Məhkəmə qərarları › İş №2-2(102)-197/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-197/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İst
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-197/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaz sərfiyyatına görə yaranmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 22(103)-997/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Xəstəxanaya məxsus 2004-2010-cu illəri əhatə edən abonent saldosuna əsasən qaz sərfiyyatına görə yekun borc 105.824,73 manat qeyd olunmuşdur.

2. Cavabdeh İB-nin iddiaçıya ünvanladığı 2023-cü il 21 iyul tarixli 14-2-2-8/2448/2023 saylı müraciətə baxılması haqqında məktubunda Şabran Rayon Mərkəzi Xəstəxanası Publik X1 İstismar İdarəsinə 2023-cü il 1 iyul tarixinə təbii qazdan istifadəyə görə ümumilikdə 105.567,68 manat borcu olduğu və yaranmış borcun 2010-cu ilə qədər olan dövrləri əhatə etdiyi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2024-cü il 19 mart tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan 105.567,68 manat borcun silinməsini cavabdehin üzə rinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtı-vaxtında ödənişlərini etsə də, bir müddət sonra X7 İstismarı İdarəsinin əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərə əsasən, iddiaçının guya 2010-cu ilə qalıq 105.567,68 mənbəyi məlum olmayan borc olması göstərilmiş və buna əsasən qazın verilməsi dayandırılmış, nəticədə rayon əhalisinə keyfiyyətli tibbi yardım göstərilməsində və xəstəxananın fəaliyyətində çətinliklər yaranmışdır. Bu da insan həyat və sağlamlığının qorunmasını həyata keçirən xəstəxananın işinin iflic edilməsi deməkdir. Dəfələrlə həmin borcun nəyə əsaslandığı barədə məlumat istənilsə də, açıqlaması verilməmişdir. Həmçinin keçən 13 il ərzində həmin borc tələb edilməmişdir. Belə ki, əgər cavabdehin qənaətinə görə borc mövcuddursa, o zaman o bu tələb üzrə iddia müddətini ötürmüşdür.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə, həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin cavabdehin Şabran xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbəil artmışdır. İddiaçının Avtomatlaşdırılmış Qaz X2 2010-cu ilin sonuna borcu 105.567,68 göstərilmişdir. Hal-hazırda 2023-cü ilin noyabr ayına olan borc da həmin miqdard adır. Lakin iddiaçının bu borcun cavabdeh tərəfindən tələb edilməsi üçün iddia müddətinin keçməsi fikri səhvdir. İddiaçı əsas müəssisə ilə bir yerdə ümumilikdə 9 müəssisə olaraq təbii qazdan istifadə edir. Əsas “Mərkəzi xəstəxana”nın 2010-cu ilin sonuna 88.834,71 manat olan borcu hazırda, yəni 2023-cü ilin oktyabr ayına 79.367,45 manatdır. Deməli, debitor borcdan bu uzun illər ərzində iddiaçı tərəfindən 9.467,26 manat məbləğ ödənilmişdir. Məsələn, 2023cü ilin mart ayında “Mərkəzi xəstəxana”nın təbii qazdan 1695 m3 və ya 423,75 manat məbləğində istifadə etmişdir. Lakin həmin ay 558 manat qaza görə ödəniş edilmişdir. Deməli, iddiaçı 2023-cü ilin mart ayında mübahisələndirilən debitor borcundan 134,25 manat ödəmişdir ki, bu ödəniş də borcu etiraf edən hərəkətdir. Yəni, iddiaçının mübahisələnd irdiyi 105.567,68 manat borc təmiz debitor borcdur və iddiaçı həmin mübahisələndirdiyi borcu ödəməkdən illər ərzində boyun qaçırmışdır.

6. Cavabdehin məhkəməyə təqdim etdiyi 2024-cü il 7 avqust tarixli 14-2-2-8/2753/2024 saylı arayışına əsasən “Şabran rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin 2024-cü il 1 avqust tarixinə 105.567,68 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış və ödənilməmiş debitor borcdur.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 avqust tarixli e-2-2(113)-2591/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək iddiaçıya hesablanmış 105.567,68 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – G.Namazova).

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh sözügedən borc məbləği ilə bağlı 2004-2010-cu illər üçün “abonent saldosu” kim i iddia etdiyi sənədləri məhkəməyə təqdim etmişdir. Lakin “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiqləyən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir. Göründüyü kimi, 105.567,68 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Buna görə də həmin borc əsassız olduğundan silinməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 567-ci maddələrinə, Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-997/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, abonent saldosunda göstərilən borc barədə sənəd və sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməli idi. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür.

13. Digər tərəfdən, saldo birtərəfli qaydada cavabdehin özu tərəfindən tərtib edilmiş sənəddir, həmin sənədin tərtib edilməsinə səbəb olmuş borcun əsaslılığına dair sübutlar təqdim edilmədiyi və cavabdehin maraqlarına xidmət etdiyi üçün mötəbə r sübut hesab oluna bilməz. Belə ki, iş materiallarında olan abonent saldosu hüquqi müəyyənlik prinsipinə cavab vermədiyi üçün apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

14. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini MM-in 14.1, 16.1-ci, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 və 5.5-ci bəndlərinə, o cümlədən MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən, iddianın təmin olunmuş 98.629,15 manat hissəsində rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayət inin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. MM-in 551.2.1 və 552.1-ci maddələri üzrə - iddiaçının 2023-cü il 1 iyul tarixinə qədər cavabdehə ümumilikdə olan 105.567,68 manat borcun 98.629,15 manat hissəsi, daha dəqiqliklə 79.183,70 manat hissəsi onun köhnə binasına, 6.342,97 manat hissəsi təzə binasına, 13.102,48 manat hissəsi isə Ağalıq kənd xəstəxanasına aid olmuşdur. Belə ki, iddiaçının köhnə binasına məxsus **********00010 nömrəli abonent saldosuna əsasən iddiaçı sonuncu dəfə 2023-cü ilin mayında 304 manat ödəniş etmiş və 2023-cü ilin iyun ayının əvvəlinə 79.183,70 manat borcu qalmışdır. İddiaçının təzə binasına məxsus **********00130 nömrəli abonent saldosuna əsasən iddiaçı sonuncu dəfə 2023-cü il mayında 858,25 manat ödəniş etmiş və iyun ayının əvvəl inə 6.342,97 manat borcu qalmışdır. Ağalıq kənd xəstəxanasına məxsus **********00020 nömrəli abonent saldosuna əsasən iddiaçı sonuncu dəfə 2023-cü ilin mayında 230,75 manat ödəniş etmiş və iyun ayının əvvəlinə 13.102,48 manat borcu qalmışdır. Belə ki, qaz sayğacı üzrə istehlak olunan qaz sərfinin ödənişi qanunvericilikdə vaxtaşırı ödəniş kimi başa düşülür. İddiaçının köhnə binası, təzə binası və Ağalıq kənd xəstəxanası təbii qazdan istifadə üzrə yaranmış həmin vaxtaşırı ödəniş öhdəliklərini qismən icra etmişdir. Başqa bir sözlə, həmin 3 müəssisə hərəkətsizlik göstərməmiş, qaz sərfi borclarını qismən də olsa, vaxtaşırı ödəmişdir. Qeyd olunan bu səbəbdən də həmin 3 müəssisənin hesabından borcları hər hansı qaydada, xüsusilə də məhkəmə qaydasında tələb etmək zərurəti yaranmamışdır. İddiaçının yuxarıdakı 3 müəssisəsinə münasibətdə ümumi borcun 98.629,15 manat hissəsinin qanunvericilikdə nəzərdə tutulmuş 5 il tələb müddəti cavabdeh tərəfindən ötürülməmişdir.

17. MM-in 882-ci maddəsi üzrə - Tərəflər arasında 2019-cu ilin oktyabrından 2023-cü ilin mayına kimi ayrı-ayrılıqda 6 dəfə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı imzalanmışdır. Həmin aktlar iddiaçının rəhbər şəxsləri tərəfindən və xəstəxananın möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında sonuncu dəfə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı 2023-cü il 31 may tarixində iddiaçının direktoru S.A.Cəbrayılov və baş mühasib İ.B.Allahverdiyev tərəfindən təsdiq edilmiş və aktın doğruluğu tərəflərindən qəbul edilmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət zamanı həmin aktların üzərində eyni xətlə və eyni diyi rcəkli qələmlə “xəstəxananın qaz idarəsinə borcu olmadığı və borca etiraz etdikləri” yazılmışdır. Həmin ifadə borcun məhkəmə qaydasında silinməsi üçün düşünülmüş və sonradan aktlara yazılmış sözdür. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” xarakteri daşıyır və tərəflərin iradə ifadəsini özündə əks etdirmişdir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları əsasında tərəflər öz aralarında hüquq və ya iddialar barəsində mübahisəni qarşılıqlı olaraq öncədən həll etmişdir. Sonuncu, 2023-cü il 31 may tarixli aktın hüquqi qüvvəsinə görə isə, tərəflər üçün yalnız həmin gündən etibarən müvafiq qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında göstərilənlər etibarlıdır. Qeyd olunan bu kimi səbəblərdən dolayı borcun silinməsi tə ləbi ilə bağlı iddiaçı tərəfin məhkəməyə müraciət etməsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə, ümumiyyətlə, hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədən kənar sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən borc kimi təqdim edilən məbləğin nəyin əsasında və hansı dövr üzrə yaranmasına dair sübut da gətirilməmişdir. Yeganə sənəd isə abonent saldosudur ki, analoji iş olaraq iddiaçı Xızı rayon Mərkəzi X4 şəxsinin cavabdehə qarşı iddiası üzrə Ali Məhkəmənin 2024-cü il 18 sentyabr tarixli 22(102)-507/2024 nömrəli Qərarında abonent saldosu mötəbər sübut hesab edilməmişdir.

19. Analoji işlər üzrə iddiaçı “Respublika Perinatal Mərkəzi" phş-nin cavabdehə qarşı “borcun silinməsi” tələbinə qarşı Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 fevral tarixli e-2-2(113)-339/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmişdir.

20. İddiaçı “X6” phş-nin cavabdehə qarşı “borcun silinməsi” tələbinə qarşı Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 avqust tarixli e-2-2(113)-2842/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

21. Sadalanan məhkəmə aktlarında həm birinci, həm də apellyasiya instansiyalarının mövqeyi eyni olmuşdur ki, bu da vahid məhkəmə təcrübəsinin formalaşması deməkdir. Kassasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən iddianın təmin olunmuş 98.629,15 manat hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymət ləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

220. Qətnamənin məzmunu... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəli llər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir......” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən qismən əs aslı hesab edir.

26. Cavabdehin borc üzrə tələbetmə müddətini ötürməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, hazırkı işə baxan məhkəmələr bununla bağlı fərqli nəticəyə gəlmədikləri üçün həmin dəlillər hazırkı işin həlli üçün hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Odur ki, məhkəmə kollegiyası sözügedən dəlillər üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin mövcud borcun əks olunduğu və iddiaçı tərəfin də imzaladığı və möhürlədiyi qarşılıqlı üzləşdirmə aktlarına dair dəlillərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması mümkün deyildir.

28. Belə ki, sözügedən qarşılıqlı üzləşdirmə aktlarının iş materiallarına əlavə edilməs inə baxmayaraq (i/v 11-24) birinci instansiya məhkəməsinin qətnaməsində həmin aktlara nəinki hüquqi qiymət verilməmiş, o cümlədən iddiaçının borcu qəbul etmədiyi halda hansı səbəblərdən onları imzalaması və möhürləməsinə aydınlıq gətirilməmiş, hətta qətnamədə həmin aktlara istinad belə olunmamışdır.

29. MPM-in 220.4-cü maddəsinin (bax § 24) tələblərindən biri ondan ibarətdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir.

30. Bundan başqa, MPM-in 80-ci maddəsinin (bax § 24) tələbinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş sübutları qəbul etmirsə, onların işdə tərəflərin tələblərini müəyyən edə n faktlarla və hallarla əlaqədar olmamasını əsaslandırmalıdır.

31. Bununla belə, apellyasiya instansiyası məhkəməsi də bu məsələyə heç bir reaksiya verməyərək, hər hansı əsaslandırma aparmayaraq, əslində birinci instansiya məhkəməsinin yol verdiyi prosessual hüquq pozuntularını özü də təkrarlamış, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 24) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

32. Belə olan vəziyyətdə isə iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

33. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-997/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

34. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən iş materiallarında olan qarşılıqlı üzləşdirmə aktlarına digər sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: CavabdehİN kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-997/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar