Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-11/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-652/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin hall arı 1. * nömrəli 2011-ci il 1 iyun tarixli çıxarışına əsasən, Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə ** Kompaniyasına məxsusdur. 2. ** Kompaniyasına məxsus **idman kompleksinin 2020-ci il 17 sentyabr tarixində sığorta məbləği 94.000 manat, azadolma məbləği 940 manat olmaqla 2021-ci il 16 sentyabr tarixinədək "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. 3. ** Kompaniyasına məxsus **Universitet binasının 2020-ci il 17 sentyabr tarixdə sığorta məbləği 170.000 manat, azadolma məbləği 1.700 manat olmaqla 2021-ci il 16 sentyabr tarixinədək "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. 4. 2020-ci il 20 dekabr tarixdə Sumqayıt Şəhər Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda qəza baş vermişdir.
5. Azərbaycan Res publikası Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2021-ci il 23 iyun tarixli məktubda göstərilmişdir ki, 2020-ci il 20 dekabr tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində ** idman kompleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi baş vermişdir.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 2022-ci il 18 fevral tarixli 217 nömrəli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Bakı küçəsindən keçən D1000mm-lik kanalizasiya xətti Cavabdeh ASC-nin balansındadır.
7. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin 2021-ci il 27 yanvar tarixli 08 nömrəli məktubundan görünür ki, ** Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən ** İdman Kompleksinin və Universitet binasının yarımzirzəmisi 2020-ci il 20 dekabr tarixində kanalizasiya xətlərinin tutulması səbəbindən subasmaya məruz qalmış və obyektlərə zərər dəymişdir. 8. 2021-ci il 22 sentyabr tarixli *** saylı sığorta aktına əsasən Sumqayıt şəhəri, 44-cü məhəllə ünvanında yerləşən Universitet binasına dəymiş zərər 101.700 manat, 2021-ci il 22 sentyabr tarixli **** saylı sığorta aktına əsasən Sumqayıt şəhəri, 44-cü məhəllə X2 dəymiş ziyanın məbləği 65.940 manat məbləğində müəyyən olunmuşdur. 9. 2021-ci il 27 sentyabr tarixli **********9 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən **Kompaniyasına 100.000 manat məbləğində, 2021-ci il 27 sentyabr tarixli **********8 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən **Kompaniyasına 65.000 ma nat məbləğində ödəniş həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 165.000 manat pul məbləğinin, 400 manat mediasiya xərci məbləğinin və 55 manat dövlət rüsumunun, ümumilikdə 165.455 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 20 dekabr tarixində iddiaçı tərəfindən daşınmaz əmlakın icbari sığorta müqaviləsi ilə sığorta təminatı almış ** Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən ** İdman Kompleksinin və Kompaniyaya məxsus Universitet binasının tikililəri subasmaya məruz qalmışdır. Sığorta araşdırması nəticəsində müəyyən edilmişdir ki, 2020-ci il 20 dekabr tarixində Sumqayıt şəhəri, Bakı küçəsində D1000 mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində ** Kompaniyasının tikililərinə zərər dəymişdir. 2015-ci il 1 avqust tarixli 150056 saylı müqaviləyə əsasən ** Kompaniyası istehlakçı, cavabdeh isə istehsalçı olmuşdur. İdman Kompleksinin tikililərinə 65.940 manat, universitet binasının tikililərinə 101.700 manat məbləğində zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və *** sığorta aktına əsasən azadolma məbləği (940 manat) çıxıldıqdan sonra İdman Kompleksinə dəymiş zərər üzrə 65.000 manat, RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və CFİ-0295/ 2020AKT3457/2021 sığorta aktına əsasən azadolma məbləği (1.700 manat) çıxıldıqdan sonra Universitet binasına isə dəymiş zərər üzrə 100.000 manat olmaqla ümumilikdə 165.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilən məlbəin geri qaytarılması üçün cavabdehə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 936.5, 936.2-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1, 12, 18.3, 34.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı 2020-ci il 20 dekabr tarixində Sumqayıt şəhəri, Bakı küçəsindən keçən diametri 1000 mm olan kanaliza siya xəttində baş vermiş qəza nəticəsində * İdman Kompleksinə və Kompaniyaya məxsus Universitet binasının zirzəmisinə subasma hadisəsi ilə əlaqədar zərər vurulmuş və bununla əlaqədar onlar tərəfindən 165.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən subasma hadisəsi ilə əlaqədar olaraq iddiaçının müraciətinə əsasən X1 tərəfindən ekspertiza keçirilmişdir. Ekspertizanın keçirilməsi barədə cavabdehə heç bir məlumat verilməmiş və cavabdehin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Təqdim olunan ekspert rəyində baş vermiş hadisə ilə subasma hadisəsinin səbəbli əlaqəsi düzgün əsaslandırılmamış, kanalizasiya xəttinin yerləşdiyi ərazi ilə obyektin yerləşdiyi ərazisinin relyef quruluşu müəyyənləşdirilməmiş, obyektin kanalizasiya sisteminin texniki şərti ilə mövcud vəziyy ət əlaqələndirilməmişdir. Odur ki, ekspertiza düzgün keçirilməmiş və həmin ərazidə yenidən ekspertiza keçirilməsinə zərurət yaranmışdır.
14. Bundan başqa, iddiaçı ilə ** Kompaniyası arasında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası deyil, daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Odur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda ümumiyyətlə bu növ icbarı sığorta müqaviləsi üzrə subroqasiya hüququnun yaranması nəzərdə tutulmamışdır.
15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyul tarixli e2-2(1113)-2210/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır (hakim – K.Hüseynov).
16. Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 31 mart tarixli, 10/8191 saylı ekspert rəyinə əsasən ** Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən ** İdman Kompleksinin və Universitet Binasının tikililərinə dəymiş zərərin ümumi dəyərinin təqribən 167.640 manat məbləğində olması müəyyən olunmuşdur.
17. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 1 may tarixli e-2-2(113)-70/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 165.000 manat məbləğində puunl, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ek spertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim K.Hüseynov).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, ******* nömrəli 2011-ci il 1 iyun tarixli çıxarışa əsasən Sumqayıt şəhəri 44-cü məhəllə Bakı küçəsi, 37 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə * Kompaniyasına məxsusdur (1-ci cild, 80 səh.). **idman kompleksinin 2020-ci il 17 sentyabr tarixində sığorta məbləği 94.000 manat, azadolma məbləği 940 manat olmaqla 2021-ci il 16 sentyabr tarixinədək iddiaçı tərəfindən icbari qaydada sığortalanmışdır (1-ci cild, 143 səh). ** Kompaniyasına məxsus **Universitet binasının 2020-ci il 17 sentyabr tarixdə sığorta məbləği 170.000 manat, azadolma məbləği 1.700 manat olmaqla 2021-ci il 16 sentyabr tarixinədək iddiaçı tərəfindən icbari qaydada sığortalanmışdır (1-ci cild, 144 səh). 2020-ci il 20 dekabr tarixində Sumqayıt şəhəri Bakı küçəsində d1000 mm-lik kanalizasiya kollektorunda qəza baş vermişdir.
19. İddiaçı tərəf hazırda 20 dekabr 2020-ci il tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış ** Kompaniyasına məxsus **idman kompleksi və **Universitet binasına zərər dəydiyini, dəymiş zərərin azadolma məbləğləri çıxıldıqdan sonra hər iki qeyri-yaşayış sahəsi üçün ümumilikdə 165.000 manat məbləğində pulun **Kompaniyasına ödənildiyini bildirərək, qeyd edilmiş pulun Cavabdeh ASC-dən tutulmasını xahiş edir.
20. Cavabdeh ASC isə iddiaya etiraz edərək, Ter m” Kompaniyasına məxsus **idman kompleksi və **Universitet binasına su basma nəticəsində dəymiş zərərə görə Cavabdeh ASC-nin təqsirinin olmadığını və yaranmış zərərin məhz su basma nəticəsində olmasının sübut olunmadığını bildirir.
21. Məhkəmə MM-in 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam 2020-ci il 20 dekabr tarixində Sumqayıt şəhər, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəzada (subasmada) cavabdehin məsuliyyətinin olub-olmaması və ** İdman Kompleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi nəticəsində dəymiş ziyanın məhz 2020-ci il 20 dekabr tarixində Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsi ndə olubolmamasıdır.
22. Məhkəmə hazırki qərarın 6 və 7-ci bəndlərində göstərilən hallarına əsasən müəyyən etmişdir ki, Sumqayıt şəhəri, Bakı küçəsindən keçən D1000mm-lik kanalizasiya xətti cavabdehin balansındadır və həmin kanalizasiya xəttinin lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək cavabdehin məsuliyyət dairəsinə daxildir. Term” idman kompleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi nəticəsində dəymiş ziyan məhz 2020-ci il 20 dekabr tarixdə Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində olmuşdur.
23. Məhkəmə qeyd etmişdir ki, mübahisənin həlli baxımından digər müəyyən edilməli olan məqam ** idman kompleksinin və Universitet binasına subasma hadisəsi nəticəsində dəymiş ziyan məbləğin in nə qədər təşkil etməsidir.
24. Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ** Kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi, 37 ünvanında yerləşən ** İdman Kompleksinin və Universitet Binasının tikililərinə dəymiş zərərin ümumi dəyərinin təqribən 167.640 manat məbləğində olması müəyyən olunmuşdur.
25. Göründüyü kimi, ekspert rəyində qeyd edilmiş dəymiş ziyanın məbləği sığorta aktında qeyd edilmiş məbləğdən artıqdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq hər iki sığorta obyekti üzrə azadolma məbləğini çıxdıqdan sonra 165.000 manat məbləğində pulu ** Kompaniyasına ödəmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyəti o lan cavabdehdən tələb etməyə əsası yaranmışdır. İddia 165.000 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən 165.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası, Azərbaycan Respublikası “Sudan istifadə Qaydaları”nın 2.1-ci bəndinə, MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
27. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 25 avqust tarixli 2-2(103)-652/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 20 23-cü il 1 may tarixli 2-2(113)-70/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.İmanov).
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin mübahisəsiz hallarından müəyyən olunmuşdur ki, ** Kompaniyasına məxsus **idman kompleksi və **Universitet binası 2020-ci il 17 sentyabr tarixdə iddiaçı tərəfindən daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmış, 2020-ci il 20 dekabr tarixdə Sumqayıt şəhəri, Bakı küçəsində d1000mm-lik kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində ** idman kompleksinin və Universitet binasının zirzəmisində subasma hadisəsi baş vermiş, hadisə sığorta hadisəsi olduğundan iddiaçı tərəfindən 165.000 manat məbləğin də sığorta ödənişi ödənilmişdir. Hazırda həmin məbləğ subroqasiya qaydasında cavabdehdən tələb edilir.
30. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə ** Kompaniyası arasında 2021-ci il 22 sentyabr tarixli tələbin güzəşti barədə müqavilə bağlanarkən borclunun razılığı alınmadığından, bu müqavilə sığorta hadisəsi baş verdikdən sonra bağlandığından, notarial qaydada təsdiq edilmədiyindən etibarsız-yalan əqd olduğu üçün həmin əqdə əsaslanaraq irəli sürülmüş iddia təmin edilə bilməz.
31. Məhkəmə apellyasiya şikayətini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı ilk iddia ərizəsində iddia tələbinin əsası kimi, tələbin güzəşti barədə müqaviləyə deyil, ziyan vurulma faktından irəli gələn subroqasiya hüququna istinad etmişdir. 2022-ci il 16 iyun tar ixində iddiaçı tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilmiş, həmin ərizədə iddianın faktiki əsaslarına eyni zamanda 2021-ci il 22 sentyabr tarixli tələbin güzəşti barədə müqavilə də əlavə edilmişdir. Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ qanundan (MMin 936.1-ci maddəsi, “İcbari sığortalar haqqında” Qanun 23.1-ci maddə) irəli gələn hüquq olduğundan hazırkı halda iddiaçının bu hüququnu həyata keçirməsi üçün sığorta ödənişi almış hüquqi şəxslə tələbin güzəşti barədə müqavilə bağlanıb-bağlanmadığı əhəmiyyətli deyil. Ona görə də birinci instansiya məhkəməsi qətnamədə iddianın əsaslı olduğuna dair iş üzrə gəldiyi nəticəni əsaslandırarkən tələbin güzəşti barədə müqaviləyə istinad etməmişdir.
32. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi 2021-ci il 22 sentyabr tarixli tələbin güzəşti barədə müqavilənin etibarsız əqd hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Belə ki, cavabdehin özünün də istinad etdiyi MM-in 194.1-ci maddədə nəzərdə tutulmuşdur ki, tələb sahibi (kreditor) güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmadığı halda borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt etmək hüququ nəzərdə tutulmuşdur. Hazırkı halda sığorta ödənişi almış şəxsin dəymiş ziyanın əvəzini almaq hüququnu sığortaçıya güzəşt etməsi nəinki öhdəliyin mahiyyətinə və qanuna ziddir, əksinə uyğundur. Bu müqavil ənin sığorta hadisəsi baş verdikdən sonra deyil, əvvəl bağlanmalı olduğuna dair mülahizə isə ümumiyyətlə məntiqsizdir. Belə ki, sığorta hadisəsi baş verənədək sığortalıya zərər vurulmadığından və sığorta ödənişi ödənilmədiyindən tələb hüququ yaranmadığı üçün hüququn ötürülməsindən söhbət gedə bilməz. Qeyd edilən müqavilənin hansı normaya əsasən notarial qaydada təsdiq edilməli olduğu barədə cavabdehin mövqeyi ümumiyyətlə əsaslandırılmamışdır.
33. Apellyasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, işdəki 2023-cü il 31 mart tarixli 10/8131 saylı ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallar tam cavablandırılmadığı halda məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməlidir. MPM-də təkrar ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilmişdir. Hazırkı halda ekspert tərəfind ən məhkəmə qərardadında qoyulmuş 5-ci və 6-cı suallar cavablandırılmamış səbəbi ilə bağlı qeyd edilmişdir ki: ** Kompaniyası tərəfindən əsas xəttə qoşulması barədə sənədlər iş materiallarında olmadığından, texniki şərtin tələblərinə və istismar qaydalarına uyğun olaraq kanalizasiya şəbəkəsinə qoşulub-qoşulmamasına dair tədqiqat aparılmamış, ** Kompaniyasına məxsus kanalizasiya xətti torpaq sahəsinin altında yerləşdiyindən kanalizasiya xətti üzərində əks klapan mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məhkəməyə 5-ci sualın cavablandırılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən, 6-cı sualla bağlı isə tərəflərdən hər hansı biri yerin altından keçən kanalizasiya xəttinə ekspert tərəfindən baxış keçirilməsi üçün qazıntı işlər inin həyata keçirilməsini öz üzərinə götürmədiyindən, həmin suallarla bağlı məhkəmənin təkrar ekspertiza təyin etməməsi pozuntu hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd edilənlər mübahisələndirilən qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsas hesab edilmir.
34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 194.1, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə, Azərbaycan Respublikası “Sudan istifadə Qaydaları”nın 2.1, 9.9-cu bəndlərinə, MPM-in 102.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
35. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilmişdir. Kassasiya şika yətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 194.1, 194.2, 340.2-ci maddələrinin tələbləri pozulmuşdur- belə ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Cavabdehin tələbin üçüncü şəxsə güzəşti ilə bağlı heç bir razılığı olmamışdır. İddiaçı iddia tələbinin əsassız olduğunu bilərək və məhkəməyə təqdim edilən etirazda qeyd olunan faktlar qarşısında mötəbər sübutu olmadığından iddia tələbini dəyişdirərək məhkəmə prosesinin gedişatında ziyan dəymiş şəxslə 2021-ci il 22 sent yabr tarixli tələbin güzəşti barədə müqavilə bağlayaraq məhkəməyə təqdim etmişdir. Bu fakt iddiaçının iddia tələbinin əsassız olduğunun ilkin göstəricisidir.
37. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Göründüyü kimi, bu maddənin tətbiq dairəsi banklara şamil edilir. Bu halda tələbin güzəşti ilə əlaqədar sığortaçının borcludan pul tələb etməsi maddənin tələblərinə ziddir. Əlavə olaraq bildirilir ki, sözügedən hadisə 2020-ci il 20 dekabr tarixdə baş vermişdir. İddiaçı ilə ** Kompaniyası ilə 2020-ci il 17 sentyabr tari xdə daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Amma tərəflər arasında tələbin güzəşti müqaviləsi isə 2021-ci il 22 sentyabr tarixdə bağlanmışdır. Göründüyü kimi, iddiaçı hadisədən sonra bağlanmış müqaviləyə əsasən iddia tələbini irəli sürmüşdür. İddiaçının hadisə baş verdikdən sonra bağlanmış müqavilə ilə məhkəmədə qaldırdığı iddia tələbi əsassızdır. Hadisədən sonra bağlandığına görə bu əqd etibarsız sayılmalıdır.
38. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən etiraz təqdim olunduqdan sonra iddiaçı iddia tələbini dəyişdirmək məqsədilə məhkə mə gedişatında ** Kompaniyası ilə 2021-ci il 21 sentyabr tarixli tələbin güzəşti barədə müqavilə bağlamışdır. Bu müqavilə yalan əqddir və etibarsız hesab edilməlidir. Sözügedən əqdin əvvəlcədən bağlandığını sübut edən heç bir fakt yoxdur. Digər tərəfdən isə əgər ki həmin müqavilə həmin tarixdə bağlanmış olsaydı, ilkin sənədlərlə məhkəməyə təqdim edilmiş olardı. Eyni zamanda müqavilə notarial qaydada təsdiqlənməmişdir. Yuxarıda sadalananlar əqdin etibarsızlığının bariz göstəricisidir.
39. MPM-in 77.1, 88, 97.3, 97.4, 175.1-ci maddələrinin tələbi pozulmuşdur-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbindən göründüyü kimi iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə s übut qismində heç bir rəsmi təsdiqedici sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Məhkəmə cavabdeh tərəfindən qeyd edilən faktları araşdırmadan, təqdim edilən dəlillərə ümumi münasibət bildirərək qətnamə çıxarmışdır.
40. İşin materiallarından da məlum olduğu kimi, cavabdeh tərəfindən keçiriləcək ekspertiza qarşısına suallar qoyulmuş və həmin suallar cavablandırılması üçün məhkəmə qərardadı ilə ekspertizaya göndərilmişdir. Lakin ekspert rəyindən də göründüyü kimi ekspert qarşısına qoyulmuş sualların hamısı cavablandırılmamışdır. Belə ki, işin obyektiv həll edilməsi üçün əsas sual olan “klapanın olub-olmaması sualı” ekspert tərəfindən cavablandırılmamışdır. Odur ki, məhkəmə təkrar ekspertiza tətbiq etməli olduğu halda bunu etməmiş və cavab landırılmamış sualları əsaslandırmağa borclu olduğu halda heç bir əsas gətirmədən qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilərək qeyd edilmişdir ki, subroqasiya hüququnun həyata keçirilməsi üçün hər hansı müqaviləyə ehtiyac yoxdur. Buna görə də, cavabdehin hadisə vaxtı sığortaçı və sığortalı arasında tələbin güzəşti barədə müqavilənin olmaması və sonradan bağlanması kimi hallara əsaslanaraq verilmiş kassasiya şikayəti əsassızdır. Kassasiya baxışının hədləri
42. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdə liyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür....” “Maddə
936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” 45. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıda kılar nəzərdə tutulur: Maddə
23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.1. sığorta müqaviləsi bağlayarkən, sığorta riskini qiymətləndirərkən lazım olan müvafiq məlumatları və sənədləri sığortalıdan və ya sığorta olunandan tələb etmək, habelə icbari sığorta müqaviləsinin aid olduğu əmlaka baxış keçirmək; 23.1.2. icbari sığorta haqlarını sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada almaq; 23.1.3. sığorta müqaviləsinin aid olduğu sahələrə (binalara, tikililərə və s.) daxil olmaq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək; 23.1.4. sığort a hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq; 23.1.5. sığorta ödənişi verilərkən, müvafiq hallarda icbari sığorta şəhadətnaməsinin geri alınması üçün həmin şəhadətnaməni sığortalıdan və ya sığorta olunandan tələb etmək; 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; 23.1.7. sığorta ödənişi verməsi ilə bağlı maraqlarından irəli gələn hallarda sığortalını və ya sığorta olunanı məhkəmədə təmsil etmək; 23.1.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlar....”
46. Azərbaycan Respublikası “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. STKM-in vəzifələri 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olm ayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportun da göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda....” “9. Kanalizasiya şəbəkə və qurğularından istifadəyə dair xüsusi tələblər... 9.9. STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir....”
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
102. Əlavə və təkrar ekspertiza... 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandı rır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
50. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, həmin dəlillər eyni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. K ollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 30-34-cü bəndləri).
51. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və təkrar ekspertizanın keçirilməməsi ilə bağlı dəlillərinə münasibətdə əlavə olaraq qeyd edilməlidir ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran, sübutları qiymətləndirmək səlahiyyətinə malik ol an məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi və əsaslandırılmış vəsatətin təqdim edildiyi müəyyən edilmir.
52. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
53. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tut araq, Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-652/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva B.F.Qəribov E.R.Vəliyeva