Məhkəmə qərarları › İş №2-2(102)-432/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-432/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İst
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-432/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3dan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il 24 fevral tarixli 2-2(104)-58/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı mərhum əri X7 ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 30 oktyabr tarixli AMX-772 6/09 saylı təbii qazın alqı-satqısına dair müqavilənin şərtlərinə uyğun olaraq, Cavabdeh müqavilə istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. X7 2022-ci il 7 may tarixdə ölmüş, Cavabdeh İddiaçı abonent qismində öz məlumat bazasında qeyd etsə də onunla qazın alqı-satqısına dair müqavilə bağlamamışdır.

3. Qeyri-əhali sayğacının yoxlanması haqqında 29/1640-02242-20 nömrəli 2022-ci il 27 oktyabr tarixli akta əsasən, “G-400” markalı ********** nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, mexaniki hissəsinin işlək olduğu qeyd edilmiş, yoxlamanın nəticəsi kimi xətaların normaya uyğun olduğu, batareyanın tələb olunduğu göstərilmişdir. 4. 2022-ci il 31 oktyabr tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, ********** nömrəli sayğaca baxış keçirilmiş, sayğacın mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı aşkar olunmuşdur. 5. 2022-ci il 31 oktyabr tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 15593 m3, əmsal 2,35 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesabat forması aşağıdakı kimi aparılmışdır: 15593x2,35=36644 m3. 6. 2023-cü il 10 mart tarixl i qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1201 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 53465 m3 (13.366,25 manat) müəyyən olunmuşdur. 7. 2023-cü il 12 aprel tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1207 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 30199 m3 (7.549,75 manat) müəyyən olunmuşdur. 8. 2023-cü il 11 may tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1215 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 10624 m3 (2.337,28 manat) müəyyən olunmuşdur. 9. 2023-cü il 1 iyun tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1226 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 148 m3 (32,67 manat) müəyyən olunmuşdur. 10. 2023-cü il 30 noyabr tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması ha qqında akta əsasən, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 103007 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığını aşkar olunmuşdur. 11. 2023-cü il 18 dekabr tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 103007 m3, əmsal 2,21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesabat forması aşağıdakı kimi aparılmışdır: 103007 x 2,21= 227645 m3 227645 m3 94768 (mex.)-94436 (əms. Fərq) = 38441 m3.

12. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının 2024-cü il 16 dekabr tarixli mütəxəssis rəyinə əsasən, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən və "Azəriqaz” X5 X13 idarəsinin informasiya məlumat bazasında fiziki şəxs İddiaçı adına **********00000 saylı abonent kodu ilə qey diyyatda olan istixananın qaz təchizatı mənbəyində “Şəmkir” X3 xəttinin üzərində quraşdırılmış G400 markalı ********** nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixdə yaranmış qüsur səbəbindən istismardan çıxarılmışdır (Forma-2 N 9020359). İstismardan çıxarılmış qaz sayğacı 2020-ci il 30 sentyabr tarixində “Azəriqaz" İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın batareyasının sönməsi nəticəsində korrektorun arxivlərin pozulduğu və mexaniki hissədən keçən 120783 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilərək SS № 29/1640-01458-1 nömrəli 2020-ci il 16 oktyabr tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş aktda batareyanın istismar müddətinin minimum 36 ay olduğu qeyd olunmuşdur. Bundan sonra, 2022-ci il 21 sentyabr tarixində Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS tərəfindən G-400 markalı ********** nömrəli qaz sayğacının batareyasında (SS Ns 29/1640-01458-1 nömrəli 2020-ci il 16 oktyabr tarixli aktda qeyd olunmuş istismar müddətinin minimum 36 ay olduğuna baxmayaraq) yaranmış qüsur səbəbindən təkrar istismardan çıxarılmış (Forma-2 NQ 9031165) və 2022-ci il 11 oktyabr tarixində “Azəriqaz" İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın batareyasının sönməsi nəticəsində korrektorun arxivlərin pozulduğu və mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı barədə SS N 29/1640- 02242-20 nömrəli 2022-ci il 27 oktyabr tarixli akt tərtib edilmişdir. Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsi tərəfindən 2022-ci il 31 oktyabr tarixində “Təbii q azdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən uçotu aparılmayan qaz həcminin hesablanması məqsədilə ******* nömrəli akt əsas götürülməklə mexaniki hissədən keçən 15593 m3 qaz həcmi qəbul edilmiş 2,35 əmsala vurulmaqla 36644 m3 həcmində qaz sərfiyyatının hesabatı aparılaraq istixananın abonent haqqında saldosuna daxil edilmişdir. Eyni zamanda, Şəmkir XS tərəfindən sonrakı hesablaşma dövrlərində mexaniki hissədən keçən qaz həcmi qəbul edilmiş 1,9965 əmsala vurulmaqla 2023-cü il 10 mart tarixli 1201 nömrəli akta əsasən 53465 m3, 2023-cü il 11 aprel tarixli 1207 nömrəli akta əsasən 30199 m3, 2023-cü il tarixli 11 may 1215 nömrəli akta əsasən 10624 m3 və 2023-cü il 1 iyun tarixli 1226 nömrəli akta əsasən isə 148 m3 qaz sərfıyyatı istixananın abonent haqqında saldosuna daxil edilmişdir. Göründüyü kimi, aparılmış hesabat növü müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərində öz əksini tapmamış və sayğaca müdaxilənin istehlakçı tərəfindən edilməsi qanunvericiliyin tələblərinə uyğun (alət və ya bilavasitə obyekt olmuş predmetlərin fotoşəkilləri və ya videoyazısı, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübut olaraq materiallara əlavə edilməmişdir) sübuta yetirilməmişdir. Bütün bunlara baxmayaraq, "Azəriqaz” İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun İşləmədiyi dövr ərzində uçotu ap arılmayan qaz həcminin hesablanması məqsədilə tərtib olunmuş 2022-ci il 31 oktyabr, 2023-cü il 10 mart, 2023-cü il 11 aprel, 2023-cü il 11 may və 2023-cü il 1 iyun tarixli aktlarda qeyd olunan qaz sərfiyyatı qanunvericiliyin tələblərinə zidd olaraq sözügedən istixananın abonent saldosuna daxil edilmiş və həmin qaz sərfıyyatlarının dəyəri istehlakçı tərəfindən tam ödənilmişdir. Qeyd olunanlara əsasən, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən 2022-ci il 31 oktyabr, 2023-cü il 10 mart, 2023-cü il 11 aprel, 2023-cü il 11 may və 2023-cü il 1 iyun tarixlərində əlavə qaz sərfiyyatının hesablanması barədə tərtib edilmiş aktlar müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı 2024-cü il 21 iyul tarixində Cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələr ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2022-ci il 31 oktyabr tarixli ******* nömrəli akt əsasında hesablanmış 8.061,68 manat, 2023-cü il 10 mart tarixli 1201 nömrəli akt əsasında hesablanmış 11.762,30 manat, 2023-cü il 12 aprel tarixli 1207 nömrəli akt əsasında hesablanmış 6.643,78 manat, 2023-cü il 11 may tarixli 1215 nömrəli akt əsasında hesablanmış 2.337,28 manat, 2023-cü il 1 iyun tari xli 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 2023-cü il 30 noyabr tarixli ******* nömrəli akt əsasında hesablanmış 8.457,02 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda özünə məxsus torpaq sahəsində 3 hektar istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022 və 2023-cü il tarixlərdə ayrı-ayrı vaxtlarda cavabdehin əməkdaşları heç bir əsas olmadan ona əsassız borc yazmışlar. Həmin borclardan məlumatı olmamışdır. Sonuncu dəfə qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və 2023-cü ilinin sonlarında hesabına 8.457,02 manat borc daxil edi lmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci il 31 oktyabr tarixli ******* nömrəli akt əsasında 8.061,68 manat hesabıma borc yazılmışdır. Bundan başqa, aktlara əsasən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsəllərinin X1 Filialına müraciət edilmişdir. Agentlik tərəfindən araşdırılma aparılmış və cavabdehin hesabına yazdığı borcun əsassız olması göstərilmiş və borcun silinməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. 2022-ci ilin oktyabr ayında və 2023-cü ilin ilk yarısında yazılmış borclar barədə məlumatı agentlikdə araşdırılma aparılarkən olmuşdur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Hər ay istifadə etdiyi qazın pulunu vaxtı vaxtında ödəmişdir. Təbii qazdan istifadə qa ydalarının pozulması haqqında 2022-ci il 31 oktyabr tarixli ******* nömrəli, 2023-cü il 10 mart tarixli 1201 nömrəli, 2023-cü il 12 aprel tarixli 1207 nömrəli, 2023-cü il 11 may tarixli 1215 nömrəli və 2023-cü il 1 iyun tarixli 1226 nömrəli aktlarda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olun təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Onun heç bir qanunazidd hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətləri məsuliyyətin yaranması ilə nəticələnməməlidir.

15. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 19 dekabr tarixli e-2-2(115)1423/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Qələndərzad ə).

16. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısının üzərinə qoyulmuşdur. Cavabdeh sayğacın işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik daşıdığı halda, sayğacın işlək vəziyyətdə saxlanılmasını təmin etməmişdir.

17. Belə ki, abonent saldosuna əsasən, 2023-cü ilin fevral ayından sonra sayğacın elektron göstəricisi sərfiyyatı qeydə alınmamışdır. Cavabdehin nümayəndələri qaz sayğacının elektron korrektorunun söndüyünü aşkar etmiş, lakin elektron göstəricinin işlək vəziyyətə gətirilməsi üçün heç bir tədbir görməmişdir. Eyni zamanda, cavabdehin nümayəndələri 2023-cü il 10 mart, 2023-cü il 11 aprel, 2023-cü il 11 may və 2023-cü il 1 iyun tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hesablanması barədə aktlar tərtib edərək qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatını korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq borc hesablamışdır.

18. Qanunvericiliyin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə, yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləğləri daxil edilmişdir.

19. Həmçinin məhkəmə 2022-ci il 31 oktyabr tarixli akt əsasında hesablanmış 8.061,68 manat və 2023-cü il 30 noyabr tarixli akt əsasında isə hesablanmış 8.457,02 mana t borcla bağlı qeyd etmişdir ki, həmin aktlar üzrə borcun hesablanması sayğacın korrektorunun sönməsi nəticəsində mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmaması ilə bağlı olmuşdur. 2022-ci il 31 oktyabr tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə korreksiya əmsalı 2,35, 2023-cü il 18 dekabr tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə isə korreksiya əmsalı 2,21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, nə Qaydalarda, nə də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda istehlakçının təqsiri olmadan qaz sayğacının işləmədiyi dövr üçün müxtəlif korreksiya əmsalları tətbiq edilməklə sayğacın elektron göstəricisinin işləmədiyi halda qaz sərfinin məbləğinin müvafiq hesablanması nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi isə qeyd olunan hesablamanın hansı normativ hüquqi akta istinad edərək həyata keçirildiyini əsaslandıra bilməmişdir.

21. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, aktlar əsasında hesablanmış borc əsassızdır.

22. Məhkəmə mütəxəssis rəyinə (bax § 12) istinadən bildirmişdir ki, əlavə qaz sərfiyyatının hesablanması barədə tərtib edilmiş aktlar müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.

23. Məhkəmə belə qənaətə gəlmişdir ki, fiziki şəxs olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğacın elektron hissəsinin işləməməsi bilavasitə istehlakçının təqsiri sübuta yetirilmədiyi halda, qaz paylayıcısı tərəf indən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz.

24. Sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun.

25. Belə ki, tərəflər arasında bağlanılmış 2019-cu il 30 dekabr tarixli, AMX-772 6/09 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Lakin cavabdeh sayğacın elektron hissəsinin işləməməsinin iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bunda sonra – “Qaydalar”) 4.8, 4.9, 5.1, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 fevral tarixli, 2-2(104)-58/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).

29. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçıya məxsus istixanaya xidmət edən sayğac cavabdehin nəzarətində olan X10 ərizəsində yerləşir ki, iddiaçının sayğaca müdaxilə etmək imkanı mövcud deyildir.

30. Cavabdeh özünün məsuliyyət dairəsinə aid olan məsələlərin məsuliyyətini iddiaçının üzərinə qoymağa calışmışdır. İddiaçının aşkar olunan pozuntularda təqsirini müəyyən edən sübut mövcud deyildir və sayğacın yerləşmə vəziyyətinə görə iddiaçının təqsiri bu halların yaranmasında yoxdur. İddiaçı is tehlak edilmiş təbii qazın dəyərini sayğac göstəricisinə əsasən ödəmək vəzifəsi daşıyır ki, sonradan səhv aparılmış hesabatın nəticəsində hesablanmış borc qanunvericiliyin tələbinə əsasən cavabdehdən tələb edilə bilməz.

31. Cavabdehin apardığı hesabatın növü və metodikasının müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulmaması və aparılmış hesabatın qanunsuzluğu bir daha yuxarıda göstərilən mütəxəssis rəyində əksini tapmışdır.

32. Sonda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehlə iddiaçının ölmüş əri arasında 2019-cu ilin oktyabr ayında qazın alğı-satqısına dair müqavilə bağlansa da onun 2022-ci ildə ölümündən sonra hazırkı iddiaçı ilə müqavilə bağlanmamış və qazın verilişi davam etdirilmişdir ki, bu halda tərəflər arasında qazın alğı-satqısına dair müqavil ə münasibətləri formalaşmamışdır. Bu isə cavabdehin öz vəzifə səlahiyyətlərinə və vəzifələrinin icrasına etinasız yanaşmasının təzahürüdür.

33. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Qaydaların 1.3, 3.3, 4.1, 5.2-ci bəndləri və MPM-in 88, 217, 220.4-cü maddələri üzrə - İddiaçı tərəfindən qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də bununla bağlı heç bir sənədləşmə təqdim edilməmişdir. Hətta cavabdehin təqdim etdiyi sənədləşmələrdə iddiaçı, eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmış mexaniki sayğac göstəricisi, eləcə də onun əsasında aparılmış hesabat və hesabl anmış borcun tam ödənilməsi məhkəmə icraatı zamanı nəzərə alınmamışdır.

35. Abonent saldosundan və kommersiya işinin materialından aydın olur ki, istehlakçı aktlar üzrə hesablanmış borc məbləğindən məlumatlı olmuşdur. Belə ki tərtib edilmiş aktlar istehlakçı tərəfindən imzalanmış və həmin borc məbləğini təbii qazdan istifadə etməsi nəticəsində sərfiyyata görə yaranmış borc məbləği ilə birgə hissə-hissə ödəniş həyata keçirmişdir. Ümumiyyətlə aktlar əsasında hesablanmış borc məbləği iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Abonent saldosundan göründüyü kimi 2024-cü ilin dekabr ayına (birinci instansiyada icraat zamanı) iddiaçının borcu 8.453,84 manat təşkil edir, bu da 2024-cü ilin mart aprel ayları üzrə istehlak edilmiş (akta əsasən hesablanmış borc deyil) qazın dəyərinin qalıq hissəsini təşkil edir. Yəni məhkəmə qəbul etdiyi qətnamə ilə mübahisə dövründə mövcud olmayan borcun silinməsinə dair qətnamə qəbul etmişdir.

36. Apellyasiya məhkəməsi, aktların tədqiqatını ətraflı aparmamış olduğundan iddiaçı barəsində tərtib edilmiş 2022-ci il 31 oktyabr və 2023-cü il 30 noyabr tarixləri arasında mövcud aktlara münasibətdə düzgün olmayan normativ hüquqi akt tətbiq etmiş, həmin sübutları səhv qiymətləndirmiş, aktlara münasibətdə məhz hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir.

37. Beləliklə Apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə mövcud aktlara münasibətdə düzgün əsaslandırılmamış olduğundan əsaslı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, istixana iddiaçını n mərhum əri X2 miras qalmışdır. 2021-ci il tarixində hazırkı əsaslarla cavabdeh Cabbarov Arzunun hesabına borc hesablamışdır. Yəni korrektorun işləməməsi ilə iddiaçının hesabına 43.532 manat borc hesablanmışdır. Həmin borc məbləği məhkəmə qaydasında mübahisələndirilmış və nəticədə hər üç instansiya məhkəməsinin yekun qərarı ilə cavabdeh tərəfindən iddiaçının hesabına yazılmış 43.532 manat məbləğində borc silinmişdir. Hazırda cavabdeh tərəfindən yazılmış borc eyni mahiyyətlidir. Yəni 2020-ci ildə cavabdeh tərəfindən yazılmış aktlar korrektorun sönməsi ilə əlaqədar yazılmışdır. Hazırkı aktlarda korrektorun sönməsi ilə bağlı tərtib edilmişdir. Cavabdeh tərəfindən hesablama aparılarkən qaz təchizatı haqqında qanunun tələbinə görə sayğacın göstəricilərinə əsasən aparılmalı idi. İddiaçı da hər ay sayğacın göstəricilərinə uyğun olaraq hər ayın ödənişini etmişdir. Kassasiya baxışının hədləri

39. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilmə məlidir. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərə findən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).”

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-c ı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bır sıra qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfind ən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarları).

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.4. Qətnamə o vaxt əsa slı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun....

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər....”

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu... 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məh kəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. ” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası cavabdehi n kassasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması aşağıdakı səbəblərdən mümkün deyildir.

48. Hazırkı iddia tələbi cavabdehin qanunsuz aktlar əsasında hesablanmış borcun silinməsi barədədir.

49. Deməli, faktiki hallar üzrə işə baxan məhkəmələrin ilkin olaraq müəyyən etməli olduqları məsələ məhz silinməsi tələb edilən borcun mövcud olub-olmaması idi. Belə ki, mövcud olmayan borcun silinməsi, yəni hazırkı iddianın təmin edilməsi, təbii ki, mümkünsüzdür.

50. Lakin iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələyə ümumiyyətlə qiymət verilməmiş, borcun məbləği (mövcud olduğu təqdirdə) göstərilməmişdir.

51. Halbuki iddia ilə silinməsi tələb edilən bor c cəmi 28.837,6 manat təşkil etsə də, hazırkı işə baxan birinci instansiya məhkəməsinə təqdim edilmiş özündə 2024-cü ilin iyun ayına olan məlumatları əks etdirən abonent saldosundan (İ cild, i/v 28) iddiaçının borcunun cəmi 8.453,84 manat təşkil etdiyi məlum olur.

52. Beləliklə, iş materiallarından mövcud borcun, silinməsi tələb olunan borcdan dəfələrlə az olduğu görünür. İşə faktlar əsasında baxan məhkəmələr isə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusata ümumiyyətlə diqqət yetirməmişlər.

53. O da qeyd olunmalıdır ki, kassasiya şikayətində olduğu kimi, aşağı məhkəmə instansiyalarında, habelə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində cavabdehin istinad etdiyi dəlillərdən biri məhz ondan ibarət olmuşdur ki, iddiaçı hesablanmış borcu tam ödəmişdir. Yəni həmin dəlillərdən belə çıxır ki, silinməsi tələb olunan aktlarla hesablanmış borc hazırda mövcud deyildir.

54. Eyni zamanda, məhkəmə qətnamələrində mötəbər sübut kimi istinad olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının 2024-cü il 16 dekabr tarixli mütəxəssis rəyində də aktlarda qeyd olunan qaz sərfiyyatının, istixananın abonent saldosuna daxil edildiyi və həmin qaz sərfiyyatlarının dəyərinin istehlakçı tərəfindən tam ödənildiyi bildirilmişdir.

55. Lakin sözügedən dəlil və xüsusatlar da apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır.

56. Bundan başqa, cavabdehin digər dəlillərindən biri də ondan ibarət olmuşdur ki, cavabdehin təqdim etdiyi sənədləşmələrdə mexaniki sayğac göstəricisi, eləcə də onun əsasında aparılmış hesabat İddiaçı, eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmışdır.

57. Buna baxmayaraq sözügedən dəlil də qiymətləndirmə predmeti olmamış, apellyasiya instansiyası məhkəməsi iddiaçının könüllü surətdə razılaşdığı (belə razılığın mövcud olduğu təqdirdə) hesabatın (borcun) qanuniliyi, iddiaçı üçün öhdəliklər yaradıbyaratmaması üzrə heç bir dəyərləndirmə aparmamışdır.

58. Belə olan halda isə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

59. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini təmin etmədiyi halda, MPM-in 392.2-ci maddəsinin tələblərinə (bax § 46) uyğun olaraq, istinad etdiyi dəlilləri konkret şəkildə əsaslandırmalı, bunun üçün isə ilk növbədə apellyatorun özünün dəlillərini əsaslandırılmış şəkildə rədd etməli idi. Lakin baxılan işdə, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə aparmamaqla qanunun həmin tələblərini pozmuşdur.

60. Bundan başqa, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya şikayətinin dəlilinə məhkəmə tərəfindən qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüququn təməl sütunu hesab edilən hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəməsi Plenumunun, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir.

61. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən bir i kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax § 41).

62. Ali Məhkəmə Plenumunun mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələr i aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (bax § 45).

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığın dan, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (bax §§ 42-44).

64. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

65. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalə tli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illüziya halına gətirər.

66. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə qətnamə qanuni və əsaslı olmadığından, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-nin 217.1 və 217.3-cü maddələrinin (bax § 46) tələblərinə uyğun deyildir.

67. Belə vəziyyətdə isə qətnamənin qüvvədə saxlanılması mümkün deyildir.

68. Odur ki, kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il 24 fevral tarixli 2-2(104)-58/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

69. Təkrar apellyasiya baxışı zamanı qeyd olunan pozuntular aradan qaldırılmalı, yuxarıda göstərilən mövqelər nəzərə alınmaqla cavabdehin bütün dəlillərinə konkret qiymət verilməli, o cümlədən iddia ilə silinməsi tələb olunan borcun mövcud olub-olmaması dəqiq müəyyən edilməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

70. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il 24 fevral tarixli 2-2(104)-58/2025 nömrəli qətnaməsi ləğv edilsin. İ ş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar