Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-353/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-353/2022 Açar sözlər: aidiyyət, şikayət əsasında, sahibkarlıq fəaliyyətinin dayandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən), Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun t utulması” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(121)-1081/2023 nömrəli qərardaddan İddiaçı QSC tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı) Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh2”, “Cavabdeh1” və “Cavabdeh3”) 2023-cü il 8 may tarixində Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7.727,99 manat məbləğində kredit bоrcu, 1.350,72 manat məbləğində faiz bоrcu və 1.734,96 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 10.813,67 manat məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(121)-1081/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim – Z.Abbasov).
3. Məhkəmənin mövqeyi belə olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyiciləri üzrə axtarış” sisteminə əsasən müəyyən olunur ki, iş üzrə cavabdehlər vergi ödəyiciləri, yəni sahibkarlıq subyektləri deyillər. Bu səbəbdən, məhkəmə hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə kommersiya məhkəmələrində baxılmalı olma ması və iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının izah edilməli olması nəticəsinə gəlmişdir.
4. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 31.1, 32.3, 152.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarına (bundan sonra – “Plenum Qərarı”) istinad etməklə əsaslandırmışdır.
5. İddiaçı 2023-cü il 10 may tarixdə həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını və işin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir.
6. Şikay ət bununla əsaslandırılmışdır ki, Cavabdeh2 2020-ci il 10 sentyabr tarixdə iddiaçıya ərizə ilə müraciət edərək fərdi sahibkar olduğunu (VÖEN **********) və xırdavat ev əşyaları ticarəti ilə məşğul olduğunu bildirmişdir. Onun bildirdiyi hallar bank tərəfindən analiz olunduqdan sonra onunla kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə bank tərəfindən cavabdehlərə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. İddia tələbi ilə məhkəməyə müraciət olunan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsinə dair çıxarışdan müəyyən olunmuşdur ki, şəxsin VÖEN-i aktiv deyildir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə poçtla göndərilmişdir. Buna baxmayaraq kredit məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş və şəxsin VÖEN-i kredit müqaviləsində qeyd olunmuşdur. Bankın iddia tələbində göstərilən hallar MPM-in 24.2-ci maddəsində göstərilən hallarla tam üst-üstə düşür. Belə ki, kredit verilən zaman tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq cavabdehə ticari fəaliyyəti ilə məşğul olması üçün verilmişdir. Sonradan cavabdehin VÖEN-nin deaktiv olması və ya onun kredit götürəndən sonra VÖEN- ni bağlaması tərəflər arasında kredit verilən zaman mövcud olmuş münasibətləri istisna etməməlidir.
7. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 11 may tarixli e-2-2(121)-1081/2023 saylı qə rardadı ilə şikayətə vəkil orderi əlavə olunmaması əsası ilə şikayət geri qaytarılmışdır.
8. Daha sonra iddiaçı yol verilmiş nöqsanı aradan qaldırmaqla 2023-cü il 12 may tarixində təkrar olaraq şikayətlə müraciət etmişdir.
9. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 15 may tarixli e-2-2(121)-1081/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış, işin məhkəmə aidiyyətinə dair məsələnin həll edilməsi məqsədi ilə Ali Məhkəməyə göndərilməsi qərara alınmışdır.
10. Qərardad belə əsaslandırılmışdır ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman əsas borclu olan cavabdehin sahibkarlıq subyekti olması faktı hazırkı mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxıla bilməməsi nəticəsini dəyişdirmir. Belə ki, mülki prosessual qanunvericiliyin normaları subyektin hüquqi statusunun məhz iddia ərizəsi məhkəməyə təqdim olunan zaman müəyyən edilməsini və nəzərə alınmasını tələb edir. Məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər isə ərizənin mümkünlüyünün, onun icraata qəbul edilməsinin yoxlanılması mərhələsində həyata keçirilən prosessual hərəkətdir. Həmçinin subyektin hüquqi statusuna görə məhkəmə aidiyyətinin müəyyən edilməsi prosessual fəaliyyət olduğuna görə, həmin məsələyə baxılan zaman qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir.
11. Hüquq münasibətlərinin xarakterinin və mübahisə predmetinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması hazırkı işdə subyekt tərkibinə dair tələbi dəyişmir.
12. Mülki prosessual qanunvericiliyin normaları iddia ərizəsi məhkəməyə təqdim olunarkən mübahisənin məhkəmə aidiyyətinin aşkar edilməsi zamanı mübahisə tərəflərinin hüquqi statusun un müəyyən edilməsini və nəzərə alınmasını imperativ qaydada tələb edir. MPM-in 24.2-ci maddəsi birbaşa və əmredici şəkildə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi zamanı işdə iştirak edən şəxslərin subyektiv tərkibinin nəzərə alınmalı olmasını müəyyən edir. Bu baxımdan, məhkəmələrin kommersiya mübahisəsinə dair işlərdə tərəflərin subyekt tərkibi ilə bağlı əsas qaydadan (onların sahibkarlıq subyekti olmalarına dair tələbdən) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 26-cı bəndində qeyd olunmuş hallardan başqa istisnalara yol vermələri qəbul edilməz hesab olunmalıdır.
13. Gəldiyi nəticəni məhkəmə MPM-in 24.2, 24.3, 31.2, 152.1.3-cü maddələrinə və Plenum Qərarına istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya müba hisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında nəzərdə tutulmuşdur: “...
11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyə tinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir....
26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu ma ddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeyd iyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dö vlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
16. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(121)-1081/2023 saylı qərardadı ləğv olunmalı, iş icraata qəbul edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
17. Belə ki, MPM-in 24.2-ci maddəsinin (bax yuxarıda § 14) tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
18. MPM-in 25.2 və 26.2-ci maddələrinin (bax yuxarıda § 14) və Plenum Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin (bax yuxarıda § 15) əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, mübahisə tərəfləri arasındakı hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
19. İş materiallarından məlum olur ki, mübahisəli kredit müqaviləsi imzalanarkən əsas Cavabdeh2 VÖEN-i müqavilədə öz əksini tapmış, yəni Cavabdeh2 müqaviləni məhz fərdi sahibkar o lan fiziki şəxs kimi imzalamış və fərdi sahikar kimi müqavilə tərəfi olmuşdur.
20. Bundan başqa və ən əsası isə, Plenum Qərarının 27-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 15) görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini q anunvericiliyə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati, habelə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.
21. Həmin hüquqi mövqelərdən aydın olur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin ümumi məhkəmələrin səlahiyyətinə aid edilməsinin səbəbi belə mübahisələrin məhz fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır.
22. Qarışıq məhkəmə tərkibi hesab edir ki, əgər fiziki şəxs sahibkarlıq subyekti ilə hüquq münasibətlərinə daxil olarkən qanuna uyğun olaraq fərdi sahibkar statusuna malik idisə, sonradan, yəni məhkəmə mübahisəsi yaranarkən sözügedən şəxsin sahibkar statusunu itirməsi (belə statusa malik olmaması) onun əvvəllər həyata keçirdiyi sahibkarlıq fəaliyyətini qanunsuz vəziyyətə gətirmir. Odur ki, belə hallarda Plenum Qərarının 27-ci bəndinə istinad edilərək, mübahisənin ümumi məhkəməyə aid edilməsi həmin bənddə ifadə olunmuş hüquqi mövqelərin mahiyyətinə uyğun hesab oluna bilməz.
23. Bu baxımdan, hazırkı halda da Cavabdeh2 onunla kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə uyğun olaraq sahibkar hesab edildiyidən və qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, hazırkı iddia verilərkən Cavabdeh2 əvvəlki VÖEN-nin aktiv olmaması hazırkı mübahisənin ümumi məhkəmədə baxılması üçün hüquqi əsas ola bilməz.
24. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli e-2-2(121)1081/2023 saylı qərardadı ləğv edilməli, iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması ü çün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
25. Şərh olunanlara və MPM-in 14, 25, 26, 31 və 403-1.8.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 8 may tarixli, e-2-2(121)-1081/2023 saylı qərardadı ləğv edilsin. İş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.