Məhkəmə qərarları › İş №2-2(102)-123/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-123/2023

01.02.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-123/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, şikayət 01.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən), İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlu və Mülki Kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Bakı Kommersiya Məhkəməsindəki icraat 1. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 362784,96 manat məbləğində sığorta ödənişinin, ödənilmiş 400 manat mediasiya xərcinin, həmçinin, 252,78 manat dövlət rüsumunun və iddianın təmin edilməsi tədbiri barədə ərizə verilməsi üçün ödənilmiş 65,28 manat dövlət rüsumunun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci il 1 iyun tarixində "xxxx" MMC-yə məxsus radiobaza stansiyaları iddiaçı tərəfindən “Əmlak sığortası” növü üzrə sığortalanmışdır. 2018-ci il 29 aprel tarixində Qusar rayonunun, Urva kəndində yerləşən "xxxx" MMC-yə məxsus radiobaza stansiyas ına yanğın nəticəsində zərər dəymişdir. Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 2018-ci il 11 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, yanğın cavabdehin “Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit” şöbəsinin rəhbəri X2 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.5-ci bəndinin tələblərinin pozulması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən 138587,13 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

3. Bundan başqa, 2018-ci il 10 may tarixində Samux rayonu, Salahlı kəndində yerləşən "xxxx" MMC-yə məxsus radiobaza stansiyasında yanğın baş vermiş və nəticədə sığortalı əmlaka zərər dəymişdir. Hadisə üzrə Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarə sinin 2018-ci il 11 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmış, qərara əsasən, yanğın cavabdehin “Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit” şöbəsinin rəhbəri X2 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.2, 6.4, 6.5-ci və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3.1-2.3.3.2-ci bəndlərinin tələblərinin pozulması nəticəsində baş verməsi qeyd olunmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən 21138,96 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

4. Həmçinin, 2018-ci il 12 may tarixində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus radiobaza stansiyasında yanğın baş vermiş və nəticədə sığortalı əmlaka zər ər dəymişdir. Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 2018-ci il 20 sentyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Qərara əsasən, yanğın cavabdehin “Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit” şöbəsinin rəhbəri X2 və “273 Zaq Zaqat” radio baza stansiyasında texniki istismar mühəndisi vəzifəsində işləyən X3 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.6 və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.32.3.5-ci bəndlərinin tələblərinin pozulması nəticəsində baş verməsi qeyd olunmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən 203059,75 manat məbləğində sığorta ödənişi həyata keçirilmi şdir.

5. İddiaçının 2018-ci il 21 noyabr, 2018-ci il 7 dekabr və 2019-cu il 14 fevral tarixli sığorta aktlarına əsasən ümumilikdə azadolma məbləğləri çıxılmaqla 362784,96 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Hadisə ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə 362784,96 manat məbləğində sığorta ödənişinin iddiaçıya ödənilməsi barədə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məktuba cavab olaraq bildirmişdir ki, (2019-cu il 4 iyun tarixli 082/14 saylı məktubla) “cavabdeh ilə "xxxx" MMC ilə aralarında xidmət müqaviləsi imzalanmış, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh olaraq sifarişçiyə birinci xətt üzrə texniki xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən servis sifariş üzrə olunub, texniki qaydalar pozulmayıb. Baş vermiş hadisə cavabdehin işçilərinin təqsiri səbəbindən baş verməyib. Saytda olan avadanlıqların tipi, texniki xarakteristikası, quraşdırma dizayn və keyfiyyəti cavabdehin məsuliyyəti xaricindədir.” Cavabdehin şirkətə ünvanladığı məktuba əsasən, cavabdeh ilə "xxxx" MMC ilə aralarında xidmət müqaviləsi imzalanmış, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh olaraq sifarişçiyə birinci xətt üzrə texniki xidmətlər göstərilməsi zamanı yanğın baş vermişdir. Cavabdeh baş vermiş hadisənin cavabdehin işçilərinin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini təkzib etsədə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən çıxarılmış “Cinayət işinin rədd edilməsi haqqında” qərardan aydın şəkildə görünür ki, baş ver miş yanğın hadisəsi məhz cavabdehin işçilərinin “Azərbaycan Respublikasının Yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinin pozulması nəticəsində baş vermiş və sığorta əmlakına külli miqdarda maddi ziyan dəymişdir.

6. Cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək işin baxılması üçün cavabdehin olduğu yer üzrə ümumi məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli, e-2-2(113)6819/2022 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iş üzrə işin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə cavabdehin nümayəndəsinin ərizəsi təmin edilməmişdir (sədrlik edən hakim – F.Qasımov).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən, cavabdeh sifarişçi – "xxxx" MMC-yə birinci xətt üzrə texniki xidmət göstərilməsinə dair öhdəlik götürmüşdür. Sonradan radiobaza stansiyasına yanğın nəticəsində zərər dəymiş, Fövqəladə Hallar Nazirliyinin Əməliyyatİstintaq İdarəsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin işçiləri tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.5-ci bəndinin tələblərinin pozulması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən "xxxx" MMC-yə sığorta ödənişi həyata keçirilmişdir.

9. Belə olan halda, iddiaçı tərəfindən qaldırılmış iddia deliktdən irəli gələn tələblərə aid olsa da, mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC ilə bağlan mış müqavilənin icrası nəticəsində baş vermiş hadisədən yaranmışdır.

10. Buna görə də məhkəmə hesab etmişdir ki, həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından işə məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğuna görə ərizə təmin edilməməlidir.

11. Cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli, e-2-2(113)6819/2022 saylı qərardadının ləğv edilməsini, işin məhkəmə aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 yanvar tarixli, e-2-2(113)-364/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 7 gün müddətində işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – L.Əliyeva).

13. Məhkəmə 2022-ci il 15 dekabr tarixli qərardadın dəlilləri ilə razılaşmış və mövqeyini eynilə əsaslandırmışdır.

14. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13, 43.5-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 13, 14-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 31.1, 32.1, 32.2, 32.4, 32.5-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” “Maddə

43. Hüquqi şəxs anlayışı və onun növləri... 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyrikommersiya hüquqi ş əxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.” “Maddə

936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığort açını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tər əfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.”

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyə ti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq su byektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəy işdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.... 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayə t verə bilərlər....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

18. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Öncə qeyd olunmalıdır ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

20. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

21. İş materiallarından məlum olur ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən, Cavabdeh MMC sifarişçi – "xxxx" MMC-yə birinci xətt üzrə texniki xidmət göstərilməsinə dair öhdəlik götürmüşdür. Sonradan radiobaza stansiyalarına yanğın nəticəsində zərər dəymiş, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən bağlanmış sığorta müqaviləsinə uyğun olmaqla "xxxx" MMC-yə sığorta ödənişi həyata keçirilmişdir. Həm iddiaçı "xxxx" ASC, həm də Cavabdeh MMC hüquqi şəxslərdir.

22. Məhkəmə tərkibi qeyd edir ki, "xxxx" ASC tərəfindən qaldırılmış iddia deliktdən irəli gələn tələblərə aid olsa da, mübahisə Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC ilə bağlanmış müqavilənin icrası nəticəsində baş vermiş hadisədən yaranmışdır.

23. O da nəzərə alınmalıdır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının 13cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

24. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

25. Həmin Qərarın 25-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

26. Məhkəmə tərkibi qeyd edir ki, MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi sırasında həmçinin zərər vurulması halı da nəzərdə tutulmuşdur. Bundan başqa həmin məcəllənin sığorta münasibətləri ilə əlaqədar subroqasiya hüququnu tənzimləyən 936-cı maddəsinə görə subroqasiya hüququ bu məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarına və ya vasitələrinə həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ faydalanan şəxsi zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığrta ödənişi məbləğində keçir (MM-in 936.1, 936.2-ci maddələri). Həmçinin o da qeyd edilməlidir ki, yuxarıda göstərilən məcəllənin 1099-cu maddəsində hüquqi və fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti ilə bağlı qaydalar da nizamlanmışdır. Həmin məcəllənin 1099.1-ci maddəsində bir başa göstərilir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından işə məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğuna görə şikayət təmin edilm əməli və Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli, e-2-2(113)6819/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli, e-2-2(113)-6819/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar