Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-108/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən barət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(104)-211/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İstehlakçı İddiaçı ilə Paylayıcı Cavabdeh İB arasında bağlanmış 2022-ci il 30 dekabr tarixli ** nömrəli qazın alqı-satqısı müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 2. 29 fevral 2024-cü il tarixli aktdan görünür ki, sayğacın elektron hissəsi işləmədiyi üçün 46706 m3 qaz sərfi aktlar bölməsindən abonent hesabına işlənmişdir. 3. "xxxx" MMC-nin Y 0840 nömrəli qaz sayğacların yoxlanılması haqqında protokolundan görünür ki, İddiaçı məxsus qaz sayğacı yoxlanılmış və sayğacın istismara yararsız olduğu nəticəsinə gəlinmişdir. 4. 2024-cü il 16 aprel tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, fiziki şəxs İddiaçı məxsus istixanada quraşdırılmış G 250 markalı sayğacın elektron hissəsi söndüyündən yerinə müvəqqəti olaraq G 250 saylı sayğac quraşdırılmışdır. 5. **********00010 nömrəli abonent saldosundan görünür ki, akta əsasən 10275,32 manat borc hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktına əsasən hesablanmış 46706 m3 artıq qaz həcminə görə 10275 manat borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o fiziki şəxs kimi vergi uçotuna alınaraq, Bərdə rayonu, Şatırlı kəndi inzibati ərazidə yerləşən, kommersiya məqsədləri ilə yaradılmış istixanada kənd təsərrüfatı məhsullarını yetişdirir. İstixanada quraşdırılmış su qızdırıcı qazanının qaz yanacağı ilə təchiz edilməsi üçün cavabdeh ilə 30 dekabr 2022-ci il tarixli AMX-6363/23 nömrəli müqavilə bağlamışdır. İstixanada 28 dekabr 2021-ci ildə G-250-RVG EK-220 tipli 27820 nömrəli qaz sayğacı quraşdırılıb və həmin vaxtdan istismar olunur. 2024cü ilin yanvar ayında sayğaca baxış keçirərkən aşkar etmişdir ki, sayğacın elektron hissəsi işləmir və dərhal X4 zəng vurub yaranmış problem barədə məlumat vermişdir. Tərtər XS-si məlumatı alandan sonra ona bildirmişdir ki, onlar tərə findən 24 yanvar 2024-cü il tarixdə X5 İstismarı İdarəsinə yazılı məlumat göndərilib. Tərtər RQİİ-si Tərtər XS-nin müraciətini 09 fevral 2024-cü ildə cavabdehə yolladı və ona bildirildi ki, yaxın zamanda yararsız sayğacın dəyişdirilməsi üçün müvafiq tədbirlər görüləcək. O, arxayın olaraq yeni elektron qaz sayğacının quraşdırılmasını gözləmiş və hesab etmişdir ki, bundan sonrakı qaz sərfiyatı mexaniki sayğacın göstəricilərinə əsasən təyin olunacaq. Lakin sayğac sökülüb aparılandan və yerinə quraşdırılandan sonra, Tərtər RQİİ-nin əməkdaşları gəlib sayğacın mexaniki göstəricilərini ona məlum olmayan əmsala vurub özlərinin tətbiq etdiyi üsul ilə qazın sərfini 107914 m həcmində müəyyən edib buna uyğun olaraq ödəniş hissəsini də 25 237.00 məbləğində təyin etdilər. Bu haqda 29 fevral 2024-cü il t arixli akt tərtib olundu. Belə bir hesablama ilə razı deyil, hesab edir ki, hesablama düzgün aparılmayıb və qazın sərfi iki dəfəyə yaxın həddə artıq göstərilib. Bunu sadə müqahisə üsulu ilə təyin etmək çətin deyil. Belə ki, sonuncu abonent saldosunun göstəricilərinə əsasən müəyyən olunur ki, 2023-cü ilin fevral ayında istixanada 56570 m qaz sərf olunub. Həmin dövrdən bu günədək istixanada quraşdırılmış su qızdırıcı qazanın və istixananın ərazisi eyni həcmdə qalıb. Hətta keçən ilin dekabr ayında havaların daha soyuq keçməsinə baxmayaraq qazın sərfi daha aşağı həcmdə olub, həmçinin bu ilin fevral ayında anomal isti hava şəraiti müşahidə olunub və istiliyə olan ehtiyac qat-qat aşağı olub. Göstərilənlərə əsasən, aparılmış hesablamalarla razı olmadığını nəzərə alaraq, 2024-cü ilin fevral ayın da hesablanan qaz sərfinin yenidən hesablanması və 2023-cü ilin eyni dövrünə uyğun olaraq təyin olunması üçün müvafiq tədbirlərin görülməsindən ötrü cavabdehə müraciət etmişdir. Cavabdehin tapşırığına əsasən Tərtər RQİİ tərəfindən ona göndərilmiş 06 may 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 2024-cü ilin fevral ayının son mexaniki sərfiyyatı 61208 m3 ilə 1,7630742 əmsalın hasili 107914 m3 olmuşdur. Nəticədə 107914 m3 ilə 61208 m3-in fərqi 46706 m3 qaz həcmi hesablanmışdır ki, bu da qazın 1 m 22 qəpikdən hesablansa 10 275.00 manat təşkil edir. Beləliklə də, cavabdeh 29 fevral 2024-cü il tarixli aktda göstərilənləri bir daha təsdiq edib onun xahişinə imtina cavabı vermişdir.
8. Cavabdeh etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçı onunla “ bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, 16 aprel 2024-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən iddiaçının müəssisəsinə quraşdırılmış ona məxsus G250 markalı 27820 nömrəli rotor tipli “ELESTER” qaz sayğacına baxış keçirilib və sayğacın elektron göstəricisinin işləmədiyi səbəbindən istehlakçının iştirakı ilə ******* saylı Akt tərtib edərək yeni əvəzləyici qaz sayğacı ilə əvəzləyərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin Sayğaclarının müayinəsi laboratoriyasında ilkin baxış zamanı elektron hissəsi korrektor sönüb, əvəzləmə sayğacı quraşdırılana qədər istifadə etdiyi təbii qazın hesablanması sayğacın mexaniki göstər ici ilə aparılmışdır. İddiaçının mübahisələndirdiyi 2024-cü ilin fevral ayı üzrə hesablaşma aşağıdakı kimi aparılmışdır. 2023-cü ilin fevral ayının əmsalına uyğun aparılmış, 1.76307424 xx.xx.2024-cü ildə mexaniki göstəricisi 440 461 m3 olmuş, xx.xx.2024-cü ilin mexaniki göstəricisi 501 669 m3 olmuş 501 669 m3 – 440 461 m3 =61 208 m3 * 1.76307424 = 107 914 m3 elektron göstəricisi nəzərə çatdırılır ki, qeyri-əhali istehlakçıları ilə hesablaşma elektron göstəricisinin sərfiyyatı ilə aparılır, bu səbəbdən elektron göstəricisinin müəyyən olunması lazımdır. Buna görə elektron göstəricisi 107 914 m3 - mexaniki göstəricisi 61 208 m3 = 46 705 m3 2024-cü ilin fevral ay üzrə 46 705 m3 Tarif şurasının qərarına uyğun olaraq 46 705 m3 * 0.22 manat = 10275 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacının saxlanmasına və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ, 10 275 manat qazdan istifadə edib cavabdehə ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır.
9. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 22 avqust tarixli, e-2-2(115)1145/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçıya (abonent kodu: **********0010) hesablanmış 10275 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi qət edilmişdir (hakim R.Qələndərzadə).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi nə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Cavabdehin əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz.
11. Bundan başqa, məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mül ki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulması nəticəsində itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləğini qanuni hesab etməmişdir. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləği daxil edilmişdir. Fiziki şəxs olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğacın elektron hissəsinin işləməməsi bilavasitə istehlakçının təqsiri süb uta yetirilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, tərəflər arasında bağlanılmış 30 dekabr 2022-ci il tarixli, ** saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Lakin cavabdeh sayğacın elektron hissəsinin işləməməsinin iddiaçının təqsiri ucbatından yaran ması barədə məhkəməyə sübut təqdim etməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 2.11-1, 5.2, 5.5-ci bəndlərinə; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1145/2024 saylı qətnaməsini təmin edilmiş hissədə ləğv edib, yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(104)-211/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)-1145/2024 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və İ.Həsənov).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı özü cavabdeh təşkilata müraciət edərək sayğacın elektron göstəricisinin işləmədiyini bildirmiş, cavabdehin nümayəndələri sayğacın göstəricilərini oxumaqdan (götürməkdən) başqa digər bir hərəkətə yol verməmişdir. Odur ki, cavabdehin əməkdaşlarının bu hərəkəti qaz işlədicilərini yoxlanması kimi qiymətləndirilməməlidir.
16. Digər tərəfdən iddiaçıya borc onun hər hansı təqsirli hərəkətinə görə yox, təbii qazdan istifadəyə görə hesablanmışdır və bu hesablama sayğacın fevral ayının sonuna olan mexaniki göstəricisi ilə əvvəlki ayın sonuna olan mexaniki göstəricisinin fərqi nəzərə alınmaqla hesablanmışdır. Belə ki, iddiaçının mübahisələndirdiyi 2024-cü ilin fevral ayı üzrə hesablaşma 2023-cü ilin fevral ayının əmsalına uyğun aparılmış, 1.76307424 xx.xx.2024-cü ildə mexaniki göstəricisi 440 461 m3 olmuş, xx.xx.2024-cü ilin mexaniki göstəricisi 501 669 m3 olmuş 501 669 m3 - 440 461 m3 =61 208 m3 * 1.76307424 = 107 914 m3 elektron göstəricisi. Qeyri-əhali istehlakçıları ilə hesablaş ma elektron göstəricisinin sərfiyyatıla aparıldığına görə elektron göstəricisini müəyyən olunması lazımdır. Buna görə elektron göstəricisi 107 914 m3 - mexaniki göstəricisi 61 208 m3 = 46 705 m3 2024-cü ilin fevral ay üzrə 46 705 m3. Tarif şurasının qərarına uyğun olaraq 46 705 m3 * 0.22 manat = 10275 manat məbləğ hesablanmışdır.
17. Göründüyü kimi iddiaçıya məxsus qaz sayğacının elektron göstəricisi işləmədiyindən qaz sərfiyyatı düzgün qeydə alınmamış, iddiaçı qaz sayğacının elektron göstəricisinin işləmədiyini bildiyi halda işlək vəziyyətdə saxlanmasına özü cavabdeh olduğu üçün iddiaçının təqsiri nəticəsində cavabdehə ziyan dəymiş və hazırda iddiaçının mübahisələndiriyi akt sayğacın işləməməsi səbəbindən cavabdeh tərəfindən hesablanmış sərfiyyatın miqdarıdır.
18. Məhkəməsi gəldiyi nəti cəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 2.11-1, 4.8, 4.9, 5.2, 5.5-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə; MPM-nin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 5.4-cü bəndini apelyasiya instansiyası məhkəməsi tətbiq etməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununu 3.5-ci maddəsini məhkəmənin düzgün tətbiq etməməsi qəbul etdiyi məhkəmə aktının əsassız olmasına gətirib çıxarmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanunun 2.1, 2.3 və 3.2 maddələrini düzgün tətbiq edilməmiş, iddiaçının hüququları pozulmuşdur. Məhkəmə işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsində göstərilən tələblərə əməl etmədiyi üçün əsassız qətnamə qəbul etmişdir.
21. Məhkəmə qəra rında iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərdən iddiaçı məhkəmə iclasına gəlməməsini bildirsə də, iddiaçı tərəfindən məhkəməyə etirazın göndərilməsinə əhəmiyyət verməmiş, qəbul etdiyi məhkəmə aktında etirazda göstərilənlərə qiymət verməmiş və beləliklə də prosesin çəkişmə prinsipini təmin etməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara ziddir, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayıb, hakim sübutları düzgün qiymətləndirməyib, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını düzgün müəyyən etməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
23. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
2. Qaz Qurğularının İstismarı... 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11. Qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktı n 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü m addəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməs i və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.... 4.Qaz sayğaclarının quraşdırılması və istismarı... 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğacları nın növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir
5. X3 Şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edil məsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.... 26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tut ulur: Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” Maddə
3. Yoxlama ların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.”
27. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: I.Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 1.7. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə
88. Sübutların qi ymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış 2022-ci il 30 dekabr tarixli ** nömrəli qazın alqı-satqısı müqaviləsinə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin 2024-cü il 29 fevral tarixli aktına əsasən iddiaçıya 10.275,32 manat ə lavə borc hesablanmışdır.
30. İddiaçı hazırki iddiasında həmin borcun silinməsini xahiş edir.
31. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsini qətnaməsini ləğv edərkən ona əsaslanmışdır ki, iddiaçıya məxsus qaz sayğacının elektron göstəricisi işləmədiyindən qaz sərfiyyatı düzgün qeydə alınmamış, iddiaçı qaz sayğacının elektron göstəricisinin işləmədiyini bildiyi halda işlək vəziyyətdə saxlanmasına özü cavabdeh olduğu üçün iddiaçının təqsiri nəticəsində cavabdehə ziyan dəymiş və hazırda iddiaçının mübahisələndiriyi akt sayğacın işləməməsi səbəbindən cavabdeh tərəfindən hesablanmış sərfiyyatın miqdarıdır.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üz rə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
33. Belə ki, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də (bax yuxarıda §26) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
34. Nəzərə alınmalıdır ki, sözügedən reyestr sahibkarlıq subye ktlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azər baycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.
35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh tərəfindən iddiaçıya mübahisəli borc hesablanarkən “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl olunub-olunmamasına hüquqi qiymət verilməmiş, bununla da tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir. Həmçinin məhkəmə, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan qanunvericilik aktlarının tətbiqi ilə gəlinən nəticədə pozuntunun nədən iba rət olmasını da qətnaməsinə əsaslandırmamış, qətnamədə ancaq maddi hüquq normaları sadalanmışdır.
36. Halbuki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarı, 2.4-cü bənd)
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, abonent saldosuna əsasən iddiaçının təbii qazdan istifadəsinə görə 2024-cü ilin fevral ayı üçün ona 13.465,76 manat borc hesablan mış, hazırda mübahisələndirilən borc isə akta əsasən həmin ay üzrə əlavə hesablanmış borcdur.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir
39. MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 oktyabr tarixli 2-2(104)-211/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apelly asiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.