Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-116/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC Bank olmayan Kredit Təşkilaıtının “xxxx” kiçik müəssisəsinə qarşı iddiasına dair iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) 16.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı QSC-nin vəkili X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh “xxxx” kiçik müəssisəsinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması haqqında iddia tələbinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 22(103)-517/2020 saylı qətnaməsindən iddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İşin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Prezidentinin “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında" xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına 15 gün müddətində “xxxx” ASC-yə məxsus problemli aktivləri müəyyən edilməsi və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqa bilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görmək tapşırılmışdır.
2. İş materiallarına əlavə olunmuş, “xxxx" ASC ilə İddiaçı QSC arasında imzalanmış ““xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçıQSC-yə güzəşt edilməsinə dair” xx.xx.2017-ci il tarixli müqavilənin təsdiq edilmiş surətinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 fa iz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçıQSC-yə güzəşt edir.
3. İş materiallarına əlavə edilmiş, xx.xx.2008-ci il tarixli 247 nömrəli kredit müqaviləsinə əsasən, “xxxx” ASC ilə "xxxx" kiçik müəssisəsi arasında neft avadanlığının ehtiyat hissələrinin dəyərinin ödənilməsi məqsədi ilə istifadə etmək üçün 30.000 manat məbləğində kredit xəttinin verilməsi və verilmiş kreditin qəbul edilməsi və göstərilən müddətdə geri qaytarılması razılaşdırılmışdır.
4. İş materiallarına əlavə olunmuş, “xxxx” ASC-nin "xxxx" kiçik müəssisəsinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş xx.xx.2017-ci il tarixli, S-80 sa ylı akta uyğun olaraq cavabdeh "xxxx" kiçik müəssisəsinin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 21.227.56 manat borcu yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh «xxxx» kiçik müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh kiçik müəssisədən cəmi 21.227,56 manat (əsas borc 16.730 manat, faiz borcu 4.497,56 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı QSC-nini xeyrinə tutulması; borc tələbinin cavabdeh kiçik müəssisəyə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdeh kiçik müəssisənin əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddia çı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ““xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əl aqədar olaraq, “xxxx" ASC-yə məxsus problemli aktivlər (borclar) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında “İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir.
7. Həmin Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin “xxxx" kiçik müəssisəsinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli. S-80 saylı təhvil-təslim aktı əsasında “İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən, “xxxx" kiçik müəssisəsinin təhvil-təslim olunan tarixə “xxxx" ASC-yə cəmi 21.227,56 manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx" ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 247 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır.
8. Həmin borc “İddiaçı" QSC Bank olmaya n Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir.
9. Beləliklə, xx.xx.2019-cu il tarixə cavabdeh "xxxx" kiçik müəssisəsinin qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 21.227.56 manat təşkil edir.
10. Cavabdeh “xxxx" kiçik müəssisəsi ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus əmlaklara yönəldilməsi və həmin əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır.
11. Eyni zamanda, cavabdehin kiçik müəssisənin nümayəndəsi xx.xx.2020-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə əlaqədar olaraq idd iadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə 3 illik müddət keçmişdir, çünki, 2008-ci ildə bağlanmış müqavilə üzrə heç bir ödəniş olmadığı təqdirdə borcun ödənilməsi ilə ləaqədar 2019-cüu ildə bildiriş göndərilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva; iş No e-2-2(113)-715/2020) iddia tələbinin təmin edilməsi; cavabdeh "Şahİsmayıl" kiçik müəssisədən cəmi 21.227.56 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçıBOKT QSCnin xeyrinə tutulması; borc tələbinin cavabdeh kiçik müəssisəyə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilməsi; "Şah-İsmayıl" kiçik müəssisənin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi; "İddiaçı" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulması qət edilmişdir 14. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixədək müəyyən edilmişdir. Qeyd olunan öhdəliklər başlandığı tarix xx.xx.2008-ci il qəbul edilməlidir. Hazırki mübahisə predmetinin əsasını qeyd olunan müqavilə təşkil etdiyindən öhdəliyin tam olaraq yerinə yetirilmədiyi başa düşülməlidir. Belə olan halda qeyd olunan müqavilənin qüvvədə olma müddəti həmin müqavilənin 16-cı bəndi üzrə müəyyən edilməlidir. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərdiyi hallar məhkəmə tərəfindən əsassız hesab edilmişdir.
15. Həmin qətnamədən narazı qalan cavabdeh kiçik müəssisəsi ondan apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyasl məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər C Yusifov və V.Baxışova; iş № 2-2(103)517/2020) cavabdeh «xxxx» Kiçik Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iddianın rədd edilməsi qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd ediənlərə görə, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona dair Əlavənin şərtlərinə görə kreditdən istifadə müddəti xx.xx.2010-cu il tarixdə başa çatır. Hazırkı iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə, yəni xx.xx.2010-ci il tarixdən hesablanmaqla 9 il 4 ay keçdikdən sonra verilmişdir. 18. 1-ci instansiya məhkəməsi qətnaməsində belə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin 4.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhd əliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilmişdir. Həmin müqavilənin 6.2-ci bəndinə uyğun olaraq kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borcverənin hesabına daxil olduğu tarix hesab olunur. Bununla da mübahisə predmeti olan müqavilənin 16-cı bəndinə əsasən müqavilənin qüvvədə olma müddətimüqavilə imzalandığı gündən qüvvəyə minir və bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam olunmuş hesab edilir. Tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixədək müəyyən edilmişdir. Qeyd olunan öhdəliklər başlandığı tarix xx.xx.2008-ci il qəbul edi lməlidir. Hazırki mübahisə predmetinin əsasını qeyd olunan müqavilə təşkil etdiyindən öhdəliyin tam olaraq yerinə yetirilmədiyi başa düşülməlidir. Belə olan halda qeyd olunan müqavilənin qüvvədə olma müddəti həmin müqavilənin 16-cı bəndi üzrə müəyyən edilməlidir. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərdiyi hallar məhkəmə tərəfindən əsassız hesab edilir.
19. Apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyr i-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur.
20. Eyni zamanda həmin iddia tələbləri rədd edildiyinə görə, borcun tutulmasının borcluya məxsus əmlaklara yönəldilməsi tələbləri də hüquqi dəyərləndirmə və araşdırma aparılmadan rədd edilməlidir. Borclu hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunda nəzərdə tutulmuşdur.
21. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə göndərilmişdir.
22. Həmin qətnamədən narazı qalan iddiaçı QSC ondan kassasiya şikayəti verərək, qətnaməni ləğv edib, apellyasiya instansiyası məhkəməsində mü əyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏRİ A. İddiaçının kassasiya şikayətinin dəlilləri
23. İddiaçı QSC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur.
24. Belə ki, cavabdehlə bağlanmış xx xxxxxxx 2008-ci il tarixli 247 nömrəli kredit müqaviləsinin 16-cı bəndində müqavilənin qüvvədə olma müdddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir, ki bu müqavilə aşağıdakı hallarda xitam olunur, bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildi kdə.
25. İşin materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh kiçik müəssisə tərəfindən 30.000 manat məbləğində kreditin götürlməsinə baxmayaraq, onun tərəfindən əsas borc və faiz borcu tam şəkildə ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi Bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır.
26. Göründüyü kimi, cavabdeh iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyn icrasından birtərəfli qaydada imtina etmşdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi də bunu qəbul getməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişlər. Cavabdeh kiçik müəssisə vəzifələrini vicdanlılığını tələb etdiyi tərzdə yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçı QSC-nin vəkili B.İmamverdiyev kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
29. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh kiçik müəssisənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişlərində nümayəndəsinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünl üyü barədə xəbərdarlıq edilmişdir. (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
31. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
32. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ər izə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündə n 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. İddiaçı Fond apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halların a istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. İddiaçı QSC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki mübahisəyə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti qaydalarının tətbiq edilməsi əsassız və qanunsuz olmuşdur, çünki belə tətbiqetmə tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin şər tlərinə ziddir. Belə ki, həmin müqavilənin 16-cı bəndinə əsasən, bu müqavilə aşağıdakı hallarda xitam olunur: a) bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və 3cü şəxs tərəfindən tam həcmdə yerinə yetirildikdə; b) bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və 3-cü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə müvafiq olaraq müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə görə, müqavilənin qüvvəd ə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
39. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə görə, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə qalır.
40. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvəsi bitməmişdir, hal-hazıradək d avam edir.
41. İddiaçı QSC-nin kassasiya şikayətində göstərdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış hər hansı müqavilənin şərtləri qanuna uyğun olmalı, qanuna zidd olmamalıdır. Bununla əlaqədar QSC-nin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümlə sində və 390.5-ci maddəsində təsbit olunmuşdur. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
42. Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır.
43. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişd irilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
44. Həmin qərarda Konstitusiya Məhkəməsi kredit müqavilələrindən irəli gələn mübahisələrə iddia müddəti qaydalarının tətbiq edilməsi məsələsinə də öz hüquqi mövqeyini bildirmiş və göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtınd a həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
45. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 3 77.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
46. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsindən yaranan mübahisəyə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddəti qaydalarının tətbiq edilməsi düzgün olmuşdur. Belə ki, cavabdeh MMC tərəfindən götürülən kredit üzrə son 3 il ərzində hər hansı ödəniş edilməsi barədə işin materiallarında heç bir sənəd-sübut yoxdur, həmin MMC hazırki mübahisəyə iddia müddəti qaydalarının tətbiq edilməsi barədə müvafiq ərizə vermişdi.
47. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı QSC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
48. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-517/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.