Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-419/2025 27.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 fevral tarixli 2- 2(105)-2/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş in halları
1. İddiaçı (paylayıcı) ilə "xxxx" Firması (istehlakçı) arasında bağlanmış 2014-cü il 14 aprel tarixli x nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusunda istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
2. İddiaçı (Paylayıcı) ilə "xxxx" Firması (istehlakçı) arasında bağlanmış 2019-cu il 20 sentyabr tarixli AMX 6041/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla tə min edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. 3. 2024-cü il 29 fevral tarixli abonentin saldosu ilə müəyyən olunur ki, "xxxx" Firmasına məxsus **********00200 nömrəli abonent hesabına 2014-cü ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 1020632,05 manat, akt əsasında 2017-ci ilin yanvar ayında 5636,10 manat borc hesablanmış, həmin məbləğdən 962522,61 manat ödəniş edilmiş, nəticədə son borc 63745,54 manat qalmışdır (2019-cu ilin mart ayında akt əsasında 15558 manat borc hesablanmış, növbəti ay həmin məbləğ akt üzrə yazılmış borclar qrafasından silinmiş, lakin aprel ayı üzrə sərfiyat məbləğinə əlavə edilmişdir). 4. “Sayğacın arxiv məlumatlarının araşd ırılması və itirilmiş qazın hesablanması haqqında” 2019-cu il 29 mart tarixli 000011 nömrəli aktdan (istehlakçının hesab kodu **********00200) göstərilir ki, G-1600 markalı 10516022 nömrəli sayğacın arxivinin araşdırılması nəticəsində pasport göstəricilərinə əsasən minimal həddən aşağı sərfiyyatda keçən qazın həcminin tam qeydə alınmadığı aşkar olunmuşdur. Arxivə əsasən Qmin (mexaniki) həddən aşağı sərfiyyata görə hesablamalar aparılmış, 2018-ci il 1 oktyabr tarixindən 2019-cu il 27 mart tarixinədək işləmə saatı 1222, faktiki qaz həcmi 74960 m3, Qmin-da müvafiq vaxtda qaz həcmi 152750 m3, müvafiq vaxtda Qmin-da və Qmin-dan aşağı sərfiyyatda hesablanan qaz həcminin fərqi 77790 m3 müəyyən edilmişdir. 5. “Sayğacın istismara yararlığı haqqında” 2019-cu il 22 aprel tarixli 29/1640-00844/1 nömr əli arayışdan görünür ki, G1600 markalı, 10519511 nömrəli nömrəli sayğacın yararlı olduğu müəyyən edilmişdir. 6. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 2019-cu il 13 may tarixli ******* və ******* nömrəli aktlardan görünür ki, G1600 markalı 10516022 nömrəli sayğac çıxarılaraq əvəzinə müvəqqəti olaraq G1600 markalı markalı 10519511 nömrəli sayğac quraşdırılmışdır. 7. “Sayğacın istismara yararlığı haqqında” 2019-cu il 24 may tarixli 29/1640-01180 nömrəli arayışdan görünür ki, G1600 markalı, 10516022 nömrəli sayğacın yararlı olduğu müəyyən edilmişdir. 8. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 2019-cu il 27 may tarixli ******* və ******* nömrəli aktlardan görünür ki, müvəqqəti quraşdırılmış G1600 markalı markalı 10519511 nöm rəli müvəqqəti quraşdırılmış sayğac çıxarılmış, G1600 markalı 10516022 nömrəli sayğac yerinə quraşdırılmışdır. 9. “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktlarından görünür ki, "xxxx" Firmasının 2020-ci il 30 aprel tarixinə 87.092,62 manat, 2020-ci il 30 iyun tarixinə 81.000,45 manat, 2022-ci il 30 iyun tarixinə 73.409,06 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. 10. “Qaz təchizatının dayandırılması haqqında” 2019-cu il 16 avqust tarixli bildirişdən görünür ki, 60.022 manat borc ödənilmədiyi üçün 20 avqust 2019-cu il tarixində müəssisənin qaz təchizatının əlavə məlumat verilmədən dayandırılacağı barədə "xxxx" firmasına xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" Firmasına ( bundan sonra“cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 65.599,38 manat məbləğində borcun və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il 20 sentyabr tarixli * nömrəli müqavilə əsasında cavabdehi təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istif adə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdehin 2022-ci il 1 dekabr tarixinə 65.599,38 (altmış beş min beş yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat borcu yaranmışdır.
13. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 2019-cu il 20 sentyabr tarixli * saylı müqavilə üzrə cavabdehin 2022-ci il 1 dekabr tarixinə 65.599,38 manat borcu yarandığını iddia edir. İddiaçının 2019-cu il 20 sentyabr tarixli * saylı müqavilə üzrə mübahisələndirdiyi 65.599,38 manat borcun 600.22,27 manatı 2014-cü il 14 aprel tarixli x saylı müqavilə üzrə hesablanmış qeyri-qanuni borcdur. Belə ki, iddiaçı sayğacdan kən ar olaraq 2019-cu il mart ayı üçün cavabdehə 31.506 manat, 2019-cu il aprel ayı üçün isə 28515,83 manat qanunsuz borc hesablanmışdır. Bu fakt iddiaçının 2019-cu il 16 avqust tarixli bildirişində də öz əksini tapmışdır. Həmin borcun silinməsinə dair cavabdeh iddiaçıya qarşı 2 saylı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və sonradan cavahdeh mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcun silinməsini öhdəsinə götürdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır. 2019-cu il 13 sentyabr tarixindən bu günə kimi iddiaçı borcu mübahisələndirməmişdir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 29 fevral tarixli e-2-2(119)46/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 42.551,44 (qırx iki min beş yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 42951,44 (qırx iki min doqquz yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim H.Alıyeva).
15. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2024-cü il 29 fevral tarixli abonentin saldosunda cavabdehin həmin tarixə 63.745,54 manat borcu olduğu göstərilir. Həmin borcun 42.551,44 manatın istifadə olunmuş təbii qaza görə sayğac göstəriciləri əsasında, 21194,10 manatın isə müvafiq aktlar əsasında hesablandığı görünür.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında qazın alqı-satqısından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı cavabd ehin öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi əsası ilə **********00200 nömrəli abonent hesabı üzrə sayğac göstəricilərinə əsasən istifadə olunan təbii qaza görə yaranmış 42.551,44 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
17. İddiaçı X1 satılan qaza nəzarət şöbəsinin rəisi Malik Muradzadə tərəfindən İddiaçı Baş direktorun satış və istismar üzrə müavini cənab Ruslan Əliyevə ünvanlanmış “Hesabatda düzəliş olunması barədə” 2017-ci il 25 yanvar tarixli Xidməti məlumat məktubdan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, qaz sayğacına 2016-cı il 12 dekabr tarixində baxış keçirilən zaman faktiki sayğac göstəricilərinin abonentin hesab koduna işlənmiş göstəricilərlə uzlaşmaması aşkar edilmiş və uyğunsuzluğun aradan qaldı rılması məqsədi ilə 5636,1 manat dəyərində əlavə 28180,5 m3 qaz həcmi abonentin saldosunun akt hissəsində işlənmişdir.
18. Nəzərə alınmalıdır ki, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış 5636,1 manat qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
19. Cavabdehə məxsus **********00200 nömrəli abonent hesabına 2019-cu il 29 mart tarixli 000011 nömrəli akta əsasən hesablanmış 15.558 manat borc məbləğinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığına görə qanunsuz olduğundan yoxlama nəticəsində hesablanmış borc da qanunsuz hesab edilməlidir.
20. Abonentin saldosunda 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15.558 manat borcun növbəti ay akt üzrə yazılmış borclar qrafasından silinməsi qeyd edilsə də, abonentin saldosu və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat əsasında müəyyən olunmuşdur ki, 15.558 manat borc məbləği aprel ayı üzrə sərfiyyat məbləğinə əlavə edilmişdir.
21. Cavabdeh tərəfindən təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən həmin ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
22. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442 və 567-ci maddələrinə, Azərbaycan Respublikasının “Sahibka rlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.9, 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə və Mülki Prosessual Məcəlləsinin (bundan sonra«MPM») 14.2, 77.1, 88, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
23. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olu nmayan hissəsində ləğv edilərək iddianın həmin hissədə də (yəni tam) təmin olunması xahiş edilmişdir.
24. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək iddianın həmin hissədə də (yəni tamamilə) rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(105)-2/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə qismən təmin edilməsi, hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 29 fevral tarixli, e-2-2(119)-46/2024 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində qismən-məhkəmə tərəfindən cavabdehin abonent saldosuna 2019-cu ilin mart ayında akt əsasında qanunsuz hesablanmış sayılan 15.558,0 manat borcun iddia məbləğindən çıxılması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə təbii qazdan istifadəyə görə 2024-cü il 1 mart tarixədək yaranmış 58.109,44 manat məbləğində borcun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim M.Hüseynov, hakimlər Z.Məmmədov və İ.Dəmirov).
26. İşə apellyasiya qaydasında baxılarkən, cavabdehin vəsatəti təmin edilərək, cavabdehin mübahisələndirdiyi 60022,27 manat məbləğdə borcun abonent saldosuna hesablanmasının düzgün olub-olmaması və başqa əhəmiyyətli halların araşdırılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
27. Ekspertizanın aparılması həvalə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən məhkəməyə vəsatətlə müraciət edilərək, iş materiallarında olan sənədlərin tədqiqatında mütəxəssisin iştirakının zəririliyi bildirilmiş və iddiaçının mütəxəssisinin tədqiqata cəlb edilməsi xahiş olunmuşdir. Məhkəmənin müraciətinə əsasən iddiaçı tərəfindən mütəxəssis ayrılmış və mütəxəssisin münasib vaxtda tədqiqat yerinə dəvət oluna bilməsi üçün onun telefon məlumatları ekspertə təqdim olunmuşdur. Bundan 2 aya yaxın müddət keçəndən sonra Məhkəmə Ekspertizası Mərkəzinə ekspertizanın keçirilməsinin və ekspert rəyinin məhkəməyə göndərilməsinin tezləşdirilməsi barədə məktub ünvanlanmışdır. Məktub MEM-ə daxil olandan 10 gün sonra ekspert tərəfindən məhkəməyə tədqiqatda mütəxəssisin iştirakı təmin olunmadığından ekspertizanın keçirilməsinin mümkün olmaması barədə məlumat verilmiş, eyni zamanda bu əsasla ekspertizanın aparılmasından imtina edilərək iş materialları icrasız geri qaytarılmışdır.
28. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, ötən 2 ay ərzində ekspert tərəfindən məhkəməyə ekspertizanın keçirilməsinə mane olan hallar (o cümlədən mütəxəssisin iştirakı ilə əlaqədar problemlər olması) və bu halların aradan qaldırılması barədə müraciət edilməmişdir. Bu da ekspertizanın aparılmasından imtina edilməsinin üzrlü səbəblərinin olmamasına dəlalət edir.
29. Məhkəmə cavabdehin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsas gətirdiyi və ilkin mərhələdə nəzərə alınmış dəlillərin sonrakı araşdırma zama nı əsassızlığı müəyyən olunduğundan, ekspertizanın təyin edilməsi barədə icrasız qaytarılmış qərardadın və iş materiallarının yenidən ekspertiza keçirilməsi və rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsinə ehtiyac görməmişdir.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan, habelə tərəflərin öz dəlil və etirazlarını əsaslandırarkən əlavə təqdim etdikləri sənədlərin tədqiqi gedişində cavabdehin ona sayğacdan kənar olaraq 2019-cu ilin mart ayında 31.506,44 manat, 2019-cu ilin aprel ayında isə 28.515,83 manat, cəmi 60.022,27 manat məbləğdə qanunsuz borcun hesablanması barədə dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, bir qayda olaraq sayğacdan kənar sərfiyyatla bağlı hesablama aparılması üçün əvvəlcə müvafiq faktın aşkar edilməsinə dair a kt tərtib olunur, sonra həmin akt üzrə hesablanmış borc məbləği abonentin saldosunda “Qalıq və aktlar” qrafasına qeyd edilir. Lakin, cavabdehin abonent saldosuna (“Qalıq və aktlar” qrafasına) aktlar əsasında 2019-cu ilin mart ayında 31506,44 manat və aprel ayında 28515,83 manat məbləğdə borcun hesablanması təsdiqini tapmır. Abonent saldosundan müəyyən olunur ki, cavabdehə 2019cu ilin mart ayında akt əsasında yalnız 15.558 manat məbləğdə əlavə borc hesablanmışdır ki, həmin borc da növbəti ayda akt üzrə yazılmış borclar qrafasından silinmişdir. Bundan başqa isə, akt üzrə hesablanan borclar qrafasına 2017-ci ilin yanvar ayında 5636,10 manat məbləğdə borc yazılmışdır. Qeyd olunanlardan savayı cavabdehin “Abonent saldosu”nda 2014-2023-cü illər ərzində akt üzrə hesablanan borclar (“Qalıq və aktl ar”) qrafasına başqa borc yazılmamışdır.
31. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsasız sayaraq qeyd etmişdir ki, cavabdehin abonent saldosundan müəyyən olunur ki, cavabdehin qazdan istifadəyə görə həmişə debitor borcu olmuşdur. Belə ki, 2019-cu il 1 yanvar tarixinə həmin borc 47.228,28 manat məbləğdə olmuş, 2019-cu il ərzində cavabdehin 247.405,60 manat dəyərində qaz sərfiyyatı olmuş və bundan 203.843,47 manat ödəniş edilmiş, 2020-ci il 1 yanvar tarixinə keçən borc 90.790,41 manat təşkil etmişdir. 2020-ci il ərzində cavabdehin qaz sərfiyyatının həcmi 121.494,60 manatlıq olmuş, cavabdeh 136.484,02 manat məbləğdə ödəniş etmiş və 2021-ci il 1 yanvar tarixinə 75.800,99 manat qalıq borcu qalmışdır. Habelə, cavabdehin 2021-ci il ərzində qaz sərfiyyatı 166.942,40 manatlıq, ödə nişi 149.699,36 manat məbləğdə olmuş və xx.xx.2022-ci il tarixinə keçən borcu 93.044,03 manat təşkil etmişdir. Cavabdeh tərəfindən 2022-ci il ərzində 86.639,75 manat dəyərində qaz istifadə olunmuş və 114.084,40 manat məbləğdə ödəniş edilmiş, 2023-cü il 1 yanvar tarixinə 65.599,38 manat məbləğdə borcu qalmışdır. 2023-cü il ərzində qaz sərfiyyatı 8755,50 manatlıq, ödəniş 10.609,34 manat məbləğdə, 2024-cü il 1 yanvar tarixinə keçən borc isə 63.745,54 manat olmuşdur.
32. Hər iki tərəfin təsdiqlədiyi “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktlarından da görünür ki, cavabdehin 2020-ci il 30 aprel tarixinə 87.092,62 manat, 2020-ci il 30 iyun tarixinə 81.000,45 manat, 2022-ci il 30 iyun tarixinə 73.409,06 manat məbləğdə qalıq borcu olmuşdur.
33. Cavabdeh apellyasiya şikayətində iddia etm işdir ki, iddiaçının 2019-cu il 16 avqust tarixli bildiriş-xəbərdarlıq əsasında ondan 60.022 manat məbləğdə qanunsuz hesablanmış borc tələb etməsi və bu borca görə qaz təchizatını dayandırması ilə əlaqədar tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində həmin borcun silinməsinə, habelə ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair iddia qaldırılmış, sonradan İddiaçı İB mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcu silməyi öhdəsinə götürdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır.
34. Həmin dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 13 sentyabr tarixli qərardadına əsasən iddiaçı "xxxx" Firmasının müvəqqəti təminat tədbiri haqqında ərizəsi təmin edilərək, cavabdeh İddiaçı İBnin üzərinə "xxx x" Firmasının istehsalat sahəsinə təbii qazın verilməsinin bərpa və qaz təchizatının dayandırılmasının qadağan olunması öhdəliyi qoyulmuşdur. Həmin məhkəmənin 2019-cu il 11 dekabr tarixli qərardadı ilə iddiaçı "xxxx" Firmasının cavabdeh İddiaçı İB-nə qarşı “borcun silinməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası isə MPM-in 259.0.6-cı maddəsinə əsasən, yəni işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır.
35. Göründüyü kimi, cavabdehin iddiasına baxılmamasının səbəbi heç də iddiaçının mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcu silməyi öhdəsinə götürməsi olmamışdır.
36. Digər tərəfdən, cavabdeh də sözügedən iddiasına mahiyyəti üzrə baxılmasına maraq göstə rməmiş, mübahisələndirdiyi borcun İddiaçı İB tərəfindən sonrakı dövrlərdə də tələb olunmasına (üzləşdirmə aktları və hesab-fakturalar vasitəsilə) baxmayaraq, həmin borcu yenidən mübahisələndirməmiş və bununla, həm də sonrakı üzləşdirmə aktlarını təsdiq etməklə ona hesablanmış borcla razılaşdığını nümayiş etdirmişdir. Cavabdehin iddia qaldırmaqda əsas məqsədi dayandırılmış qaz təchizatının məhkəmə vasitəsilə bərpasına nail olmaq olmuşdur.
37. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi həmçinin qeyd etmişdir ki, iddiaçı 2019-cu ilin may ayında qaz sayğacının düzgün işləməməsini bəhanə gətirərək onu müvəqqəti sayğacla əvəz edib "xxxx" Firmasının sayğacını yoxlamaya göndərmiş, yoxlama adı ilə sayğaca müdaxilə olunmuş və nəticədə Firmaya bir ayda 54.000 manatlıq, yəni azı ikiqat həcmdə qa z sərfiyyatı hesablanmışdır. Həmin həcmdə aylıq sərfiyyat mümkün və reallığa uyğun deyildir. Bu fakt da iddiaçı tərəfindən cavabdehə qanunsuz borc hesablanmasını bir daha təsdiqləyir.
38. Cavabdehin qeyd olunan mülahizəsi ilə bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, əksinə, 2019-cu ilin aprel ayında cavabdehin sayğac göstəricilərinə əsasən qaz sərfiyyatı 54.276,80 manat həcmində olduğundan cavabdeh tərəf buna narazılıq və etiraz etmiş, həmin həcmdə sərfiyyatın qeyri-real və həddən artıq şişirdilmiş olduğunu, həmçinin sayğaca müdaxilə olunduğunu və onun düzgün işləmədiyini bildirmiş, sayğacın yoxlamaya göndərilməsini tələb etmişdir. Ona görə də may ayında sayğac çıxarılaraq yoxlamaya göndərilmiş, bunun təşəbbüskarı cavabdeh olmuşdur. Yoxlama nəticəsində sayğaca hər hansı müdaxilə halı, yaxud onun işində xəta aşkar olunmamışdır.
39. Məhkəmə qeyd etmişdir ki, 2019-cu il 13 may tarixdə cavabdehə məxsus G-1600 markalı 10516022 nömrəli sayğac metroloji yoxlamaya göndərilmək üçün çıxarılmış və yerinə müvəqqəti sayğac quraşdırılmışdır. Bu barədə Firmanın nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə və onun tərəfindən imzalanmış aktlar tərtib olunaraq hər iki qaz sayğacının üzərindəki sərfiyyat göstəriciləri aktlara yazılmışdır.
40. İddiaçı İB-nin Metrologiya Departamentinin 2019-cu il 24 may tarixli 29/1640- 01180 nömrəli arayışından görünür ki, yoxlama (sınaq) zamanı G-1600 markalı 10516022 nömrəli sayğacda hər hansı nasazlıq (xəta) aşkar olunmamış, sayğac istismara tam yararlı hesab edilmişdir; yoxlamanın sifarişçisi Abşeron rayonu "xxxx" Firması olmuşdur. 2019-cu il 27 may tarixdə müvəqqəti sayğac çıxarılaraq Firmaya məxsus sayğac öz yerinə quraşdırılmışdır. Yenə də sayğacların dəyişdirilməsi zamanı Firmanın nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə və onun tərəfindən imzalanmış aktlar tərtib olunaraq hər iki sayğacın göstəriciləri aktlarda qeyd olunmuşdur. Yoxlamadan sonra cavabdeh tərəfindən iddiaçıya sayğaca müdaxilə olunması (onun sərfiyyat göstəricilərinin dəyişdirilməsi və s.) ilə bağlı heç bir irad bildirilməmişdir.
41. Abonent saldosundan həmçinin müəyyən olunmuşdur ki, cavabdehə hesablanmış 54.276,80 manatlıq qaz sərfiyyatı 2019-cu ilin aprel ayında, yəni sayğac yoxlamaya göndərilənə qədər olmuşdur. Metroloji yoxlamanın nəticəsinə əsasən sayğac qüsursuz (xətasız) işləmiş və 2019-cu ilin aprel ayında sayğac üzrə 271.384 m3 (elektro n göstərici: 2869***-*******) qaz istifadə olunmuşdur ki, bunun da dəyəri 54.276,80 manat təşkil etmişdir. Həmin ayın qaz sərfiyyatından əvvəlki ayda akt əsasında artıq hesablanmış 77.790 m3 (15.558 manat dəyərində) çıxıldığından saldoda 2019-cu ilin aprel ayı üçün sərfiyyat 193.594 m3 (271.384 m3 - 77.790 m3 ) yazılmışdır. Beləliklə, 2019-cu ilin aprel ayının qaz sərfiyyatının başqa aylarla müqayisədə əhəmiyyətli dərəcədə çoxluğu ilə fərqlənməsinə baxmayaraq, bu sərfiyyatın süni şəkildə və qeyri-qanuni yolla artırılmasını iddia etməyə əsas yoxdur
42. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 21.194,10 manat məbləğdə təmin olunmayan hissəsi üzrə gəlinmiş nəticənin də əsaslılığını yoxlamış və gəlinən nəticə ilə razılaşmışdır.
43. Məhkəmə kollegiyası 15.558 manat borc məbləğinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia edilən borc məbləğini 15.558 manat hissədə təmin etməməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmiş və həmin məbləği cavabdehin borcundan təkrar (ikinci dəfə) silmişdir (çıxmışdır).
44. Cavabdehin abonent saldosunda 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15.558 manat məbləğdə borcun növbəti ay (aprel ayında) akt üzrə yazılmış borclar (“Qalıq və aktlar”) qrafasından silindiyi (həmin ayın qalıq borcundan çıxıldığı) müəyyən olunmuşdur.
45. Belə ki, abonent saldosundan görünür ki, 2019-cu ilin aprel ayında cavabdehin qaz sərfiyyatı 271.384 m3 həcmdə, dəyəri 54.276,80 manat məbləğdə olduğu halda, həmin sərfiyyat 193.594 m3 göstərilməklə 7 7.790 m3 (15.558 manat dəyərində) azaldılmış, eyni zamanda əvvəlki aydan qalıq borcu (57.918,17 manat) ilə cari ayın borcunun (54.276,80 manat) cəmindən (112.194,97 manat) mübahisəli borc məbləği (15.558 manat) çıxılmış, nəticədə 2019-cu ilin aprel ayının sonuna (may ayının əvvəlinə) qalıq borc 96.636,97 manat məbləğdə qalmışdır.
46. Halbuki, 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15.558 manat borc aprel ayında silinməsəydi (çıxılmasaydı), 2019-cu ilin aprel ayının sonuna (may ayının əvvəlinə) qalıq borc 96.636,97 manat deyil, 112.194,97 manat məbləğdə olardı. Bu da iddiaçının 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15.558 manat borcun aprel ayında silinməsi barədə dəlilinin və abonentin saldosunda aparılmış müvafiq qeydlərin həqiqiliyini təsdiqləyir.
47. Apellyasiya i nstansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehdən tələb olunan borc məbləğinin 5636,10 manat (cavabdehin abonent saldosuna 2017-ci ilin yanvar ayında əlavə hesablanmış) hissəsini təmin etməməkdə haqlı olsa da, lakin qalan tələbin 15.558 manat (cavabdehin abonent saldosuna 2019-cu ilin mart ayında əlavə hesablanmış (və növbəti ayda silinmiş) hissəsini də təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin edilən hissəsi 42.551,44 manat məbləğdə deyil, 58.109,44 manat məbləğdə olmalıdır.
48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 1 2 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə və MPM-in 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
49. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. MM-in 372.1-ci, 375.2-ci, 425.1-ci, 425,2- ci, 448,4-cü maddələri üzrə iddiaçının 2019-cu il 20 sentyabr tarixli * saylı müqavilə üzrə mübahisələndirdiyi 65599,38 manat borcun 60022,27 manatı 2014-cü il 14 aprel tarixli x saylı müqavilə üzrə hesablanmış qeyri-qanuni borcdur. Belə ki, iddiaçı sayğacdan kənar olaraq 2019-cu il mart ayı üçü n cavabdehə 31506 manat, 2019-cu il aprel ayı üçün isə 28515,83 manat qanunsuz borc hesablamışdır. Bu fakt iddiaçının 2019-cu il 16 avqust tarixli bildirişində də öz əksini tapmışdır. Həmin borcun silinməsinə dair cavabdeh iddiaçıya qarşı iddia qaldırmış və sonradan cavabdeh mübahisəni məhkəmədən kənar həll etmək, yəni birtərəfli qaydada borcun silinməsini öhdəsinə götürdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır. 2019-cu il 13 sentyabr tarixindən bu günə kimi iddiaçı borcu mübahisələndirməmişdir. Digər tərəfdən məhkəmə iddia müddətinin ötürülməsinə dair cavabdehin vəsatətinə hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehə qanunsuz olaraq borc hesablanıldığdan, cavabdeh iddiaçıya qarşı borcun silinməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, iddiaçı isə cavab dehə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Sonradan tərəflərin borcun əsassız olması əsasları ilə razılaşması əsasında iddialar dayandırılmışdır. Lakin iddia müddətini ötürməklə iddiaçı yenidən cavabdehə qarşı iddia vermiş və yenə də həmin iddiası əsasında keçirilən məhkəmələrdə iştirak etmədiyindən yenidən iddiası baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı iddia müddətini ötürməklə iddia vermişdir.
51. MPM-nin 97.1, 98, 99, 101.1, 102, 217.1, 372.1, 372.6-cı maddələri üzrə apellyasiya məhkəməsi məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini qərara alaraq mülki iş materiallarını ekspertizaya təqdim etmişdir. Lakin iddiaçı tərəf ekspertizanın keçirilməsi üçün zəruri olan sənədləri ekspertə təqdim etmədiyindən məhkəmə mühasibatlıq ekspertizası keçirilmədən iş mate rialları məhkəməyə geri qaytarılmışdır. Bundan sonra məhkəmə onda olan sənədləri təqdim etməklə mülki iş təkrar ekspertizaya göndərmişdir. Bundan sonra iddiaçı tərəf qərəzli olaraq ekspertizanın keçirilməsinə süni maneə yaratmış, cavabdeh iştirak etdiyi halda iddiaçı ekspertizanın keçrilməsində qərəzli olaraq iştirak etməmiş, zəruri materialları ekspertə tədim etməkdən yayınmışdır. Bu səbəbdən də ekspertiza keçirilmədən materiallar məhkəməyə geri qaytarılmışdır. Məhkəmə ekspertizanın keçirilməsini təmin etmədən iddiaçının nümayəndəsini mütəxəssis kimi işə cəlb etmişdir. Cavabdeh tərəf iddiaçının nümayəndəsinin mütəxəssis kimi cəlb olunmasına etiraz etdikdən sonra məhkəmə heç bir araşdırma aparmadan, ekspertiza keçirmədən (baxmayaraq ki, bu barədə qərardad qəbul etmişdir) iddiaçının təqdim etdiyi sübutları mötəbər sübut kimi qəbul edərək əsasız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, 2019-cu ilin mart və ya aprel ayında ümumiyyətlə cavabdeh tərəfindən bildirilən məbləğlərdə borc hesablanmamışdır. Cavabdehin istinad etdiyi 2019-cu il 16 avqust tarixli xəbərdarlıq debitor borcun ödənilməyəcəyi təqdirdə qaz təchizatının dayandırılacağına dair rəsmi xəbərdarlıq olmuşdur. Göründüyü kimi cavabdeh formal ifadələrlə həqiqətə uyğun olmayan məlumatları məhkəməyə çatdırır, lakin bununla bağlı hər hansı sübut təqdim edə bilmir. Daha sonra, istehlakçı və qazpaylayıcı arasında bağlanılmış müqavilələr vaxtaşırı yenilənə bilir. Bu adi və tam qanuni prosedurdur. Bundan başqa iş materiallarına əlavə edilmiş abonent saldosundan da göründüyü kimi cavabdehin qeyd etdiyi müddətdən, yəni 2019-cu ilin aprel ayından cavabdeh tərəfindən 136870,08 manat məbləğində ödəniş həyata keçirilmiş və növbəti illərdə də (2023-cü ilin iyun ayınadək) eyni tendensiya davam edir. Göründüyü kimi hesablanmış borcların istehlakçıdan mütəmadi olaraq ödənilməsi tələb edilmiş və istehlakçı tərəfindən də müxtəlif məbləğlərdə 2023-cü ilin iyun ayınadək ödənişlər aparılmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş hər iki tərəfin təsdiqlədiyi “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktlarından da görünür ki, cavabdehin 2020-ci il 30 aprel tarixə 87.092,62 manat, 2020-ci il 30 iyun tarixə 81.000,45 manat, 2022-ci il 30 iyun tarixə 73.409,06 manat məbləğdə qalıq borcu olmuşdur. Belə olan halda tələbetmə müddətinin ötürülməsindən ümumiyyətlə söhbət gedə bilməz. Ekspertiza məsələsinə gəldikdə isə, apellyasiya instansiyası düzgün nəticəyə gəlmiş, işin hallarından da göründüyü kimi xüsusi bilik tələb edən hal iş üzrə mövcud deyildir. İddiaçı tərəfindən ödənilməsi tələb edilən və məhkəmə qətnaməsi ilə tələbin təmin edilən hissəsində olan borc mələği cavabdeh tərəfindən istifadə edilən və qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmiş təbii qazın dəyərini təşkil edir. “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktlarından da göründüyü kimi cavabdeh tərəf hesablanmış borcları qəbul etmişdir və bunun müqabilində qismən də olsa ödənişlər aparmışdır. Kassasiya baxışının hədləri
53. Kassasiya şikayətinin tələb hissəsində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv olunmasını xahiş etsə də, dəlillərindən görünür ki, sonuncu qətnaməni yalnız iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Odur ki, MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qətnamənin əsaslılığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılacaqdır
54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdir ilir....”
56. Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 58. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı müha kimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
59. Kassasiya şikayətinin § 50-də göstərilən dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur.
60. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin § 51-də göstərilən dəlillərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsinin bununla bağlı verdiyi qiymətləndirmə ilə razılaşır. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilibedilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər.
62. Göstərilən lərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 82, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
63. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(105)-2/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.