Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-121/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi, sayğacın mexaniki göstəricisinə əsasən borcun hesablanmasının cavabdehə həvalə edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “25.406 manat borcun silinməsi, sayğacın mexaniki göstəricisinə əsasən borcun hesablanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibatiİqtisadi kollegiyasının e-2-2(103)-808/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında x xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış ASAN 4/396 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin 1-ci bəndinə əsasən, cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı (cavabdeh) tərəfindən təqdim edilən hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.6 və 2.1.8-ci bəndlərinə görə, qazın veri lməsində istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət etmək və istehlakçıya verilən qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının, 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. İddiaçıya məxsus abonentin saldosuna görə onun 2018-ci ilin aprel ayının sonuna cavabdehə, sayğacın mexaniki göstəricisi 96.894 kub.m, elektron göstəricisi 97.653 kub.m. olmaqla, cəmi 14.952,80 manat borcu yaranmış, eyni ilin may ayında iddiaçı həmin borcun ödənilməsi məqsədilə 14.953 manat ödəniş etmiş, həmin ilin may-oktyabr aylarında sayğacın mexaniki və elektron g östəricilərinin məlumatı dəyişməmiş (96.89497.653), eyni ilin noyabr ayında sayğacın mexaniki göstəricisi 11 kub.m, elektron göstəricisi 11 kub.m olmuş, həmin ilin dekabr ayında sayğacın mexaniki göstəricisi 6.672 kub.m olduğu halda, elektron göstəricisi 36.573 kub.m olmuş və eyni ayın sonuna iddiaçıya 36.562 kub.m qaz istehlakına görə 7.312,20 manat borc hesablanmışdır. 2019cu ilin yanvar ayında sayğacın mexaniki göstəricisi 172.349 kub.m, elektron göstəricisi 172.633 kub.m. olmaqla, iddiaçıya 24.128 kub.m. qaz istehlakına görə 4.825,20 manat borc hesablanmış, həmin ayın sonuna iddiaçının cavabdehə cəmi borcu 12.137,80 manat qeyd olunmuşdur. Lakin xx.xx.2019-cu il tarixdə iddiaçının sayğacı dəyişdirilmiş, ona Elster G-65 RVG EK-220 markalı 75158561 nömrəli yeni sayğac quraşdırılmış, fevra l ayında iddiaçıya, sayğacın mexaniki göstəricisi 12.740 kub.m, elektron göstəricisi 69.903 kub.m olmaqla, 42.953 kub.m qaz istehlakına görə 8.590,60 manat borc hesablanaraq, ayın sonuna borc məbləği 17.728,40 manat təşkil etmiş, həmin ilin mart ayında iddiaçıya, sayğacın mexaniki göstəricisi 18.458 kub.m, elektron göstəricisi 100.309 kub.m olmaqla, 30.406 kub.m qaz istehlakına görə 6.081,20 manat borc hesablanaraq, ayın sonuna borc məbləği 23.809,60 manat təşkil etmiş, eyni ilin aprel ayında iddiaçıya, sayğacın mexaniki göstəricisi 20.017 kub.m, elektron göstəricisi 108.239 kub.m olmaqla, 7.930 kub.m qaz istehlakına görə 1.586 manat borc hesablanaraq, ayın sonuna borc məbləği 25.395,60 manat təşkil etmiş, həmin ilin may ayında iddiaçıya, sayğacın mexaniki göstəricisi 20.018 kub.m, elektro n göstəricisi 108.291 kub.m. olmaqla, 52 kub.m qaz istehlakına görə 10,40 manat borc hesablanaraq, ayın sonuna borc məbləği 25.406 manat təşkil etmişdir ki, iddiaçı da bu məbləğin qanunsuz olaraq hesablandığı üçün silinməsini xahiş etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 16.963,4 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili K.S.Raxtari məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin həcminin artırılaraq 25.406,00 manat borcun silinməsi, tənzimləyicinin quraşdırılması, sayğacın mexaniki göstəricisinə əsasən borcun hesablanm asının cavabdehə həvalə edilməsi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Asan 4/396 saylı müqavilə bağlanmışdır. İstifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 19 ünvanında yerləşən obyektə (istixana) G-G5 75158561 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən qazın verilməsi istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət etmək paylayıcının vəzifəsidir. Paylayıcı, yəni cavabdeh həmin vəzifəni yerinə yetirmə mişdir. Belə ki, istixanaya qaz sayğacı yerləşdirilsə də, qaz sayğacı birbaşa kollektora quraşdırılmışdır. Halbuki qaz sayğacı ilə kollektor arasında tənzimləyici quraşdırılmalı idi. Ona görə də nominal təzyiqdən yuxarıda təzyiqdə, dövlət standartlarının tələblərinə uyğun olmayan qaz verilir. Tənzimləyici quraşdırılmadığından kollektordan çıxan təzyiq çox yüksək olduğuna görə sayğacın elektron hissəsi işləməmişdir. Buna görə də artıq qaz sərfiyyatı yaranır, göstərilən hal isə yüksək məbləğdə borcun yazılmasına səbəb olur. Hesab edir ki, sayğacla ona ötürülən hissə arasında tənzimləyici yerləşdirilməlidir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, həm də qanunsuz yazılmış borcun silinməsini xahiş etmişdir. Lakin müraciətin heç bir nəticəsi olmadığına görə məhkəməyə müraciət etmək məcb uriyyətində qalmışdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Məcəllənin 385.1, 389.1, 390.1, 399.1-ci maddələrinə, “Qazdan istifadə Qaydaları”nın 1.2, 1.3, 1.4-cü bəndlərinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, e-2-2(82)-431/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının silinməsini tələb etdiyi 25.406 manat məbləğdə borc qaz sayğacının göstəricilərinə əsasən hesablandığından, cavabdeh iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyəri olan həmin pulun ödənilməsini tələb etməkdə haqlıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarda dı ilə, tənzimləyici cavabdeh tərəfindən quraşdırıldığı üçün, iddiaçının iddiadan qismən imtinası qəbul edilmiş, iş üzrə icraata, tənzimləyicinin quraşdırılması tələbinə dair hissədə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X4 və X5, e-2-2(103)-808/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia qismən təmin edilərək iddiaçıya hesablanmış 22.190,90 manat məbləğdə borcun silinməsi və borcun sayğacın mexaniki göstəricisinə əsasən hesablanması cavabdehə həvalə edilmiş, iddia qalan - 3.215,10 manat məbləğdə borcun silinməsi hissədə təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmənin gəldiyi nəticə əsassızdır. Sənaye qaz sayğaclarında elektron və mexaniki göstəricisi arasında fərqin olması həmin sayğacın qüsurla işlədiyinə dəlalət etmir (elektron və mexaniki göstəricinin eyni olması sayğacın qüsurnan işləməsinə dəlalət edə bilər). Belə ki, sayğacın mexaniki göstəricisi sayğacdan keçən kütlənin miqdarını qeydə alır. Qaz həcmi isə bir neçə amildən, qazın xüsusi çəkisindən, təzyiqdən, temperaturdan asılıdır. Göstərilən bu amillər sovet dövründə “Minsterstvo qlavnoy promışlennosti” tərəfindən təsdiq olunmuş “Qu liyev cədvəli” əsasında müəyyən edilmiş formul əsas götürülərək riyazi hesabat aparılırdı. Bu tip sayğaclarda alınan koeffisent mexaniki göstəriciyə vurulurdu, indi isə həmin əllə aparılan riyazi hesabat elektron kollektor hissəsində avtomatik hesablanır və mexaniki hissənin göstərdiyi göstəriciyə vurulub yekun həcm çıxarılır ki, buna da (VBT) elektron hissənin hesabatı deyilir və ödəniş elektron göstəriciyə əsasən aparılmalıdır. Eyni zamanda xüsusi bilik tələb edən işlər üzrə ən azından mütəxəssis rəyinin alınması işin ədalətli həll edilməsi üçün vacibdir. Belə ki, analoji işlər üzrə X1 müvafiq rəyləri var ki, həmin rəylərdə də sayğacın elektron və mexaniki göstəricilərin fərqli olmasının tamamilə təbii hal olduğu (əksinin olması sayğacın düzgün işləməməsinə dəlalət edərdi) qeyd olunmuşdu r. Həmçinin iddiaçının qaz sayğacı işləmədiyi üçün 2019-cu ilin fevral ayında yeni qaz sayğacı ilə əvəz edilmiş və sayğac göstəricisinə əsasən təbii qazdan istifadəyə görə borcu yaranmışdır. Abonent 2017-ci il ərzində 7821,40 qəpiklik təbii qazdan istifadə etmiş cəmi 1500 manat ödəniş etmiş, 2018-ci ildə 22116,80 manatlıq təbii qazdan istifadə etmiş 21126 manat ödəniş etmiş, 2019-cu ildə 21093,80 manatlıq təbii qazdan istifadə etmiş3000 manat ödəniş etmişdir. Göründüyü kimi abonentin debitor borcu 2017-ci ildən yaranaraq artmışdır. Belə ki, 2017-ci ildən 6321,40 manat, 2018-ci ildən 990,80 manat və 2019-cu ildən 18093,80 manat debitor borcu qalmışdır (6321,40+990,80+18093,80=25406). Göründüyü kimi sayğacın düzgün işləmədiyi və ya hesabatı düzgün qeydə almadığı barədə iddiaçının dəlilləri t amamilə əsassızdır. Məhkəmə hansı əsaslara görə sayğacın mexaniki göstəricisinə əsasən hesabatın aparılması nəticəsinə gəldiyi isə qətnamədə izah edilməmişdir. Bundan əlavə məhkəməyə analoji işlərlə bağlı bir neçə qətnamə və Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və patent üzrə Dövlət komitəsinin xx.xx.2017ci il tarixli məktubu da təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(103)-210/2017 saylı qətnaməsində mexaniki və elektron hesablama ilə bağlı izahatlar alınmış və müəyyən edilmişdir ki, həmin tipli sayğaclarda hesablamalar qəbul edilmiş standartlara uyğun olaraq elektron göstərici əsasında aparılmalı olduğu tam əsasını tapmışdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, məhkəmə ciddi prosessual pozuntuya da yol vermişdir. Məhkəmə qeyd olunanların heç birinə hüquqi qiymət verməmiş qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxx 2003-cü il tarixli 3N-İİ qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etm işdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandıma hissəsi: “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin müvafiq olaraq 2.1.6 və 2.1.8-ci bəndlərinə görə, qazın verilməsində istehlakçının sazlama təşkilatı ilə razılaşdırılmış təzyiq rejiminə riayət etmək və istehlakçıya verilən qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının, 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (399.1-ci maddə). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567-ci maddə). Apelyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, qanunvericiliklə və tərəflər arasında bağlanmış müqavilə ilə cavabdeh iddiaçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay ona hesab təqdim etməli, iddiaçı isə qazın dəyərini təqdim edilən hesab əsasında ödəməlidir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya verdiyi qazın dəyərini sayğacın mexaniki göstəricilərinə əsasən hesablanması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi qənaəti aşağıdakı qaydada əsaslandrmışdır. İşin 87-ci səhifəsində iddiaçı abonentin saldosu tərtib edilmişdir. Saldodan görünür ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlandıqdan sonra 2018-ci ilin dekabr ayının s onuna borc 7.312,20 manat müəyyən edilmiş, həm müqavilə bağlanmazdan əvvəlki aylar, həm də müqavilə bağlandıqdan sonrakı aylar üzrə qaz sərfiyyatı, ödənilən məbləğ, habelə əvvəlki ayların borcu ilə birlikdə ödənilməli məbləğlər qeyd edilmişdir. Saldoda həm mexaniki göstərici, həm də elektron göstərici əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi saldoda qeyd edilən məlumatlarla bağlı araşdırma aparmış, qaz sərfiyyatı və ona hesablanan məbləğin həqiqətən sayğacın elektron göstəricisinə əsasən hesablanmalı olması barədə cavabdehin sübut təqdim etmədiyinə, bu barədə cavabdehin hər hansı hüquqi əsaslandırma təqdim etməməsinə əsaslanaraq iddiaçının qaz sərfiyyatını sayğacın mexaniki göstəricinə əsasən müəyyən etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçının təbii qazdan istifadəyə görə borcunun məhz sayğacın mexaniki göstəriciləri əsasında deyil, elektron göstəriciləri əsasında hesablanmasını əsaslandıra bilmədiyindən və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Cavabdeh x xxxxx 2020-ci il tarixdə Ali Məhkəməyə göndərdiyi kassasiya şikayətinə əlavədə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx xxxx 2020-ci il tarixli məktubuna istinad edərək bildirmişdir ki, istifadə edilən qazın dəyəri üzrə hesabl aşmalar qaz sayğacının elektron göstəricisinə uyğun aparılmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə sübutlar birinci instansiya məhkəməsinə təqdim edilir. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh etirazının əsası kimi istinad etdiyi sübutu ondan asılı olmayan səbəbdən birinci və apelyasiya instansiya məhkəməsinə təqdim etməməsini əsaslandıra bilməmişdir. Kasasiya məhkəməsində yeni sübut qəbul edilmir və ona hüquqi qiymət verilmir. Hazırkı halda apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-808/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-121/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-121/2020
03.06.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver