Məhkəmə qərarları › İş №2-2(102)-113/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-113/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-113/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh cavabdehna qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh cavabdehna qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli 2-2(103)-638/2021 saylı qətnaməsindən iddiaçı və cavabd eh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 2013-cü il 01 mart tarixli 42AV/F2013 nömrəli təminatlı kredit müqaviləsinə əsasən, İddiaçı ASC cavabdehna 627.300 (altı yüz iyirmi yeddi min üç yüz) manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, cavabdeh isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüş, cavabdehnun kredit məbləğini yeni alınacaq 9 ədəd Daewoo (model BS090) markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə edəcəyi nəzərdə tutulmuşdur.

2. İddiaçı ASC-nin 20 saylı filialı ilə cavabdeh arasında bağlanmış 2013-cü il 01 mart t arixli, 49İP/F20-13 nömrəli girov müqaviləsinə və 2013-cü il 01 mart tarixli 49AV/F20-13 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin 20 saylı filialı tərəfindən cavabdehna 9 ədəd Daewoo (model BS090) markalı sərnişin daşıma avtobuslarının alınması üçün 627300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq girov qoyan tərəfindən 9 ədəd Şassi: KL5UK42HEAU005709, buraxılış ili: 2012-ci il; 90VG166 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005682, buraxılış ili: 2012-ci il; 90VF933 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005656, buraxılış ili: 2012-ci il; 90VG144 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005671, buraxılış ili: 2012-ci il; 90VG366 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005688, buraxılış ili: 2012-ci il; 90VG344 dövlət n ömrə nişanlı, Şassi: KL5UK42HEAU005632, buraxılış ili: 2012-ci il; 90VG288 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005698, buraxılış ili: 2012-ci il; 90VG188 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005654, buraxılış ili: 2012-ci il; 90VG233 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU003242, buraxılış ili: 2009-cu il; 90VG433 dövlət nömrə nişanlı Daewoo (model BS090) markalı sərnişin daşınma avtobusları İddiaçı ASC-yə girov kimi təqdim edilmişdir.

3. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 077248 nömrəli 2013-cü 05 mart il tarixli çıxarışın surətinə müvafiq olaraq, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs: cavabdeh, Nəqliyyat vasitəsi: Daewoo (model BS090) markalı ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri; ipoteka saxlayan İddiaçı ASC-nin 20 saylı filialıdır. 4. 2015-ci il 12 avqust tarixində İddiaçı ASC-nin 20 saylı filialı ilə hüquqi şəxs cavabdeh arasında bağlanmış 2013-cü il 01 mart tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən, İddiaçı ASC ilə cavabdeh arasında imzalanmış 2013-cü il 01 mart tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə kreditin kapitallaşdırılması, tərəflər arasında imzalanmış 2013-cü il 01 mart tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin müddətinin 2019-cu il 01 mart tarixinədək uzadılması və kredit müqaviləsinə 1 nömrəli əlavənin (ödəniş cədvəli) 2015-ci il 12 avqust tarixində yenisi ilə əvəz ol unması, kredit müqaviləsi üzrə çıxış edən təminatların 2017-ci il 01 mart tarixinədək sığortalı olduğunu nəzərə alaraq mövcud sığorta müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış təminatların 2019-cu il 01 mart tarixinədək yenidən 100 faiz sığortalanması, iddiaçı ilə cavabdeh arasında imzalanmış 2013-cü il 01 mart tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin digər şərtlərinin dəyişməz olaraq qalması razılaşdırılmışdır.

5. LPO İddiaçı ASC-nin 2020-ci il 24 avqust tarixinə olan maliyyə arayışına görə, cavabdehnun 2013-cü il 01 mart tarixli kredit müqaviləsi üzrə əsas borcu 646.889,35 (altı yüz qırx altı min səkkiz yüz səksən doqquz manat otuz beş qəpik) manat, faiz borcu üzrə 462.297,86 (dörd yüz altmış iki min iki yüz doxsan yeddi manat səksən altı qəpik) manat, 143.028,17 (b ir yüz qırx üç min iyirmi səkkiz manat on yeddi qəpik) manat cərimə borcu, 48.249,45 (qırx səkkiz min iki yüz qırx doqquz manat qırx beş qəpik) manat AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan və illik faiz dərəcəsi 5% olan borc olmaqla, cəmi 1.300.464,83 (bir milyon üç yüz min dörd yüz altmış dörd səksən üç qəpik) manat borcu vardır.

6. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə ünvanlanmış bildirişin qeydə alınması barədə ərizəyə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən sonuncuya 2015-ci il 28 yanvar tarixində bildiriş göndərilmiş və bu halın nəzərə alınması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsindəki icraat

7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra mətndə-iddiaçı) cavabdeh cavabdehna (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2013-cü il 01 mart tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən 2020-ci il 19 avqust tarixinə cavabdehdən əsas borc üzrə 646.889,35 (altı yüz qırx altı min səkkiz yüz səksən doqquz manat otuz beş qəpik) manat, faiz borcu üzrə 462.297,86 (dörd yüz altmış iki min iki yüz doxsan yeddi manat səksən altı qəpik) manat, cərimə borcu 143.028,17 (bir yüz qırx üç min iyirmi səkkiz manat on yeddi qəpik) manat, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan və illik faiz dərəcəsi 5% olan borc üzrə 48.249,45 (qırx səkkiz min iki yüz qırx doqquz manat qırx beş qəpik) manat olmaqla, cəmi 1.300.464,83 (bir milyon üç yüz min dörd yüz altmış dörd səksən üç qəpik) manat borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtotobuslara yönəldilməsi, qeyd edilən avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 1 (bir) manat bank xidmət haqqının iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir ( iddia ərizəsi dəqiqləşdirilmişdir).

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 mart 2013cü il tarixli, 42AV/F20-13 nömrəli Təminatlı kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən 9 ədəd Daewoo (model BS090) markalı avtobusların alınması üçün 48 (qırx səkkiz) ay müddətinə, illik 20% olmaqla 637,300 (altı yüz otuz yeddi min manat 300 manat) AZN məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh mülkiyyətində olan 9 ədəd Daewoo (model BS090) markalı, Şassi: KL5UK42HEAU005709, buraxılış ili: 2012-ci il; 10VG166 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005682, buraxılış ili: 2012-ci il; 10VF933 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005656, buraxılış ili: 2012-ci il; 10VG144 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005671, buraxılış ili: 2012-ci il; 10VG366 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005688, buraxılış ili: 2012-ci il; 10VG344 dövlət nömrə nişanlı, Şassi: KL 5UK42HEAU005632, buraxılış ili: 2012-ci il; 10VG288 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005698, buraxılış ili: 2012-ci il; 10VG188 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005654, buraxılış ili: 2012-ci il; 10VG233 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU003242, buraxılış ili: 2009-cu il; 10VG433 dövlət nömrə nişanlı avtobuslar girov kimi banka təqdim olunmuş və bu barədə 2013-cü il 01 mart tarixli, 42İP/F20-13 saylı girov müqaviləsi bağlanmışdır. 2015-ci il 12 avqust tarixli 2 saylı əlavəyə əsasən 2013-cü il 01 mart tarixli, 42AV/F20-13 nömrəli kredit müqaviləsinin müddəti 2019-cu il 01 mart tarixə kimi artırılmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəfimizdən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı cavabdeh arasında bağlanmış 2013-cü il 01 mart tarixli, 42AV/F20-13 nömrəli, təminatlı kredit müqaviləsinə əsasən 2018-cı il 19 yanvar tarixinə cavabdehin əsas borc üzrə 646,889.35 (altı yüz qırx altı min səkkiz yüz səksən doqquz 35 qəpik) AZN, faiz borcu üzrə 255,847.37 (iki yüz əlli beş min səkkiz yüz qırx yeddi 37 qəpik) AZN, cərimə borcu üzrə 12,736.87 (on iki min yeddi yüz otuz altı manat 87qəpik) AZN, cəmi 915,473.59 (doqquz yüz on beş min dörd yüz yetmiş üç manat 59 qəpik) AZN məbləğində borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-lqtisad məhkəməsinin 201 6-cı il 01 fevral tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən iddiaçı müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu iddiaçıın ləğvedicisi təyin edilmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 317, 319, 385.1, 442, 445.1, 445.2.1, 448, 449cu maddələrinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1 (bundan sonra mətndə MPM) maddəsinə istinad etmişdir.

10. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-86/2019 saylı, 2019-cu il 20 fevral tarixli qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizas ının təyin edilməsi; ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə eskpertizası mərkəzinə tapşırılması; ekspertin müvafiq rəyi alınana qədər iş üzrə icraatın dayandırılması qərara alınmışdır ( hakim Fərid Mədətli).

12. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş 2019-cu il 13 dekabr tarixli, 8164 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 2013-cü il 01 mart tarixli 42AV/F20-13 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 2018-ci il 11 yanvar tarixə cavabdehin iddiaçıya olan borcu 742.379,72 manat (əsas borc üzrə-59 1.665,71 manat, faiz borcu üzrə 150.714,01 manat) məbləğində müəyyən edilir. Eyni zamanda tədqiqat zamanı hesabdan çıxarış məlumatlarına əsasən 2013-cü il 01 mart tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 2018-ci il 26 fevral tarixindən 2018-ci il 16 mart tarixinədək ümumilikdə 10.000 AZN məbləğində ödəniş edilmişdir. 10.000,00 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə 732.379,72 manat (əsas borc üzrə-591.665,71 manat, faiz borcu üzrə 150.714,01 manat - 10.000,00 manat) məbləğində borcu qalacağı müəyyən edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-26/2020 saylı, 2020-ci il 12 avqust tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsinin həyata keçirilməsi; əmlakın qiymətləndirilməsinin "xxxx" MMC-yə həvalə edilməsi; ekspert rəyi alın anadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır (X2).

14. Həmin qərardadın icrası qaydasında "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş 2020-ci il 23 yanvar tarixli, ƏEM/D 44-733/20 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, mərkəzin qarşısında qoyulmuş sual üzrə ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtotobusların ümumi bazar qiyməti 639.000 (9 X 71000 manat) manat təşkil edir.

15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 fevral tarixli e-2-2(113)-10/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdehdən 2013-cü il 01 mart tarixli 49AV/F20- 13 saylı kredit müqaviləsi üzrə 591.665,71 (beş yüz doxsan bir min altı yüz altmış b eş manat yetmiş bir qəpik) manat əsas, 140.714,01 (yüz qırx min yeddi yüz on dörd manat bir qəpik) manat faiz borcu, 59.166 (əlli doqquz min yüz altmış altı) manat və borcun ödənilməsini gecikdirilməsi üzrə 44.128,40 (qırx dörd min yüz iyirmi səkkiz manat qırx qəpik) manat cərimə olmaqla cəmi 835.674,11 (səkkiz yüz otuz beş min altı yüz yetmiş dörd manat on bir qəpik) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi; tutmanın cavabdehin mülkiyyətində olan ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi; iddianın verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi; q eyd edilən əmlakların açıq hərracdan satılması və əmlakların satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi; cavabdehdən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi; cavabdehdən 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına (hesab:VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, X4 ASC, VÖEN:**********, Müxbir Hesab:AZ25nabz********************, KOD:505594 SWİFT: GUNAAZ22) ödənilməsi qət edilmişdir (X2).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2013-cü il 01 mart tarixli 42AV/F20-13 nömrəli təminatlı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə 627.300 (alti yüz iyirmi yeddi min üç yüz) manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2015-ci il 12 avqust tarixli və 2013-cü il 01 mart tarixli 49AV/F20- 13 saylı təminatlı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən isə iddiaçı ilə cavabdeh arasında imzalanmış 2013-cü il 01 mart tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə kreditin kapitallaşdırılması, iddiaçı ilə cavabdeh arasında imzalanmış 2013- cü il 01 mart tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqavil əsinin müddətinin 2019-cu il 01 mart tarixinədək uzadılması və kredit müqaviləsinə 1 nömrəli əlavənin (ödəniş cədvəli) 2015-ci il 12 avqust tarixində yenisi ilə əvəz olunması, kredit müqaviləsi üzrə çıxış edən təminatların 2017-ci il 01 mart tarixinədək sığortalı olduğunu nəzərə alaraq mövcud sığorta müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış təminatların 2019-cu il 01 mart tarixinədək yenidən 100 faiz sığortalanması razılaşdırılmışdır. Cavabdeh tərəfin bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır.

17. Həmin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən əsas borc 1 il 5 ay (2019-cu il 01 mart tarixdən 2020-ci il 31 avqust tarixədək) gecikdirilmişdir. Ona görə də iddiaçı cavabdehdən yalnız qeyd olunan müd dətə görə hesablanmış 44.128,40 manat pulun tutulmasını tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin olunmalıdır.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 203.3.1, 205.1, 205.2, 269.1, 269.4, 269.7, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 739.1, MPM-in 101.3, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.3, 47.4, 47.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

20. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-girov predmetinin qiyməti və borc məbləği hissəsində ləğv edilməsi, apelyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla y eni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 2-2(103)-638 /2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-10/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2021-ci il 22 fevral tarixli qətnaməsi müqavilə üzrə faiz borcunun və illik 5%- lə hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilməsi; müqavilə üzrə hesablanan faizin məbləğinin 275.482,31 manat, illik 5%-lə hesablanmış faiz borcunun məbləği 43.388,82 manat müəyyən edilməsi; qətnamənin digər mübahisələndirilən hissələrinin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 m anat məbləğində pul vəsaitinin, 50 manat məbləğinin iddiaçıdan, 50 manat məbləğinin isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər Vidadi Məmmədov və Vüsalə Baxışova).

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 2013-cü il 01 mart tarixli 42AV/F20-13 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 9 ədəd Daewoo (model BS090) markalı avtobusların alınması üçün 48 ay müddətinə, illik 20% olmaqla 637.300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 2013-cü il 01 mart tarixli 42İP/F20-13 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan 9 ədəd Daewoo (model BS090) markalı, 10VG166 dövlət nömrə nişanlı, 10VF933 dövlət nömrə nişanlı, 10VG144 dövlət nömrə nişanlı, 10VG366 dövlət nömrə nişanlı, 10VG344 dövlət nömrə nişanlı, 10VG288 dövlət nömrə nişanlı, 10VG188 dövlət nömrə nişanlı, 10VG233 dövlət nömrə nişanlı, 10VG433 dövlət nömrə nişanlı avtobuslar bank qarşısında girovla yüklü edilmişdir. Tərəflər arasında bağlanmış 2015-ci il 12 avqust tarixli 2 saylı əlavəyə əsasən 2013-cü il 01 mart tarixli 42AV/F20-13 nömrəli kredit müqaviləsinin müddəti 2019-cu il 01 mart tarixə kimi artırılmışdır.

23. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 646.889 manat, faiz borcu 462.297 manat, MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz b orcu 48.249 manat, cərimə borcu 143.028 manat, cəmi borcu isə 1.300.464 manat təşkil edir. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, iddia tələbi üzrə faiz və cərimə borcu ilə razı deyil və həmin hissəni qəbul etmir.

24. Kredit borcunun məbləğinin dəqiq müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2019-cu il 13 dekabr tarixli 8164 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 2018-ci il 11 yanvar tarixinə cavabdehin iddiaçıya olan borcu 742.379,72 manat (əsas borc üzrə 591.665,71 manat, faiz borcu üzrə 150.714,01 manat) məbləğində müəyyən edilir. Eyni zamanda 2013-cü il 01 mart tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 2 018-ci il 26 fevral tarixdən 2018-ci il 16 mart tarixinədək ümumilikdə 10.000 AZN məbləğində ödəniş edilmişdir. 10.000,00 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə 732.379,72 manat (əsas borc üzrə-591.665,71 manat, faiz borcu üzrə 150.714,01 manat - 10.000,00 manat) məbləğində borcu qalacağı müəyyən edilir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə uyğun olaraq əsas və faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmiş, cərimə borcunu azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Halbuki, ekspert rəyi verildikdən sonra iddiaçı tərəfdən iddia tələbinin həcminin artırılması barədə ərizə verilmiş, lakin birinci instansiya məhkəməsi həmin ərizəni nəzərə almamış və kredit borcunun ekspert rəyinə uyğun olaraq tutulması nəticəsinə gəlmişdir.

25. Qeyd olunanlar nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2021-ci il 25 avqust tarixli, 9/4587 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 2013-cü il 01 mart tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin iddiaçıya olan borcu 2019-cu il 01 mart tarixə (müqavilə müddətinin sonuna) 867.148,02 manat: əsas borc 591.665,71 manat, faiz borcu 275.482,31 manat, 2020-ci il 19 avqust tarixə (arayışın tarixinə (c2.i.v- 231)) 910.536,84 manat: əsas borc 591.665,71 manat, faiz borcu 275.482,31 manat, faiz borcu (5 %-lə hesablanmaqla) 43.388,82 manat müəyyən edilmişdir. Rəydə həmçin in göstərilmişdir ki, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış müqavilələr üzrə cərimə bəndi nəzərdə tutulsa da, Bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması və silinməsi ilə əlaqədar məlumat olmadığı üçün cavabdehə cərimə borcu hesablanmadı.

26. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, o cümlədən 2021-ci il 25 avqust tarixli, 9/4587 saylı ekspert rəyini araşdıraraq və MM-in 739, 741, 462, 467 və 445.7-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, müqavilə üzrə faiz borcunun və illik 5%-lə hesablanmış faiz borcunun tutulması hissəsində birinci instansiya m əhkəməsinin qətnaməsi dəyişdirilməli və ekspert rəyinə müvafiq olaraq 275.482,31 manat və 43.388,82 manat məbləğində müəyyən edilməlidir. Əsas borcun və dəbbə pulunun tutulması hissəsində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni MM-in 445.7, 462, 467, 739, 741, MPM-in 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 19 oktyabr tarixində elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir.

29. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

30. Qətnamədən cavabdeh tərəfindən kassa siya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri:

31. MM-in 448.3, 449.1, 449.4-cü maddələrinin tələbləri pozulmuşdur -Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məb ləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin hissə-hissə və ya tamamilə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi dərəcəsində məsuliyyət daşımalıdır.

32. MPM-in 77.3-cü maddəsinin tələbləri pozulmuşdur- 49 AV\F20-13 №-li, 2013-cü il 01 mart tarixli kredit müqaviləsinə əsasən, LPO İddiaçı ASC-nin iddia tələbi əsas borc hissəsində 646.889 manat, faiz borcu hissəsində 462.297 manat məbləğində olmasına baxmayaraq, ekspert rəyində borc məbləğini əsas hissədə 591.665,71 manat, faiz borcu hissəsində 275.482,31 manat müəyyən edilmişdir. Ekspertin bu zaman borc məbləğini hesablayarkən, yalnız əsas və faiz məbləğlərini nəzərə alması, cərimə borclarına silinən məbləğləri də faiz borcundan silməsidir ki, məhkəmə tərəfindən ekspert qarşısında müqavilə üzrə 2019-cu il 01 mart tarixinə əsas, faiz və cərimə borclarının nə qədər təşkil etməsi qoyulsa da, ekspert tərəfindən yalnız əsas və faiz borcu hesablanmış, cərimə borcu isə ümumiyyətlə nəzərə alınmamışdır.

33. MPM-in 103.1-ci maddəsinin tələbləri pozulmuşdur - Ekspert rəyindən cərimə ödənişlərinin ümumiyyətlə nəzərə alınmadığı, kredit ödənişlərinin yalnız əsas və faiz borclarından silinərək, onların süni olaraq azaldılması görünür. Halbuki, cavabdehlə bank arasında bağlanılmış müqavilənin də bəndlərindən göründüyü kimi, ödənişlər ödəniş qrafikinə uyğun olaraq əvvəl cərimə, faiz və sonra əsas borcdan silinməlidir. Məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunu təmin edərkən yalnız ekspert rəyinə əsaslanaraq faiz məbləğini kəskin surətdə azaltmış, bank tərəfindən verilmiş maliyyə arayışları, hesabdan çıxarış və digər sübutlara heç bir əhəmiyyət verilməmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri:

34. MM-in 467-ci maddəsinin tələbləri pozulmuşdur- Həmin maddənin tələbində nəzərdə tutulur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, m əhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldarkən işin hallarını nəzərə almalıdır. İşin materiallarına əsasən isə cərimə məbləğinin azaldılmasına təsir edə bilən hallar müəyyən edilir. İş üzrə mübahisəli girov predmeti olan avtobuslar 9 aydan artıq müddət üzrlü səbəblərdən (təmir işləri, xəttin dayandırılması) fəaliyyət göstərməyib. Digər tərəfdən, bir ildən artıq müddətdir davam edən pandemiya şəraitində də gəlir əldə etmək mümkün olmayıb. Məhkəmə iş üzrə kreditorun mənafelərini nəzərə almamış, əksinə, birinci instansiya məhkəməsinin onsuz da artıq hesablanmış məbləği daha da artırmışdır.

35. MM-in 445.7-ci maddəsinin tələbləri pozulmuşdur- Qeyd olunan maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələ b edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, qeyd olunan maddə üzrə illik beş faizin ödənilməsinin tələb edilməsi üçün digər əsaslardan çıxış edərək daha yüksək məbləğ tələb oluna bilməz. Hazırki iş üzrə iddiaçı isə başqa əsaslardan çıxış edərək, həm vaxtı keçmiş borca görə faiz, həm də hər gecikdirilmiş hər günə görə cərimə ödənilməsini tələb etmişdir. Məhkəmə də öz növbəsində faiz və cərimə məbləği ilə bərabər Mülki Məcəllənin 445.7ci maddəsinə istinad etməklə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi qərarına gəlmişdir. Bununla da məhkəmə kollegiyası maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

36. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur - Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdə olan sübutlara, xüsusən də ekspert rəylərindən sonuncuya istinad etməklə düzgün nəticəyə gəlməmiş, bununla da cavabdehin vəziyyətini ağırlaşdırmışdır.

37. MPM-in 217.3-cü maddəsinin tələbləri pozulmuşdur - Bu maddəyə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Cavabdehin uzun müddət üzrlü səbəblərdən fəaliyyət göstərməməsi, habelə pandemiyaya görə gəlir əldə etməkdən məhrum olması işin həqiqi hallarıdır. Məhkəmə kollegiyası bu halları da araşdırmadan qeyri-qanuni qətnamə qəbul edilmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayət inə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. İş üzrə hər iki tərəfin kassasiya iddiaçı və cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsi xahiş edilsə də, şikayətin dəlilləri apelyasiya şikayətlərinin təmin olunmayan hissəsinə yönəlmişdir. Qeyd olunanlara əsasən, hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı ma ddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlmə si halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə z amanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəl iklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarə t olmasın.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit m üqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 15 iyul tarixli Qərarında nəzərdə tutulmuşdur: “... məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbe hedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır.... Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir.... Qeyd olunduğu kimi, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin re alizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər....” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda § 42), qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol veril məmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının tətbiqi ilə bağlı dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, şikayətdə MM-in 448.3, 449.1, 449.4-cü maddələrinin yalnız mətninə istinad olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verlən pozuntunun nədən ibarət olması göstərilməmişdir.

47. Həmin kassasiya şikayətinin, eləcə də cavabdehin kassasiya şikayətinin iş üzrə verilmiş ekspert rəyi ilə bağlı (bax yuxarıda §32-33, 36) dəlillərinə münasibətdə Kollegiya qeyd olunmasını zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnı z ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

48. Müvafiq ekspert rəyi işə apellyasiya instansiyası məhkəməsində baxılarkən təqdim olunmuşdur. Lakin işin materiallarından, iddiaçı və ya cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə sözügedən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi ilə bağlı əsaslandırılmış vəsatət təqdim etməsi, ekspert rəyini şübhə altına alan sübutların təqdim edilməsi müəyyən edilmir. Eləcə də, tərəflərin kassasiya şikayətlərində həmin ekspert rəyi məhk əmələr tərəfindən qiymətləndirilərkən, hansı maddi və ya prosessual hüquq normasının pozulduğu əsaslandırılmamışdır.

49. Cavabdehin kassasiya şikayətinin MM-nin 467-ci maddəsinin pozuntusu ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır (bax yuxarıda § 42).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsind ə mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası iddia olunan və məhkəmə qətnaməsinə əsasən tutulan cərimə məbləğlərini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə cərimənin tutulması barədə nəticəsini Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun hesab edir.

52. Cavabdehin kassasiya şikayətinin digər dəlili kredit müqaviləsi üzrə fa iz və cərimə məbləğindən əlavə, MM-nin 445.7-ci maddəsinə əsasən illik beş faiz miqdarında vəsaitin tutulmasının, həmin maddənin tələbinə zidd olması ilə bağlıdır.

53. Kollegiya kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edilməsini zəruri hesab edir ki, baxılan iş üzrə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, həmin müqavilə ilə müəyyən edilmiş faiz məbləği, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə MM-nin 445.7-ci maddəsinə əsasən beş faiz miqdarında pul vəsaiti tutulmuşdur. Həmin nəticə MM-nin 445.7-ci maddəsinin (bax yuxarıda § 42) və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3., 399.4., 445 və 449-cu maddələrini şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il qərarında ifadə olunmuş hüquqi mövqeyə uyuğn olmuşdur. Belə ki, həmin Qərarda qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin qərarda göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci mad dəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

54. Cavabdehin kassasiya şikayətinin digər dəlili məlum pandemiya ilə əlaqədar gəlir əldə etmək imkanından məhrum olmasının məhkəmə tərəfindən nəzərə alınmaması, bununla da MPM-nin 217.3-cü maddəsinin pozulması ilə bağlıdır.

55. Kollegiya şikayətin dəlilini əsassız hesab edir və qeyd edir ki, işin materiallarından göründüyü kimi, cavabdehin 2013-cü il 01 mart tarixli kredit müqaviləsi üzrə iddiaçıya olan borcu 2019-cu il 01 mart tarixinə qədər yaranmışdır. Həmin tarixdə isə, pandemiya mövcud olmadığından ölkə ərazisində karantin rejimi tətbiq olunmamışdır.

56. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş ü zrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməlidir.

57. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli 2-2(103)-638/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar