Məhkəmə qərarları › İş №2-2(102)-497/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-497/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-497/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X1 Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi üzrə əmələ gəlmiş öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 aprel tarixli 2-2(106)93/2025 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxılmışdır. İşin halları

1. X2 (İcraçı) ilə Cavabdeh ASC (Sifarişçi) arasında bağlanmış 2022-ci il 3 sentyabr tarixli, 09/2022-2 nömrəli “Xidmət müqaviləsi”nə əsasən Sifarişçi torpaq işi (qazma) xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada torpaq işi (qazma) xidmətləri göstərməyi öhdəsinə götürür.

2. Tərəflərin imzaları və cavabdehin möhürü ilə təsdiq edilmiş görülmüş işlərin Təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə görülmüş xidmətin ümumi dəyəri 463 423,48 manat təşkil etmişdir.

3. Cavabdeh ASC tərəfindən X1 bank hesabına ümumilikdə cəmi 266 393,42 manat məbləğində pul vəsaiti köçürülmüşdür (ödəniş tapşırıqlarının surətlərinə əsasən).

4. Elektron qaimə-fakturaların surətlərindən görünür ki, həmin qaimələrdə X2 tərəfindən Cavabdeh ASC-nə ümumilikdə cəmi 251 297,38 manat məbləğində iş görüldüyü qeyd olunmuşdur.

5. X2 tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkil bürosuna 520 manat məbləğində pul vəsaiti köçürülmüşdür(ödəniş qəbzinin surətinə əsasən). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. X2 (bundan sonra – “iddiaçı”) 2024-cü il 15 oktyabr tarixində iddia və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh ASC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2022-ci il 3 sentyabr tarixli 09/2022-2 saylı müqaviləyə (bundan sonra – “müqavilə”) əsasən ödənilməmiş 158 583,91 manat xidmət haqqı borcu, 28 545,10 manat ƏDV borcu olmaqla, cəmi 187 129.01 manat, M ülki Məcəllənin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən 187 129,01 manat borc məbləğinə hesablanmış illik beş faiz olan 9 356 manat pulun, məhkəmədə hüquqi xidmətlərə görə ödənilmiş 520 manat məhkəmə xərcinin və ödənilmiş 497 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, müqavilə üzrə 2022-2024-cü illərdə göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya yuxarıda göstərilmiş məbləğdə borcu qalmışdır. Həmin borcun ödənilməsi ilə bağlı xeyli müddətdir ki, cavabdehlə danışıqlar aparılsa da, heç bir nəticə verməmişdir. Həmçinin cavabdeh pretenziyanı aldıqdan sonra da 187 129,01 manat borcunu ödəmədiyi üçün Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin borc məbləğin gecikdirildiyi dövr üçün illik beş faiz ilə hesablanmış olan 9 356 manat pul vəsaitini də iddiaçıya ödəməlidir.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 2024-cü il üzrə tərəflər arasında dövriyyə 158 583,91 (ƏDV 28545.1) manat olmuşdur. Bundan 2024-cü il 17 mayda 12 000 (ƏDV 2 160) manat ödənilmişdir. 2024-cü ilin iyul ayının 10-dan işlər dayandırılmışdır ki, bunun nəticəsində iddiaçıya cavabdehin 146 583,91 əsas (ƏDV 26 385,1) manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya borcunun ödənilməsindən yayınmayıb və boyun da qaçırmayıb. Bildirilmişdir ki, cavabdeh Xudafərin-Qubadlı-Laçın yolunun yenidən qurulması istiqamətində tikinti işləri apardığından və aparılan işlər üzrə subpodrat şirkəti olduğunda n, əsas podratçı “X4 Sahayi ve Ticaret A.Ş.” şirkəti tərəfindən pul vəsaitlərinin ödənilməməsi səbəbindən iddiaçıya olan borc ödənilməmişdir. İddiaçının cavabehdən ilik beş faiz hesablanmaqla iki il üçün ümümilikdə 18 712,9 manat məbləğində pul vəsaitinin tələb etməsi tam əsassızdır. Belə ki, öhdəliyin icra edilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Yuxarıda göstərildiyi kimi, cavabdeh subpodrat şirkəti olduğundan və podratçı şirkətin onlara borcu yarandığından, iddiaçıya pul vəsaitinin ödənilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Göründüyü kimi öhdəliyin icra edilməməsində onların təqsiri yoxdur və işi n bu halı da iddiaçıya məlumdur.

9. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 12 fevral tarixli e-2-2(121)-311/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək müqavilə üzrə 187 129,01 manat məbləğində borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 9 356 manat məbləğində gecikdirmə faizi, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və ödənilmiş 486,48 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 197.271,49 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim: Z.Abbasov).

10. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer al an normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 752.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağladıqları müqavilənin etibarsızlığına dair, müqavilənin şərtləri və onların təfsiri ilə əlaqədar mübahisə olmadığı kimi, iddia ərizəsində tələb olunan əsas borc məbləğilə bağlı da mübahisə yoxdur. Belə ki, cavabdeh iddia tələbini yalnız iddiaçı tərəfindən iki il üçün illik beş faizlə hesablanmış və cavabdehdən tələb edilən 18 712,9 manat pul vəsaitinin tutulması hissəsində qəbul etmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iş üzrə araşdırma işin mübahisəli halını təşkil edən iddiaçının MM-in 445.7-ci maddəsinə əsasən 187 129.01 m anat borc məbləğinə illik beş faizlə hesablanmış pul tələbinə dair hissəsi üzrə aparılmalıdır.

12. Məhkəmə bununla bağlı belə nəticəyə gəlmişdir ki, iddiaçı MM-in 445.7-ci maddəsinə istinadən cavabdehdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

13. Məhkəmə hesab etmişdir ki, baxılan işin mübahisəli halı da məhz iş üzrə cavabdehin borcun ödənilməməsində təqsirli hərəkətlərə yol verməməsini, öhdəliyin icrasının gecikdirilməsinin müqavilə münasibətlərində olduqları digər subyektin onların qarşısında öhdəliklərini yerinə yetirməməsinin səbəb olduğunu iddia etməsi təşkil edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində iddiaçı qarşısında öhdəliklə rinin yerinə yetirilməməsini onunla əsaslandırmışdır ki, cavabdeh Xudafərin-Qubadlı-Laçın yolunun yenidən qurulması istiqamətində tikinti işləri apardığından və aparılan işlər üzrə subpodrat şirkəti olduğundan, əsas podratçı “X4 Sahayi ve Ticaret A.Ş.” şirkəti tərəfindən pul vəsaitlərinin ödənilməməsi səbəbindən iddiaçıya olan borc ödənilməmişdir.

14. Məhkəmə, cavabdehin nümayəndəsinin yuxarıda göstərilən dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, üçüncü şəxsin cavabdehə olan öhdəliyini yerinə yetirməməsi faktı heç bir halda cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin icrasından azad edə bilməz. Belə ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış müqavilədə belə bir şərt nəzərdə tutulmamışdır və işin məhkəmə araşdırılması zamanı da tərəflər arasında bu halın nəzərə alınacağına dair r azılaşmanın olması müəyyən edilməmişdir.

15. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq belə nəticəyə gəlmişdir ki, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi dəlil əsassız hesab edilməlidir və iddia tələbi cavabdehdən gecikdirmə faizinin tutulması hissəsində də təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini MM-in 21, 443.1, 443.2, 443.7, 445.7, 448.1, 448.2, 448.4, 449.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən, iddiaçının iddia tələbinin 2023-cü ilin dövriyyəsinə aid borcunun 12 000 manat əsas məbləğin, MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 9 356 manat məbləğində gecikdirmə faizin, hüquqi yardımla bağlı tutulmuş 300 mana t hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 aprel tarixli 2-2(106)-93/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: C.İmanov – sədrlik edən və məruzəçi, T.Kərimov və Q.Əliyev).

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin iddiaçının 2023-cü ilin dövriyyəsinə aid borcu üzrə 2023-cü il 7 iyul tarixində ona 12 000 manat nağd qaydada ödənilmiş əsas məbləğin təkrar olaraq tələb etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bununla bağlı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçı da birinci instansiya məhkəməsinin iclası zamanı cavabdehin ona 2023-cü il 7 iyul tarixində ona 12 000 manat nağd qaydada ödəniş etməsini qəbul etməmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiy a şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən, iddiaçının iddia tələbinin 2023-cü ilin dövriyyəsinə aid olan 12 000 manat əsas borc məbləğin, MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 9 356 manat məbləğində gecikdirmə faizin, hüquqi yardımla bağlı tutulmuş 300 manat hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələri, MM-in 445.5-ci maddəsi üzrə - cavabdeh qeyd etmişdir ki, öhdəliyin icra edilməməsində onun təqsiri yoxdur v ə işin bu halı da iddiaçıya və təqdim edilmiş sənədlər əsasında məhkəməyə məlum olsa da, məhkəmə əsassız olaraq işin bu halını nəzərə almamışdır.

23. Kontitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi, MPM-in 14.1, 76.1-ci maddələri üzrə - məhkəmə həqiqətin müəyyən edilməsində iştirak etməkdən çəkinmiş, faktiki olaraq ədalət mühakiməsini həyata keçirməmişdir. Halbuki cavabdeh tərəfindən mümkün sübutlar təqdim edilmişdir. Məhkəmə isə səs yazılarını, təqdim edilmiş aktı nəzərə almamışdır.

24. İddiaçının 2023-cü ilin dövriyyəsinə aid borcu üzrə 2023-cü il 7 iyul tarixində ona 12 000 manat nağd qaydada ödənilməsini və bu əsas məbləğin təkrar olaraq cavabdehdən tələb etməsinin absurd olması göstərilsə də, məhkəmə işin bu halına, ümumiyyətlə, toxunmamış və nəticədə qətnamədə buna qiymət verməmişdir.

25. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsinə dair əvvəlki vəkillə müqavilə bağlamasını və ona ödənilmiş hüquqi yardım xərcinin 300 manat hissəsinin məhkəmə qətnaməsi ilə cavabdehdən tutulması ilə də cavabdeh razılaşmır. Belə ki, hazırki prosesdə iddiaçı digər vəkillə təmsil olunmuş və hüquqi yardımı iddiaçıya digər Vəkil2 göstərmişdir.

26. O da qeyd olunmalıdır ki, öhdəliyin icra edilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Cavabdeh subpodrat şirkəti olduğundan və “X4 Sahayi ve Ticaret A.Ş.” şrkətinin ona 1.146.734,75 manat məbləğində borcu yarandığından və bu vəsaitlər cavabdehə ödənilmədiyindən, iddiaçıya pul vəsaitinin ödənilməsi mümkünsüz olmuşdur. Qeyd olunan borcun mövcudluğu tərəflər arasında təsdiq edilmiş 2024-cü il 30 senty abr tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....”

31. Azərbaycan R espublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına və eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

34. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 35. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegi yasının 2025-ci il 24 aprel tarixli 2-2(106)-93/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar