Məhkəmə qərarları › İş №2-2(102)-275/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-275/2023

12.07.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-275/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin İddiaçı2 X12 “Azəriqaz" İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin İddiaçı2 Cavabdeh İB-yə qarşı "əsassız yazılmış borcun silinməsi" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli 2-2(103)-174/2 023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. "xxxx" MMC hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08 fevral 2006-cı il tarixində qeydiyyata alınmış və MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Cəfər Cabbarlı 34-dür; İddiaçı2 X12 statusunda İddiaçı2 MMC-nin əsasında yaradılmış, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 15 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və İddiaçı2 X12 ünvan 2 ünvanında yerləşir. 2. 01 yanvar 2005-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Epidemioloqiya Mərkəzinin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2004-c i il tarixə (denominasiyadan əvvəl köhnə manatla) 71.038.100 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (71.038.100:5.000) yeni manatla - 14.207,62 manat), 01 yanvar 2005-ci il tarixinə borcu (denominasiyadan əvvəl köhnə manatla) 71.603.061 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (71.603.061:5.000) yeni manatla - 14.320,61 manat) təşkil edir. Akt X10 İdarəsi və Respublika Epidemioloqiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. 01 aprel 2005-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Epidemiologiya Mərkəzinin Qaz İstismar İdarəsinə (Qİİ) 01 aprel 2005-ci il tarixinə borcu (denominasiyadan əvvəl köhnə manatla) 72.050.397 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (72.050. 397:5.000) yeni manatla - 14.410,07 manat) təşkil edir. Akt X10 İdarəsi və Respublika Epidemioloqiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir. 4. 01 iyul 2005-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Epidemioloqiya Mərkəzinin Qaz İstismar İdarəsinə (Qİİ) 01 iyul 2005-ci il tarixə borcu (denominasiyadan əvvəl köhnə manatla) 72.440.056 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (72.440.056:5.000) yeni manatla - 14.488,01 manat) təşkil edir. Akt X10 İdarəsi və Respublika Epidemioloqiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir. 5. 01 yanvar 2007-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (C.Cabbarlı) Qaz İstismar İdarəsinə (Qİİ) 01 iyul 2007-ci il tarixinə borcu 14.320,61 manat təşkil edir. Akt X10 İdarəsi vəRespublika Gigiyena və Epidemiologiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir. 6. 01 yanvar 2009-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (C.Cabbarlı) Qaz İstismar İdarəsinə (Qİİ) 01 iyul 2009-cu il tarixinə borcu 14.320,63 manat təşkil edir. Akt X10 İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir. 7. 01 aprel 2008-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) 01 aprel 2008-ci il tarixin ə borcu 898 manat təşkil edir. Akt Yasamal rayon Qaz İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 8. 01 iyul 2008-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) 01 iyul 2008-ci il tarixinə borcu 0 manat təşkil edir. Akt Yasamal rayon Qaz İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 9. 01 oktyabr 2008-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) 01 oktyabr 2008-ci il tarixinə borcu 0 manat təşkil edir. Akt Yasamal rayon Qaz İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin i mzası və möhürü ilə təsdiq edilmişdir. 10. 01 yanvar 2009-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) 01 yanvar 2009-cu il tarixinə borcu 0 manat təşkil edir. Akt Yasamal rayon Qaz İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 11. 01 iyul 2009-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) 01 iyul 2009-cu il tarixə borcu 75,30 manat təşkil edir. X14 İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 12. 01 oktyabr 2009-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında n görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) 01 oktyabr 2009-cu il tarixə borcu 0 manat təşkil edir. Akt X10 Sahəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 13. 01 yanvar 2010-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) 01 yanvar 2010-cu il tarixinə borcu 0 manat təşkil edir. Akt X10 Sahəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 14. 31 may 2022-ci il tarixli 24 nömrəli hesab-fakturaya əsasən 01 may 2022-31 may 2022-ci il tarixlərində X7 Ekspertiza Mərkəzinə yazılmış borc 11 manat, həmin tarixə Dərman X1q borcu 14.857,15 manat təşkil edir.

15. Hesabat ili 200 2-ci il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman X2 sərfinə görə 2002-ci ilin dekabr ayının sonuna borcu (denominasiyadan əvvəl köhnə manatla) 75.471.948,43 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (75.471.948,43:5.000) yeni manatla - 15.094,39 manat) təşkil edir.

16. Hesabat ili 2003-cü il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman X2 sərfinə görə 2003-cü ilin dekabr ayının sonuna borcu (denominasiyadan əvvəl köhnə manatla) 75.471.948,43 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (75.855.590,81:5.000) yeni manatla - 15.171,12 manat) təşkil edir.

17. Hesabat ili 2004-cü il olan (******** **00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman X2 sərfinə görə 2004-cü ilin dekabr ayının sonuna borcu (denominasiyadan əvvəl köhnə manatla) 72.326.140,64 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (72.326.140,64:5.000) yeni manatla - 14.465,23 manat) təşkil edir.

18. Hesabat ili 2005-ci il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman X2 sərfinə görə 2005-ci ilin dekabr ayının sonuna borcu (denominasiyadan əvvəl köhnə manatla) 73.130.420,64 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (73.130.420,64:5.000) yeni manatla - 14.626,08 manat) təşkil edir.

19. Hesabat ili 2006-cı il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman Vasitələrinin X6 2006-ci ilin yanvar ayının əvvəlindən iyun ayının sonuna borcu 14.626,08 manat təşkil etmiş, iyun ayında 56,64 manat ödəniş edilmiş, iyul ayının əvvəlindən noyabr ayının əvvəlinə olan borcu 14.569,44 manat və 2006-cı il dekabr ayında 42373m3 (2.000,01 manat) qaz sərfiyyatına görə 2.000 manat ödəniş edilmiş və dekabr ayının sonuna borcu 14.569,42 manatdan aşağı düşməmişdir. 2010-cu ilin yanvar ayına borc 14.569,42 təşkil etmişdir.

20. Hesabat ili 2007-2010-cu illər olan (**********00 kodlu) abonentin saldolarından görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən X7 Ekspertiza Mərkəzi tərəfindən həmin dövrlərdə istifadə edilən qaz sərfiyyatına görə öd ənişlər edilmiş, lakin 14.569,42 manat borc olduğu kimi qalmışdır.

21. Abonentin saldosundan görünür ki, Dərman Vasitələrinin X6 (abonent kodu: 100**********00) qazdan istifadəyə görə Cavabdeh İB-yə olan borcu 2010-ci ilin noyabr ayından 2011-ci ilin mart ayına 14.569,42 manat, 2022-ci ilin iyun ayının əvvəlinə 14.857,15 manat (həmin ay 11 manat ödəniş edilmiş), hazırkı iddia ilə məhkəməyə müraciət edilən vaxta (23 avqust 2022-ci il tarixinə) o cümlədən sentyabr ayının sonuna 14.846,15 (14.857,15-11) manat təşkil etmişdir. Saldodan həmçinin müəyyən edilir ki, saldonun əhatə etdiyi müddət (iyun 2010-cu il- sentyabr 2022-ci illər) ərzində abonent tərəfindən yalnız istifadə edilmiş qaz sərfiyyatına görə cari borcların ödənilməsi həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsindəki icraat

22. İddiaçı Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin İddiaçı2 X12 (bundan sonra“iddiaçı”) 2022-ci il 23 avqust tarixində Cavabdeh İB-yə (bundan sonra-“cavabdeh”) qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız yazılmış 14.846,15 manat borcun silinməsi, yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının inzibati binasında yeni qazanxananın istifadəyə verilməsi üçün qaz xətlərinin dəyişdirilməsinə və yeni sayğacın quraşdırılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən Asan Kommunal Mərkəzinə müraciət edilmiş, lakin şifahi şəkildə 020078 ödəyici kodlu sayğacda borc olması əsas gətirilərək sənədlərin qəbulundan imtina edilmişdir. Daha sonra, məsələ ilə bağlı aidiyyəti qurum olaraq cavabdehə müraciət edilmişdir. Cavabdehin Bakı regional qazın satışı departamenti Yasamal XS tərəfindən verilmiş 2022-ci il 31 may tarixli 24 nömrəli hesab fakturaya əsasən məlum olmuşdur ki, iddiaçının yerləşdiyi ünvana təhkim edilmiş 020078 ödəyici kodlu sayğacda 14.857,15 manat ödənilməmiş borc mövcuddur. Lakin iddiaçı 14.846,15 manat məbləğində borcla razı deyildir. Çünki aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bu borcun yalnız 11 manatı iddiaçıya məxsusdur. Belə ki, iddiaçı 2007-ci ilin avqust ayından etibarən Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı 34 ünvanında yerləşmişdir. Həmin tarixə qədər bu ünvanda Re spublika Gigiyena və Epidemiologiya Mərkəzi (bundan sonra “GEM”) fəaliyyət göstərmişdir və 020078 ödəyici kodlu sayğac ünvana uyğun olaraq iddiaçıdan əvvəl GEM-ə məxsus olmuşdur. 2007-cı ildən əvvəlki tarixlərə məxsus GEM və cavabdeh arasında imzalanmış qarşılıqlı hesablaşma haqqında üzləşmə aktlarına əsasən 14.846,15 manat məbləğində borcun 2007-ci ildən əvvəl yarandığını aydın olur. 020078 ödəyici kodlu sayğac həmin ünvana təhkim edildiyindən 2007-ci ilin avqust ayına qədər GEM-in, həmin tarixdən bu günə qədər iddiaçının sərəncamında olmuşdur. Yəni borc yarandığı tarixdə iddiaçı həmin ünvanda yerləşməmişdir. Həmçinin GEM və cavabdeh arasında qarşılıqlı hesablaşma haqqında üzləşmə aktlarında müqavilə nömrəsi olaraq hər iki abonent üçün (həm GEM, həm də iddiaçı) eyni - 78 saylı müqavilənin qeyd olunduğu diqqəti cəlb edir və ehtimal edirlər ki, bu səbəbdən hal-hazırda iddiaçının ödəyici koduna (020078) GEM tərəfindən ödənilməmiş borc məbləği əlavə edilmişdir. Qeyd edilənlərə istinad edərək, iddiaçı tərəfindən 2022-ci il 20 may tarixində borcun əsassız olması və silinməsi barədə cavabdehə məktub ünvanlanmış, lakin 2022-ci il 17 iyun tarixində cavabdeh tərəfindən iddiaçıya məzmunu aydın olmayan, standart bir bildiriş ünvanlanaraq iddiaçının qaz ilə təminatı kəsilmişdir. Qoşma şəklində əlavə edilən 2005-ci il 1 yanvar tarixli GEM və cavabdeh arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında borc məbləği 71.603,061 manat (hazırki dəyərlə 14.320,61 manat) təşkil etmişdir. İddiaçı (2019-cu ildən etibarən X12 statusundadır) 2006-cı il 8 fevral tarixində dövlət qeydiyyatına alınmışdır. 2009-cu il 1 yanvar tarixli tərəflər arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında iddiaçının borcu 0,00 manat təşkil etsə də, GEM və cavabdeh arasında bağlanmış həmin tarixə aid qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında borc məbləği 14.320,63 manat təşkil etmişdir. 2013-cü ildən başlayaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarına 14.846,15 manat borc əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus olmayan borca görə qaz təminatının dayandırılması və yeni qaz xətlərinin və sayğacın quraşdırılmasından imtina edilməsi qanuna ziddir. Cavabdeh öz hərəkətləri ilə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə zərər vurmuşdur.

24. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 5.3, 19, 387.3, 448.4, 1096; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.7; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -“MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir. 25. 2022-ci il 2 noyabr tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddianın cavabdeh ilə yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulmasına dair hissəsində iddia tələblərini geri götürərək, həmin hissədə iddia tələblərinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 noyabr tarixli, e-2-2(113)-4928/2022 saylı qərardadı ilə ərizə təmin edilərək iddia yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması hissəsində baxılmamış saxlanılmışdır (hakim – L.Əliyeva).

27. Cava bdeh 2022-ci il 2 noyabr tarixində iddia ərizəsinə etiraz təqdim edərək, iddianın əsassız hesab edilərək onun rədd edilməsini xahiş etmişdir.

28. Etiraz əsaslandırılaraq göstərilmişdir ki, işə əlavə edilmiş “X7 ekspertiza mərkəzi” PHŞ-in adına olan abonent saldosundan göründüyü kimi istehlakçıya məxsus qeyriyaşayış sahəsi 2002-ci ildən təbii qazla təchiz edilmişdir. Qeyd edilən ildən qeyri-yaşayış sahəsində mütəmadi olaraq təbii qazdan istifadə edilmiş, lakin istifadə edilən qazın dəyəri vaxtında və tam ödənilmədiyindən debitor borc yaranmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2022-ci il 31 may tarixli, 24 nömrəli hesab-faktura təqdim edildikdən sonra hazırda mübahisələndirilən borcun mövcudluğundan məlumatlı olmuşlar. İstehlakçıya tərəflərindən hər ay hesab-faktura təqdim edili r və təqdim edilən hesab-fakturalarda cari istehlak edilmiş qazın dəyərindən əlavə qalıq borcu da göstərilməklə ödənilməsi tələb edilmişdir. Misal üçün 2021-ci ilin mart ayında təqdim edilmiş 36 nömrəli hesab-fakturanı qeyd edə bilərlər (əlavə olunur). Hesab fakturadan göründüyü kimi 2021-ci il 1 mart-2021ci il 31 mart tarixlərində istehlak edilmiş qazın dəyəri 770 manat təşkil etmişdir. 2021-ci il 31 mart tarixə qalıq borc məbləği isə 16.388,12 manat təşkil etmişdir. Beləliklə göründüyü kimi iddiaçı təşkilat hər ay qalıq borcu barədə məlumatlandırılıb və həmin borcun ödənilməsi ondan tələb edilmişdir. Həmçinin cavabdeh istehlakçı tərəfindən edilmiş ödənişləri ilk növbədə debitor borcun ödənilməsinə yönəldir, məbləğdən artıq qaldığı halda isə cari istehlak edilmiş qazın dəyərinin ödənilməs inə yönəldir. İddiaçı hazırda mübahisələndirdiyi borcun ödənişi üçün pul ödəmədiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən edilən ödənişlərin təyinatı barədə sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi tam olaraq əsassızdır. Hazırda mübahisələndirilən borc məbləği iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən yaranmış və iddiaçı tərəfindən ödənilməlidir.

29. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 noyabr tarixli, e-2-2(113)-4928/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının abonent hesabına (abonent kodu 100**********00) daxil edilmiş 2008-ci ildən əvvəlki dövrə aid 14.569,42 manat məbləğində borcun cavabdeh tərəfindən həmin abonent hesabından silinməsi, cavabdehdən çəkilmiş me diasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim L.Əliyeva).

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırda iddiaçının adına olan abonent kodu iddiaçının hüquqi sələfi olan hüquqi şəxs yaranmamışdan əvvəl də aktiv olmaqla həmin hesabda qazdan istifadəyə görə borc yığılmağa başlamışdır. 2002-ci ildən yaranmağa başlamış borcun 2006-cı ildə yaradılmış hüquqi şəxsə aid olmasının istisna olunması isə açıq-aşkardır.

31. Bundan əlavə, işin materiallarına əlavə edilmiş X10 Sahəsi ilə X7 Ekspertiza Mərkəzi və X10 Sahəsi ilə Gigiyena və Epidemiologiya Mərkəzi arasında imzalanmış 2010-cu ilin əvvəlinə qarşılıqlı borcların üzləşmə aktlarından da göründüyü kimi hər iki aktda C.Cabbarlı küçəsində ye rləşən qeyriyaşayış sahəsinin qazla təchiz edilməsi ilə bağlı bağlanmış 78 saylı müqaviləyə istinad edilmiş və aktlarda müvafiq olaraq 2010-cu ilin əvvəlinə Gigiyena və Epidemiologiya Mərkəzinin borcunun 14.320 manat təşkil etməsi, X6 borcunun isə 0 olması qeyd edilmişdir. Cavabdeh İB tərəfindən təqdim edilmiş X6 adına olan 0**********00 abonent kodu üzrə 2010-cu il üçün məlumatlardan isə görünür ki, saldoda həmin kod üzrə 2010-cu ilin yanvar ayına borc 14.569,42 manat məbləğində göstərilmişdir.

32. Beləliklə, cavabdeh ilə iddiaçının hüquqi sələfi arasında imzalanmış üzləşmə aktına əsasən 2010-cu ilin əvvəlinə iddiaçının borcu 0 təşkil etdiyi halda, iddiaçının adına olan abonent kodu üzrə məlumatda isə 2010-cu ilin əvvəlinə iddiaçının 14.569,42 manat borcunun olmasının göstərilməsi, eləcə də həmin abonent kodu üzrə 14.000-dən yuxarı məbləğdə borcun 2006-cı ildən əvvəl də mövcud olması (iddiaçının hüquqi şəxs kimi mövcud olmadığı dövrdə) ona dəlalət edir ki, hazırda iddiaçının adına olan abonent saldosunda əks olunmuş həmin borc cavabdeh ilə iddiaçı (və ya onun sələfi) arasında deyil, həmin abonent kodu üzrə əvvəlki abonent arasında yaranmış müqavilə münasibətlərindən irəli gələn borcdur.

33. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı "xxxx" PHŞ-nin fəaliyyət göstərdiyi ünvanda əvvəllər Səhiyyə Nazirliyinin digər qurumu-Gigiyena və Epidemiologiya Mərkəzinin yerləşməsi işin mübahisəli hal olmasa da, tərəflərin heç biri İddiaçı2 MMC-nin mübahisəli ünvanda yerləşməsi, qazın alqı-satqısı müqaviləsinin İddiaçı2 MMC ilə bağlanması və qazdan istifadə üzrə abonent kodunun İddiaçı2 M MC-nin adına keçməsinin tarixini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

34. Odur ki, işin materiallarına əsasən tərəflər arasında müqavilə münasibətlərinin və belə olan halda iddiaçının qazdan istifadəyə görə borcu ödəmək öhdəliyinin nə vaxtdan yaranmasını müəyyən etmək mümkün olmadığından, məhkəmə qazdan istifadəyə görə borcun iddiaçıya aid olmayan hissəsinin tərəflərin təsdiq etdikləri üzləşmə aktlarına əsasən müəyyən edilməsini mümkün saymışdır. Belə ki, iddiaçının hüquqi sələfi ilə cavabdeh arasında imzalanmış 2008-ci il tarixli üzləşmə aktına əsasən həmin ilin əvvəlinə iddiaçının borcu 245,9 manat təşkil etdiyi halda həmin tarixə abonent saldosunda 14.815,32 manat (fərq 14.815,32-245,9=14.569,42 manat) məbləğində borc əks olunmuşdur. Eynilə 2010-cu il tarixli üzləşmə aktın a əsasən iddiaçının 2010-cu ilin əvvəlinə iddiaçının borcunun 0 manat olması müəyyən edildiyi halda həmin tarixə abonent saldosunda 14.569,42 manat məbləğində borc əks olunmuşdur.

35. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, hazırda iddiaçının abonent saldosunda əks olunmuş borcun 14.569,42 manat hissəsi onunla (və ya onun sələfi ilə) Cavabdeh İB arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərdən irəli gəlmədiyindən, eləcə də iddiaçının həmin borcu ödəmək öhdəliyini üzərinə götürməsi (məsələn, öhdəliyin verilməsi qaydasında) işin materialları ilə təsdiq edilmədiyindən İddiaçı2 PHŞ-nin sözegedən borcu ödəmək öhdəliyi yaranmamışdır.

36. Bununla yanaşı tərəflər arasında bağlanmış yazılı alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməməsi məsələsinə gəldikdə məh kəmə qeyd etmişdir ki, belə bir müqavilənin mövcud olub-olmaması işin materiallarına əsasən müəyyən edilməsə belə, Cavabdeh İB-nin iddiaçının (əvvəllər isə onun hüquqi sələfi İddiaçı2 MMC-nin) istifadəsində olan qeyri-yaşayış sahəsini qazla təchiz etməsi, abonent saldosunun iddiaçının adına olması, həmin abonent saldosunda əks olunmuş borcların hesabfakturalara əsasən İddiaçı2 PHŞ-dən tələb edilməsi hazırda tərəflər arasında qazın alqısatqısına dair müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edir.

37. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının silinməsini tələb etdiyi qalan 276,73 manat məbləğində borcun İddiaçı2 PHŞ-ə (onun sələfinə) aid olmaması iş materialları ilə öz təsdiqini tapmır və belə olan halda isə iddiaçının iddia ərizəsində istinad etdiyi əsasla (borcun ona ai d olmaması) həmin borcun silinməsi üçün əsas yoxdur.

38. Cavabdehin istinad etdiyi iddiaçının mübahisəli borcdan ödəniş etməsi barədə dəlillərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, işin materiallarına əlavə edilmiş abonent saldolarından da göründüyü kimi, iddiaçı (və onun hüquqi sələfi tərəfindən) 2010-cu ilin əvvəllərindən başlayaraq yalnız cari borclar ödənilmiş, belə ki, həmin müddət ərzində abonent kodu üzrə qazdan istifadəyə görə borcun məbləği 14.569,42 manatdan aşağı düşməmişdir. Odur ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır.

39. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı2n iddiası qismən təmin edilməli və İddiaçı2n abonent hesabına (abonent kodu 100**********00) daxil edilmiş 2008-ci ildən əvvəlki dövrə aid 14.569,42 manat məbləğində borc Cavabdeh İB tərəfindən həmin abonent hesabından silinməlidir.

40. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 387.3-cü maddələrinə; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə; "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa 36.2-ci maddəsinə; MPM-in 4.6, 107, 115.0.9, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Cavabeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində iddianın təmin edilmiş hissədə ləğv edilərək, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

42. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(103)-174/2023 saylı qətnaməsi ilə cavab dehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 noyabr tarixli, e-2-2(113)4928/2022 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

43. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, C.Cabbarlı 34 ünvanında yerləşən 0**********00 nömrəli abonent kodu üzrə qazdan istifadəyə görə borclar 2002-ci ildən hesablanmağa başlanmış, o cümlədən 2006-cı ilin yanvar ayına borc 14.626,08 manat təşkil etmişdir.

44. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, İddiaçı2 MMC xx.xx.2006-cı ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış və həmin hüquqi şəxsə xx.xx.2006-cı il tarixdə ********** nömrəli VÖEN verilmişdir.

45. Göründüyü kim i hazırda iddiaçının adına olan abonent kodu iddiaçının hüquqi sələfi olan hüquqi şəxs yaranmamışdan əvvəl də aktiv olmaqla həmin hesabda qazdan istifadəyə görə borc yığılmağa başlamışdır. 2002-ci ildən yaranmağa başlamış borcun 2006-cı ildə yaradılmış hüquqi şəxsə aid olmasının istisna olunması isə açıq-aşkardır.

46. Bundan əlavə, X10 Sahəsi ilə X7 Ekspertiza Mərkəzi və X10 Sahəsi ilə Gigiyena və Epidemiologiya Mərkəzi arasında imzalanmış 2010-cu ilin əvvəlinə qarşılıqlı borcların üzləşmə aktlarından da göründüyü kimi hər iki aktda C.Cabbarlı küçəsində yerləşən qeyriyaşayış sahəsinin qazla təchiz edilməsi ilə bağlı bağlanmış 78 saylı müqaviləyə istinad edilmiş və aktlarda müvafiq olaraq 2010-cu ilin əvvəlinə Gigiyena və Epidemiologiya Mərkəzinin borcunun 14.320 manat təşkil etməsi, X6 bor cunun isə 0 olması qeyd edilmişdir.

47. Cavabdeh İB tərəfindən təqdim edilmiş X6 adına olan 0**********00 abonent kodu üzrə 2010-cu il üçün məlumatlardan isə görünür ki, saldoda həmin kod üzrə 2010-cu ilin yanvar ayına borc 14.569,42 manat məbləğində göstərilmişdir.

48. Beləliklə, cavabdeh ilə iddiaçının hüquqi sələfi arasında imzalanmış üzləşmə aktına əsasən 2010-cu ilin əvvəlinə iddiaçının borcu 0 təşkil etdiyi halda, iddiaçının adına olan abonent kodu üzrə məlumatda isə 2010-cu ilin əvvəlinə iddiaçının 14.569,42 manat borcunun olmasının göstərilməsi, eləcə də həmin abonent kodu üzrə 14.000-dən yuxarı məbləğdə borcun 2006-cı ildən əvvəl də mövcud olması (iddiaçının hüquqi şəxs kimi mövcud olmadığı dövrdə) ona dəlalət edir ki, hazırda iddiaçının adına olan abonent saldosunda əks olunmuş həmin borc cavabdeh ilə iddiaçı (və ya onun sələfi) arasında deyil, həmin abonent kodu üzrə əvvəlki abonent arasında yaranmış müqavilə münasibətlərindən irəli gələn borcdur.

49. Həmçinin iddiaçı "xxxx" PHŞ-nin fəaliyyət göstərdiyi ünvanda əvvəllər Səhiyyə Nazirliyinin digər qurumu-Gigiyena və Epidemiologiya Mərkəzinin yerləşməsi iş üzrə mübahisəli hal olmasa da, tərəflərin heç biri İddiaçı2 MMC-nin mübahisəli ünvanda yerləşməsi, qazın alqı-satqısı müqaviləsinin İddiaçı2 MMC ilə bağlanması və qazdan istifadə üzrə abonent kodunun İddiaçı2 MMC-nin adına keçməsinin tarixini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

50. Odur ki, işin materiallarına əsasən tərəflər arasında müqavilə münasibətlərinin və belə olan halda iddiaçının qazdan istifadəyə görə borcu ödəmək öhdəliyinin nə vaxtda n yaranmasını müəyyən etmək mümkün olmadığından məhkəmə qazdan istifadəyə görə borcun iddiaçıya aid olmayan hissəsinin tərəflərin təsdiq etdikləri üzləşmə aktlarına əsasən müəyyən edilməsini mümkün saymışdır.

51. Belə ki, iddiaçının hüquqi sələfi ilə cavabdeh arasında imzalanmış 2008-ci il tarixli üzləşmə aktına əsasən həmin ilin əvvəlinə iddiaçının borcu 245,9 manat təşkil etdiyi halda həmin tarixə abonent saldosunda 14.815,32 manat (fərq 14.815,32-245,9=14.569,42 manat) məbləğində borc əks olunmuşdur. Eynilə 2010-cu il tarixli üzləşmə aktına əsasən iddiaçının 2010-cu ilin əvvəlinə iddiaçının borcunun 0 manat olması müəyyən edildiyi halda həmin tarixə abonent saldosunda 14.569,42 manat məbləğində borc əks olunmuşdur.

52. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda id diaçının abonent saldosunda əks olunmuş borcun 14.569,42 manat hissəsi onunla (və ya onun sələfi ilə) Cavabdeh İB arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərdən irəli gəlmədiyindən, eləcə də iddiaçının həmin borcu ödəmək öhdəliyini üzərinə götürməsi (məsələn, öhdəliyin verilməsi qaydasında) işin materialları ilə təsdiq edilmədiyindən İddiaçı2 PHŞ-nin həmin borcu ödəmək öhdəliyi yaranmamışdır.

53. Cavabdehin istinad etdiyi iddiaçının mübahisəli borcdan ödəniş etməsi barədə dəlillərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, işin materiallarına əlavə edilmiş abonent saldolarından da göründüyü kimi iddiaçı tərəfindən (və onun hüquqi sələfi tərəfindən) 2010-cu ilin əvvəllərindən başlayaraq yalnız cari borclar ödənilmişdir. Belə ki, həmin müddət ərzində abonent kodu üzrə qazdan istifadəyə görə borcun məbləği 14.569,42 manatdan aşağı düşməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır.

54. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

56. Cavabdeh tərəfindən həmin qətnamədə n verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsinə dair qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 və 6.4-cü bəndlərinin tələbləri pozulmuşdur - hazırki iş üzrə mübahisələndirilən borc məbləğinin sırf iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən istifadə edilmiş qazın dəyərinin təşkil etməsi işin mübahisəsiz hallarındandır. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan halı nəzərə almamış və maddi hüqu q normasının tələblərinin pozulması ilə qətnamə qəbul etmişdir. Göstərilən hallarla bağlı iddiaçı tərəfindən hər hansı bir tədbir görülməmişdir. Hətta qazlaşdırılmış qeyri-yaşayış sahəsinin mülkiyyətçisi dəyişdikdən sonra yeni mülkiyyətçiyə cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə mütəmadi olaraq hesab fakturalar verilərək iddiaçı mövcud borc haqqında məlumatlandırılmışdır. Göründüyü kimi uzun illər ərzində iddiaçı ümumi borc haqqında məlumatlı olmuş və təbii qazdan istifadəyə görə mütəmadi ödənişlər aparmışdır. Apellyasiya instansiya məhkəməsi bu halları da nəzərə almamış və qətnamə qəbul edərkən qeyd olunan maddi hüquq normasının tətbiqində yalnışlığa yol vermişdir.

58. MPM-in 14.2, 77.1, 88-ci, 217-ci və 218.1-ci maddələrinin tələbləri pozulmuşdur apellyasiya instansiya məhkəməs inin həqiqətə nail olması üçün işi hərtərəfli, tam və obyektiv araşdırmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirməməsi nəticəsində qəbul etdiyi 2023-cü il 24 yanvar tarixli qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab verməmiş və qətnamənin qanuni və ədalətli olması şübhə altına alınmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. İddiaçı 2023-cü il 3 may tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

60. Etirazda göstərilmişdir ki, cavabdehin Bakı regional qazın satışı departamenti Yasamal XS tərəfindən verilmiş 2022-ci il 31 may tarixli, 24 nömrəli hesab fakturaya əsasən məlum olmuşdur ki, iddiaçının yerləşd iyi ünvana təhkim edilmiş 020078 ödəyici kodlu sayğacda 14.857,15 manat ödənilməmiş borc mövcuddur. Lakin iddiaçı 14.846,15 AZN məbləğində borcla razı deyildir. Çünki aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bu borcun yalnız 11,00 manatı iddiaçıya məxsusdur. Belə ki, iddiaçı 2007-ci ilin avqust ayından etibarən Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı 34 ünvanında yerləşmişdir. Həmin tarixə qədər bu ünvanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərmiş və 020078 ödəyici kodlu sayğac ünvana uyğun olaraq iddiaçıdan əvvəl Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olmuşdur. 2007-cı ildən əvvəlki tarixlərə məxsus Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və cavabdeh arasında imzalanmış qarşılıqlı hesablaşma haqqında üzləşmə aktlarına əsasən 14.846,15 AZN məb ləğində borcun 2007-ci ildən əvvəl yarandığı aydın olmuşdur. 020078 ödəyici kodlu sayğac həmin ünvana təhkim edildiyindən, 2007-ci ilin avqust ayına qədər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, həmin tarixdən bu günə qədər iddiaçının sərəncamında olmuşdur. Yəni borc yarandığı tarixdə iddiaçı həmin ünvanda yerləşməmişdir. Həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və cavabdeh arasında qarşılıqlı hesablaşma haqqında üzləşmə aktlarında müqavilə nömrəsi olaraq hər iki abonent üçün (həm Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, həm də iddiaçı) eyni -78 saylı müqavilənin qeyd olunduğu diqqəti cəlb etmişdir ki, bu səbəbdən hal- hazırda iddiaçının ödəyici koduna (020078) Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ödənilməmiş borc məbləği əlavə edilmişdir. 6

1. Qoşma şəklində əlavə edilən 2005-ci il 1 yanvar tarixli Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və cavabdeh arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında borc məbləği 71.603.061.00 manat (hazırki dəyərlə 14.320,61 AZN) təşkil etmişdir. İddiaçı (2019-cu ildən etibarən X12 statusundadır.) 2006-cı il 8 fevral tarixində dövlət qeydiyyatına alınmışdır. 2009-cu il 1 yanvar tarixli tərəflər arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında iddiaçının borcu 0,00 AZN təşkil etsə də, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və cavabdeh arasında bağlanmış həmin tarixə aid qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında borc məbləği 14.320,63 AZN təşkil etmişdir. 2013-cü ildən başlayaraq tərəflər arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqq ında üzləşmə aktlarına 14.846,15 AZN borc əlavə edilmişdir. Qeyd edilənlərə istinad edərək, iddiaçı tərəfindən 2022-ci il 20 may tarixində borcun əsassız olması və silinməsi barədə cavabdehə məktub ünvanlanmış, lakin 2022-ci il 17 iyun tarixində cavabdeh tərəfindən iddiaçıya məzmunu aydın olmayan, standart bir bildiriş ünvanlanaraq qaz ilə təminatı kəsilmişdir. Bu səbəbdən də, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya əsassız yazılmış 14.846,15 manat borcun silinməsi, yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

62. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

63. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edildiyi hissəsini mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

64. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

387. Öhdəliyin tərəfləri... 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.....”

66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan ist ehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 69. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmi ş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

70. Cavabdehin kassasiya şikayətinin §57-da göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 43-53).

71. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə ( bax yuxarıda §58) qeyd edilməlidi r ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

72. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

73. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli 22(103)-174/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: İ.Ə.Şəfiyev K.N.Abiyeva İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar