Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-454/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı “əmlak” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyun tarixli 2-2(115)-748/2023 saylı qərardadı na əsasən, Gəncə Şəhər Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi. İ. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 1 noyabr tarixində iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) "xxxx" MMC-nin istehsalı olan 400 list (20 mm x 2m x 3m – 0.7 mm) ölçülü parıltılı sandviç qapı içliklərinin/panellərinin (20mm 2x3m-0,7mm) və hamısı Türkiyənin “Enderpen” firmasının istehsalı olan, ağ rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı q profılı – rezinli 3600 metr profilin, ağ rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı t profılı – rezinli 2016 metr profilin, ağ rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı pəncərə z profılı – rezinli 2376 metr profilin, ağ rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 3 kameralı qapı z profılı – rezinli 1700 metr profilin, ağ rəngli, 6 metr ölçülü, vızyonlıne 4 mm tək şüşə yanşağı – rezinli 750 metr profilin, ağ rəngli, 6 metr ölçülü, vızyonlıne 20 mm cüt şüşə yanşağı – rezinli 6000 metr profilin, ağ rəngli, 6 metr ölçülü, hərəkətli t profılı-rezinli 240 metr profilin, ağ rəngli, 6 metr ölçülü, unıversal bağ profili - 750 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı q profılı – rezinli 1008 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı t profılı – rezinli 648 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı pəncərə z profılı – rezinli 648 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 3 kameralı qapı z profılı -rezinli 96 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 4 mm tək şüşə yanşağı – rezinli 180 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 20 mm çüt şüşə yanşağı – rezinli 1020 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, unıversal bağ profili 120 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı q profılı – rezinli 960 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı t profılı – rezinli 600 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı pəncərə z profılırezinli 600 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 3 kamer alı qapı z profılı – rezinli 84 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 4 mm tək şüşə yanşağı – rezinli 450 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 20 mm çüt şüşə yanşağı – rezinli 840 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, unıversal bağ profili 180 metr profilin, maun / qırmızı qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı q profılı – rezinli 120 metr profilin, maun/qırmızı qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı t profılı – rezinli 48 metr profilin, maun/qırmızı qəhvəyi rəngli, 6 metr ölçülü, vızyonlıne 60 mm 4 kameralı pəncərə z profılı – rezinli 72 metr profilin, maun/qırmızı qəhvəyi rəngli, vızyonlıne 60 mm 3 kameralı qapı z profılı – rezinli 12 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, vı zyonlıne 4 mm tək şüşə yanşağı – rezinli 120 metr profilin, antrasit boz rəngli, 6 metr ölçülü, vızyonlıne 20 mm çüt şüşə yanşağı – rezinli 120 metr profilin, ağ rəngli, 6 metr ölçülü, klaslıne 70 mm 5 kameralı q profili – rezinli 108 metr profilin, ağ rəngli, 6 metr ölçülü, klasline 70 mm 5 kameralı t profılı – rezinli 72 metr profilin, ağ rəngli, 6 metr ölçülü, klaslıne 70 mm 5 kameralı pəncərə z profılı – rezinli 108 metr profilin, ağ rəngli, 6 metr ölçülü, klasline 70 mm 5 kameralı qapı z profılı – rezinli 24 metr profilin, ağ rəngli, 6 metr ölçülü, 20 mm klaslıne çüt şüşə yanşağı – rezinli 60 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, klasline 70 mm 5 kameralı q profılı – rezinli 96 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, klaslıne 70 mm 5 kameralı t profılı – rezinli 96 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, klaslıne 70 mm 5 kameralı pəncərə z profılı – rezinli 96 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, klaslıne 70 mm 5 kameralı qapı z profılı – rezinli 24 metr profilin, qəhvəyi rəngli, 6 metr ölçülü, 20 mm klaslıne çüt şüşə yanşağı – rezinli 60 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, klasline 70 mm 5 kameralı q profılı – rezinli 24 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, klasline 70 mm 5 kameralı pəncərə z profili – rezinli 24 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, klaslıne 70 mm 5 kameralı qapı z profili – rezinli 24 metr profilin, tünd qəhvəyi rəngli, 6 metr ölçülü, 20 mm klaslıne çüt şüşə yanşağı – rezinli 60 metr profilin, ağ rəngli, hərəkətli qapağı 100 ədəd olmaqla cəmi olaraq 620 bağlama profilin alınara q iddiaçıya verilməsi, həmin əşyalar natura şəklində mövcud olmadıqda əşyaların dəyəri olan 149.189,85 pulun və 440 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, vəkil xidməti üçün ödənilmiş 140 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin 2022-ci il 26 dekabr tarixli iclasında cavabdeh nümayəndəsi vəsatət verərək, işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin 2022-ci il 26 dekabr tarixli 2(125)-2862/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim – M.Mustafayev).
3. Cavabdehin nümayəndəsi 2022-ci il 9 yanvar tarixində şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə K ommersiya Məhkəməsinin 2022-ci il 1 iyul tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilərək, 378.633,52 manat məbləğində pulun və ödənilmiş 315 manat dövlət rüsumunun həmin iş üzrə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 100.000 manat məbləğində pulun, ödənilmiş 390 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamələrdən görünür ki, tərəflər arasında uzun müddətli bizneslə bağlı mübahisə mövcuddur. Bu mübahisələrin əsasında onların ortaq biznesləri dayanmış və nəticədə bu mübahisənin sonu məhkəməyə müraciət etməklə tamamlanmışdır. Eyni zamanda, hazırki iş üzrə məhkəməyə təqdim olunmuş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində malların onun tərəfindən sifariş edilməsini etiraf etmişdir. Məhz buna görə də iddiaçının cavabdehə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsinin baxılması ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində aid edilməli və iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
5. Gəncə Şəhər Məhkəməsinin 2023-cü il 30 mart tarixli 2(125)-528/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2022-ci il 26 dekabr tarixli 2(125)2862/2022 saylı qərardadı ləğv edilmiş, cavabdehin nümayəndəsinin vəsatəti təmin edilmiş, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – M.Mustafayev).
6. Gəncə şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı sahibkar kimi qeydiyyatdan keçməklə ********** saylı VÖEN almış və fəaliyyətini dayandırmışdır. Cavabdeh də sahibkar kimi qeydiyyatdan keçməklə ********** saylı VÖEN almışdır. Həmçinin iş materiallarından görünür ki, tərəflər arasında hazırkı mübahisə üzrə yaranmış münasibətlər iqtisadi xarakterli olmaqla mənfəət götürmək məqsədi daşımışdır.
7. Gəncə Şəhər Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 44.2.2, 45.3, 269.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasın ın xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli qərarının 28-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
8. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyun tarixli 2-2(115)-748/2023 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).
9. Gəncə Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində iddiaçı cavabdehin onu kürəkəni olmasını bildirməklə, Türkiyə Cumhuriyyətindən və Rusiya Federasiyasından gətirilmiş mallarının cavabdehin sahibliyində olan yerə bo şaldılmasına baxmayaraq, cavabdeh tərəfindən həmin malların ona qaytarmadığını iddia etmişdir. İddiaçı tələb etdiyi malların alqı-satqısı ilə bağlı cavabdehlə hər hansı bir şərikli fəaliyyətinin olmasını, o cümlədən ayrıca sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq cavabdehin mənfəət götürülməsi məqsədi ilə malları ondan almasını istisna etməklə, cavabdehin qohum kimi ona köməklik etmək adı ilə onu aldadaraq mallarına qanunsuz sahibləndiyini və qaytarmamaqla ona ziyan vurduğunu iddia etməkdədir. Belə olduğu təqdirdə isə iddiaçının fəaliyyətini dayandırmış fərdi sahibkar statusunda, cavabdehin isə fərdi sahibkar statusunda olmasına baxmayaraq hazırkı mübahisənin xarakteri onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır. Tərəflər arasında yaranmış hüquq mün asibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hazırkı mübahisənin kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
10. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 24.2, 25.1, 26.1, 31.1, 32.7-ci, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarının”) 11, 12, 13, 14, 26-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağı dakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəy işdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə
44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi... 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:... 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəb ul edildiyi aşkar olarsa;...” “Maddə
269. Şikayətə baxılması... 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir....”
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar o lan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması iş in kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələ blər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birin in fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
13. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, mübahisə mülki mübahisə olduğundan mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir.
14. MPM-in 24.2-ci maddəsinin (bax yuxarıda § 11) tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
15. MPM-in 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 11) və Plenum Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin (bax yuxarıda § 12) əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, mübahisə tərəfləri arasındakı hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
16. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hər ikisi fərdi sahibkar olan tərəflər arasında yaranmış mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hazırkı mübahisənin komme rsiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
17. Belə ki, iddia ərizəsindən məlum olur ki, iddiaçı tərəfindən xaricdən gətirilmiş mallar onun kürəkəni olan cavabdehin sahibliyində olan yerə boşaldılmış, lakin cavabdeh tərəfindən həmin mallar ona qaytarılmamışdır. Üstəlik iddiaçı cavabdehin məhz qohum kimi ona köməklik etmək adı ilə onu aldadaraq mallarına qanunsuz sahibləndiyini və qaytarmamaqla ona ziyan vurduğunu iddia etməkdədir. Belə olan halda iddiaçı tərəfindən dəymiş ziyanın cavabdehdən tələb edilməsi onun hər hansı kommersiya maraqlarından deyil, məhz iddiaçının əmlakının cavabdeh tərəfindən qanunsuz saxlamasından qaynaqlanır.
18. Bundan başqa, həmin malların alqı-satqısı ilə bağlı iddiaçının cavabdehlə hər hansı bir şərikli fəaliyyətinin olması iş mat eriallarından müəyyən edilmir və həmin mallarla bağlı iddiaçı və cavabdeh arasından heç bir əqd də bağlanılmamışdır. Belə olan halda isə, hazırkı mübahisənin iddiaçı və cavabdehin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi halı mövcud deyil.
19. Göründüyü kimi, mübahisənin subyekt tərkibindən fərqli olaraq, mübahisənin predmeti və tərəflər arasındakı münasibətlərin xarakteri hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasına imkan vermir.
20. Qeyd edilənlərə əsasən, qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisə iddiaçının kommersiya maraqlarının cavabdeh tərəfindən pozulmasından deyil, sadəcə olaraq iddiaçıya məxsus malların ca vabdehin qanunsuz sahibliyindən qaytarılmasından yarandığından mülki mübahisə kimi qiymətləndirilməli, ona görə də iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir.
21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.9 və və 4031.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “əmlak” tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.