Məhkəmə qərarları › İş №2-2(102)-435/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-435/2023

18.07.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-435/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyaları Ərizəçinin Maraqlı şəxs qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Ərizəçinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Ərizəçi ərizə ilə Kəlbəcər Ray on Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (bundan sonra – “MKTB”) dövlət büdcəsinə 1.050.359,82 manat, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna 1.366.323,78 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanın rəhbəri olan 1977-ci 9 fevral il tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kəndində doğulmuş Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən 2023-cü il 18 may tarixinə vergi ödəyicisi olan MKTB-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fo nduna 1.366.323,78 manat, dövlət büdcəsinə 1.050.359,82 manat məbləğində, o cümlədən vergilər üzrə 601.621,64 manat, faizlər üzrə 448.698,18 manat, maliyyə sanksiyası üzrə 40 manat olmaqla, ümumilikdə 2.416.683,60 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Ərizənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1, 17.1.6-1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 305.1.12, 355-5, 355-6, 355-7-ci maddələrinə istinad olunmuşdur.

4. Kəlbəcər Rayon Məhkəməsinin 2023-cü il 14 iyun tarixli 2(040)-771/2023 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Qəniyev).

5. Həmin məhkəmə qeyd etmişdir ki, maraqlı şəxs hüquqi şəxs olan MKTB-nin icra orqanının rəhbəridir. İş mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan və dövlət orqanının (MKTB) kommersiya mübahisəsində tərəf olması istisna edilmədiyindən kommersiya mübahisəsidir və baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

6. Kəlbəcər Rayon Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə b ağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 23-cü bəndinə, MPM-in 24.2, 26.1, 31.1, 32.1, 32.3-32.7-cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.

7. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyun tarixli 2-2(115)-1003/2023 saylı qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).

8. İş materiallarına əlavə edilən hüquqi şəxs haqqında məlumatdan məlum olmuşdur ki, MKTB 1996-ci il 3 may tarixində dövlət qeydiyyatına alınmış, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeçiliyindədir. Təşkilatı-hüquqi forması digər qeyri-komm ersiya təşkilatı, mülkiyyətinin növü dövlət mülkiyyəti, əsas fəaliyyət növü təhlükəsiz tullantıların yığılmasıdır. Həmin hüquqi şəxsə 1999-cu il 15 dekabr tarixində ********* nömrəli, 2004-cü 15 dekabr tarixində isə ********** nömrəli VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri isə maraqlı şəxsdir. Sadalanan xüsusatlar göstərmişdir ki, maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxs dövlət orqanıdır, qeyri-kommersiya təşkilatıdır, əsas fəaliyyət növü təhlükəsiz tullantıların yığılmasıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hazırkı mübahisənin kommersiya mübahisəsi hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

9. Gəncə Kommersiya Məhkəməsi gəldiyi nəticəni Ple num Qərarının 11-14, 26-cı bəndlərinə, MPM-in 24.2, 25.1, 26.1, 31.1, 32.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” 11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istif adəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: veri lmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliy yətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin hə yata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasınd a fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir.

15. İlkin olaraq qeyd olunmalıdır ki, kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 13) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflər in subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

16. Plenum Qərarının 11-ci bəndinə (bax yuxarıda § 12) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

17. MPM-in 26.2-ci maddəsinin (bax yuxarıda § 13) məzmunundan aydın olur ki, kommersiya məhkəmələri MPM-in 40-2-ci fəslində nəzərdə tutulmuş vergi ödəyicələrinin və hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair işlərə baxmağa o zaman səlahiyyətli hesab olunurlar ki, həmin işlər sahi bkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinin və “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununun 1-ci maddəsinin (bax yuxarıda §§ 10-11) məzmunundan da göründüyü kimi, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyət sahibkarlıq (kommersiya) fəaliyyəti kimi qəbul olunmur.

19. İş materiallarından müəyyən olunanlara əsasən, MKTB-nin təşkilati-hüquqi forması “digər qeyri-kommersiya” təşkilatı, mülkiyyətinin növü dövlət mülkiyyəti, əsas fəaliyyət növü isə “təhlükəsiz tullantıların yığılması” kimi qeyd göstərilmişdir.

20. Beləliklə, yaranmış borcun MKTB-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu hazırkı iş materiallar ilə öz təsdiqini tapmır. Belə vəziyyətdə isə işə kommersiya məhkəməsind ə baxıla bilməz.

21. Tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə gəldikdə qeyd olunmalıdır ki, sözügedən meyar da işə kommersiya məhkəməsində baxılmasına imkan vermir. Belə ki, tərəflər arasında münasibətlərin əsasında qeyri-kommersiya hüquqi şəxsi olan MKTB-nin dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsinin təmin olunması təşkil edir.

22. Qarışıq məhkəmə tərkibi qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hazırkı işə MPM-in 26.2-ci maddəsinə uyğun olaraq kommersiya məhkəməsində baxılması üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, hazırkı işə ümumi məhkəmədə baxılmalıdır.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçinin Maraqlı şəxsə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar