Məhkəmə qərarları › İş №2-2(102)-301/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-301/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İst
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-301/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sudan istifadəyə görə hesablanmış borcun silinməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan tərkibdə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və müqavilənin ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-142/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı MMC-yə (bundan sonra – “MMC”) məxsus olmuş və həmin bina Cavabdeh ASC (bundan sonra – "xxxx") tərəfindən su ilə təchiz edilmişdir. 2. 2023-cü il 31 mart tarixli aktla MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının idarəetməsi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verilmişdir. Təhvil alan öhdəlik götürmüşdür ki, binanın idarə edilməsi ilə bağlı 2023-cü il 1 aprel tarixindən yaranacaq bütün kommunal ödənişləri öz hesabına qarşılayacaqdır. Təhvil verən binanın bütün kommunal borclarını ödəyərək təhvilini həyata keçirir. Təhvil alan 2023-cü il 1 aprel tarixdən etibarən binanın idarə edilməsi, saxlanılması, binanın yerləşdiyi torpağı n icarəsi, kommunal və gələcəkdə yaranacaq hər hansı digər xərclərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürür.

3. MMC tərəfindən ASC-yə göndərilmiş 2023-cü il 31 mart tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri tərəfindən mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq "xxxx" MMMC təsis edildiyi, həmin binanın su ilə təchiz edilməsi məqsədilə "xxxx" MMMC ilə yeni müqavilənin bağlanmasına etiraz edilmədiyi bildirilmişdir.

4. MMC tərəfindən ASC-yə ünvanlanmış 2023-cü il 7 noyabr tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 2023-cü il 31 mart tarixindən təhvil-təslim aktı əsasında "xxxx" MMMC tərəfindən idarə edilir. Bu səbəbdən MMC ilə olan 072633 nömrəli müqaviləyə xitam verilməsini xahiş edir. Abonent kodu: 072633

5. ASC tərəfindən MMC-yə göndərilmiş 2023-cü il 21 dekabr tarixli ********* nömrəli hesab-fakturaya əsasən sonuncunun həmin tarixə qalıq borcu 13.340,28 manat təşkil edir.

6. MMC-yə məxsus abonent haqqında məlumata əsasən MMC-nin su və çirkab sularından istifadəyə görə ümumi borcu 13.100 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. MMC (bundan sonra – "xxxx") 2024-cü il 10 yanvar tarixində ASC-yə (hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: 072633) əsassız olaraq hesablanmış 13.34 0,28 manat borcun silinməsi və tərəflər arasında su təchizatına dair mövcud olan müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının mülkiyyətçisidir. Qeyd edilən yaşayış binasının sakinləri tərəfindən, həmin binanın idarə edilməsi üçün, mənzil qanunvericiliyinin tələbərinə uyğun olaraq “Yasamal– 64” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. 2023cü il 31 mart tarixində qeyd edilən binanın idarə edilməsi iddiaçı tərəfindən təhvil–təslim aktı əsasında “Yasamal– 64” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmişdir. Bununla bağlı, bu binanın su təchizatına aid (Abonent kodu: 072633) iddiaçı və cavabdeh arasında olan müqaviləyə xi tam verilməsini və həmin binanın su ilə təchiz edilməsi məqsədilə "xxxx" MMMC ilə yeni müqavilə bağlanmasına etiraz etmədiyini rəsmi olaraq cavabdehə bildirmişlər. Su sayğacının iddiaçının adından "xxxx" MMMC-nin adına keçirilməsini istəmişdik. Lakin, cavabdeh tərəfindən iddiaçının istifadə etdiyi suya görə borcun olması şifahi olaraq bildirilmiş və onlar müraciətə heç bir rəsmi cavab verilməmişdir. Əlavə olaraq bu məsələ ilə bağlı, "xxxx" xidmətində fəaliyyət göstərən ASC- nin məntəqəsinə müraciət etmişlər. Ancaq nəticə eyni oldu, yəni müqavilərinə xitam verilmədi, səbəb kimi də, qeyd edilən borclarının olmasını bildirdilər və bununla bağlı 13.340 manat borclarının olması barədə elektron formada çıxarış verdilər. Sonuncu dəfə aralarında olan müqaviləyə xitam verilməsi üçün ASC-yə elektr on qaydada 2023-cü il 7 noyabr tarixində müraciət etmişlər. Lakin, cavabdeh tərəfindən onlara heç bir cavab verilməyib. Bununla bağlı, xüsusi vurğulamaq istərdik ki, yuxarıda qeyd edilən borc nə vaxt yaranıb və nə ilə bağlıdır onlara məlum deyil. ASC öz tərəfindən buna aid izah verə bilmir və yaxud istəmir, borca aid etibarlı hesab edilən heç bir sənəd təqdim etmir. Bu səbəbdən onların müqaviləsinə xitam verilmir və binanı faktiki olaraq idarə edən şirkət yeni müqavilə bağlayıb sayğacı öz adına keçirə bilmir.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 mart tarixli e-2-2(113)- 1013/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya əsassız olaraq hesablanmış 13.100 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehd ən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilənin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən ona su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borcu mübahisələndirir. Cavabdeh mübahisələndirilən borcun hesablanmış sərfiyyat borcu olduğunu bildirir. Məhkəmə tərəfindən cavabdehə borcla bağlı iddiaçıya təqdim edilmiş hesab fakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi dəfələrlə cavabdehə təklif e tsə də, cavabdeh həmin borcla bağlı məhkəməyə yalnız abonent haqqında məlumat təqdim edə bilmişdir. Bundan əlavə, cavabdeh həmin borcun sərfiyyat borcu olduğunu, hər ay iddiaçıya borcla bağlı hesab-faktura təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, bundan əlavə, borcun hansı illər, yaxud aylar üzrə olduğunu göstərə bilməmişdir.

11. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməl idir. Bununla yanaşı, abonent haqqında məlumatdan, habelə cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçıdan hazırda tələb edilən qalıq borc 13.100 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçıya hesablanmış 13.100 manat borc silinməlidir.

12. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini də xahiş edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzər də tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Materiallardan görünür ki, iddiaçı 2023-cü il 31 mart tarixli akt əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsini "xxxx" MMMC-yə həvalə etmiş, həmin MMMC bütün kommunal ödənişləri 2023-cü il 1 aprel tarixindən ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc silindiyindən, habelə iddiaçı müqavilənin ləğvi tələbi i lə bağlı cavabdehə müraciət etdiyindən, lakin onun tələbi təmin edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində də əsaslıdır və təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1, 58, 59.3-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1.3, 3.5, 8.3, 8.4-cü bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv, iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 iyun tarixli 2-2(103)-590/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər - V.Baxışova və R.Qurbanov).

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan və cavabdehin iddiaçıya göndərdiyi elektron qaimələrdə (i/v 77-80) abonent saldosunda hesablanmış borc məbləği göstərilməmişdir. Yəni, cavabdeh iddiaçıdan sudan istifadəyə görə yaranmı ş borcu tələb etməmişdir. Odur ki, cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30.1-ci maddəsinin tələbinə əməl edilmədiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq əsassız hesablanmış borcu silmişdir.

17. Daha sonra, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 8.4-cü bəndinə istinad etməklə göstərmişdir ki, cavabdeh iddiaçının borcu olduğu üçün müqavilə ləğv edilə bilməməsini, yalnız yaranmış borc məbləği tam şəkildə ödənildikdən sonra müvafiq sənədlər əsasında əvvəlki istehlakçı ilə müqavilə ləğv edilib, yeni istehlakçı ilə müqavilə bağlana biləcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin ləğvini ona görə qanunsuz saymışdır ki, iddiaç ı tərəfindən borc ödənilməmişdir. Lakin apellyasiya kollegiyası hesablanmış borcun əsassız olması qənaətinə gəldiyi üçün şikayətin bu dəlilini də əsaslı və qanuni hesab etməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla əsaslandırmışdır (bax §13).

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(102)-556/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 iyun tarixli 2-2(103) -590/2024 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim – E.Şamayev, hakimlər – B.Məmmədli və E.Vəliyeva).

21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib olunan abonent saldosundan müəyyən olunur ki, 2013-cü ildən başlayaraq 2023-cü il daxil olmaqla hər il üzrə sudan istifadəyə görə hesablanmış borcla müvafiq ildə ödənilmiş vəsait bir-birini tamamlamamış, bəzi illərdə su sərfiyyatı ümumi ödənişdən artıq olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan abonent saldosunu sübut qismində qiymətləndirməkdən imtina etsə də, mövqeyini əsaslandırmamışdır. Halbuki, bu sənəddə “X1”nın 7.20-ci bəndinə əsasən cavabdeh təşkilat tərəfindən açılan fərdi hesabın göstəricilərini öz əksini tapmışdır. Digər tərəfdən, iddiaçı qeyd olunan sənəddə əks olunan məlumatlarla razı olmadığını məhkəmədə bildirməmişdir. Halbuki, Qaydaların 7.2- ci bəndinin ikinci cümləsinə əsasən onun mövcud sayğacın göstəricilərini təqdim etməklə, Abonent haqqında məlumatda əks olunan göstəriciləri mübahisələndirmək imkanı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının istifadə etdiyi suyun həcmini və dəyərini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, onun ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçı hüquqi şəxs olmaqla, xərclərinin dəqiq uçotunu aparmalıdır.

22. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya şikayətinin dəlillərini rədd edən apellyasiya kollegiyasının iş materiallarının 77-79-cu vərəq lərində əlavə olunmuş elektron qaimələrə istinad da iddianın tam rəddi üçün əsas ola bilməzdi. Belə ki, həmin elektron qaimələr ASC tərəfindən müvafiq olaraq 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üçün bu ayların sərfiyyatına görə tərtib olunmuş, əvvəlki borcları əhatə etməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1-ci; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1, 59.3-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1.3, 7.2, 7.20, 8.3, 8.4-cü bəndlərinə; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarına; MPM-in 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 106.1, 217.3, 217.4, 372.7, 416.1, 416.2, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 2-2(103)-142/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin olunmuş hissəsində ləğv e dilməsi, həmin hissədə iddianın rədd olunması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və E.Həsənov).

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması üzrə müqavilə bağlanmış, bu əsasında cavabdeh Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 90C ünvanındakı binanı su ilə təchiz etmişdir. İddiaçı 13.340,28 manat borcun əsassız hesablandığını, binanın hazırda "xxxx" MMMC tərəfindən idarə olunduğunu əsas gətirərək borcun silinməsini və müqavilənin ləğvini tələb edir. Cavabdeh borcun sayğac göstəricilərinə əsasən hesablandığını bildirərək iddiaya etiraz edir.

26. İş materiallarından görünür ki, tələb olunan borc sayğac göstəricilərinə əsasən 2013–2023-cü illər üzrə hesablanmış və abonent t ərəfindən tam ödənilmədiyi üçün yaranmışdır. Cavabdeh borcun ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir.

27. Abonent məlumatlarında “X1”nın 7.20-ci bəndinə uyğun olaraq borcun hesablanmasına əsas olan göstəricilər, o cümlədən sərfiyyat həcmləri və hesab-fakturalar əks olunmuş, bu göstəricilər iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 28. 13.100 manat borc “X1”nın 7.2-ci bəndinə uyğun olaraq sayğac göstəricilərinə əsasən hesablanmışdır və onun silinməsi üçün əsaslar mövcud deyil. Bu səbəbdən iddia rədd edilməlidir.

29. Müqavilənin ləğvi tələbi üzrə iddiaçı, binanın 2023-cü ilin mart ayından "xxxx" MMMC-yə təhvil verildiyini və kommunal xərclərin həmin təşkilat tərəfindən ödənildiyini əsas gətirmişdir. 30. “X1”nın 8.4-cü bəndinə əsasən istifadəçi dəyişdikdə əvvəlki istifadəçi borcun u ödəməli və borcsuzluq arayışı alaraq yeni istifadəçiyə təqdim etməlidir. Müqavilə yalnız borcun ödənilməsi halında ləğv edilə bilər. 31. 2020-ci il 29 yanvar tarixli müqavilənin 5.6-cı bəndinə görə də müqavilə tərəflərin yazılı təşəbbüsü ilə və borcun tam ödənilməsi şərti ilə ləğv edilə bilər.

32. Hər iki sənədə əsasən müqavilənin ləğvi borcun tam ödənilməsindən asılıdır.

33. Odur ki, hazırkı halda iddiaçı sudan istifadəyə görə borcu tam şəkildə ödəmədiyindən müqavilənin ləğv edilməsi üçün normativ hüquqi aktlarda və müqavilədə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, həmin hissədə də birinci insansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442-ci maddələrinə; “Su təchizatı və tullantı suları haqq ında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 2.1.5, 4.1.3, 7.2, 7.20, 8.3, 8.4cü bəndlərinə; MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi və ya işi yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 36. “X1”nın 8.3 və 8.4-cü bəndləri üzrə - Hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk olaraq tələbin qanuni əsasının müəyyənləşdirilməsi və iddia çının göstərdiyi halların həmin əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Qanuni əsas dedikdə, bir tərəfə qarşı tərəfdən nəyisə tələb etməyə imkan verən qanun müddəası başa düşülür. Əgər iddia tələbinin qanuni əsası mövcuddursa və faktiki hallar həmin əsasın şərtlərinə uyğundursa (və cavabdehin etirazları ilə qüvvədən düşmürsə), iddia haqlı sayılır, uyğun gəlmədikdə isə əsassız hesab edilir. Məhkəmə ilkin olaraq qanun əsasında tələbin hüquqi əsasını və dispozisiya şərtlərini müəyyənləşdirməli, sonra isə bu şərtləri konkret işə tətbiq etməlidir.

37. Qaydalarda borc ödənilmədiyi halda müqavilənin ləğvinə dair konkret qadağa və ya məhdudlaşdırıcı norma nəzərdə tutulmamışdır. Qaydaların 8.4-cü bəndinə əsasən, su təchizatı müəssisəsi müqavilənin yalnız borc ödənildi kdən sonra ləğv edilə biləcəyini irəli sürə bilər. Lakin bu, borcun mövcudluğunun müqavilənin məhkəmə qaydasında ləğvinə maneə olması demək deyildir. Apellyasiya instansiyası bu Qaydaları düzgün tətbiq etməmişdir. Kollegiyanın gəldiyi nəticəyə əsasən, borc ödənilmədiyi halda müqavilənin ləğvi yolverilməz hesab edilmişdir, halbuki müqavilənin ləğvi məsələsi “X1” ilə deyil, MM-in müddəaları ilə tənzimlənir.

38. Bundan başqa, Ali Məhkəmə müqavilənin ləğvi ilə bağlı tələblə əlaqədar hüquqi mövqe bildirməmiş, yalnız borcun silinməsi ilə bağlı apellyasiya qərarını əsassız sayaraq ləğv etmişdir. Bu isə o deməkdir ki, kassasiya instansiyası borcun ödənilməsi şərti ilə bağlı hər hansı göstəriş verməmişdir. Apellyasiya məhkəməsi isə bu hissədə MM-in 421-424-cü maddələrinə uyğun hüquqi qiymət verməmi ş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu hal, qətnamənin kassasiya qaydasında ləğvi üçün əsas yaradır.

39. MM-in 389, 390, 421-424-cü maddələri və Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə üzrə - “X1”nda müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı konkret müddəa nəzərdə tutmadığından, həmçinin cavabdeh müqavilənin ləğvində imtina etdiyi üçün, tərəflər arasında müqavilənin ləğvi ilə bağlı məsələ MM-in müddəaları nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilməlidir. İddiaçı binanın idarəçiliyi "xxxx" MMMC-yə təhvil vermiş və həmin vaxtdan iddiaçı su təchizatı ilə bağlı cavbadehlə bağlanmış müqavilənin tərəfi kimi onun icrasını həyata keçirə bilməz. Yəni, binanın idarə edilməsinin başqa bir hüquqi şəxsə verilməsi iddiaçı tərəfindən müqavilənin icrasını obyektiv olaraq qeyri- mümkün etmişdir. Binanın idarə olunmasını tamamilə başqa şəxsin səlahiyyətinə keçməsi işin mübahisəsiz halıdır və iddiaçının müqavilə üzrə öhdəlikləri icra etməsi mümkünsüz olduğu üçün, onunla bağlanmış müqavilənin qüvvədə qalması yolverilməzdir və bu səbəbdən həmin müqavilə ləğv edilməlidir.

40. İşə baxan apellyasiya instansiya məhkəməsi müqavilənin ləğvi tələbinə dair hissədə işə baxarkən MM-in 421-424-cü maddələrini mübahisəyə düzgün tətbiq etməmiş və bununla da maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Digər tərəfdən hazırkı mövcud şərait, yəni binanın idarə edilməsi üçün başqa hüquqi şəxsə verilməsi iddiaçının iradəsindən asılı olmayan bir hal olmuşdur. Qeyd olunmalıdır ki, binanın idarə edilməsini başqa hüquqi şəxsə verilməsi mənzil mülkiyytəçilərinin tələbi o lmuşdur və bu səbəbdən hüquqi şəxs olan iddiaçı binanın idarə edilməsi ilə bağlı "xxxx" MMMC ilə müqavilə bağlamışdır. MM-in tələblərinə əsasən əgər müqavilənin bağlanması zamanı mövcud olan şərait sonradan hüquqi şəxs üçün kökündən dəyişmişdirsə və müqavilənin əvvəlki şərtlərlə icrası onun üçün mümkün deyilsə, həmin müqavilə ləğv edilməlidir. İnhisar subyektinin istehlakçı ilə müqavilə münasibətlərinin davamına məcbur edilməsi, müqavilə azadlığı prinsipinə ziddir və yolverilməzdir. Binanın idarə edilməsinin başqa bir hüquqi şəxsə verilməsi və iddiaçının həmin binada hər hansı idarə etmə funksiyasını həyata keçirməməsi, müqavilənin şərtlərinin əsaslı dəyişməsi kimi qiymətləndirillir. 41. “X1”nın 8.4-cü bəndinə əsasən müqavilənin ləğvi üçün əsaslardan biri borcun tam şəkildə ödənilməsidir. Burada əsas sual yaranır: su təchizatı müəssisəsi borc ödənilmədiyi halda müqavilənin ləğvindən tamamilə imtina edə bilərmi? Əgər müqavilənin davam etməsi hüquqi və faktiki baxımdan mümkünsüzdürsə (məsələn, istehlakçı artıq binanı idarə etmir və yeni istehlakçı müqavilə bağlamaq üçün müraciət edib), borcun olması müqavilənin ləğvinə süni maneə kimi istifadə edilə bilməz. Borcdan asılı olmayaraq, əvvəlki istehlakçının müqaviləsinin ləğvi və yeni istehlakçı ilə müqavilənin bağlanması proseduru su təchizatı müəssisəsi tərəfindən təmin edilməlidir. Digər tərəfdən borcun ödənilməməsi, həmin borcun məhkəmə qaydasında tələb edilməsini istisna etmir və müqavilənin ləğv edilməsi həmin borc üzrə öhdəliklərə xitam verilməsi anlamına gəlmir. Əgər iddiaçının sudan istifadə ilə bağlı borcu mövcuddursa, bu halda su təchizatı müəssisəsi həmin borcun tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər və müqaviləyə xitam verilməsi, borcun tutulması ilə bağlı irəli sürülmüş tələbin rədd olunması üçün əsas hesab edilmir. Beləliklə, su təchizatı müəssisəsi borcun ödənilməməsini əsas gətirərək müqavilənin ləğvindən imtina edə bilməz, əks halda bu, inhisarçılıq mövqeyindən suiistifadə kimi qiymətləndirilir.

42. Göstərilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edirik ki: - Müqavilə azadlığı prinsipinə əsasən iddiaçı müqaviləni ləğv etmək hüququna malikdir. - Təbii inhisar subyekti olan su təchizatımüəssisəsi borcu əsas gətirərək müqavilənin ləğvindən imtina edə bilməz. - Borcların ödənilməsi üçün qanuni yollar var (məhkəmə qaydasında icra, məcburi ödənişlər və s. ), lakin bu, müqavilənin ləğvindən imtina üçün əsas ola bilməz. - Əgər istehlakçı artıq həmin obyektdən istifadə etmirsə və yeni istifadəçi müqavilə bağlamaq üçün müraciət edibsə, müqavilənin ləğvindən imtina edilməsi qanunsuz sayılır. Beləliklə, su təchizatı müəssisəsinin müqavilənin ləğvindən imtinası qanunvericiliyin tələblərinə və müqavilə azadlığı prinsipinə uyğun deyil və apellyasiya instansiya məhkəməsi müqavilənin ləğvi hissəsində iddia tələbinə münasibətdə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən hesab edirik ki, həmin hissədə qətnamə ləğv edilməli və müqavilənin ləğvi hissəsində iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423. 2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarı üzrə - İddiaçı müqavilənin tərəfi olsa da, artıq müqavilə üzrə üzərinə düşən öhdəlikləri və vəzifələri icra etmək iqtidarında deyil. Faktiki olaraq iddiaçının idarəçiliyində olan bina "xxxx" MMMC- ninidarəçiliyinə keçən andan, iddiaçının su təchizatı ilə bağlı müqavilə üzrə bütün hüquq və vəzifələrinə xitam verilmiş və iddiaçı artıq sudan istifadə etmədiyi üçün, onunla bağlanmış müqavilənin qüvvədə qalması absuddur. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyi baxımından da tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməlidir.

44. MPM-in 77.1, 80, 88-ci maddələri üzrə - Məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutlara da düzgün hüquqi qiy mət verməmişdir. İddiaçının abonent hesabında göstərilən 13.100 manat borc işin mübahisəli halıdır və həmin borcun mövcudluğunu sübut etmək vəzifəsi inhisar subyekti olan cavabdehin üzərinə düşür. İstehlakçının abonent hesabı inhisar subyektinin sərəncamında və idarəçiliyində olduğuna görə, cavabdeh həmin hesab üzərində tam nəzarət imkanına malikdir və onu öz kommersiya maraqları naminə tərtib edə bilər. İddiaçının sudan istifadəyə görə ödənişlərinin mütəmadi olaraq edildiyi abonent hesabı üzərindən də görünməkdədir. Cavabdeh tərəfindən irəli sürülən borc isə 2013-2014-cü illərə aid olduğu iddia edilən borcdur və bu borcun mövcudluğu yalnız müqavilənin ləğvi ilə bağlı müraciət edildikdən sonra iddiaçıya məlum olmuşdur. İddiaçıya sudan istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı tə qdim edilən bütün bildirişlərdə borcun mövcudluğu heç bir formada öz əksini tapmamışdır. Bu səbəbdən iddiaçının belə bir borcun olması barədə məlumatlı olması mümkün olmamışdır.

45. Həmçinin iddiaçının maliyyə hesabatlarında da belə bir borc qeydə alınmamışdır. Cavabdeh tərəfindən abonent hesabında göstərilən borcun mövcudluğunu təsdiq edən hər hansı rəsmi bildirişin və ya borcun ödənilməsini tələb edən sənədin təqdim olunmaması işin hallarına dair ciddi hüquqi boşluq yaradır. Cavabdeh müqavilənin ləğvi ilə bağlı bildirişi alan günədək iddiaçıdan borcun ödənilməsini heç vaxt tələb etməmişdir. Əgər belə bir borc həqiqətən mövcud olmuşdursa, cavabdeh onu tələb etməli və bununla bağlı sübut təqdim etməli idi. Borcla bağlı heç bir tələb irəli sürülmədiyi halda, həmin borcun mövcud hesab edilmə si hüquqi baxımdan əsassızdır. Apellyasiya instansiyası məhkəməsi bu mühüm hüquqi aspektləri nəzərə almamış, borcun ödənilməsini sübut etmə yükünü əsassız olaraq iddiaçının üzərinə qoymuşdur. MPM-in 77-ci maddəsinə əsasən borcun mövcudluğunu sübutetmə vəzifəsi borcu tələb edən cavabdehin üzərinə düşür. “X1”nın 2.1.9-cu bəndinə görə, borc ödənilmədikdə suyun verilməsi dayandırılmalı və istehlakçıya yazılı bildiriş təqdim olunmalıdır. Lakin cavabdeh müqavilənin ləğvi barədə bildirişə qədər suyun verilməsini dayandırmamış, yazılı tələb və ya xəbərdarlıq göndərməmişdir. Bu isə borcun ya mövcud olmadığını, ya da onun vaxtında tələb edilmədiyini göstərir. Abonent hesabında borcun qeyd edilməsi onun hüquqi baxımdan mövcudluğunu sübut etmir. Məhkəmə yalnız bu qeyd əsasında borcun varlığını qəbul e də bilməz. Cavabdeh borcun tələb edilməsi ilə bağlı son 5 ildə heç bir sübut təqdim etmədiyindən, iddiaçının borcun ödənilməsini sübut etməyə məcbur edilməsi qanunsuzdur. Apellyasiya instansiyası sübutları düzgün qiymətləndirməmiş və sübutetmə yükünü əsassız olaraq iddiaçının üzərinə qoymuşdur. Bu isə MPM-in müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə ziddir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi bu hissədə təmin olunmalıdır.

46. MPM-in 418-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi işə baxarkən MM-in 152, 157, 760-762 və 421-ci maddələrin tələblərini mübahisəyə düzgün tətbiq etmədiyi üçün, həmçinin üzərinə düşən vəzifələrinin icra ilə bağlı MPM-in 14.1-ci maddəsinin, sübutların qiymətləndirilm əsində isə MPM-in 77.1, 80 və 88-ci maddələrinin tələblərini pozduğu üçün, qəbul edilmiş qətnamə ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

48. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

50. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi... 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya laz ımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” 51. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının “Maddə

5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri...

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiy yəti orqanı tərəfindən müəyyən edilir”.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır....”

53. Azərba ycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

55. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

56. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi doğru olmaqla yanaşı hazırkı kassasiya şikayətinin dəlillərini də əhatə edir. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin su təchizatı müəssisəsinin borcun ödənilməməsini əsas gətirərək müqavilənin ləğvindən imtina hüququnun olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 421-424-cü maddələrinin tətbiqində səhvə yol verilməsi, inhisar subyektinin istehlakçı ilə müqavilə münasibətlərinin davamına məcbur edilməsinin müqavilə azadlığı prinsipinə zidd olması və bu kimi digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

57. MM-in 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunv ericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Normanın məzmunundan aydın olur ki, təbii ehtiyatlardan (hazırkı işdə sudan istifadə) istifadə ilə bağlı münasibətlər xüsusi qanunvericilik aktları ilə tənzimlənməzsə, mülki qanunvericiliyin normaları tətbiq edilir.

58. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “X1”nın 8.4-cü bəndinə əsasən istifadəçi dəyişdikdə əvvəlki istifadəçi borcunu ödəməli və borcsuzluq arayışı alaraq yeni istifadəçiyə təqdim etməlidir (bax: § 52)

60. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, “X1”na 2 nömrəli əlavə ilə təsdiq edilmiş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə müqavilənin nümunəsinə uyğun tərtib edilərək tərəflər arasında bağlanılmış 2020-ci il 29 yanvar tarixli müqavilənin 5.6-cı bəndinə görə bu müqavilə tərəflərinin yazılı təşəbbüsü əsasında vaxtından əvvəl ləğv edilə bilər. Yazılı təşəbbüs daxil olduğu vaxtdan 1 ay müddətində istehlakçı borcunu tam ödədikdə müqavilə ləğv edilmiş hesab olunur.

61. Göründüyü kimi sudan istifadə ilə bağlı hazırda mübahisəyə səbəb olmuş məsələlər xüsusi qanunvericilik aktları ilə tənzimlənmiş, apellyasiya instansiyası məhkəməsi də hüquqi qiymətləndirməni bu normalara uyğun doğru aparmışdır.

62. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin yuxarıda göstərilən dəlilləri əsassızdır.

63. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

64. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

65. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhk əmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

66. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunve riciliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 yanvar tarixli 22(103)-142/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar