prokurorunun qərarı ilə ləğv edilmişdir. Lakin cavabdeh məhkəməyə ünvanladığı etirazında (həmçinin, prokurorluğa ünvanladığı şikayətində) iddiaçı tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını, həmçinin polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, iddiaçıya 50.000 manat borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qaldığını bildirmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, tərəflər öz aralarında şifahi əqd bağlayaraq şərikli ticarət fəaliyyəti barədə razılığa gəlmişlər. Marketdə satışı aparılan bütün məhsullar iddiaçının vəsaiti hesabına alınmışdır. Lakin marketdən gələn gəlirə (qazanca) tərəflər şərik olmuşlar. İddiaçının marketdə şərikli ticarət üçün qoyduğu mayaya (kapitala) münasibətdə ümumi hesablama aparılan zaman ərzaq məhsullarının əskik gəldiyi müəyyən edildiyindən, cavabdeh həmin məhsullara görə 50.000 manat məbləğində borcunun olmasını bildirərək, həmin vəsaiti iddiaçıya geri qaytarması barədə öhdəlik götürmüşdür.

16. Məhkəmənin qənaətinə görə, qeyd olunan razılaşma tərəflərin sərbəst iradəsi əsasında yaranmışdır və həmin şərtin qanunvericiliyə zidd olmasına və ya etibarsızlığına dəlalət edən hallar məhkəmə araşdırması zamanı aşkar edilməmişdir.

17. Məhkəmə cavabdehin etirazının dəlillərini araşdıraraq qeyd etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağcabədi rayon X4 Bölməsinin 2023-cü il 20 iyul və 2025-ci il 30 mart tarixli qərarları ləğv edilmiş olsalar da, cavabdeh iddiaçı tərəfindən ona hədə-qorxu edilməsinə, bunun nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni qeyd edilən qərar(lar)da göstərilən hallar məhkəmə üçün məcburi olmasa da, iddiaçı bu halları sübut etmək yükündən azad olmuş, həmin halları sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 11.1, 11.2, 14.1, 14.2, 64.1, 64.2, 69.1, 324.1, 329.2, 329.3, 385.1, 390.4, 390.5, 404, 425.1, 427.3, 442-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun 2008-ci il 30 dekabr tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.4, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 avqust tarixli 2-2(106)-135/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər T.Kərimov və T.Heydərov).

21. Apellyasiya məhkə məsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya baxışında sorğu edilərək işə əlavə edilmiş HK-1/805 (RM-1605) saylı cinayət işinin materialı təhlil edilərkən müəyyən edilmişdir ki, 2023-cü il 20 iyul və 2025-ci il 30 mart tarixli qərarlar ləğv edilmiş olsalar da, cavabdeh iddiaya etirazında və prokurorluğa verilmiş şikayətində iddiaçı tərəfindən ona edilmiş hədə-qorxu nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasını, həmçinin polisdə şərlənəcəyindən ehtiyat edərək, bu barədə hədələri nəzərə alaraq, iddiaçıya 50000 manat borcunun olması ilə bağlı verilən sənədləri imzalamaq, diktə olunanları kağız üzərinə köçürmək məcburiyyətində qalması ilə bağlı ona hədə-qorxu edilməsi, bunun nəticəsində ailəsinin, uşaqlarının və öz həyatının təhlükə altında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi ilə eyni maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmışdır.

23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd olunması, əgər bu mümkün olmazsa işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 24. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsi üzrə - əsassız iddia tələbinə əsasən isə ondan dövlət rüsumu tutulmamalıdır. Bununla yanaşı, qaçıqınlar və məcburi kö çkünlər dövlət rüsumunun ödənilməsindən azad olsa da, məhkəmə əsassız və qanunsuz olaraq bu hissədə də qanunvericiliyi heçə sayaraq özü üçün müstəsna səlahiyyət tanımaqla dövlət rüsumunun ondan tutulmasına dair qətnamə çıxarmışdır.

25. Azərbaycan Republikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi üzrə əgər iddiaçının bildirdiyi kimi cavabdeh mağazadan malları və pulları öz mülahizəsinə görə götürərək mənimsəməyə yol versəydi, bu cür vicdansız davranışı əks etdirən mağazada fasiləsiz aparılan audio-video qeydləri və haqqı-hesab kitabını iddiaçı həm polisə, həm də məhkəməyə təqdim edərdi. Həmin audio-video qeydlərdə mağazda sayım keçirildiyini, sayımın nəticəsinin isə məqbul olması tam əks olunmuşdur. Bununla yanaşı, iddiaçı mağazada audit (sayım, yoxlama qrupu) tərəfindən malların sayımının keçirildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əgər həqiqətən də mağzada iddiaçı bildirdiyi kimi çatışmazlıq aşkar edilsəydi, o, həmin audit yoxlamasında cavabdehin iştirakını təmin etməklə keçirərdi, auditin nəticələrini isə məhkəməyə təqdim edərdi. Əksinə keçirilmiş məhkəmə prosesi zamanı sayımın nəticələrinin rəsmləşdirilmədiyini bildirmiş, audit rəyi, həmçinin sayımla bağlı sənədlərin və digər sənədlərin olmadığını bildirmiş və məhkəməyə heç bir sənəd təqdim etməmişdir.

26. Bundan başqa, protokollarda iddiaçının adından edilməmiş çıxışlar yazılmışdır. Belə ki, iddiaçının izahatları, suallara verilmiş cavablar hamısı iddia tələbinə uyğunlaşdırılaraq obyektiv həqiqət məhkəmə tərəfindən təhrif edilmişdir. İddiaçı həqiqətləri məhkəməyə deməm iş, əksinə müxtəlif yalanlar uydurmaqla əsl həqiqəti ortaya çıxarmaqdan yayınmışdır. İddiaçı iddia ərizəsində, şikayətlərində, həmçinin məhkəmə zamanı verilmiş suallara cavablarında və çıxışlarında ilkin olaraq 2019-cu il tarixdə mağazanın açılmasında gah 160000 manat, gah 170000 manat, gah da 239000 manat olmaqla müxtəlif məbləğləri göstərərək yalan məlumatlar vermişdir. Halbuki mağazanın açılması üçün 40000 manat qarşı tərəfin, 40000 manat isə onun vəsaiti olmuş, bu fakt Xidin ifadəsi, həmçinin cinayət işinin başlanılmasının rədd edilməsinə dair 2025-ci il 4 may tarixli qərarla öz təsdiqini tapmışdır. Bununla yanaşı iddiaçı həmin vəsaitin mənbəyini bildirməmişdir. Lakin məhkəmə prosesi zamanı ifadəsi alınmış Xid Əlvan bildirmişdir ki, 2019-cu il tarixdə ona istifadəsində olan torpaq sahə sini sataraq şərikli şəkildə mağaza açdığı üçün həmin 40000 manat vəsaiti mağazanın ilkin fəaliyyəti ilə bağlı xərcləmişdir.

27. Digər tərəfdən iddiaçı ona verilmiş sualların cavabında bildirir ki, mağazada əldə etdikləri gəlirdən özünə düşən payı *** götürsə də, o, yatırım kimi öz payını götürməmişdir. Lakin daha sonra verilmiş suallara cavab olaraq bildirir ki, müxtəlif vaxtlarda mağazadan pul götürmüş, götürdüyü vəsaitin ümumi məbləği 36000 manat təşkil edir. Bundan başqa iddiaçı iddia tələbində göstərmişdir ki, guya ona 800, 1000, 1200 manat hər ay əmək haqqı vermişdir, lakin daha sonra məhkəmədə verdiyi izahatında ***a heç vaxt əmək haqqı ödəmədiyini bildirərək ziddiyətli mövqe sərgiləyərək qeyri-səmimiliyini bir daha ortaya qoymuşdur. Bununla yanaşı iddiaçı ona verilmiş suallara cava blarda bildirir ki, şirkətlər ona müraciət edərək bildirmişlər ki, mağazada borc formalaşıb, buna görə də, o, mağazada ***la birlikdə sayım keçirib. Göründüyü kimi marketin şirkətlərə olan 79652 manat borcunun olmasını iddiaçı etiraf edir və həmin borcun formalaşdığı üçün mağazanı bağlamaq qərarına gəlmişdir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, borc bir gündə yaranmamış, mütəmadi olaraq götürülmüş məhsullardan xırda-xırda yığılmış borc öhdəliyidir. Lakin iddiaçı məhkəmə prosesi zamanı əsassız iddia tələbinin təmin edilməsinə nail olmaq məqsədi ilə müxtəlif bəhanələr gətirərək şərikli münasibətdə yaranmış 79652 manat borc öhdəliyindən yayınmağa çalışır. Halbuki, həmin məbləğdə borcun olmasından xəbəri olduğunu etiraf edərək borcun mövcudluğunu faktiki olaraq qəbul etdiyi üçün, həmin ma lların mağazaya girmədiyini sübut etmək vəzifəsi artıq iddiaçının üzərinə düşür. Lakin iddiaçının gətirdiyi həmin dəlillər həqiqətdən kənardır.

28. Şirvan Kommersiya Məhkəməsinə təqdim edilmiş cavabdehin iddiaçıya borclu olmağı ilə bağlı polisdə cavabdehə qarşı edilmiş təzyiqin, hətta cavabdehi yalvartmaq dərəcəsinə gətirdikləri səs yazılarla bağlı heç bir hüquqi dəyərləndirmə aparılmamışdır. Birinci və apellyasiya instansiya məhkəməsində vəsatət verərək Ağcabədi Rayon Polis Şöbəsinin, TB-nin təhqiqatçısı x1in və iddiaçının istifadəsində olan mobil telefon nömrələrinə daxil olan, çıxan zənglər və sms-lərin və həmin mobil nömrələr üzrə anten dairəsi məlumatlarının "xxxx" MMC-dən götürülməsi barədə qərardad çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi vəsatətini əsassız olaraq t əmin etməmiş, apellyasiya məhkəməsi isə ümumiyyətlə həmin vəsatətə baxmamışdır.

29. MPM-in 14.1, 82.4, 88-ci maddələri üzrə - Qanunvericiliyin tələblərinə əsasən yalnız qüvvəyə minmiş cinayət təqbinin qərarı predusiyal hüquqi qüvvəyə malik olmasına baxmayaraq, məhkəmə öz qətnaməsində ləğv edilmiş təhqiqat qərarlarına istinad edilərək cavabdehin “borcu etiraf etdiyi” nəticəsinə gəlinmişdir. Halbuki bu qərarlar qüvvədə olmamışdır. Məhkəmələr Xid ifadəsinə, prokurorluğun 2025-ci il 22 aprel tarixli ləğv qərarına və 2025-ci il 4 may tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara, iddiaçının istifadəsində olan mobil telefon vasitəsi ilə onun istifadəsində olan mobil telefona WhatsApp mesengeri vasitəsi ilə göndərdiyi səs yazılarına, lizinq və kredit müqavilələrinə, eləcə də, marketin şirkətlər qarşısında olan borc öhdəliyi ilə bağlı borc siyahısına, yəni ən azından iddia tələbini təkzib edən 6 mötəbər sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

30. MPM-in 9.1 və 9.3-cü maddələri üzrə - məhkəmə cinayət işi ilə bağlı araşdırma materiallarını tələb edib baxış keçirməklə cavabdehə vəkil verilmədən, heç bir hüquq və vəzifələr izah edilmədən ondan diktə olunmuş şəkildə izahat alınmasını müəyyən etsə də, bunu rəsmləşdirməmişdir. Bununla yanaşı 2025-ci il 19 iyun tarixində məhkəmə təqdim etdiyi, həmçinin həmin materiallarda olan 2025-ci il 4 may tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara heç bir hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı ona apellyasiya şikayətinin dəlilləri barədə qısa səsləndirməyi nə şərait yaratsalar da, məhkəmə çıxışları üçün söz vermədən, iddiaçıya öz suallarını verməyi üçün şərait yaradılmamışdır.

31. MPM-in 272.4-1, 272.5, 379, 380.2-ci maddələri üzrə - birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının fasiləsiz video-audio yazısı aparılması təmin edilməmiş, hər məhkəmə iclası başlamamışdan əvvəl məhkəmənin su basması nəticəsində məhkəmədə olan kameraların sıradan çıxması ilə bağlı hər bir məhkəmə iclasından protokolundan əvvələ arayış əlavə etmiş, daha sonra proses iştirakçılarını aldadaraq məhkəmə iclası zamanı fasiləsiz audio-video ilə qeydləri aparılmasını elan edərək verilmiş izahatları və suallara cavabları təhrif etmişdir. Belə ki, bütün məhkəmə proseslərinin audio yazısından görünür ki, protokolda iddia tələbinin rədd edilməsinə xidmət edən sual lar və onun cavabları yazılmamış, yazılanlar isə təhrif edilmişdir. Bütün bunları əks etdirən məhkəmə iclasının audio yazısını özündə əks edən CD diskdə olan səs yazıları apellyasiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə onları sübut kimi qəbul edib, təhlil etməkdən aşkarcasına imtina etmişdir. Halbuki həmin səslərdə birinci instansiya məhkəməsinin işin faktiki hallarını təhrif etməsi aydın şəkildə görünür. Birinci instansiya məhkəməsində vəsatət verərək 2025-ci il 27 yanvar tarixli məhkəmə prosesi zamanı verdiyi, məhkəmə tərəfindən çıxarılmamış sualları və cavabların protokola salınmasını tələb etmişdir. Lakin bu tələbi nəzərə alınmadan verdiyi 81 sualdan cəmi 19 sualın cavabı protokola yazılmış, həmçinin verilmiş cavablar təhrif edilmişdir. Belə ki, məhkəmə iclasının protokolunda idd iaçının verdiyi suallara cavabda mağazanın ilkin fəaliyyət dövründə 239000 manat vəsait pul qoyduğunu dəfələrlə təkrarladığı göstərilsə də, səs yazılarından görünür ki, iddiaçı 239000 məbləğində rəqəmi bir dəfə də olsun dilinə gətirməyib yalnız 170000 manat vəsait pul qoyduğunu dəfələrlə vurğulayıb. Məhkəmənin həmin cavabı korrektə edərək təhrif etməsində əsas məqsədi cavabların iddia tələbinə uyğunlaşdırılmasına xidmət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

34. Kassasiya instansiyası mə hkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüq uq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə b axışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, 2019-cu ildən tərəflər arasında market fəaliyyəti ilə bağlı şəriklik münasibətləri mövcud olmuş, 2023-cü ildə münasibətləri pozulmuşdur.

38. Hazırda iddiaçı ticarət fəaliyyəti ilə bağlı bütün maliyyə vəsaitinin onun tərəfindən qoyulduğunu, cavabdehin isə marketin işlədilməsi ilə məşğul olduğunu və əldə edilmiş gəliri aralarında tam böləcəkləri barədə razılaşdıqlarını bildirərək, cavabdeh tərəfindən mənimsənildiyini iddia etdiyi 50.000 manatın ödənilməsini tələb edir.

39. Cavabdeh isə iddiaya etiraz edərək, tica rət faəliyyəti ilə bağlı hər ikisi tərəfindən bərabər miqdarda pul vəsaitinin (hər biri 40.000 manat) qoyulduğunu, bir müddət fəaliyyət göstərdiklərini, şirkətlərdən malların onun adına alındığını, sonradan mal aldıqları şirkətlərə borcları yarandığından fəaliyyətlərini dayandırmaq qərarına gəldiklərini, hər ikisinin iştirakı ilə iki dəfə mağazadakı mallarının sayımının aparıldığını, nəticələrinin məqbul olduğunu, hazırda iddiaçının onun iştirakı olmadan üçüncü dəfə sayım keçirməklə müəyyən etdiyini iddia etdiyi mal qalığının dəyərinin əsassız olaraq ondan tələb etdiyini bildirir.

40. Göründüyü kimi, tərəflər arasında şərikli ticarət fəaliyyəti göstərilməsi barədə şifahi razılaşma əldə olmuşdur.

41. Mülki Məcəlləsinin 390-cı maddəsinə əsasən, mülki hüquq subyektləri (fiziki və hüquqi şəxsl ər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı isə, Məcəllənin 406-cı maddəsində qeyd olunmuşdur ki, əgər konkret müqavilə növü üçün xüsusi forma (yazılı və ya notarial) tələb edilmirsə, müqavilə tərəflərin istəyi ilə istənilən formada (yazılı və ya şifahi) bağlana bilər.

42. Məhkəmə kollegiyası bu normaların tələbindən çıxış edərək, tərəflər arasındakı şərikliklə bağlı şifahi razılaşmanın mülki qanunvericiliyin tələblərinə zidd olmaması (etibarlı olması) barədə aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır.

43. Bununla belə, məhkəmə kollegiyası müqavilənin forması ilə bağlı xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, bu müqavilə münasibətləri üçün qanunvericilikdə məcburi forma tələbi nəzərdə tutulmasa da, hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından, xüsusilə də kommersiya subyektləri arasında mübahisə halında məsuliyyət və risklərin bölüşdürülməsi məsələlərini dəqiq və birmənalı əks etdirən yazılı formada müqavilənin bağlanması məqsədəuyğun sayılır.

44. Belə ki, kommersiya münasibətləri digər mülki münasibətlərdən fərqli olaraq daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyəti ehtiva edir. Buna görə də, bu münaibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları (yazılı müqavilənin mövcudluğu, mühasibat uçotu sənədləri, audit rəyləri, vergi bəyannamələri, bank əməliyyatları və s.) daha yüksəkdir.

45. Nəzərə alınmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi, tərəflərin düşünülmüş qərar verməsini, iqtisadi cəhətdən zəif olan tərəfin müdafiəsini, mülki dövriyyənin sabitliyini təmin edir, eyni zamanda sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn tələbin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi zəruri və mütləq olur.

46. Əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların olmaması hüquqi müəyyənliyi pozmaqla yanaşı, tərəflərin öz hüquqlarından sui-istifadəsinə də əhəmiyyətli şərait yaradaraq, digər tərəfin hüquqlarının pozulması ilə nəticələnə bilər. Oxşar hüquqi mövqe Konstitusiya M əhkəməsi Plenumunun “E.Salmanlının şikayəti üzrə Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 28 dekabr tarixli qərarında da ifadə edilmişdir.

47. Baxılan işdə hər iki tərəf, aralarında ticarət fəaliyyəti ilə bağlı şəriklik münasibətlərinin olduğunu qəbul etsə də, aralarındakı razılaşmanın mübahisənin həlli üçün əhəmiyyətli olan bəzi mühüm şərtləri (maliyyə vəsaitinin kim(lər) tərəfindən qoyulması, gəlir və zərərin bölüşdürülməsi və s.) barədə fərqli mövqelər bildirmiş, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiqləyəcək zəruri, mötəbərliyi şübhə doğurmayan sübutlar (yazılı müqavilə, mühasibat uçotu sənədləri, audit rəyləri və s.) təqdim etməmişlər.

48. Məhkəmə kollegiyası MPM-in sübutetmənin əsaslarını müəyyən edən normalarının tələblərinə əsaslanaraq vurğulayır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübut a yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra, həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, sübutetmə yükü iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür.

51. İstinad olunan prosessual tələbləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehdən şəri klik münasibətlərinə istinadla pul tələb edildiyindən, həmin fəaliyyət üzrə gəlir və zərər nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında 50.000 manat pul öhdəliyinin mövcud olmasını, həmçinin birgə fəaliyyətin şərtlərini sübut etmək yükü iddiaçının üzərinə düşür.

52. Lakin işin materiallarından, iddiaçının iddia etdiyi qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsini (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və.s ), eləcə də cavabdehin iddia olunan pul öhdəliyini şərtlənləndirən “əsaslı şübhələr yaratmayan” mötəbər sübutların olması müəyyən edilmir.

53. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə qeyd olunanları nəzərə almadan, yalnız cavabdehin Ağcabədi rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru x1in 2023-c ü il 20 iyul tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarında göstərilmiş izahatına istinad etməklə iddianı təmin etmişlər.

54. Bununla bağlı qeyd olunmalıdır ki, həmin qərar kommersiya mübahisəsinə baxan məhkəmə üçün preyudisial xarakter daşımamaqla, sübut növlərindən biri kimi işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu zaman məhkəmə tərəfindən yoxlanılmalı olan əsas məsələlərdən biri həmin qərarın qüvvədə olub-olmaması ilə bağlıdır.

55. İşin materiallarından görünür ki, sözügedən 2023-cü il 20 iyul tarixli qərar cavabdeh tərəfindən mübahisələndirilmiş və * 2025-ci il 18 mart tarixli qərarı ilə ləğv edilmişdir. Cavabdeh cinayət işinin gedişində verdiyi sonrakı izahatında və məhkəməyə təqdim etdiyi etirazında həmin izahatın hədə-qorxu və təzyiq altında, vəkilin iştirakı olmadan verildiyini, birgə fəaliyyətə onun tərəfindən də vəsait qoyulduğunu, iddiaçıya heç bir borcunun olmadığını, əksinə iddiaçının ona borclu olduğunu bildirmişdir.

56. Məhkəmələr isə hüquqi baxımından yetərli əsaslandırma aparmadan cavabdehin ləğv edilmiş qərarda göstərilmiş ilk izahatını sonrakı izahatlarından daha mötəbər hesab etmiş, bununla da həm MPM-nin 88, 217.1, 217.3-cü maddələrinin (bax § 36) tələbləri pozulmuş, həm də mülki qanunvericiliyin müqavilə hüququnu tənzimləyən normalarına zidd nəticəyə gəlinmiş, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır.

57. Belə ki, «..tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələ r yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə» 2018-ci il 11 iyun tarixli qərarı).

58. Bundan başqa işin materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində 2025-ci il 11 mart tarixli məhkəmə iclasında səs yazıları təqdim etmiş, məhkəmə tərəfindən həmin material qəbul edilərək, iş materiallarına əlavə edilmiş, 2025ci il 23 aprel tarixində keçirilmiş məhkəmə iclasında iddiaçı da həmin səs yazılarının ona məxsus olduğunu qəbul etmişdir. Lakin m əhkəmə qətnamədə həmin sübutu tədqiq edilən sübutların siyahısında göstərməmişdir. Cavabdeh apellyasiya şikayətində bununla bağlı dəlillər irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də həmin sübut üzrə də heç bir qiymətləndirmə aparmamışdır.

59. Nəzərə alınmalıdır ki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.

60. Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin 2019-cu il 18 mart tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

61. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe n əzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 14 avqust tarixli 2-2(106)-135/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar