Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-109/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MTK-nın Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli 2-2(105)-113/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı (VÖEN **********, bundan sonra İddiaçı MTK) ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi (VÖEN **********, bundan sonraCavabdeh MTK) arasında bağlanmış 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişinin 2.1-ci bəndinə əsasən, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 73 ünvanında ümumi smeta dəyəri 126.600 (yüz iyirmi altı min altı yüz) manat olan 1 sot torpaq sahəsində 2018-ci ilin yanvarmart aylarında inşa etdiyi "yarımstansiya"dan ortaq istifadə edilməsi üçün Cavabdeh MTKnə razılıq verməyi öhdəsinə götürür. Cavabdeh MTK isə həmin hüquqların əldə edilməsi ilə əlaqədar İddiaçı MTK-nə smeta dəyərinin 50%-ni, yəni 63.300 (altmış üç min üç yüz) manat ödənilməsinə zəmanət verir. - X3 2.2-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, Cavabdeh MTK İdd iaçı MTK-nə ümumi smeta dəyərinin yarısını, yəni 63.300 (altmış üç min üç yüz) manatı ödəyəcək, İddiaçı MTK isə həmin məbləği tam şəkildə qəbul edəndən sonra Cavabdeh MTK “yarımstansiya”dan ortaq istifadə etmək hüququ əldə edəcəkdir. - X3 3.1-ci bəndinə əsasən, İddiaçı MTK ümumi smeta dəyərinin yarısını, yəni 63.300 (altmış üç min üç yüz) manatı aldığı zaman Cavabdeh MTK-nin “yarımstansiya”dan ortaq şəkildə istifadəsinə razılıq verərək, şərait yaratmağı öhdəsinə götürür. - X3 3.2-ci bəndinə əsasən, Cavabdeh MTK isə ümumi smeta dəyərinin yarısını, yəni 63.300 (altmış üç min üç yüz) manatın bu Saziş imzalandığı vaxt İddiaçı MTK-nə ödənilməsini öhdəsinə götürür. - İddiaçı MTK və Cavabdeh MTK arasında imzalanaraq-möhürlənmiş 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişində tərəflərin həmin Sa ziş üzrə yaranan öhdəliklərinin icra edilmə müddəti və həmin Sazişin qüvvədə olma tarixi (müddəti) göstərilməmişdir. 2. 2019-cu il 15 oktyabr tarixli Seriya NİZ № 000050 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh MTK tərəfindən 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişinə əsasən 2019-cu il 15 oktyabr tarixdə İddiaçı MTK-nə 20.000 (iyirmi min) manat məbləğində avans ödənmişdir. 3. 2019-cu il 16 noyabr tarixli Seriya NİZ № 000051 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh MTK tərəfindən 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişinə əsasən 2019-cu il 16 noyabr tarixdə İddiaçı MTK-nə 12.000 (on iki min) manat məbləğində pul vəsaiti ödənmişdir.
4. Cavabdeh MTK 2021-ci il 23 fevral tarixli 01 nömrəli Məktubla Abşeron rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Av tomobil X2 müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 34 ünvanında yerləşən İddiaçı MTK-nın 35/6 voltluq yarımstansiyasından həmin ərazidə yerləşən Cavabdeh MTK-nın binasının elektrik enerjisi ilə təchiz olunmasında istifadə edilməsinə köməklik göstərilməsini xahiş etmiş və həmin müraciət yeraltı kabel xəttinin “lyuk”larının (çıxış quyularının) üstünün doldurulması və üzərindən asfalt örtüyünün çəkilməsi ilə əsaslandırılmışdır. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MTK-nə ünvanlanmış 2021-ci il 24 iyun tarixli MTŞ-21/272 nömrəli məktuba əsasən, Cavabdeh MTK-nə əvvəl verilmiş 2019-cu il 30 oktyabr tarixli TMX-19/0578 nömrəli texniki şərtlər ləğv olunaraq, ona yaşayış binasının şəbəkəyə qoşulması üçün yeni texniki şərtlərin verilməsi üçün yerinə ye tirilməli olan hərəkətlər barəsində müvafiq tövsiyyələr verilmişdir.
6. Hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MTK ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MTK tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (2021-ci il 27 oktyabr tarixli MŞ-2021-004976 nömrəli mediasiya arayışı). İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MTK (bundan sonra – “iddiaçı”) 2022-ci il 18 aprel tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh MTKnə (bundan sonra – “cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2019-cu il 14 ok tyabr tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31.000 (otuz bir min) manat əsas vəsait və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat olmaqla, ümumilikdə 31.200 (otuz bir min iki yüz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin rəhbərliyi (təsisçilər də daxil olmaqla) belə razılığa gəlmişlər ki, hər iki MTK tərəfindən Xırdalan şəhərinin H.Əliyev prospektində inşa edilmiş yaşayış binasının elektrik təchizatını təmin etmək məqsədilə tikiləcək yarımstansiyasını birlikdə inşa etməklə, birgə maliyyələşdirsinlər. İlkin şifahi razılıq əsasında verilmiş texniki şərtə uyğun olaraq iddiaçı tərəfindən və onun vəsaiti hesabına hər iki hüquqi şəxs tərəfindən in şa edilmiş yaşayış binasını elektrik enerjisi ilə təmin edəcək yarımstansiya inşa edilmişdir. Tərəflər arasında baş tutmuş şifahi razılaşma daha sonra rəsmiləşdirilmiş və müvafiq olaraq 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi imzalanmışdır. Həmin Sazişə görə iddiaçı 1 (bir) sot torpaq sahəsində inşa etdiyi ümumi smeta dəyəri 126.000 (yüz iyirmi altı min) manat olan yarımstansiyadan cavabdehlə ortaq istifadə üçün razılıq verir və bunun əvəzində cavabdeh smeta dəyərinin yarısını, yəni 63.000 manat pulu ödəyir. Razılaşmanın şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən həmin məbləğin müvafiq olaraq 2019-cu il 16 noyabr tarixdə 12000 manatı, 2019-cu il 14 oktyabr tarixdə 20000 manatı ödənilmiş, yerdə qalan məbləğ isə (63.000 – 32.000 (12.000+20.000) = 31.000) ödənilməmişdir. İddiaçının rə hbərliyi onun vəsaiti hesabına iki yaşayış binası üçün inşa edilmiş yarımstansiyaya çəkilmiş xərcin tərəflər arasında olan Razılaşmaya uyğun qarşı tərəfə aid hissəsinin tam ödənilməsini tələb etsə də, qarşı tərəf müxtəlif bəhanələr gətirməklə Razılaşmanın şərtlərini icra etməmişdir. Tərəflər arasında başlanmış mediasiya prosesinin də heç bir nəticəsi olmamış və cavabdeh tərəf prosesdə iştirakdan imtina etmişdir. Bunu nəzərə alaraq iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab etmişdir ki, tərəflər arasında imzalanmış Razılaşma şərtlərinə iddiaçı tərəfindən əməl edildiyi, lakin cavabdeh tərəfindən tam əməl edilmədiyi nəzərə alınaraq, Razılaşma üzrə ödənilməli qalıq məbləğ cavabdehdən tutulmalıdır. Bu məbləğin ödənilməməsi iddiaçının hüququnun pozulmasına səbəb olur. Cav abdehlə ilkin danışıqlar və uzun müddət davam edən müzakirələr pozuntunu aradan qaldırmamışdır. Buna görə həmin pul məbləği məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalıdır. Tərəflərin inşa etdiyi yaşayış binaları Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşməklə, yaxın məsafədə inşa olunmuşdur. İddiaçı tərəfindən 2018-ci il 1 may tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət olunaraq, binanın elektrik enerjisi ilə təchiz olunması üçün texniki şərtin verilməsi xahiş edilmişdir. Texniki şərtin verilməsini təmin edən idarənin rəhbəri Qədir müəllim MTK rəhbərliyini qəbul edərkən qonşuluqda yerləşən və cavabdeh tərəfindən inşa edilmiş yaşayış binası ilə birlikdə istismar edilməsi üçün transformator məntəqəsinin (TM) qurulmasını və hər iki binanın həmin TM-dən elektrik enerjisini qəbul etməsin i tövsiyyə etmişdir. MTK rəhbərliyi ilkin olaraq bundan imtina etsə də, daha sonra xərclərin bölünməsi şərtilə layihə razılaşdırılmışdır. Bu razışlamaya bütün xərclər daxil edilmiş və ümumi xərc 126.600 manat təşkil etmişdir. İddiaçı MTK tərəfindən 500 metr məsafədən TM-ə qədər olan hissədə asfaltın qazılması və torpaq işləri yerinə yetirilmiş, hər iki MTK-nı təmin edəcək elektrik xətti üçün 8 ədəd olmaqla 2.000 metr boru xətti çəkilmiş, qazıntı işləri bitdikdən sonra TM-dən çəkilmiş yeraltı xətt üzrə hər 100 metrdən bir çıxış (“lyuk”) qoyulmuş, TM-nin inşa edilməsi üçün fiziki şəxsə məxsus torpaq sahəsi alınmış, TM-nin quraşdırılması üçün qoruyucu məntəqə inşa edilmiş və digər bütün zəruri işlər görülmüşdür. Daha sonra iddiaçı inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etm işdir. Ancaq cavabdeh TM-in hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və TM-yə qoşulmanı təmin etməmişdir. Bununla bağlı dəfələrlə MTK-nın rəhbərliyinə, təsisçiləri Elxan Dadaşov, Elşad, Ərəstun və digərlərinə məlumat verilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Xeyli müddət sonra dövlət layihəsi olaraq yollarda təmir işlərinin aparılması nəticəsində xətlərdən çıxışlar (“lyuk”lar) bağlanmışdır. İddiaçının bunda heç bir təqsiri yoxdur və buna görə o, məsuliyyət daşımır. Yəni, rəhbərliyinin səhlənkarlığı nəticəsində cavabdehin binasının TM-ə qoşula bilmədiyinə, yaxud qoşulmaq istəmədiyinə görə iddiaçı məsuliyyət daşımır və bu hal qarşı tərəfin Razılaşma Sazişi üzrə məsuliyyətini aradan qaldırmır. Üstəlik, cavabdeh tərəfindən yalnız 20.000 manat pul ödənilmiş, yerdə qal an 12.000 manat pul isə təsisçi Şahid2la cavabdehin təsisçisi arasında olan sövdələşməyə əsasən əvəzləşdirilmişdir. Beləliklə, cavabdeh Razılaşma üzrə öhdəliyini icra etmədiyinə görə hazırkı halda maddi məsuliyyət daşıyır və ödənilməmiş pul məbləğini ödəməlidir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13, 52.1, 385.1, 386.1, 425.1, 430.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 4.1, 14.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 26 iyul tarixli e-2-2(119)-506/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim Z.Sadıqov).
12. Biri nci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə iddiaçı tərəfindən inşa olunmuş yeraltı elektrik xətti və transformator məntəqəsi ilə əlaqədar tərəflər arasında müəyyən edilən münasibətlər mahiyyət etibarilə MM-in “Əşyadan istifadə hüquqları”nın nəzərdə tutulduğu 11-ci fəslində təsbit olunmuş “Uzufrukt” münasibətlərinə aid olmasına baxmayaraq, həmin Razılaşma Sazişi notariat qaydasında təsdiqlənməmiş və Sazişdə qeyd olunan hüquqların uzufruktuara, yəni cavabdehə keçməsi faktiki olaraq baş tutmamış və yaxud, daşınmaz əşyalarla bağlı halda isə həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, yuxarıda qeyd olunan texniki səbəblərə (çıxış quyularının qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsi və s.) görə cavabdehin elektrik enerjisi ilə təmin olunmaq üçün 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişində nəzərdə tutulan iddiaçıya məxsus qurğu və avadanlığa, yəni sonuncunun inşa etmiş olduğu yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşulması mümkün olmamışdır.
13. Beləliklə də, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə nəzərdə tutulan qaydada öhdəliklərin icra olunması, yəni İddiaçı MTK-nın inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşularaq, həmin Sazişlə müəyyən edilmiş şərtlər əsasında Cavabdeh MTK özünə aid yaşayış binasını elektrik enerjisi ilə təchiz edə bilməmiş və mövcud şəraitə və texniki səbəblərə görə artıq bu qoşulmaya zərurət də aradan qalxmışdır. O dur ki, Cavabdeh MTK-nın qoşula və istifadə edə bilmədiyi avadanlıqla əlaqədar 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində ödənilməsi nəzərdə tutulan pul vəsaitinin ödənilməmiş hissəsi ilə əlaqədar verilmiş "cavabdehdən iddiaçının xeyrinə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31.000 manat məbləğində əsas vəsaitin tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır.
14. Məhkəmə bu qənaətini MM-in 389.1, 393, 263.1, 264, 394, 404, 385.1, 425.1, 425.2, 427.5, 447.1-ci maddələrinə, MPM-in 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 2-2(105)-113/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-506/2022 nömrəli, 2022-ci il 26 iyul tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehdən 31.000 (otuz bir min) manat əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 31.200 (otuz bir min iki yüz) manat məbləğində pul iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən hakim –Z.Məmmədov, hakimlər – F.Məmmədov və M.Rzayev).
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisələndirdiyi əsas hal odur ki, edilmiş müraciətlərdən sonra AAYDA əməkdaşları ilə yol sahəsində lyukların olubolmaması yoxlanılmış və Agentlikdən bildirilmişdir ki, yol çəkilən ərazidə həmin lyuklar üzərində qapaq olmamışdır, olsa idi cihaz vasitəsilə tapılardı. Lyuklar üzərində qapaqların olmaması onlardan istifadənin yararsızlığına səbəb olmuş və bu səbəbdən cavabdeh özü xərc çəkib texniki şərt almışdır.
18. Məhkəmə kollegiyası quyuların üstü örtülmədiyinə görə, yəni qapaqların olmaması səbəbindən asfaltın altında qalmış quyuları (“lyuk”ları) tapmağın mümkün olmaması və cavabdehin ondan istifadə edə bilməməsi barədə dəlili əsassız hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş aktın (səh 72) məzmunundan görünür ki, baxış zamanı yeni çəkilmiş yol hissəsinə düşməyən ərazidə inşa edilmiş elektrik quyularından ikisi aşkar edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, çəkilmiş 6 boru xəttinin yarısından elektrik xətləri çəkilmiş, digər üçü isə boşdur. Kollegiya qeyd etmişdir ki, çəkilmiş elektrik xətləri iddiaçı tərəfindən özünə məxsus yaşayış binaları üçün çəkilmiş, digərləri isə cavabdehə məxsus yaşayış binalarına elektrik xəttinin çəkilməsi üçün saxlanılmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən həmin xətlər çəkilmiş, quyuların üstü də örtülmüşdür. Mübahisə üzrə vacib məqam sonradan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xırdalan dairəsindən Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospektində yolun genişləndirilməsi və təmir bərpa işlərinin yerinə yetirilməsi olmuşdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiçıya ünvanlanmış 2022-ci il 12 oktyabr tarixli məktubdan görünür ki, həmin işlər 2019-cu ilin noyabr-dekabr aylarında yerinə yetirilmişdir. Tərəflər arasında bağlanmış Razılaşma Sazişinin 2.1-ci bəndindən isə görünür ki, iddiaçı ümumi smeta dəyəri 126 600 manat olan 1 sot torpaq sahəsində artıq 2018-ci ilin yanvar-mart aylarında inşa etmişdir. Razılaşma bağlanan zaman isə "yarımstansiya"dan ortaq istitadə edilməsi üçün cavabdehə razılıq verməyi öhdəsinə götürmüşdür.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, lyukların yararsız hala düşməsi ilə bağlı iddiaçının məsuliyyəti müəyyən olunmur. Belə ki, iddiaçı öz üzərinə müqavilə ilə düşən öhdəliyi icra etmiş və bu iddiaçıya məxsus yaşayış binalarında elektrik xəttinin çəkilməsi ilə də təsdiqini tapır.
20. İddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, inşa işlərini bitirdikdən sonra iddiaçı inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmişdir. Ancaq cavabdeh transformator məntəqəsinin hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və transformator məntəqəsinə qoşulmanı təmin etməmişdir. Bununla bağlı dəfələrlə MTK-nın rəhbərliyinə, təsisçiləri Elxan Dadaşov, Elşad, Ərəstun və digərlərinə məlumat verilmiş, lakin buna əhəmiyyət verilməmişdir.
21. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı tərəfindən müraciət olunan vaxtda elektrik xəttini çəkmək imkanı olmamışdır.
22. Beləliklə, iddiaçı tərəfindən Sazişdə qeyd olunan elektrik xətti üçün nəzərdə tutulan yeraltı tunel inşa olunarkən yol verilmiş qüsurların, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsinin iddiaçının təqsiri üzündən baş verməsi təsdiqini tapmamış və cavabdeh bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 427.2, 425.1, 442, 777.1, 777.2-ci maddələrinə, MPM-in 14.2, 385.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 5 noyabr tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
25. Cavabdeh 2023-cü il 5 yanvar tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 2-2(105)113/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmiş dir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
26. MM-in 442, 752-ci maddələrinin tələbləri pozulmuşdur. Qətnamə əsassızdır, ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, prosessual və maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. İlkin şifahi razılıq əsasında verilmiş texniki şərtə tam uyğun olaraq iddiaçı tərəfindən və onun vəsaiti hesabına hər iki hüquqi şəxs tərəfindən inşa edilmiş yaşayış binasını elektrik enerjisi ilə təmin edəcək yarımstansiya inşa edilib təhvil verilməli idi. Tərəflər arasında olan şifahi razılığa əsasən cavabdeh oradan işıq xəttini çəkəndən sonra yerdə olan ödənişin yarısını yerinə yetirəcəkdir.
27. Həmçinin həmin yarımstansiyadan ortaq istifadə ediləcəkdir. Həmin müqavilənin qüvvədə olma müdd əti göstərilməmişdir. Lakin iddiaçı texniki şərtə əməl etməmiş müqavilə icrasız qalmışdır. Belə ki, iddiaçı MTK tərəfindən sazişdə qeyd olunan elektrik xətti üçün nəzərdə tutulan yeraltı tunel inşa olunarkən yol verilmiş qüsurlara yəni inşa zamanı yeraltı xəttin quyularının (lyukların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülü olması səbəbindən cavabdeh öz kabelini çəkərək sazişdə nəzərdə tutulan transformator məntəqəsinə qoşula bilməmişdir. Həmin xəttə qoşulmaq üçün cavabdeh əlindən gələni etmiş, hətta müvafiq qurumlara da müraciət etmişdir. Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə Avtomobil X1 və Yol İdarəsinin əməkdaşlarını əraziyə cəlb etmiş həmin qapaqların tapılıb açılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Yol İdarəsinin əməkdaşları tərəfindən yolun a sfalt hissəsinin aparatla yoxlanılmasına və bütün digər imkanlardan istifadə edilməsinə baxmayaraq qapaqların olmaması səbəbindən asfaltın altında qalmış quyuları (lyukları) tapmaq mümkün olmamışdır. Lyuklar yolun “plan xəritəsində” də görünməmişdir. Hətda Avtomobil X1 əməkdaşları bildirmişlər ki, əgər lyukların üzərində dəmir qapaq olsaydı yəni quyulara dəmir qapaqlar qoyulsaydı lyukların üzəri asfaltla örtülməzdi, əgər asfaltlanmışdırsada belə dəmir lyuklar aparatla tapmaq olardı. Həmin lyukların üzərində dəmir qapaq olmadığına görə cavabdeh həmin transformatordan işıq çəkə bilməmişdir. Tərəflər arasında şifahi razılaşma olmuşdur ki, işıq xətti çəkilən kimi məbləğ ödəniləcəkdir. Ona görə də müqavilənin qüvvədə olma müddəti göstərilməmişdir. Hazırda cavabdeh başqa texniki şərt almış və öz ünə işıq çəkmişdir. Həmin texniki şərti almaq üçün cavabdeh xeyli məbləğdə xərcə düşmüşdür. Cavabdehin marağında olmuşdur ki, 32.000 manat pul ödəmiş olduğu Saziş üzrə binaya elektrik xətti çəkilmişdir. Lakin yeraltı xətt quyularının qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülü olması səbəbindən cavabdeh həmin xəttə qoşula və inşa edilmiş transformator məntəqəsindən istifadə edə bilməmişdir. Buna görə də, cavabdeh məcbur olaraq böyük xərcə düşərək yeni texniki şərt alaraq əlavə xərc çəkib binasını elektriklə təchiz etmiş və bu səbəbdən də Razılaşmada nəzərdə tutulan pulun qalan hissəsini ödəməmişdir. Əgər cavabdeh texniki şərti iddiaçıdan alırdısa və pulun yarsını ödəmişdirsə niyə yenidən məcbur olub yeni texniki şərt alsın ki? İddiaçı üzərinə düşən öhdəliyi tam icra etməmiş, bu da azmış kimi cavabdehdən əlavə pul istəmişdir. Qətnamədə göstərilmişdir ki, lyukların yararsız hala düşməsi ilə bağlı iddiaçın məsuliyyəti müəyyən olunmur. Nəzərə alınmalıdır ki, əgər lyukların üzərində dəmir qapaq olsa idi cavabdeh istənilən an özünə məxsus işıq yuvasından işıqlarını çəkib yarımstansiyaya qoşula bilərdi. Hətta yol xəritəsinin qrafik təsvirində belə həmin dəmir lyuklar xəritədə göstərilməmişdir. Məlumat üçün bildirilmişdir ki, “Lyuklarda yuvalar yerləşir həmin yuvalardan işıq xətti çəkilir”. Əgər həmin yuvalar olsa idi istənilən zaman cavabdeh işıq xəttini çəkə bilər və yarımstansiyaya qoşula bilərdi.
28. Məhkəmə kollegiyası işi tam araşdırmamış, iddiaçı tərəfindən həmin texniki şərtə əməl edilib edilməməsini və həmin əraziyə hər bir yerli baxış keçirtməmişdir.
29. Həmçinin məhkəmə kollegiyası maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Görülən işin maddi dəyəri vardır və hazırkı münasibətlərə podrat müqaviləsinin ünsürləri tədbiq edilməlidir. Bu səbəbdəndə hazırkı münasibətlərə MM-də olan Podrat müqaviləsinin müddəaları şamil olunmalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin ( kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilm əməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur... “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. İş materiallarını hərətərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 2-2(105)-113/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasi ya şikayəti qismən təmin edilməlidir.
37. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi ona istinad etmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi icra etmiş və bu iddiaçıya məxsus yaşayış binalarında elektrik xəttinin çəkilməsi ilə də təsdiqini tapmış, iddiaçı tərəfindən Sazişdə qeyd olunan elektrik xətti üçün nəzərdə tutulan yeraltı tunel inşa olunarkən yol verilmiş qüsurların, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsinin iddiaçının təqsiri üzündən baş verməsi təsdiqini tapmamış və cavabdeh bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.
38. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.
39. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişinin 2.1-ci bəndinə əsasən, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 73 ünvanında ümumi smeta dəyəri 126.600 manat olan 2018-ci ilin yanvar-mart aylarında inşa etdiyi "yarımstansiya"dan ortaq istifadə edilməsi üçün cavabdehə razılıq verməyi, cavabdeh isə həmin hüquqların əldə edilməsi ilə əlaqədar iddiaçıya smeta dəyərinin 50%-ni, yəni 63.300 manat ödənilməsini öhdəsinə götürmüş, 2.2-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, Cavabdeh MTK İddiaçı MTK-nə ümumi smeta dəyərinin yarısını, yəni 63.300 (altmış üç min üç yüz) manatı ödəyəcək, İddiaçı MTK isə həmin məbləği tam şəkildə qəbul ed əndən sonra Cavabdeh MTK “yarımstansiya”dan ortaq istifadə etmək hüququ əldə edəcəkdir.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, qeyd edilən razılaşma sazişi əsasında cavabdeh tərəfindən iddiaçıya 32.000 manat pul ödənilmiş, lakin texniki səbəblərə (çıxış quyularının qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsi və s.) görə cavabdehin elektrik enerjisi ilə təmin olunmaq üçün 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişində nəzərdə tutulan iddiaçıya məxsus qurğu və avadanlığa, yəni sonuncunun inşa etmiş olduğu yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşulması mümkün olmamışdır. Bununla da, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə nəzərdə tutulan qaydada öhdəliklər icra olunmamış, yəni cavabdeh iddiaç ının inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşularaq, həmin Sazişlə müəyyən edilmiş şərtlər əsasında özünə aid yaşayış binasını elektrik enerjisi ilə təchiz edə bilməmişdir.
41. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, lyukların yararsız hala düşməsi ilə bağlı iddiaçının məsuliyyəti müəyyən olunmur, iddiaçı öz üzərinə müqavilə ilə düşən öhdəliyi icra etmiş, iddiaçı inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmiş, cavabdeh isə transformator məntəqəsinin hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və transformator məntəqəsinə qoşulmanı təmin etməmişdir.
42. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının özünün inşa etdiyi yaşayış binasını elektrik ene rjisi ilə həmin transformator məntəqəsindən təmin etməsi tərəflər arasında bağlanmış sazişin bütün şərtlərinin onun tərəfindən yerinə yetirilməsi ilə heç bir əlaqəsi yoxdur və bu hal məhz cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyinin təsdiqi kimi qəbul edilə bilməz. Cavabdeh müqavilə münasibətlərinə daxil olarkən tikdirdiyi yaşayış binasını daha sərfəli şərtlərlə və daha az maliyyə məsrəfləri ilə elektrik enerjisi ilə təmin etmək marağında olmuş, bu məqsədlə də öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət edərək 32.000 manat məbləğində qismən ödəniş həyata keçirsə də, əldə etməyə çalışdığı məqsədə nail ola bilməmiş, bu gün isə razılaşma şərtlərinə uyğun olaraq onun məhz iddiaçıya məxsus transformator məntəqəsindən elektrik enerjisi ilə təmin olunması onun iradəsindən asılı olmayaraq mümkün deyildir. Apellyasiya məhkəməsi isə işin faktiki hallarını düzgün dəyərləndirməmiş, bu isə öz növbəsində MM-in 425 və 442-ci, həmçinin MPM-in 88-ci maddələrinin pozulması və sonda isə qanunsuz məhkəmə aktının qəbulu ilə nəticələnmişdir. Apellyasiya məhkəməsi həmçinin mübahisəyə aidiyyəti olmadığı halda MM-in 777.1 və 777.2-ci maddələrinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
43. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsi r göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 44. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir süb utun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
45. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, razılaşma üzrə öhdəliklərin yerinə yetirilməməsinin səbəbləri, bunda tərəflərdən hər birinin təqsirlilik dərəcəsi, razılaşma üzrə onların hər birinin gördüyü işlər, tədbirlər dəqiq müəyyən edilməli, iddiaçının inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşularaq, həmin Sazişlə müəyyən edilmiş şərtlər əsasında cavabdehin özünə aid yaşayış binasını elektrik enerjisi ilə təchiz edə bilmədiyi və mövcud şəraitə və texniki səbəblərə görə artıq bu qoşulmaya zərurətin aradan qalxdığı, müqavilə məqsədlər inə (cavabdehin tikdiyi yaşayış binasının iddiaçıya məxsus TM-dən elektrik enerjisi ilə təmin olunması) hazırda nail olmağın mümkünsüzlüyü düzgün qiymətləndirilməli, nəticə olaraqsa mübahisənin qanuni həlli təmin edilməlidir.
46. İş üzrə sübutların yenidən qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır.
47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 2-2(105)-113/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmə li, kassasiya şikayəti qismən təmin edilməlidir.
48. Qeyd edilənlərə əsasən və MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı
49. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 2-2(105)-113/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.