Məhkəmə qərarları › İş №2-2(102)-123/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-123/2021

07.04.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-123/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in cavabdeh “xxxx” ASC-ə qarşı borcun silinməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun, Cavabdehin vəkili Abdullayev Fərid Kazım oğlunun iştirakı ilə, Cavabdeh “xxxx” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli 2-2(103)-462/2020 saylı qə tnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “xxxx” ASC (bundan sonra-ASC) ilə İddiaçı MMC (bundan sonra-MMC) arasında 2020-ci il ***** tarixli, ****** saylı (abonent kodu *****) enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanılmışdır.

2. Müqavilənin 7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir.

3. Həmin müqavilənin 10-cu bəndinə əsasən elekrtik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 k Vts aktiv elektrik enerjisi 0,07627 manat +(ƏDV) +0,09 manat ta rif üzrə aparılır.

4. Müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. 5. ***** oğlu (icarəyə verən) ilə “xxxx” MMC (icarədar) arasında bağlanmış 2014-cü il **** tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan *** ünvanında yerləşən qeyriyaşayış sahəsi icarədarın icarəsinə verilmişdir.

6. Həmin müqavilənin 2.2.4-cü maddəsinə görə icarədar kommunal xidmət xərclərini, o cümlədən elektrik enerjisindən, sudan kanalizasiyadan istifadə xərclərini və s. ödəməyi öhdəsinə götürmüşdür.

7. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2018-ci il 23 may tarixli, ************** saylı Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx S” MMC-in adı dəyişdiri lmiş, qurumun hazırkı adı İddiaçı MMC-dir. 8. 2019-cu il **** tarixli, NQD ***** saylı aktdan görünür ki, ünvan **** ünvanında istehlakçıya məxsus obyektdə (abonent kodu *****) “Elektrik Enerjisindən İstifadə Qaydaları”na (bundan sonra-EEİQ) uyğun sayğaca baxış keçirilən zaman sayğacın üzərinə xüsusi aparat qoyulması aşkarlanmışdır. Aktda həmçinin qeyd olunmuşdur ki, qoyulmuş cihaz xüsusi ötürdüyü tezliklər nəticəsində sayğacın işləməsinə maneələr yaradır və sayğac dövrdən keçən yükü qeyd etmir. Sayğacın yenisi ilə əvəz edilməsi tələb olunmuşdur.

9. ASC-in aktlar üzrə komissiyanın“ üzvləri tərəfindən tərtib olunmuş (***** saylı abonent ***** ilə bağlı) 2019-cu il **** tarixli icra vərəqi – texniki sahə üzrə tələbdən “görünür ki, yoxlama zamanı sayğacın üzərinə xüsusi aparat qoyulduğu məlum olmuşdur. Qoyulmuş xüsusi “aparat ötürdüyü tezliklər nəticəsində sayğacın işləməsinə maneələr yaradır və sayğac dövrdən keçən yükü qeyd etmir. Nərimanov RETSİ-nin arayışını nəzərə alaraq, hesabat verilmişdir. Sayğac yenisi ilə əvəz olunmuşdur. 10. ***** nömrəli abunə haqqında məlumatdan görünür ki, abonentə 2019-cu il **** tarixində EEİQ-ın pozulmasına görə N*** ***** saylı akta əsasən“ iddiaçıya 124.200“manat məbləğində borc hesablanmışdır.

11. ASC tərəfindən tərtib olunmuş 2019-cu il ***** tarixli, **** seriyalı, ***** elektron qaiməyə əsasən N**DQ ***** nömrəli EEİQ-ın pozulması barədə akta əsasən hesablanmış 124.200 manat məbləğində borcun ödənilməsi iddiaçı MMC-dən tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı MMC cavabd eh ASC-ə qarşı MMC-ə məxsus ***** şəhəri, **** rayonu, **** ünvanda yerləşən qeyri-yaşayış sahəsinə ASC tərəfindən hesablanmış 126.456,29 manat borcun silinməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

13. İddiaçı ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana qədər ünvan ** ünvanında yerləşən qeyriyaşayış sahəsinə işığın verilməsinin dayandırılmasının ASC-ə qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 dekabr tarixli, e-2-2(81)1525/2019 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək“ ünvan **** ünvanında yerləşən qeyri-yaşayış sahəsinə işığın verilməsinin dayandırılması cavabdeh ASC-ə qadağan olun muşdur.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, **** şəhəri, ***** rayonu, **** ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (market) sayğac quraşdırılmışdır. 2019-cu il 28 noyabr və 2019-cu il 2 dekabr tarixlərində MMC-ə 126.456,29 manat borc hesablanmışdır. Həmin borcun hansı əsaslarla hesablanmasını müəyyənləşdirmək üçün cavabdeh orqana müraciət etdikdə, cavabdeh orqanın əməkdaşları tərəfindən sayğacın çıxarılıb dəyişdirildiyi və köhnə sayğacda müdaxilə olunduğuna görə həmin borcun hesablandığı bildirilmişdir. Qeyd olunmalıdır ki, həmin sayğac qeyri-yaşayış sahəsinin çölündə yerləşdiyindən çıxarılıb yeni sayğac qoyulduğu və bununla bağlı hər hansı hərəkətlərin cavabdeh tərəfindən aparıldığı, həmçinin həmin sayğaca kim tərəfindən və nə zaman müdaxilə olunduğu barədə heç bir məlumatla rı yoxdur. Buna görə də həmin əsaslarla hesablanmış borclar əsassız olduğuna görə silinməlidir. “Elektroenergetika haqqında” 1998-ci il 3 aprel tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul olunmuş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq oluna bilməz.

16. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 iyul tarixli, 2-2(113)-253/2020 saylı qətnaməsi ilə iddiaçı MMC-in cavabdeh ASC-ə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin olunmuş, iddiaçı MMC-in icarəsində olan ünvan 2ndə yerləşən q eyri-yaşayış sahəsinə (“xxxx” supermarket) ASC tərəfindən tərtib olunmuş 2019-cu il 25 noyabr tarixli, NDQ ****** saylı akta“ əsasən hesablanmış 119.200 manat məbləğində borc silinmiş, qalan hissədə iddia rədd edilmişdir (hakim-Leyla Əliyeva).

17. Məhkəmə hesab etmişdir ki, cavabdeh ASC-nin hesablaşma uçot cihazın zədələnməsi ilə əlaqədar yenidən hesablaşma aparmaq hüququna malik olub-olmamasını müəyyən etmək üçün məhkəmə ilk növbədə sayğacın zədələnməsində istehlakçının təqsirinin olub-olmaması məsələsinə münasibət bildirməlidir. Hazırkı işdə elektrik enerjisi sayğacı enerjitəchizat müəssisəsinin balansında olmayan (MTK-ın balansında olan) transformator məntəqəsində quraşdırılmış, transformator məntəqəsi açarla bağlı olmuşdur. Belə olan halda isə enerjitəchizat müəssisəsi həmin sayğacın işlək vəziyyətdə saxlanmasına nəzarəti həyata keçirilməsinə dair real imkana malik olmamış, yəni bu nəzarəti həyata keçirmək vəzifəsini istehlakçı daşımışdır. Qeyd edilən transformator məntəqəsində bir neçə elektrik enerjisi sayğacı quraşdırılsa da, məhz iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsinə aid sayğacın üzərində sərfiyyatın düzgün qeydə alınmasına maneələr yaradan cihaz quraşdırılmışdır. İddiaçının belə bir cihazın quraşdırılmasında yeganə maraqlı şəxs olduğunu nəzərə alsaq, iddiaçının cihazın quraşdırılmasından məlumatlı olmaması barədə dəlilləri inandırıcı görünmür. Belə olan halda məhkəmə hesab edir ki, elektrik enerjisi sayğacının zədələnməsi istehlakçının təqsirindən baş verdiyindən iddiaçı ASC EEİQ-ın 8.17ci bəndinə görə sayğacın qoşulma sxeminin yoxlanması tarixindən b aşlayaraq yenidən hesablaşma aparmaqda haqlı olmuşdur.

18. Məhkəmə daha sonra vurğulamışdır ki, ASC-in nümayəndəsi yenidən hesablaşmanın sayğacın sonuncu qoşulma sxeminin yoxlanması tarixindən pozuntu aşkar edildiyi tarixədək-10 aylıq müddət üçün aparıldığını bildirmiş, lakin elektrik enerjisi sayğacının zədələnməsi nəticəsində 10 aylıq müddət üçün qeydə alınmamış elektrik enerjisinin dəyərinin məhz 124.200 manat məbləğində olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eləcə də göstərilən hal məhkəmə iclasında tədqiq olunan sübutlarla da öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, pozuntu aşkar olunduğu aydan əvvəlki 5 ay ərzində (2019-cu ilin“iyun-oktyabr ayları) mübahisəli qeyri-yaşayış sahəsində orta aylıq s ərfiyyat 3.000 manat məbləğində olduğu halda pozuntu aradan qaldırıldıqdan sonrakı 5 ay ərzində (2020-cu ilin yanvar-may ayı) orta aylıq sərfiyyat 3.500 manat dəyərində olmuşdur. Beləliklə, sayğacın zədələnməsi aradan qaldırıldıqdan və yeni sayğac quraşdırıldıqdan sonra qeyri-yaşayış sahəsində sayğacın qeydə aldığı elektrik enerji sərfiyyatına görə bir aylıq müddət üçün hesablanan məbləğlər orta hesabla 500 manat artmışdır. Bu halda isə əvvəlki sayğacın 10 aylıq müddət ərzində qeydə almadığı sərfiyyatın 124.200 manat dəyərində olması barədə cavabdehin irəli sürdüyü dəlillər ağlabatan görünmür.“Belə olan halda yenidən“ hesablaşma pozuntu aşkar edilməmişdən əvvəl və yeni sayğac quraşdırıldıqdan sonra istehlakçının elektrik enerjisi sərfiyyatları arasında fərq nəzərə alınmaqla aparılmalı və q eyri-yaşayış sahəsində sərfiyyat orta hesabla ayda 500 manat artdığından 10 aylıq müddət üçün 5.000 (500x10) manat məbləğində müəyyən olunmalıdır. Akta əsasən hesablanmış 124.200 manat borc məbləğinin qalan 119.200 (124.200-5.000) manat hissəsi isə silinməlidir.

19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - EEİQ) 8.2 və 8.17-ci bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 119.1 və 119.2-ci maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbay can Respublikası Qanununa istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh 2020-ci il 24 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunduğu hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli, 2-2(103)-462/2020 saylı qətnaməsi ilə cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 iyun tarixli, 22(113)-253/2020 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

22. Apellyas iya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda §§ 17-19).

23. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 9 oktyabr tarixində göndərilmiş və cavabdeh ASC-in kassasiya şikayəti 2020-ci il 15 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

24. Cavabdeh ASC qətnamənin ləğv olunmasını və iddianın tam rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

25. EEİQ-a riayət olunması vəziyyətinin yoxlanılması zamanı sayğacın üzərinə xüsusi aparat qoyulmaqla, həmin qurğunun ötürdüyü tezliklər nəticəsində normal işləməsinə maneələr yaratdığı və ölçmə ilə fakti ki yükün 53,9 kvt olduğu halda sayğacın dövrədən keçən yükü qeyd etmədiyi müəyyən olunmuşdur.

26. Aktda qoyulan tələbə əsasən sayğac 2019-cu il **** tarixli aktla yeni sayğacla əvəz edilmişdir.

27. Aşkar olunan pozuntu ilə əlaqədar cavabdehin Akt komissiyasının 2019-cu il **** tarixli icra vərəqinə əsasən istehlakçı ilə yenidən hesablaşma aparılaraq itirilmiş elektrik enerjisi sərfiyyatını bərpa etmək üçün ******* kvts x 60%=1380000 kvts əlavə sərfiyyat hesablanmışdır.

28. Akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-ın 8.17-ci bəndinin tələblərinə əsaslanmışdır.

29. Aktda göstərilən hallar EEİQ-ın 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından hesablaşma uçot cihazlarının qoşulma sxemlərinin pozulması halını ifadə etmişdir.

30. Birinci instansiya məhkəməsi aktda göstərilən pozuntu halının istehlakçının təqsirindən baş verməsini və buna görə cavabdehin EEİQ-ın 8.17-ci bəndinə əsasən onunla yenidən hesablaşma aparmaqda haqlı olduğunu qəbul etsə də, əsassız olaraq işdə olan abunə haqqında invoysun aktdan əvvəlki və sonrakı 5 aylıq müddətləri əhatə edən məlumatlarının bu sahədə xüsusi bilik tələb edən müvafiq ekspert rəyi olmadan yalnız özü tərəfindən aparılmış təhlilinə əsasən yenidən hesablaşmanın məbləği ilə razılaşmamış və pozuntunun olduğu və aradan qaldırıldığı dövrlərin elektrik enerjisi sərfiyyatındakı fərqin guya aylıq orta hesabla təxminən 500 manat olması qənaətinə gələrək, akta əsasən hesablanmalı məbləği 5.000 manat müəyyən etmiş və qalan məbləği silmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu nətic ə ilə razılaşaraq məsələyə dair müvafiq ekspertiza təyin olunub rəy alınmasını təmin etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

32. Cavabdehin vəkili oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 29 sentyabr tarixli, 2-2(103)-462/20 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

34. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

35. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunduğunu nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 148 nömrəli Qərarl ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.17. İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tu tulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rü sumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

39. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 29 sentyabr tarixli, 2-2(103)-462/2020 saylı qətnaməsi qismənborcun silinməsi hissəsində ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

41. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

42. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 29 sentyabr tarixli, 2-2(103)-462/2020 saylı qətnamə ilə cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 iyun tarixli, 2-2(113)-253/2020 saylı qətnaməsinin iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən EEİQ-nin 8.17-ci bəndinə, MPM-in 14.2, 77.1-ci maddələrinə əsaslanmışdır.

43. Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 29 sentyabr tarixli, 2-2(103)-462/2020 saylı qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinin borcun silinməsi hissəsi ilə əlaqədar gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.

44. Belə ki, kassasiya şikayətində kassator göstərmişdir ki, birinci instansiya məhkəməsi aktda göstərilən pozuntu halının istehlakçının təqsirindən baş verməsini və buna görə cavabdehin EEİQ-nin 8.17-ci bəndinə əsasən onunla yenidən hesablaşma aparmaqda haqlı olduğunu qəbul etsə də, əsassız olaraq işdə olan abunə haqqında invoysun aktdan əvvəlki və sonrakı 5 aylıq müddətləri əhatə edən məlumatlarının bu sahədə xüsusi bilik tələb edən ekspert rəyi olmadan yalnız özü tərəfindən aparılmış təhlilinə əsasən yenidən hesablaşmanın məbləği ilə razılaşmamış və pozuntunun olduğu və onun aradan qaldırıldığı dövrlərin elektrik enerjisi sərfiyyatındakı fərqin aylıq orta hesabla təxminən 500 manat olması qənaətinə gələrək akta əsasən hesablanmalı məbləği 5.000 manat müəyyən etmiş və qalan məbləği silmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, EEİQ-də elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi hallarda elektrik enerjisi sərfiyyatının hesablanma sı qaydası müəyyənləşdirilmişdir.

45. Belə ki, EEİQ-nin 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır.

46. Bu Qaydanın məzmunundan aydın olur ki, bu cur vəziyyətdə yenidən he sablaşma elektrik qəbuledicinin gücünə, işləmə saatlarına görə, elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən iddia müddətləri daxilində aparılmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə yenidən hesablaşma bu qaydadan fərqli olaraq pozuntunun aşkar edildiyi aydan əvvəlki beş ay ərzində (2019-cu ilin iyun-oktyabr ayları) və pozuntunun aradan qaldırıldıqdan sonrakı beş ay ərzində (2020-ci ilin yanvar-may ayları) sərfiyyatın orta hesabla ayda 500 manat artığından on aylıq müddət üçün 5000 manat məbləğində müəyyən edilməklə aparılmış, apellyasiya instansiyası məhkəməsi isə onun bu mövqeyi ilə razılaşmışdır.

47. Belə hesablaşma qaydası isə həmin normativ hüquqi akta nəzərdə tutulmamaqla yanaşı ondan tamamilə fərqlidir.

48. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçı barəsində ödənilməli olan borcu müəyyən edərkən cavabdehin irəli sürdüyü dəlillərin nəzərə alınmamasını da kifayət qədər əsaslandırmasa da, apellyasiya instansiyası məhkəməsi isə onun bu mövqeyi ilə də razılaşmışdır.

49. MPM-in 217.1 və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

51. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən( ləğv olunmuş hissəsində) borcun hesablanması ilə əlaqədar zərurət yarandığı təqdirdə MPM-nin 97.1-ci maddəsində nəzərdə tutulan hüquqdan da istifadə etmək səlahiyyətinə də malikdir.

52. Beləliklə məhkəmə kollegiyası vurğulayır ki, EEİQ-nin 8.17-ci bəndində istinad edilən normaların tələbləri də nəzərə alınmaqla iddiaçının borc məbləği dəqiq müəyyən edilməli, əldə edilmiş sübutların məcmusundan asılı olaraq mübahisənin obyektiv həlli təmin olunmalıdır.

53. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli, 2-2(103)462/2020 saylı qətnaməsi qismən-borcun silinməsi hissəsində ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh ASC-in kassasiya şikayəti qismən təmin edilməlidir.

55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli, 2-2(103)-462/2020 saylı qətnaməsi qismən-borcun silinməsi hissəsində ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar