Məhkəmə qərarları › İş №e-2-2(102)-375/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-375/2023

09.06.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-375/2023 09.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı və İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iş üzrə iddiaçı tərəfind ən Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli, e-2-2(119)-633/2023 nömrəli qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-“cavabdehlər” və ya “Cavabdeh3”, “Cavabdeh1” və Cavabdeh2”) qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(119)-633/2023 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır (hakim-Z.Sadiqov).

3. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirilmələri ilə əlaqədar yaranan mübahisələr deyil.

4. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və cavabdehlərdən “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinin əsaslandırıldığı 2021-ci il 18 oktyabr tarixli GARA2972-1037 nömrəli Kredit Müqaviləsində "Kreditin borcalana kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə Kredit verənə təqdim edilmiş Kiçik və Orta Sahibkarlıq fəaliyyəti ilə bağlı layihənin maliyyələşdirilməsi; Daşınmaz əmlakın əldə edilməsi, belə əldə etmə ilə bağlı yaranmış borcun ödənilməsinin və ya təmir edilməsinin maliyyələşdirilməsi və ya şəxsi istehlak məqsədi ilə verilməsi" qeyd edilsə də, həmin Müqavilənin tərkib hissəsi olan 2021-ci il 18 oktyabr tari xli GARA-2972-1037 nömrəli Razılaşmanın 3-cü bəndindən görünür ki, hazırkı iddia ərizəsi ilə cavabdehlərdən tələb edilən borc məbləği Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kreditlə əlaqədar deyil, “Avtomobil alışı” üçün verilmiş kreditlə əlaqədar yaranmış borcdur. Yəni cavabdehlərdən hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu – “fərdi sahibkar statusuna malik olan fiziki şəxs” olsa belə, borc alan Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, “Avtomobil alışı” məqsədi ilə verilən kreditə görə yaranan borcdur.

5. Qərardadla razılaşmayan iddiaçının qanuni təmsilçisi Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(119)-633/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və iddia tələbinə kommersiya məhkəməsində baxı lmasını xahiş etmişdir.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 11 may tarixli, e-2-2(119)-633/2023 nömrəli qərardadı ilə şikayətə vəkil orderi əlavə edilmədiyinə görə ərizə geri qaytarılmışdır (hakim-Z.Sadiqov).

7. İddiaçı tərəf yenidən şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli, e-2-2(119)-633/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Borcalan vergi ödəyicisidir, yəni kommersiya mübahisəsinin subyektidir. Həmçinin mübahisə predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsilə bağlıdır, belə ki, razılaşmada kreditin avtomobil alışı üçün verilməsi yazılsa da, bu münasibətlər istehlak xarakteri daşımır. Tələb həm cavabdehin, həm də iddiaçının ayrıayrılıqda həyat a keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Kredit VÖEN-ə bağlı hesaba köçürməklə verilib və avtomobil bilavasitə sahibkarlıq fəaliyyəti üçün istifadə edilir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 19 may tarixli, e-2-2(119)-633/2023 saylı qərardadına əsasən iddiaçının Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli, e-2-2(119)-633/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayət işlə birlikdə məhkəmə aidiyyətinə dair məsələnin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim-Z.Sadiqov).

10. Qərardad onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli, e-2-2(119)-633/2023 nömrəli qərardadı qanuni və əsaslıdır, həmin qərardadın, qərardadı qəbul etmiş məhkəmə tərəfində n ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də, şikayət işlə birlikdə məhkəmə aidiyyətinə dair məsələnin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir.

11. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, işin konkret hallarına görə borc alan Cavabdeh3 hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsa da (“VÖEN”-i olsa da), 2021-ci il 18 oktyabr tarixli GARA-2972-1037 nömrəli Kredit Müqaviləsi və 2021-ci il 18 oktyabr tarixli GARA-2972-1037 nömrəli Razılaşma əsasında “Avtomobil alışı” üçün verilən kreditin məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar verildiyi təsdiq olunmur. Yəni Borcalan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan və onunla bağlanan 2021-ci il 18 oktyabr tarixli GARA-2972-103 7 nömrəli Kredit Müqaviləsində kreditin “sahibkarlıq fəaliyyəti üzrə” və yaxud “şəxsi istehlak məqsədi ilə” verilməsi nəzərdə tutulduğundan, həmin Kredit Müqaviləsi əsasında imzalanmış 2021-ci il 18 oktyabr tarixli GARA-2972-1037 nömrəli Razılaşma əsasında “Avtomobil alışı” üçün verilən kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi müəyyən olunmur.

12. Məhkəmə bu qərardadını MPM-in 4.1, 24.2, 25.1, 26.1, 31.1, 151.1, 152.1.3, 403-1.5ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 11, 12, 14-cü bəndlərinə istin ad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mü bahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür....” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;...” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassa siya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar.....”

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarında göstərilmişdir: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin hə yata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həy ata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.... İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

15. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(119)-633/2023 nömrəli qərardadı ləğv edilərək, iş məhkəmə aidiyyəti məsələsinin yenidən müəyyən edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

16. İş materiallarından görünür ki, Cavabdeh3 hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxs, iddiaçı isə hüquqi şəxsdir və işdəki 2021-ci il 18 oktyabr tarixli GARA2972-1037 nömrəli Kredit Müqaviləsində "Kreditin borcalana kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə Kredit verənə təqdim edilmiş Kiçik və Orta Sahibkarlıq fəaliyyəti ilə bağlı layihənin mal iyyələşdirilməsi; Daşınmaz əmlakın əldə edilməsi, belə əldə etmə ilə bağlı yaranmış borcun ödənilməsinin və ya təmir edilməsinin maliyyələşdirilməsi və ya şəxsi istehlak məqsədi ilə verilməsi" qeyd edilmişdir.

17. Həmin Müqavilənin tərkib hissəsi olan 2021-ci il 18 oktyabr tarixli GARA-2972-1037 nömrəli Razılaşmanın 3-cü bəndindən görünür ki, cavabdehlərdən tələb edilən borc məbləği Cavabdeh3 “Avtomobil alışı” üçün verilmiş kreditlə əlaqədar yaranmış borcdur.

18. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, müqavilədə cavabdehə verilən kreditin məqsədi konkret olaraq göstərilməmiş, Razılaşmada isə kreditin avtomobil alışı üçün verildiyi qeyd edilsə də, iş materiallarından avtomobilin hansı məqsədlə - şəxsi istehlak, yoxsa sahibkarlıq məqsədilə alındığı məlum olmur, məhkəmə tərəfindən isə bu ist iqamətdə hər hansı araşdırma aparılmamış, verilmiş kreditin təyinatı dəqiqləşdirilməmiş, fiziki şəxs olaraq “şəxsi istehlak məqsədi ilə” kredit götürdüyü halda həm kredit müqaviləsində, həm də Kredit müqaviləsinə Razılaşmada cavabdehin VÖEN-nin hansı məqsədlə qeyd edildiyinə, bunun hansı zərurətdən irəli gəldiyinə aydınlıq gətirilməmiş, tərəflərin bununla bağlı mövqeyi öyrənilməmiş, nəticədə isə əsaslandırılmamış və iş materiallarına uyğun olmayan tələsik bir qərardad qəbul edilmişdir.

19. Belə ki, hazırkı halda məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi üçün cavabdehin bankdan kredit götürülməklə almağa çalışdığı avtomobilin sonradan şəxsi istehlak və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə istifadə olunacağının dəqiqləşdirilməsi mühüm və həlledici əhəmiyyət kəsb edi r. İş materiallarından da göründüyü kimi bu baş verməmiş, qeyd edilən məsələlər məhkəmə tərəfindən dəqiq müəyyən edilmədən, hazırkı mübahisəyə kommersiya məhkəmələrində baxıla bilmədiyi əsası ilə iddia ərizəsi iddiaçıya qaytarılmışdır.

20. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 10 sentyabr tarixli 10 nömrəli qərarınında (bax yuxarıda § 13) ifadə olunmuş hüquqi mövqelərə görə, məhkəmə aidiyyətinin müəyyən edilməsində tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri meyarlarının hər üçünün qarşılıqlı bağlılığı tələb olu nur. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

21. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş materiallarından mübahisə predmeti olan maşın məhz şəxsi istehlak məqsədilə və ya sahibkarlıq məqsədilə lizinqə götürülməsi və mübahisənin məhkəmə aidiyyəti barədə MPM-nin 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 13) tələbləri baxımından birmənalı nəticəyə gəlmək mümkün olmur, iddia ərizəsinin verildiyi Sumq ayıt Kommersiya Məhkəməsi isə hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün qeyd olunan məsələlərin həlledici əhəmiyyət kəsb etməsinə baxmayaraq zəruri araşdırma aparmamış, məsələyə formal yanaşmış, nəticədə müvafiq əsaslandırma və hüquqi qiymətləndirmə həyata keçirmədən iddia ərizəsinin iddiaçıya qaytarılması barədə qanunsuz qərardad qəbul etmişdir.

22. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(119)-633/2023 nömrəli qərardadı ləğv edilərək, iş məhkəmə aidiyyəti məsələsinin yenidən müəyyən edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

24. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(119)-633/ 2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, müqavilə üzrə borcun tutulması tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. İddiaçının şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar