Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-354/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı və 25.05.2023 İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq məhkəmə tərkibi İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iş üzrə iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli, e-2-2(121)-1035/2023 nömrəli qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı 2023-cü il 1 may tarixində Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 24.823 manat əsas borcun, öhdəliyin icrasının gecikdirildiyinə görə illik 5 faiz hesablanmaqla 1.241 manat faiz borcunun, mənəvi zərərə görə 10.000 manat, 200 manat mediasiya, 220 manat hüquqi yardım xərci və dövlət rüsumuna görə ödənilmiş 199 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat
2. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli, e-2-2(121)-1035/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır (hakim-Z.Abbasov).
3. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyiciləri üzrə axtarış” sisteminə əsasən iş üzrə İddiaçı vergi ödəyicisi, yəni sahibkarlıq subyekti deyildir.
4. Qərardadla razılaşmayan iddiaçı şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli, e-2-2(121)-1035/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli, e-2-2(121)-1035/2023 nömrəli qərardadı ilə şikayətə vəkil orderi əlavə edilmədiy inə görə ərizə geri qaytarılmışdır (hakim-Z.Abbasov).
6. İddiaçı yenidən şikayət verərək Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli, e-2-2(121)-1035/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə, MPM-nin 32.7-ci maddəsini mübahisəyə tətbiq etməli olduğu halda bunu etməmişdir. Belə ki, eyni t ərəflər arasında, eyni predmet və eyni əsasla olan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 1 noyabr tarixli, 2(106)-2125/2022 nömrəli qərardadı ilə İmişli Rayon Məhkəməsinin 2022-ci il 25 iyul tarixli, 2(036)-1545/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş materialları aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə həmin qərardadı qüvvədə saxlamışdır. Məhkəmə, həmçinin MPM-nin 24, 25 və 26-cı maddələrinin tətbiqində səhvə yol vermişdir. Belə ki, şəxsin vergi uçotunu sonradan ləğv etməsi, vergi uçotunda olduğu vaxt yaranmış və bütün meyarları ilə kommersiya mübahisəsi hesab edilmiş mübahisənin icraata qəbul edilməməsinə əsas deyildir.
8. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 12 may tarixli, e-2-2(121)-1035/2023 sayl ı qərardadına əsasən iddiaçının Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli, e-2- 2(121)-1035/2023 nömrəli qərardadından vermiş olduğu şikayət təmin edilməmiş, şikayət işlə birlikdə məhkəmə aidiyyətinə dair məsələnin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim-Z.Abbasov).
9. Qərardad onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli, e-2-2(121)-1035/2023 nömrəli qərardadı qanuni və əsaslıdır, həmin qərardadın, qərardadı qəbul etmiş məhkəmə tərəfindən ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də, şikayət işlə birlikdə məhkəmə aidiyyətinə dair məsələnin həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, Şirvan Kommersiya Məhkəməs inin 2023-cü il 16 fevral tarixli, 2-2(121)-599/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə, həmçinin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair məlumatlar, habelə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədin iddia ərizəsinə əlavə edilmədiyi əsasları ilə geri qaytarılmışdır. Əvvəla, həmin qərardaddan şikayət verilməmişdir və qərardad qanuni qüvvəsini almışdır. Digər tərəfdən, adı çəkilən qərardad məhkəmə aidiyyəti ilə bağlı olmamış, iddia ərizəsinin kommersiya mübahisələrinə dair işlərin prosedur və prosessual qaydalarına uyğun olmaması ilə ə laqədar qəbul edilmişdir. Hazırki şikayətlə mübahisələndirilən qərardad isə iddiaçının cavabdehə qarşı eyni predmetlə bağlı yeni tələbinin, yeni iddia ərizəsinin icraata götürülməsi məsələsi barədə qəbul edilmişdir. Buna görə də, şikayətin birinci dəlili hazırkı şikayətlə mübahisələndirilən qərardada aidiyyəti olmadığına görə tamamilə əsassızdır.
11. Hazırda mübahisələndirilən Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli, e-2-2(121)-1035/2023 nömrəli qərardadında hazırkı işin tərəfləri arasında mövcud mübahisəyə səbəb olan hüquq münasibətləri yarandığı zaman onların hər ikisinin sahibkarlıq subyekti olmaları, həmçinin mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilər kən tərəflərdən birinin (iddiaçının) artıq sahibkarlıq subyekti olmamasından yarana biləcək məhkəmə aidiyyəti ilə bağlı mübahisəyə ətraflı münasibət bildirilmişdir və məhkəmə gəldiyi nəticəni mövcud qanunvericiliyin tələbləri baxımından əsaslandırmışdır. Buna görə də şikayətin həmin dəlili də əsassızdır.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin normaları iddia ərizəsi məhkəməyə təqdim olunarkən mübahisənin məhkəmə aidiyyətinin aşkar edilməsi zamanı mübahisə tərəflərinin hüquqi statusunun müəyyən edilməsini və nəzərə alınmasını imperativ qaydada tələb edir. MPM-in 24.2-ci maddəsi birbaşa mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi zamanı işdə iştirak edən şəxslərin subyektiv tərkibinin nəzərə alınmalı olmasını mü əyyən edir. Bu baxımdan məhkəmələrin kommersiya mübahisəsinə dair işlərdə tərəflərin subyekt tərkibi ilə bağlı əsas qaydadan (onların sahibkarlıq subyekti olmalarına dair tələbdən) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 26-cı bəndində qeyd olunmuş hallardan başqa istisnalara yol vermələri qəbul edilməz hesab olunmalıdır. 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il tarixli 18 sentyabr, 10 saylı Qərarının 4-cü bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinin MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutul muş əsasla geri qaytarılmasına dair birinci instansiya məhkəmələrinin qərardadlarından şikayətlər baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. MPM-in 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1–407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
15. Məhkəmə bu qərardadını MPM-in 24.2, 32.7, 403-1.3, 407.1-407.3-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 4-cü bəndinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur....”
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarında göstərilmişdir: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilmə si baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
18. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq Ali Məhkəmənin qarışıq məhkəmə tərkibi hesab edir ki, kommersiya məhkəməsi mübahisənin aidiyyəti məsələsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, buna görə də Şi rvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli e-2-2(121)-1035/2023 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya məhkəməsinə göndərilməli, iddiaçının şikayəti təmin edilməlidir.
19. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən hazırkı iddiaya İmişli Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmiş, sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə qətnamə ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 2023-cü il 11 yanvar tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır (Həmin dövrdə hər iki tərəf sahibkarlıq fəaliyyəti məşğul olan fiziki şəxs idi, VÖEN-ləri mövcud idi). Beləliklə, yuxarı instansiya məhkəməl əri tərəfindən faktiki olaraq işin məhkəmə aidiyyəti məsələsi artıq həll olunduğuna görə də işə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır.
20. Şirvan Kommersiya Məhkəməsi 2023-cü il 5 may tarixində iddia ərizəsinin mümkünlüyü məsələsinə baxan zaman müəyyən etmişdir ki, iddiaçı vergi ödəyicisi deyil, ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmış, iddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
21. Qarışıq məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, mübahisə üzrə tərəflərin subyekt tərkibi deyil, məhz hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olub-olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımın dan həlledici meyardır.
22. Hazırkı işin müəyyən edilmiş hallarından da görünür ki, iddia ilk dəfə ümumi məhkəmədə qaldırılan zaman tərəflər vergi ödəyicisi olmuş, iddiaçı tərəfindən cavabdehə cücə yemi verilmiş, sonradan cavabdeh yemin pulunu tam ödəmədiyi üçün iddiaçı borcun ödənilməsini tələb etmişdir. Beləliklə, iddia tələbinin predmeti də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış borcun tələb edilməsi ilə əlaqədar olmuşdur.
23. Digər tərəfdən hüquq münasibətlərinin yarandığı zaman həm tərəflərin subyekt tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri işə məhz Kommersiya məhkəməsində baxılmasını tələb edirdi.
24. Qarışıq məhkəmə tərkibi həmçinin iş materiallarına istinad edərək qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsi ilk dəfə 2023-cü i l 16 fevral tarixli qərardadı ilə iddia ərizəsini geri qaytaran zaman da iddiaçının VÖEN-i mövcud olmasa da, məhkəmə işi cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair məlumatlar, habelə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədlərin iddia ərizəsinə əlavə edilmədiyi əsasları ilə geri qaytarmış, işdə iştirak edən şəxslərin subyektiv tərkibi isə iddia ərizəsinin geri qaytarılması üçün əsas olmamışdır.
25. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı işin tərəfləri arasında mövcud mübahisəyə səbəb olan hüquq münasibətləri yarandığı zaman onların hər ikisinin sahibkarlıq subyekti olmaları, həmçinin mübahisənin p redmetinin və ən əsası isə hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması, başqa sözlə mövcud mübahisənin, məhz tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işin kommersiya məhkəməsində baxması üçün əsasdır.
26. İşə yenidən Şirvan Kommersiya məhkəməsində baxılan zaman tərəfin fərdi sahibkar statusu üzrə vergi orqanlarında qeydiyyatının ləğv edilməsi halı isə hazırkı işin ümumi məhkəmədə baxılması üçün əsas ola bilməz.
27. Qeyd edilənləri nəzərə alaraq Ali məhkəmənin qarışıq tərkibi o nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsi hazırda mübahisələndirilən qərardadı qəbul edərkən prosessual hüquq normalarının aidiyyətlə bağlı müddəalarının pozuntusuna yol vermişdir. Buna görə də Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli e-2-2(121)-1035/20 23 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməli, iddiaçının şikayəti təmin edilməlidir.
28. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
29. İddiaçının şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 may tarixli e-2-2(121)-1035/2023 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.